Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə29/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   25   26   27   28   29   30   31   32   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

61 


 

sahilindəki başlıca mərkəzlərindən biri olmuşdur. Şəhərin xərabələri bu gün 

də durur.  

Oğuz şəhərlərindən biri olan Karnak haqqında başqa heç harada heç bir 

qeydə rast  gəlmədik.  Z.V.Toğan

1

 türk eli xəritəsində Karnak şəhərini Yesi-



dən azca şimal-qərbdə, ondan bir mənzil məsafədə göstərmişdir. Digər tərəf-

dən,  Sabranın  yaxınlığındakı  Sadiq  Ata  Təpənin  Karnak  olduğu  fikri  irəli 

sürülmüşdür

2

. Hər halda Karnakı Sabran tərəflərdə axtarmaq lazımdır.  



Sitgünə  gəlincə,  qüvvətli  ehtimala  görə,  o,  X  əsr  coğrafiyaşünaslarının 

Südkənt  adlandırdıqları  şəhərdir.  Südkənt  Fərab  ərazisinə  yaxın  bir  yerdə 

Sır-Dəryanın sol sahilində yerləşirdi, bu gün xərabələri qalır. Bu şəhərdə bir 

cümə məscidi vardı. Südkənt ətrafında hələ X əsrin ilk rübündə müsəlman-

lığı  qəbul  etmiş  çoxlu  karluq  və  oğuzun  yaşadığı  bildirilir.  Bu  müsəlman 

oğuz  və  karluqlar  ərazini  öz  qövmdaşları  olan  qeyri-müsəlman  türklərdən 

qoruyurdular.  Bundan  başqa,  Fərab,  Gəncədə  və  Şaş  arasındakı  otlaqlarda 

müsəlman olmuş türklərdən 1.000 çadıra yaxın bir elat vardı

3

. Biruni gənc-



liyində hər il Xarəzmşaha 

 

şəxsən özü düzəltdiyi dərmanlar və mumiya gə-



tirən südkəntli bir türkmən tanıyırdı

4

.  



Şübhə yox ki, oğuz şəhərləri yalnız Kaşğarinin saydıqlarından ibarət de-

yildi. Onların Sır-Dərya sahillərində yığcam olaraq yaşadıqları digər bəzi və 

ya çoxlu şəhər, qəsəbə və kəndlər vardı

5

. Digər tərəfdən, onların Kaşğarinin 



bəhs etdiyi dövrdən sonra da yeni 

 

şəhərlərə sahib olduqları bilinir. Bunlar-



dan  biri  kimi  Barçınlı-Kənt  göstərilə  bilər.  Doğrudan  da,  bu  şəhərin  adına 

XII  əsrdən  əvvəl  yazılmış  əsərlərdə  təsadüf  olunmur.  Barçınlı-Kənt  Sır-

Dərya boyunun monqollar tərəfindən fəthi əsnasında Sığnak və Öz-Kəntdən 

sonra adı çəkilən üçüncü şəhərdir. Ondan sonra sıra ilə Əşnas, Səid və Şəhər 

(Yeni) Kəntin işğalı göstərilir

6

. Hazırda Çirik qala xərabələrinin altında Ye-



ni-Dərya  ilə  birləşən  Barşın-Dərya  adlı  bir  quru  çay  və  ya  köhnə  bir  kanal 

vardır.  Quru  çayın  sahilində  Uz-Kənt  və  Sirli-Tam  şəhərlərinin  xərabələri 

görünür

7

.  Buradakı  Uz-Kəntin  Cüveyninin  əsərindəki  Sığnakdan  sonra  adı 



çəkilən şəhər olduğuna şübhə yoxdur. Bu quru çay və ya kanalın sahilində 

                                                           

1

 Türk eli xəritəsi və ona dair izahlar. İstanbul, 1943. 



2

 B.Ögəl. Göstərilən əsər, s. 340. 

3

 İbn Hövkəl, s. 510-511; Hüdud ül-aləm. s. 117; Minorski, s. 113-119; Südkəntdə aparılan 



qazıntıların nəticəsi haqqında: B.Ögəl, göstərilən əsər, s. 336-337. 

4

 Kitab ül-cümahir, s. 205. Bu müəllif Südkənti bir türkmən şəhəri kimi göstərir (əl-Kanun 



ül-Məsudi. Heydərabad, 1374, II, s. 575). 

5

 Belə görünür ki, «Sır-Dərya sahillərində çoxlu xərabə vardır. Bunların bəzilərində aparıl-



mış qazıntıların nəticəsi barədə bax: S.P.Tolstov. Qoroda quzov. «Sovetskaya etnoqrafoya», 

1947, № 3, s. 55-102 (Dr. İ.Kaynakın türkcə tərcümələrindən istifadə edilmişdir). Bundan 

başqa: B.Ögəl. Göstərilən əsəri, s. 333-341. 

6

 Cüveyni, I, s. 64, 67, 72, 79. 



7

 B.M.Jirmunski.  Sır-Dərya  boyunda  oğuzlara  dair  izlər  (İ.Kaynakın  tərcüməsi).  «Belle-

ten», № 99, s. 480-481. 



FARUQ SÜMƏR 

62 


 

bəzi şəhər və qala xərabələri də var. Kök-Kəsənə və Barşın-Dərya haqqında 

64 il əvvəl ilk dəfə müfəssəl məlumat verən arxeoloq V.A.Keller haqlı ola-

raq belə bir nəticəyə gəlmişdir ki, Barçınlı-Kənt də bu Barşın-Dərya üzərin-

də  olmalıdır

1

.  Keller  bu  quru  çay  yatağının  (Sır-Dəryanın  qədim  yatağı?) 



Çardardan  Uz-Kəntə  qədər  olan  hissəsinin  isə  Uğuz  jilqası  (Oğuz  dərəsi) 

adını daşıdığını bildirir

2

. Sığnak şəhəri xərabələrindən 13 fərsəxlik bir məsa-



fədə Kök-Kəsənə xərabələri vardır. Kök-Kəsənəni ilk dəfə ziyarət edən Kel-

ler  burada  kərpicdən  tikilmiş  və  mavi  (göy)  rəngli  bəzəkləri  olan  dağılmış 

bir gümbəz görmüşdü. Bu türbənin cənub-qərb tərəfində bəzi divarları hələ 

də  ayaq  üstə  olan  daha  kiçik  bir  türbə  aşkar  edilmişdir.  Keller  bu  türbənin 

ətrafında da çoxlu təpə və təpəciklər görmüş, bunların qədim qəbr qalıqları, 

yoxsa məskən yeri olduğunu başa düşə bilməmişdir. 1927-ci ildə buranı zi-

yarət edən Yakubovski türbənin çökmüş olduğunu görmüş, türbədə və onun 

ətrafında  araşdırmalar  apardıqdan  sonra  Kök-Kəsənənin  çini  işləmə  baxı-

mından şahəsər bir abidə olduğunu söyləmiş, burada vaxtilə yüksək mədə-

niyyətin mövcud olduğu hökmünə varmışdır

3

.  


Əbülqazi  Bahadır  xan  türkmənlərin  tarixə  vaqif  baxşılarından  7  qızın 

oğuz elini «ağızlarına baxdırıb» uzun illər bəylik etdiklərini eşitdiyini bildi-

rir.  Bunlardan  biri  Karmış  bəyın  qızı  və  Mamış  bəyin  arvadı  Barçın  salur 

(Salur Barçın) imiş. «Onun türbəsi Sır-Dəryanın sahilində olub xalq arasın-

da məşhurdur və özbəklər ona «Barçının kök kaşanasi» dedilər»

4

. Əbülqazi-



nin bu sözlərindən Kök-Kəsənə (göy kəşanə-göy çini) türbəsinin oğuzlardan 

Barçın xatuna ithaf olunduğu və bunun xalq tərəfindən bilindiyi anlaşılır.  

Bütün  bunlardan  aşağıdakı  hökmə  varmaq  mümkündür:  XII  əsrdə  Sır-

Dərya boyunda salur boyundan Barçın xatun oğuzların bir qismini öz nüfu-

zu və hakimiyyəti altına almışdı. Ağıllı olduğu qədər də varlı olan bu xatu-

nun hökmdarlıq etdiyi Sır-Dərya bölgəsində «Barçınlı-Kənt» adlı (yəni Bar-

çına aid) yeni bir şəhər salındı. Bu xatun özü üçün Mərvdəki Sultan Səncər 

və Ürgəncdəki xarəzmşah Təkişin türbələrinə bənzəyən qübbəsi göy çinilər-

lə işlənmiş möhtəşəm bir türbə tikdirdi. Ehtimal ki, şəhər bu türbə tikildik-

dən  sonra  salınmışdır.  Barçınlı-Kəntlə  birlikdə  adı  çəkilən  Öz-Kənt  və  Əs-

naşın  da  yeni  şəhərlər olduğu bilinir, çünki  daha  əvvəlki dövrlərə  aid  əsər-

lərdə bu şəhərlərin adı çəkilmir. İndiki məlumatlarımıza görə, Barçınlı-Kən-

tin adına XII əsrin ikinci yarısından etibarən rastlanır.  

                                                           

1

 Göstərilən əsər, s. 482. 



2

 Göstərilən əsər, s. 480-481. 

3

 V.M.Jirmunski. Göstərilən əsəri, s. 477-478; Yakubovski bu türbənin xanlardan birinə aid 



ola  biləcəyini  söyləməklə  bərabər  (s.  477)  türbənin  Mərvdəki  Sultan  Səncər,  Ürgəncdəki 

xarəzmşah Təkiş və yenə buradakı Fəxrəddin Razi türbələri ilə bəzi bənzərlikləri olduğunu 

da bildirmişdir (göstərilən əsəri, s. 478). 

4

 Şəcəreyi-tərakimə, s. 79. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə