Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə36/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   32   33   34   35   36   37   38   39   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

75 


 

bərkidildi. Ancaq bölgə və yörələrini qorumaq üçün divar çəkmək tədbirin-

dən bir müddət sonra vaz keçildi. Karluqlar o qədər zəif bir vəziyyətdə idilər 

ki, samanilərdən İsmayıl ibn Əhməd Sır-Dərya arxasına yürüş edərək Talas 

şəhərini aldı və karluq yabğusunun xatunu da daxil olmaq üzrə çoxlu əsir və 

böyük  qənimətlə  geri  qayıtdı.  Daha  əvvəl  dediyimiz  kimi,  Talasdan  xeyli 

şərqdə, Balasağunun qərbindəki Ordu şəhərində oturan türkmən məliki qor-

xudan  müsəlman  olmuş,  İsficab  məlikinə  vergi  verməyə  başlamışdı.  Anla-

şıldığına  görə,  İsficab  bölgəsinin  hakimi  olan  müsəlman  türk  sülaləsi  Əh-

məd ibn İsmayıl fəth etdiyi bölgəni uzun zaman əlində saxlamağa müvəffəq 

olmaqla bərabər, işğal bölgəsinin sərhədlərini daha da genişləndirdi və haki-

miyyətini türkmənlərə tanıtdı.  

Bu dövrdə Sır-Dəryadakı müsəlman şəhərlərində çoxlu könüllü mücahid 

var idi. Mavərünnəhrdəki əsas şəhərin camaatı və ali komandanlar mücahid-

lərin  sərhəd  şəhərlərində  yaşamaları  üçün  rabatlar  tikdirir  və  onların  başqa 

ehtiyaclarını ödəyirdilər. Mücahidlər üçün varlı vəqflər qurulmuşdu. Müca-

hidlərin ən çox yığıldıqları yer İsficab şəhəri adı. Müqəddəsiyə görə

1

,  bura-



da 1.700 (!) rabat vardı. Bu, İsficab məlikinin gücünün haradan qaynaqlan-

dığını göstərir. İsficabdakı türk xanədanının samanilərə qismən tabe olması 

da bununla bağlıdır. Bu mücahidlər arasında böyük miqdarda türklərin oldu-

ğunu da bilirik.  

942-ci ildə İsficab məlikinə tabe olan müsəlman şəhəri Balasağun qeyri-

müsəlman türklər tərəfindən fəth edildi

2

. Bu mühüm hadisə qaraxani dövlə-



tinin yüksəldiyini göstərən faktdır. Daha əvvəl də xatırlandığı üzrə, bu qey-

ri-müsəlman  türklərin  başında  qaraxani  xanədanı  dururdu  və  onlar  əsasən 

Kaşğar bölgəsində yaşayan yağmalardan ibarət idi. Buna heç bir şübhə yox-

dur. Balasağunun işğalının samani paytaxtında əks-səda yaratdığı məlumdur. 

Xaqanın oğlunun əsir alındığı faktına

3

 istinadən  şəhərin  geri  alınması  üçün 



səfər təşkil olunduğunu ehtimal etmək mümkündür, lakin şəhərin geri alın-

madığı  həqiqətdir.  Beləliklə,  qaraxanilər  yüksəlməyə  başlarkən  Nuh  ibn 

Nəsrdən (934-954) etibarən samanilərin qüdrəti azalmağa doğru üz tutmuş-

du. Samani taxtına bir-birindən zəif şəxsiyyətlər gəldiyi üçün seçmə türk or-

dusunun komandanlarının nüfuz və iqtidarı getdikcə artırdı. Bu komandan-

larla hökmdarın mübarizəsi dövlətin süqutunda ən mühüm amil oldu.  

Türk komandanlarından biri olan Alp Təgin 962-ci ildə Qəznəni fəth et-

di, beləliklə, qəznəvilər dövləti quruldu. Qaraxani hökmdarı Buğra xan Ha-

run  ibn  Musa  bir  neçə  dəfə  dəvət  edildikdən  sonra  992-ci  ildə  Mavəraün-

nəhri  istila  etdi  və  999-cu  ildə  samanilər  dövləti  süquta  uğradı.  Mavəraün-

                                                           

1

 S. 273; Barthold. Göstərilən əsər, s. 176. 



2

 Barthold. Göstərilən əsər, s. 256. 

3

 Yenə orada. 




FARUQ SÜMƏR 

76 


 

nəhrdə  qaraxanilər  hakimiyyəti  başladı.  Xorasana  gəlincə,  bura  bir  neçə  il 

əvvəl qəznəvilərin əlinə keçmişdi.  

 Mavəraünnəhrin qərb qonşusu Xarəzmdə qədimdən bəri yerli bir xanə-

dan  hökm  sürürdü.  Afriğ  oğulları  adlanan  bu  xanədan  samanilərə  tabe  idi. 

Onlar oğuzların şimaldan hücumlarına qarşı həmişə hazır dayanırdılar

1

. Bu 


xanədanın yerini 995-ci ildə Məmun oğulları (xarəzmşahlar) tutdular ki, on-

ların  da  hakimiyyəti  1117-ci  ilədək  davam  etdi.  Həmin  il  (995)  Xarəzm 

Mahmud Qəznəvinin əlinə keçdi və hökmdar oraya öz sərkərdəsi Altun-Taşı 

vali göndərdi. Altun-Taş və oğulları Xarəzmi 1040-cı ilədək idarə etdilər.  

Oğuzlar şərq qoşunları karluqlarla da vuruşmuşdular. Hətta bu vuruşla-

rın  birində  oğuz  yabğusu  ölmüşdü

2

.  Bu  hadisə  X  əsrin  əvvəllərində  və  ya 



ondan da qabaq baş vermiş ola bilər. Kaşğari

3

 oğuzlarla çigillər arasında qə-



dimdən bəri davam edən köklü bir düşmənliyin olduğunu xəbər verir.  

Oğuzların şimal qonşularına gəlincə, bunlar kiməklər, ələlxüsus bu qöv-

mün getdikcə qüvvətlənən qıpçaq boyu idi. Qıpçaqların hələ IX əsrdə kimək 

elindən ayrılaraq müstəqil surətdə hərəkət etdiyi anlaşılır. Kiməklər oğuzlar 

ilə sülh içində olanda çox soyuq fəsillərdə sürülərilə cənuba köçürdülər

4

.  



Oğuz yabğu dövlətinin necə və nə vaxt süqut etdiyi barədə heç bir tarixi 

məlumat yoxdur. «Cami ət-təvarix»dəki əfsanəvi mahiyyətli tarixlərində Əli 

xan adlı bir nəfər son oğuz yabğusu olaraq göstərilir. Əli xanın Qılınc Ars-

lan adlı və Şah Məlik ləqəbli bir oğlu vardı. Şah Məlik tarixi bir şəxsiyyət 

olub XI əsrin birinci yarısının ortalarında Cənd hakimi idi. Hətta bir əsərdə 

onun atasının adı, dastandakı kimi, Əli olaraq göstərilmiş,  «əl-Bərani» şək-

lində  nisbəsi  də  verilmişdir

5

.  Ancaq  bu  günə  qədər  həmin  nisbəni  izah  et-



mək mümkün olmamışdır. Qaynaqlarda Şah Məlikin oğuz mənşəli olmasına 

dair də heç bir işarə yoxdur. Buna görə, təsdiq edici tarixi bir dəlil əldə edil-

məyənə  qədər  «Cami  ət-tavarix»dəki  rəvayətə  bir  şey  əlavə  etməyin  doğru 

olmayacağı zənnindəyik

6

. Aşağıda bəhs ediləcəyi kimi, Səlcuqun oğulların-



dan İsrail 392-ci (1002) ildə yabğu ünvanını daşıyırdı. Bu xüsus oğuz döv-

lətinin böyük ehtimala görə bu tarixdən əvvəl yıxılmış olduğunu göstərir.  

İndi ən qüvvətli ehtimal kimi oğuz yabğu dövlətinə qıpçaqların son qoy-

duğu üzərində dururuq. 1030-cu ildən əvvəl xarəzmşah Altın-Taşın xidmə-

tində bir qıpçaq zümrəsi vardı

7

. Bu qıpçaq zümrəsinin Xarəzmə gələ  bilmə-



                                                           

1

 Biruni. əl-Asar ül-Baqiyyə. E.Sachau nəşri, 1878. s. 236. 



2

 Mücməl üt-təvarix s. 103; Gərdizi, s. 80. 

3

 Kilisli, I, s. 330; Atalay, I, s. 394; [Ramiz Əskər, I, s. 393]. 



4

 Hüdud ül-aləm, s. 85; Minorski, s. 100. 

5

 İbn Fındıq. Tarixi-Beyhaki. Əhməd Bəhmənyar nəşri. Tehran, 1317 şəmsi, s. 51. 



6

 «Cami  ət-təvarix»də  oğuzların  əfsanəvi  tarixi  və  Şah  Məlik  haqqındakı  rəvayətlər  üçün 

bax: «Oğuzlara aid dastani mahiyyətdə əsərlər», s 378-879. 

7

 Tarixi-Beyhaki,  s.  86,  684.  Sonuncu  səhifədə  cincaq  şəklindədir,  Mətni  nəşr  edənlərin 



(Qani-Fəyyaz)  bu  sözün  hıfçax  (yəni  qıpçaq)  olacağı  barəsində  tərəddüdləri  yersizdir  (s. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə