Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə30/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   26   27   28   29   30   31   32   33   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

63 


 

  Oğuz şəhərlərində aparılan qazıntılar burada yüksək bir mədəni həyatın 

varlığına  dəlalət  edir.  Keller,  Yakubovski  və  Tolstov  kimi  arxeoloqlar  bu 

cəhəti  qayət  açıq  bir  şəkildə  bildirmişlər

1

.  Oğuzların  mühüm  bir  qisminin 



oturaq həyata keçmələrində ən mühüm amil onların müsəlmanlığı qəbul et-

məsidir. Onlar arasında islam dini yayıldıqca və qüvvətləndikcə oturaqlıq da 

inkişaf etmişdir.  

Göründüyü  kimi,  bu  şəhərlərin  mühüm  bir  qismi  X  əsrin  ilk  rübündə 

oğuzların tabeliyində deyildi. Hər halda oğuzlar bu şəhərləri müsəlman ol-

duqdan sonra ələ keçirmişlər. Kaşğaridən başqa oğuzların şəhərləri olduğu-

nu bildirən digər bir müəllif də İdrisidir (əsərinin yazılma tarixi: 1154). İdri-

si yazır: «Oğuzların şəhərləri çoxdur, onlar cənuba və qərbə doğru uzanır»

2



Köçəri  oğuzlar  bu  şəhərlərdə  yaşayan  oturaq  eldaşlarına  istehza  ilə  yatuq, 



yəni  «tənbəl»  deyirdilər.  Onların  fikrincə,  bu  oturaq  eldaşları  vuruşmadan, 

tənbəl-tənbəl  şəhərlərdə  yaşayırdılar

3

. Oğuz 


 

şəhərlərinin çoxunda Mavəra-

ünnəhrin yerli ünsürləri də vardı, ki, oğuzlar onlara «sukak» deyirdilər

4

.  



Monqol istilası əsnasında köçəri türkmənlərdən bir hissəsinin aşağı Sır-

Dərya boyunda yaşadıqları məlumdur

5

. Oturaq oğuzların köçəri eldaşlarının 



siyasi fəaliyyətində və köçlərində o qədər iştirak etməyərək monqol istilası-

na qədər bu şəhərlərdə ömür sürdüklərini söyləmək mümkündür. Monqol is-

tilası nəticəsində bu şəhərlərin böyük əksəriyyəti və ya hamısı yaşamağa ya-

ramayacaq  dərəcədə  dağıntıya  uğramışdı

6

.  Bu  şəhər,  kənd  və  qəsəbələrdə 



yaşayan oturaq oğuzlar  necə oldular? Bu suala cavab vermək mümkündür: 

onların bir qismi tələf oldu, bir qismi əsir alındı, qalanları isə Xorasana qaç-

dı. Monqol istilasının İrana yayılması nəticəsində Xorasana pənah gətirənlər 

o vaxt təhlükəsiz ölkə olan Anadoluya gəldilər. Anadoluda köçərilər, şəhər-

lilər və kəndlilər arasında Xorasanla əlaqədar köç xatirələri əsrlərcə unudul-

mamış, dövrümüzə qədər gəlib çatmışdır. Şübhəsiz ki, buradakı Xorasan adı 

ilə Türküstan da ifadə olunurdu.  

             

 

 

 



                                                           

1

 Bax: Kitab ül-cümahir, s. 205; S.P.Tolstov. Qoroda quzov, s. 55-102. 



2

 S.P.Tolstov. Qoroda quzov, s. 55 və ardı. 

3

 Kilisli, III, s. II; Atalay, III, s. 14; [Ramiz Əskər, III, s. 21]. 



4

 Kilisli, II, s. 191; Atalay, II, s. 287; [Ramiz Əskər, II, s. 282]. Bu sözün mənşəyi nədir? 

5

 Yenə orada. 



6

 «Biz bu ölkədə (Sır-Dərya boyu) çoxlu dağılmış 

 

şəhərlər, yıxılmış kəndlər, tərk edilmiş 



qəsəbələr  gördük.  Bu  ölkədə  adını  bilmədiyim  bir  çay  (Sır-Dərya),  onun  sahilində  Yeni 

Kənt, Barçin və Ornas (Əşnas) adlı 

 

şəhərlər ilə adlarını bilmədiyim başqa şəhərlər vardır”. 



(F.Con. II Karpinin Kuyuk xanın sarayına səfəri, 1245-1247, s. 14. Rubrukun səyahətnamə-

sinin əvvəlində, Rokhill nəşri). 




FARUQ SÜMƏR 

64 


 

 

3. OĞUZLARIN İQTİSADİ HƏYATI  



  

XI  əsrin  əvvəllərində  əksəriyyəti  köçəri  həyat  sürən  oğuzların  iqtisadi 

fəaliyyətləri də  bu  yaşayışa uyğun olaraq  əsasən  heyvandarlıqla məhdudla-

şırdı. Bu səbəbdən onların sərvətləri qoyun sürülərindən, ilxılardan (at sürü-

lərindən), dəvələrdən, hətta «Hüdud-ül-aləm»ə görə

1

, sığırdan ibarət idi. At-



dan  minik,  dəvədən  isə  nəqliyyat  vasitəsi  kimi  istifadə  olunurdu.  İbn  Fəd-

lan


2

 «türk dəvələri» sözü ilə bu gün Anadoluda «buxur» deyilən ikihürgüclü 

dəvələri nəzərdə tutmuş olmalıdır. Yenə həmin müəllif bulğarların at əti ye-

diklərini qeyd edir, lakin oğuzlar haqqında belə bir söz demir. Oğuz sübaşı-

*

 Ətrəb ibn Fədlana və onun yoldaşlarına olduğu kimi, öz qohumları üçün 



də  qoyun  kəsdirmişdi.  Ancaq  o,  vəfat  etmiş  oğuzların  atlarının  yeyildiyini 

qeyd edir. Digər tərəfdən, oğuz dastanları da oğuzların digər türk boyları ki-

mi at əti, hətta dəvə əti yediklərini göstərir. At ətini onlar bəlkə də adi vaxt-

larda deyil, müstəsna günlərdə yeyirdilər. Oğuzlar müsəlman olduqdan son-

ra isə at əti yeməkdən ümumiyyətlə vaz keçmişlər. Çünki daxil olduqları hə-

nəfi məzhəbi at əti yeməyi haram buyurmuşdu.  

Oğuzlara qonşu müsəlman qövmləri arasında canlı bir ticarət fəaliyyəti-

nin mövcud olduğu görünür. Oğuz yurdundan keçən ən mühüm ticarət yolu 

Xarəzmdən İdil bölgəsinə gedən yol idi. Coğrafiyaşünaslar yekdilliklə oğuz 

tacirlərinin  çox  olduğunu  yazırlar

3

.  İbn  Fədlan



4

 beş  min  nəfərlik  böyük  bir 

karvan içində oğuz yurdundan keçmişdi.  

Oğuzlar sülh dövründə ticarət məqsədilə Xarəzmdəki Curcaniyə və Ba-

ratəgin 

 

şəhərlərində, Mavəraünəhrdə isə Sabran şəhərinə gedirdilər



5

. Oğuz-


ların əsas ticarət malı qoyun idi. Xorasan və Mavəraünəhr camaatının ət eh-

tiyacını onlar və karluqlar ödəyirdilər

6

. Türk qoyunlarının Mavəraünnəhr və 



Xorasan qoyunlarından fərqli bir cins olduğu bilinsə də

7

, onların əsas xüsu-



siyyətləri  naməlumdur.  Bundan  başqa,  oğuzların  islam  aləmində  məşhur 

olan türk keçəsi

8

 satdıqları da ehtimal edilir



1

.

 



Oğuzlar isə islam ölkələrindən 

əsas etibarilə toxuculuq məmulatları satın alırdılar.  

                                                           

1

 S. 80, Minorski, s. 100. 



2

 Z.V.Toğan nəşri, s. 8; S. əd-Dehxan nəşri, s. 86. 

*

 Qədim türk dilində «sü» qoşun deməkdir. «Sübaşı» - sərkərdə mənasını verir (tərcüməçi). 



3

 İstəxri,  s.  299:  Hüdud  ül-aləm,  s.  118:  Minorski,  s.  119;  İbn  Hövkəl,  s.  511;  Əbu  Düləf 

oğuzların hind və Çinlə ticarət etdiyini bildirir ki, burada mübaliğə var (Yakut. Mücəm ül-

büldan. F.Vustenfeld nəşri. Leypsiq, 1868, III, s. 44, «Sin» maddəsi). 

4

 Z.V.Toğan nəşri, s. 14; S. əd-Dehxan nəşri, s. 98. 



5

 İstəxri, s. 299; İbn Hövkəl, s. 511; Hüdud-ül-aləm, s. 118; Minorski, s. 119. 

6

 İstəxri, s. 281, 288. 



7

 İmaməddin əl-İsfahani (Bundarinin ixtisarı). Hutsma nəşri, Leyden, 1889, s. 5,282. Türk-

cəyə tərcümə edəni K.Burslan. TTK, İstanbul, 1945, s.3, 253. 

8

 Yaqubi türklərin ən yaxşı keçə emal edən qövm olduğunu yazır (Kitab ül-buldan. Bağdad, 



s. 60, Leyden, 1892, s. 295). 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə