Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə38/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   34   35   36   37   38   39   40   41   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

79 


 

  

 



 

 

 



 

 

 



 

C. SƏLCUQLU DÖVLƏTİNİN QURULMASI 

  

Səlcuqlu



*

  dövlətinin  qurulması  oğuz  türklərinin  tarixində  çox  mühüm 

dönüş nöqtəsidir. Onun qurulmasilə islam aləmində siyasi hakimiyyət oğuz-

ların əlinə keçdi, həm də Anadolu və ona qonşu ölkələr oğuzların vətəni ol-

du. Oğuz türkləri Yaxın Şərq islam aləminin xüsusilə X əsrin əvvəllərindən 

etibarən  zəifləməsindən  istifadə  edərək  addım-addım  irəliləyən  Bizansı  da-

yandırmaqla  qalmamış,  onun  əsas  dayağı  olan  Kiçik  Asiyanı  fəth  etməklə 

bu dövlətin çökməsində və süqutunda mühüm amil olmuşlar.  

Səlcuq oğuzların kınık boyuna, şübhəsiz ki, bu boyun bəy ailəsinə mən-

subdur


1

. «Cami ət-təvarix»də oğuz boylarının siyasi və ictimai mövqelərinə 

görə tərtib edilmiş cədvəldə kınıklar 24-cü, yəni ən axırıncı yerdə göstərilir. 

Bu  faktdan  çıxış  edərək  hökm  vermək  lazım  gəlsə,  deməli,  kınıklar  oğuz-

ların qədim tarixlərində çox da mühüm rol oynamamışlar

2

. «Məliknamə»yə 



görə

3

 Səlcuq  yabğunun  sübaşısı,  yəni  ordu  komandanı  idi.  Kaşğari  də  Səl-



cuğun  sübaşı  olduğunu  təsdiq  edir

4

.  Yenə  «Məliknamə»yə  görə



5

 Səlcuğun 

atası Dukak idi və Təmir-yalığ (Dəmir yaylı) ləqəbini daşıyırdı.  

                                                           

*

 Osmanın ardıcılları osmanlılar, qurduğu dövlət Osmanlı dövləti adlanır. Türk dilində Səl-



cuğun  tərəfdarları  səlcuqlular,  dövləti  Səlcuqlu  adlarını  daşıyır.  Azərbaycan  dilində  tarixi 

ənənəyə görə ikinci halda «səlcuqlu» sözü ancaq adlıq halda işlənir: səlcuqlar, Səlcuq döv-

ləti. Doğrusu səlcuqlu şəklidir. Ənənəni pozmaq məcburiyyətində qaldıq (tərcüməçi). 

1

 Əxbar üd-dövlət is-səlcuqiyyə. s. 3, «Məliknamə»yə istinadən»; Kaşğari, Kilisli, I, s. 50; 



Atalay, I, s. 55; [Ramiz Əskər, I, s. 128]. Həmdullah Müstövfi Qəzvini. Tarixi-güzidə. Teh-

ran, 1339 ş., s. 426; Rəşidəddin. Cami ət-təvarix. Berezin nəşri, s. 29. 

2

 Kınıklar haqda ikinci hissəyə bax. 



3

 Səlcuqluların  ilk  dövrlərindən  bəhs  edən  bu  əsərdə  Kahen  onlar  haqda  digər  qaynaqları 

diqqətlə araşdırmışdır: K.Kahen. «Məliknamə» və səlcuqluların mənşəyinin tarixi». Orien, 

II,  Səlcuqlu  dövrü  tarixşünaslığı,  s.  59-78.  Dövrümüzə  gəlib  çatmamış  «Məliknamə»dən 

qədim  müəlliflərin  gətirdikləri  iqtibaslar  bir-birindən  fərqlənir.  Əsərin  ərəb  dilində  tərcü-

məsi var. Bu əsərə istinad edən məlumatları ciddi surətdə süzgəcdən keçirərək, istifadə et-

mək lazımdır. 

4

 Kilisli, I, s. 397; Atalay, I, s. 478; [Ramiz Əskər, I, s. 462]. 



5

 Mirxond (Rövzət üs-səfa. Luknov nəşri, 1332, IV, s. 84) yabğunun xəzər məliki olduğunu 

söyləyir, Tukakın isə xəzərlərdən olduğunu bildirir. Bu qeydə inansaq, Dukak oğlu Səlcuq 

və  onun  qohumları  xəzərlərə  mənsubdur.  Z.V.Toğan  (ibn  Fədlan  və  Ümumi  türk  tarixinə 




FARUQ SÜMƏR 

80 


 

Yayın  türklər arasında hakimiyyət  rəmzi  olduğunu bilirik.  Şübhəsiz ki, 

Səlcuq  və  atası  Dukak  oğuzlar  arasında  həm  nəcabət,  həm  də  şəxsiyyətləri 

baxımından tanınmış adamlar idilər. Səlcuq və onun oğullarının ətraflarına 

mühüm bir oğuz elatını yığa bilmələrində və yabğu ünvanı almalarında, şək-

siz, bu xüsuslar başlıca amil olmuşdur.  

Göstərildiyi kimi, yabğunun sübaşısı, yəni ordu komandanı olan Səlcuq, 

«Məliknamə»yə  görə,  xatununun  təhriki  ilə  yabğunun  onu  öldürəcəyindən 

qorxaraq  əsgərləri  və  oymağı  ilə  qaçıb  Cənd  şəhəri  yaxınlığına  gəlmişdir

1



Bu  qaçmaq  əhvalatı  doğru  ola  bilər,  çünki  yuxarıda  da  deyildiyi  kimi, 

oğuzların arasında bəzən hətta köçmələrə səbəb olacaq dərəcədə çəkişmələr 

baş  verdiyi  məlumdur.  Elə  Siyahkuh  (Manqışlaq)  yarımadasında  yaşayan 

oğuzlar da bu cür daxili çəkişmə ilə əlaqədar olaraq buraya gəlmişdilər. Bu-

nunla  bərabər,  «Məliknamə»  dördəlli  yapışacağımız  etibarlı  bir  qaynaq  ol-

madığı kimi, Səlcuqun Cəndə gəlişinin yabğu dövlətinin süqutu ilə əlaqədar 

olması da mümkündür. Bu dövlətin tənəzzülündə ən qüvvətli ehtimalın qıp-

çaq hücumu olduğunu yuxarıda göstərmişik. Əslində də, Cənd şəhəri, əvvəl 

deyildiyi  kimi,  X  əsrin  əvvəllərində  yabğuya  tabe  şəhərlərdən  biri  idi  və  o 

zaman orada müsəlmanlar yaşayırdılar.  

Yabğunun qış vaxtı yaşadığı Yeni-Kənd də Cəndə çox yaxın məsafədə 

yerləşirdi.  Bu  səbəbdən  Səlcuqun  Cəndə  qaçması  axırıncı  ehtimalla  daha 

yaxşı izah edilə bilər. Səlcuqluların buraya X əsrin son rübündə gəldiyi təx-

min  edilir.  Həmdullah  Qəzvininin

2

 Əbülülaya  və  Əhvala  istinadən  göstər-



diyi tarix - 375-ci il (985) ağlabatandır.  

Daha əvvəldə deyildiyi kimi, 999-cu ildə qaraxani İlig xan Nəsr ibn Əli 

(vəfatı  1012/13-cü  il)  tərəfindən  samani  dövləti  dağıdılmış  və  xanədan 

üzvləri həbs edilmişdi

3

. Onlardan Nuh ibn Mənsurun oğullarından biri - Əbu 



İbrahim həbsdən qaçaraq Xarəzmə getmiş və ətrafına xeyli adam yığmışdı. 

                                                                                                                                                    

giriş. İstanbul, 1946, s.174-176) və onun ardınca Dunlop oğuzların və oğuzlardan bir qismi-

nin (onları xəzər oğulları adlandırmışdır) xəzərlərə tabe olduqları nəticəsinə gəlmişlər. Hal-

buki mətnin səthi tədqiqi açıq bir təhrif qarşısında olduğumuzu göstərir. Əvvəla, diqqəti çə-

kən xüsus budur ki, mətndə oğuz və ya ğuzz adına rast gəlmirik. Bu sözün yerində həmişə 

xəzər kəlməsi durur (Mirxond. Göstərilən yer). Sadəcə bu xüsus mətnin ciddi qəbul edilmə-

sinə mane olur. Digər tərəfdən xəzərlərə tabe olmaq bir yana, oğuzların tez-tez xəzər ölkə-

sinə  hücum  etdiklərini,  xəzər  kralının  onların  qarşısına  çıxmaq  məcburiyyətində  qaldığını 

bilirik. Xəzərlərin İdilin şərqindəki torpaqlara hakim olmaları barədə heç bir qaynaqda qeyd 

yoxdur. Bundan başqa, “Məliknamə”ni nəql edənlərdən biri olan ibn ül-Əsirdə (IX, s. 190) 

və “Əxbar üd-dövlət-is-səlcuqiyyə”də (s. 1-2) Xəzər adına rast gəlmirik. 

1

 Mirxond, IV, s. 85; Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 2; ibn ül-Əsir, IX, s. 96; Əbülfərəc, 



s. 293. 

2

 Tarixi-güzidə, s. 426. 



3

 O.Pritsak. Qaraxanilər, VI, s. 254-255. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə