Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə34/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   30   31   32   33   34   35   36   37   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

71 


 

üçün girişdiyi fəaliyyətlər əsasında bir ara oğuz yabğusunun yanına gedərək 

onunla  ittifaq  bağlamış,  qudalıq  qurmuş  və  nəticədə  yabğu  müsəlman  ol-

muşdu


1

 (391 - 1001-ci ildən sonra, hər halda 392-1002-ci ildə). Bu qeyddən 

də  göründüyü  kimi  islam  dini  oğuzlar  arasında  ancaq  XI  əsrdə  hakim  din 

mövqeyi qazana bilmişdir.  

Müsəlmanlığı  qəbul  etmiş  oğuz  zümrələrini  qeyri-müsəlman  qardaşla-

rından fərqləndirmək üçün Mavəraünnəhr müsəlmanları onlara türkmən adı 

verirdi.  Daha  əvvəl  də  dediyimiz  kimi,  Orta  Asiyada  müsəlmanlığı  birinci 

qəbul edən türk qövmü Balasağun ilə Mirki arasında yaşayan türkmənlər ol-

duğundan  «türkmən»  adı  Mavəraünnəhr  müsəlmanları  içində  «müsəlman 

türk» şəklində xüsusi bir məna da qazanmışdı. Oğuzların da islamı qəbul et-

miş  zümrələrinə  müsəlman  olduqlarını  xatırlatmaq  və  onları  qeyri-müsəl-

man  qardaşlarından  ayırd  etmək  üçün  «türkmən»  deyildi.  Türkmən  adının 

yalnız oğuz müsəlmanlarına verilməsi xüsusu Biruninin də sözlərindən gö-

ründüyü kimi, hər cür şübhədən uzaqdır

2

.  


Gərdizi və Beyhaki kimi Qəznə salnaməçiləri oğuzlardan müsəlman türk 

mənasında türkmən adı ilə bəhs etmişlər. Bunun əvəzində Yaxın Şərq müəl-

lifləri onları əl-ğuzz, yəni oğuz adlandırmışlar. Çünki oğuzlar özlərinə türk-

mən demirdilər. Onlar müsəlmanlar tərəfindən hər yerdə özlərinə verilən bu 

adı uzun zaman mənimsəmədilər və oğuz sözünü atalarının adı kimi olsa da 

uzun  müddət  unutmadılar.  XIII  əsrin  sonlarından  etibarən  artıq  hər  yerdə 

«türkmən» sözü «oğuz» sözünü əvəz etmişdir.  

      «Türkmən» adının mənşəyi müasir müəlliflər kimi qədim müəllifləri də 

xeyli məşğul etmişdir. Onlardan birinin fikrincə, «türkmən» «türk» sözü ilə 

farsca «man» (manənd) şəkilçisindən meydana gəlib «türkəbənzər» demək-

dir. Bundan əvvəlki haşiyədə böyük alim Biruninin bu fikirdə olduğunu gör-

dük. Kaşğari də öz növbəsində «türkmən» adının eyni şəkildə izahı ilə əla-

qədar bir rəvayət

3

 nəql etmişdir. Bu misallar XI əsrdə türkmən adının türk+-



man  (manənd)dən  meydana  gəldiyinin  olduqca  yayğın  bir  fikir  olduğunu 

göstərir. XIV əsrdə İranda da «türkmən» sözünün eyni cür izah edildiyi mə-

lumdur

4

.  İkinci  fikrə  görə,  «türkmən»  «türki-iman»  sözündən  yaranmışdır. 



Bunu isə ibn Kəsir

5

 və bizim salnaməçi Məhməd  Nəşri



6

 və  ya onun istinad 

etdiyi  qaynağın  müəllifi irəli sürmüşdür. Müasir dövrdə isə  «türkmən»  sö-

zünün sonundakı «mən»in türkcə mübaliğə şəkilçisi olduğu söylənərək (qo-

caman, azman, dəyirman və i. a.) bu adın öz türk (əsil türk, böyük türk) mə-

                                                           

1

 Gərdizi. Tehran, 1327, s. 60. 



2

 Kitab ül-cümahir, s. 205. 

3

 Kilisli III, s 304-307; Atalay, III, s. 412-416; [Ramiz Əskər, III, s. 359-362]. 



4

 Rəşidəddin. Cami ət-təvarix. Berezin nəşri, s. 26. 

5

 əl-Biladiyə vən-Nihayə. Qahirə, 1348, XP, s. 48. 



6

 Məhməd Nəşri. Cahannüma. F.R.Unat-M.A.Köymən nəşri. I, Ankara, 1949, s. 16-17. 




FARUQ SÜMƏR 

72 


 

nasına  gəldiyi  bildirilir

1

.  Oğuzların  və  ümumiyyətlə  türklərin  islam  dinini 



qəbul  etmələrində  onlarla  müsəlmanlar  arasındakı  ticarət  münasibətlərinin 

yüksək səviyyəyə çatması ən mühüm amil olmuşdur. Yuxarıda da deyildiyi 

kimi, X əsrin əvvəllərində oğuzların əlindəki Yeni-Kənd, Xuvarə, Cənd və b. 

şəhərlərdə müsəlmanlar da yaşayırdı, karluqların hakim olduğu bəzi şəhər-

lərdə isə müsəlman icmaları vardı. Bu icmalar olduqları yerlərdə türklərdən 

ancaq  dostluq  münasibətləri  görürdülər.  Oğuzlar  mədəni  səviyyəsi  yüksək 

olan bu müsəlmanlardan islam dininin əsaslarını öyrənirdilər. Digər tərəfdən, 

həm  Mavəraünnəhrdən,  həm  də  Xarəzmdən  hərəsində  minlərcə  adam  olan 

karvanlar  ən  uzaq  türk  ölkələrinə  gedib-gəlirdi.  Hər  bir  müsəlman  tacirin 

türk  ölkəsində  səyahət  edə  bilməsi  üçün  bir  türk  ilə  dostluq  və  ya  şəriklik 

qurması lazım idi. Müsəlman dərviş və şeyxlərinin də türklər arasında apar-

dıqları dini təbliğatı bunlara əlavə edə bilərik.  

 

 7. OĞUZ YABĞU DÖVLƏTİ  



  

Oğuzların yabğular tərəfindən başçılıq edilən dövlətləri vardı. Ancaq ta-

rixə bu  yabğuların heç birinin adı dəqiq məlum deyil. Oğuzların  «Cami ət-

təvarix»də  verilmiş  əfsanəvi  tarixlərində  bu  yabğulardan  bir  çoxlarının  adı 

çəkilmişdir.  Yabğular  qışda  Sır-Dəryanın  mənbəyi  yaxınlığında  yerləşən 

Yeni-Kənddə  yaşayırdılar.  Yabğuların  bizə  məlum  olan  aşağıdakı  məmur-

ları vardı: sübaşı

2

, yəni ordu komandanı. Sübaşının bir nəfər, yoxsa bir neçə 



nəfər olduğu bilinmir. Səlcuqlular bu vəzifəni və bu sözü Anadoluya da gə-

tirdilər. Səlcuqlu dövründə sübaşı ünvanı bölgələrin hərbi valilərinə verilirdi. 

Osmanlı  dövründə  isə  sübaşı  şəhərlərdəki  polis  rəisləri  mənası  qazandı. 

Yabğuların  digər  yüksək  məmuru  kül-ərkin  idi

3

.  Külərkin  yabğunun  naibi 



və  ya  vəkili  deməkdir

4

.  Bu  terminin  Türkiyəyə  gəldiyinə  dair  heç  bir  dəlil 



yoxdur. Ancaq vəzifənin gəlmiş olması ehtimalı var. Türkiyə səlcuqluların-

da bir səltənət naibliyi vəzifəsi mövcud idi

5

. Bundan əlavə, türkmən hökm-



darlarının, bəylərinin də naibləri olduğunu bilirik.  

                                                           

1

 Jan  Deni.  Türk  dilinin  qrammatikası.  Paris,  1921,  s.  236;  Minorski.  Hüdud  ül-aləm  ha-



şiyələri, s. 311. 

2

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 10, 16; S. əd-Dehxan nəşri, s. 91, 103. XVIII və XIX əsr-



lərdə  sözün  tərkibindəki  sü  kəlməsinin  su  olduğu  sanılmış,  hətta  onun  sərçeşmə  şəkilində 

farsca qəribə bir tərcüməsi də verilmişdi. 

3

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 13, 15; S. əd-Dehxan nəşri, s. 97, 101. Mətndə: kuzərkin. 



Türklərdə bu şəkildə ünvana rast gəlinmir, əvəzində kül-ərkin ünvanı vardır. Rəşiddədində 

kul-ərki  şəkli  olduğu  üçün  ibn  Fədlandakı  kuzərkinin  kul-ərkin  olduğunu  qənaətinə  varıl-

mışdır. 

4

 Göstərilən yer. 



5

 İ.H.Uzunçarşılı. Osmanlı dövlət təşkilatının əsaslarına giriş, s.97, 101-102. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə