Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə32/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   28   29   30   31   32   33   34   35   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

67 


 

lərindən çıxarmırdılar

1

. Oğuzlar müsəlmanların əksinə olaraq qoyunu başın-



dan vurmaqla öldürürdülər

2

.



 

Oğuzlar  xəstələrin  yanına  (hətta  qohumları  olsa  da)  yaxınlaşmırdılar. 

Xəstələrə qul və qarabaşlar (cariyələr) xidmət edirdi. Yoxsullar isə büsbütün 

taleyin hökmünə buraxılırdı

3

. 186 Bu xüsus, şübhəsiz ki, yoluxucu və epide-



mik xəstəliklərə tutulmaq qorxusundan doğurdu.  

  

5. OĞUZLARIN DİGƏR ADƏT VƏ ƏNƏNƏLƏRİ  



  

X  əsrdə  oğuz  elində  qadınlar  digər  türk  ellərində  və  cahiliyyə  dövrü 

ərəblərində  olduğu  kimi,  kişilərdən  uzaq  gəzmir,  üzlərini  örtmürdülər.  Bu 

hal Türkiyədə oymaq və kəndlərdə bu gün də davam edir. Hətta XIX əsrdə 

Cənubi Anadoluda səyahət edən V.Lanqlois bu münasibətlə türkmənləri Ya-

xın Şərqin ən mədəni insanları kimi təqdir etmişdi. Bununla bərabər, oğuz-

larda fahişəlik və uşaqbazlıq halları yox idi

4

.Türk qadınları islam dünyasın-



da iffətli qadınlar kimi məşhur idilər

5

.  



Oğuzlarda  öldürülənin  qisasını  almaq,  yəni  qan  davası  adəti  də  vardı

6



Onlarda da cahiliyyə dövrü ərəblərində olduğu kimi, atası öləndə oğlu ögey 

anası ilə evlənirdi. İbn Fədlanın gördüyü oğuz sübaşısı Ətrək atası öldükdən 

sonra ögey anasını almışdı

7

.  



Evlənmə  adətində  kalım  və  ya  başlıq  vermək  adəti  geniş  yayılmışdı

8



Oğuzların  toyları  və  oyunları  haqqında  əlimizdə  məlumat  yoxdur.  Yalnız 

Toğrul bəyin 1063-cü ildə xəlifə əl-Qaim Biəmrullahın qızı ilə evləndiyi za-

man bir otaqda kürsü üstündə oturan gəlinə baş çəkdikdən sonra həyətə çıx-

dığını,  orada  bəyləri  ilə  birlikdə  sevinc  içində  rəqs  etdiyini  və  bu  əsnada 

türkcə mahnılar oxuduğunu bilirik

9

. Toy edərkən Toğrul bəyin 70 yaşı vardı. 



                                                           

1

 Göstərilən əsər, Z.V.Toğan nəşri, s.16; S. əd-Dehxan nəşri, s.103. 



2

 Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 12; S. əd-Dehxan nəşri, s. 95. 

3

 Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 14; S. əd-Dehxan nəşri, s. 99. 



4

 Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 13, əd-Dehxan nəşri, s. 93-96. 

5

 Gərdizi, s. 81; Z.V.Toğan. İzahlar qismi, s. 127-128. 



6

 Onlar islam diyarında ölən bir qohum və ya eldaşlarının əvəzində bir müsəlman tapıb öl-

dürürdülər (ibn Fədlan. Z.V.Toğan nəşri, s. 13; s. əd-Dehxan nəşri, s. 96). 

7

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 15; s. əd-Dehxan, nəşri, s. 102. 



8

 Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 11; S. əd-Dehxan nəşri. s. 93-94. 

9

 İbn ül-Cəzvi. əl-Müntəzəm. Heydərabad, 1359, VIII, s. 229. Sibt ibn-ül-Cəzvidə də (Mirat 



üz-zaman. Türk-islam əsərləri muzeyi kitabxanası, № 2134, vərəq 226 a-b) bu ifadə olduğu 

kimi verilməklə kiçik bir fərq və əlavə vardır. Əbülfərəcin  (Tarix. O.R.Doğrulun türkcəyə 

tərcüməsi, Ankara, 1945, I, s. 315) sözləri eynən belədir: «Rəvayət edildiyinə görə, qız evi-

nə göndərildiyi zaman sultan ilə türk bəyləri ayağa qalxaraq öz adətlərinə görə rəqs etmişlər, 

sonra diz üstə oturaraq qalxmışlar və türk mahnıları oxumuşlar. Gəlin üçün qızıldan bir taxt 

düzəldilmişdi. Sultan içəri girərək yerə doğru əyildi, arvadını salamladı və içəridə qalmayıb 

bayıra çıxdı. Sultan 7 gün bu şəkildə hərəkət etdi və qadının üzünü görmək üçün duvağını 

qaldırmadı». 




FARUQ SÜMƏR 

68 


 

Əbül  Fərəc  vasitəsilə  bu  məlumatdan  xəbərdar  olan  Barthold

1

 ruslarda 



«plyaska prisyadki» adlı rəqsin türklərdən alına biləcəyi ehtimalını irəli sür-

müşdür. Zənnimizcə, Toğrul bəyin ifa etdiyi bu rəqs bu gün Anadoluda kol-

lektiv şəkildə oynanan və adına halay deyilən rəqs olmalıdır.  

Digər türk ellərində olduğu kimi, oğuzların da milli yeməkləri tutmac idi. 

Tutmac tarix boyu bir sıra mənbələrdə türklərin milli yeməyi kimi qeyd olu-

nur. Toğrul bəyin Xorasanda bir dəvətdə yediyi badam haqqında «yaxşı tut-

macdır,  ancaq  sarımsağı  çatişmır»

2

 dediyi  söylənir



3

.  Bu  yeməyin  Türkiyə 

səlcuqluları və osmanlı saraylarında da yeyildiyini bilirik. Tutmac türklərin 

hakimiyyət sürdükləri İran və ərəb ölkələrində də tanınmışdır

4

.  


X əsrdə oğuzların sifət quruluşunun digər türk qövmlərindən nə dərəcə-

də  fərqli  olduğu  məlum  deyil.  Bildiyimizə  görə,  bu  məsələ  ilə  əlaqədar  ən 

qədim qeyd «Cami ət-təvarix»dədir. Bu əsərdə oğuzların üz şəkillərinin əv-

vəlcə  digər  türklərinki  kimi  olduğu,  Mavəraünnəhrə  gəldikdən  sonra  yerli 

iqlim  və  suyun  təsiri  altında  sifətlərinin  tədricən  taciklərinkinə,  yəni  iran-

lılarınkına bənzədiyi yazılır

5

. Bu ifadədən türkmənlərin üz şəklinin XVI əsr-



də əsas türk qövmləri və monqollarınkı kimi deyil, iranlılarınkı kimi düz ol-

duğu, yəni monqoloid xüsusiyyətləri daşımadığı faktı meydana çıxır. Türk-

mənləri görən Avropa səyyahları onların qadınlarının xüsusilə gözəl olduq-

larını bildirirlər.  

Oğuzlar üzlərini təraş edir, yalnız bığ saxlayırdılar

6

. Bu adətin Türkiyə-



də  də  uzun  müddət  davam  etdiyi,  ruhanilərdən  başqa  xalqın  və  əsgərlərin 

üzlərini qırxdıqları, yəni təraş etdikləri məlumdur. Qızılbaş türklərin bu gün 

                                                           

1

 Orta Asiya türk tarixi haqqında dərslər, İstanbul, 1928, s. 97. 



2

 İbn ül-Əsir. Misir, IX, 1301, s. 201. 

3

 Bu rəvayətin açıq-aşkar uydurma olduğu şübhəsizdir. Rəvayətə görə, oğuzlar Mərvdə ka-



furu görərək ona «bu, Mərv duzudur» demişlər (ibn ül-Əsir, göstərilən yer). Halbuki həmən 

müəllif (II, s. 153) bunu İraqı fəth edən ərəblərə istinad edir. Guya ərəblər Mədaində gör-

dükləri kafura «bu, Mədain duzudur» demişdilər. Bunlar fatehləri mədəniyyətsiz göstərmək 

və istehza etmək üçün uydurulmuş qəliblərdir. 

4

 Tutmac haqda məlumat üçün III hissəyə bax. 



5

 «Oğuz eli öz yurdundan çıxıb Mavəraünnəhr şəhərlərinə və İrana gələrək burada doğulub-

böyüyəndə  su  və  iqlim  səbəbilə  çöhrələri  yavaş-yavaş  taciklərinkinə  bənzədi.  Onlar  xalis 

tacik olmadıqları üçün taciklər onlara «türkman», yəni «türkəbənzər» dedilər. Ona görə də 

bu ad bütün oğuz boylarına verilmiş, onlar bu adla tanınmışlar» (Cami  ət-təvarix. Berezin 

nəşri.  Ptb,  1861,  s.  26).  B.Brokye.  Dəniz  arxasına  səyahət.  Şefer  nəşri.  Paris,  1892,  s.  92. 

Çuxurovada  gördüyü  türkmənlərə  «gözəl  insanlar»  deyir.  Babur  (Xatirat.  R.R.Arat  tərcü-

məsi. Ankara, 1943, s.72). Sultan Mahmud oğlu Baysunqur Mirzə haqqında: «böyük gözlü, 

yuvarlaq üzlü, orta boylu, türkmən çöhrəli və gözəl bir igid» sözlərini işlədir. [Bax: Babur. 

Baburnamə.  Ramiz Əskər tərcüməsi. Bakı, 2011, s. 86.]. Baburun bu sözləri türkmənlərin 

çağatay  türklərindən  fərqli  üz  quruluşuna  malik  olduqlarını  bildirir.  Baysunqur  Mirzənin 

türkmən çöhrəli olması çox təbii idi, çünki həmin müəllifin məlumatına görə Baysunqurun 

anası məşhur qaraqoyunlu türkmən boyu baharluların başçısı Əli Şəkər bəyin qızı idi. 

6

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 15; S. əd-Dehxan nəşri, s. 100-101. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə