OĞUZLAR (TÜRKMƏNLƏR)
79
C. SƏLCUQLU DÖVLƏTİNİN QURULMASI
Səlcuqlu
*
dövlətinin qurulması oğuz türklərinin tarixində çox mühüm
dönüş nöqtəsidir. Onun qurulmasilə islam aləmində siyasi hakimiyyət oğuz-
ların əlinə keçdi, həm də Anadolu və ona qonşu ölkələr oğuzların vətəni ol-
du. Oğuz türkləri Yaxın Şərq islam aləminin xüsusilə X əsrin əvvəllərindən
etibarən zəifləməsindən istifadə edərək addım-addım irəliləyən Bizansı da-
yandırmaqla qalmamış, onun əsas dayağı olan Kiçik Asiyanı fəth etməklə
bu dövlətin çökməsində və süqutunda mühüm amil olmuşlar.
Səlcuq oğuzların kınık boyuna, şübhəsiz ki, bu boyun bəy ailəsinə mən-
subdur
1
. «Cami ət-təvarix»də oğuz boylarının siyasi və ictimai mövqelərinə
görə tərtib edilmiş cədvəldə kınıklar 24-cü, yəni ən axırıncı yerdə göstərilir.
Bu faktdan çıxış edərək hökm vermək lazım gəlsə, deməli, kınıklar oğuz-
ların qədim tarixlərində çox da mühüm rol oynamamışlar
2
. «Məliknamə»yə
görə
3
Səlcuq yabğunun sübaşısı, yəni ordu komandanı idi. Kaşğari də Səl-
cuğun sübaşı olduğunu təsdiq edir
4
. Yenə «Məliknamə»yə görə
5
Səlcuğun
atası Dukak idi və Təmir-yalığ (Dəmir yaylı) ləqəbini daşıyırdı.
*
Osmanın ardıcılları osmanlılar, qurduğu dövlət Osmanlı dövləti adlanır. Türk dilində Səl-
cuğun tərəfdarları səlcuqlular, dövləti Səlcuqlu adlarını daşıyır. Azərbaycan dilində tarixi
ənənəyə görə ikinci halda «səlcuqlu» sözü ancaq adlıq halda işlənir: səlcuqlar, Səlcuq döv-
ləti. Doğrusu səlcuqlu şəklidir. Ənənəni pozmaq məcburiyyətində qaldıq (tərcüməçi).
1
Əxbar üd-dövlət is-səlcuqiyyə. s. 3, «Məliknamə»yə istinadən»; Kaşğari, Kilisli, I, s. 50;
Atalay, I, s. 55; [Ramiz Əskər, I, s. 128]. Həmdullah Müstövfi Qəzvini. Tarixi-güzidə. Teh-
ran, 1339 ş., s. 426; Rəşidəddin. Cami ət-təvarix. Berezin nəşri, s. 29.
2
Kınıklar haqda ikinci hissəyə bax.
3
Səlcuqluların ilk dövrlərindən bəhs edən bu əsərdə Kahen onlar haqda digər qaynaqları
diqqətlə araşdırmışdır: K.Kahen. «Məliknamə» və səlcuqluların mənşəyinin tarixi». Orien,
II, Səlcuqlu dövrü tarixşünaslığı, s. 59-78. Dövrümüzə gəlib çatmamış «Məliknamə»dən
qədim müəlliflərin gətirdikləri iqtibaslar bir-birindən fərqlənir. Əsərin ərəb dilində tərcü-
məsi var. Bu əsərə istinad edən məlumatları ciddi surətdə süzgəcdən keçirərək, istifadə et-
mək lazımdır.
4
Kilisli, I, s. 397; Atalay, I, s. 478; [Ramiz Əskər, I, s. 462].
5
Mirxond (Rövzət üs-səfa. Luknov nəşri, 1332, IV, s. 84) yabğunun xəzər məliki olduğunu
söyləyir, Tukakın isə xəzərlərdən olduğunu bildirir. Bu qeydə inansaq, Dukak oğlu Səlcuq
və onun qohumları xəzərlərə mənsubdur. Z.V.Toğan (ibn Fədlan və Ümumi türk tarixinə
FARUQ SÜMƏR
80
Yayın türklər arasında hakimiyyət rəmzi olduğunu bilirik. Şübhəsiz ki,
Səlcuq və atası Dukak oğuzlar arasında həm nəcabət, həm də şəxsiyyətləri
baxımından tanınmış adamlar idilər. Səlcuq və onun oğullarının ətraflarına
mühüm bir oğuz elatını yığa bilmələrində və yabğu ünvanı almalarında, şək-
siz, bu xüsuslar başlıca amil olmuşdur.
Göstərildiyi kimi, yabğunun sübaşısı, yəni ordu komandanı olan Səlcuq,
«Məliknamə»yə görə, xatununun təhriki ilə yabğunun onu öldürəcəyindən
qorxaraq əsgərləri və oymağı ilə qaçıb Cənd şəhəri yaxınlığına gəlmişdir
1
.
Bu qaçmaq əhvalatı doğru ola bilər, çünki yuxarıda da deyildiyi kimi,
oğuzların arasında bəzən hətta köçmələrə səbəb olacaq dərəcədə çəkişmələr
baş verdiyi məlumdur. Elə Siyahkuh (Manqışlaq) yarımadasında yaşayan
oğuzlar da bu cür daxili çəkişmə ilə əlaqədar olaraq buraya gəlmişdilər. Bu-
nunla bərabər, «Məliknamə» dördəlli yapışacağımız etibarlı bir qaynaq ol-
madığı kimi, Səlcuqun Cəndə gəlişinin yabğu dövlətinin süqutu ilə əlaqədar
olması da mümkündür. Bu dövlətin tənəzzülündə ən qüvvətli ehtimalın qıp-
çaq hücumu olduğunu yuxarıda göstərmişik. Əslində də, Cənd şəhəri, əvvəl
deyildiyi kimi, X əsrin əvvəllərində yabğuya tabe şəhərlərdən biri idi və o
zaman orada müsəlmanlar yaşayırdılar.
Yabğunun qış vaxtı yaşadığı Yeni-Kənd də Cəndə çox yaxın məsafədə
yerləşirdi. Bu səbəbdən Səlcuqun Cəndə qaçması axırıncı ehtimalla daha
yaxşı izah edilə bilər. Səlcuqluların buraya X əsrin son rübündə gəldiyi təx-
min edilir. Həmdullah Qəzvininin
2
Əbülülaya və Əhvala istinadən göstər-
diyi tarix - 375-ci il (985) ağlabatandır.
Daha əvvəldə deyildiyi kimi, 999-cu ildə qaraxani İlig xan Nəsr ibn Əli
(vəfatı 1012/13-cü il) tərəfindən samani dövləti dağıdılmış və xanədan
üzvləri həbs edilmişdi
3
. Onlardan Nuh ibn Mənsurun oğullarından biri - Əbu
İbrahim həbsdən qaçaraq Xarəzmə getmiş və ətrafına xeyli adam yığmışdı.
giriş. İstanbul, 1946, s.174-176) və onun ardınca Dunlop oğuzların və oğuzlardan bir qismi-
nin (onları xəzər oğulları adlandırmışdır) xəzərlərə tabe olduqları nəticəsinə gəlmişlər. Hal-
buki mətnin səthi tədqiqi açıq bir təhrif qarşısında olduğumuzu göstərir. Əvvəla, diqqəti çə-
kən xüsus budur ki, mətndə oğuz və ya ğuzz adına rast gəlmirik. Bu sözün yerində həmişə
xəzər kəlməsi durur (Mirxond. Göstərilən yer). Sadəcə bu xüsus mətnin ciddi qəbul edilmə-
sinə mane olur. Digər tərəfdən xəzərlərə tabe olmaq bir yana, oğuzların tez-tez xəzər ölkə-
sinə hücum etdiklərini, xəzər kralının onların qarşısına çıxmaq məcburiyyətində qaldığını
bilirik. Xəzərlərin İdilin şərqindəki torpaqlara hakim olmaları barədə heç bir qaynaqda qeyd
yoxdur. Bundan başqa, “Məliknamə”ni nəql edənlərdən biri olan ibn ül-Əsirdə (IX, s. 190)
və “Əxbar üd-dövlət-is-səlcuqiyyə”də (s. 1-2) Xəzər adına rast gəlmirik.
1
Mirxond, IV, s. 85; Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 2; ibn ül-Əsir, IX, s. 96; Əbülfərəc,
s. 293.
2
Tarixi-güzidə, s. 426.
3
O.Pritsak. Qaraxanilər, VI, s. 254-255.