Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə25/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   21   22   23   24   25   26   27   28   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

53 


 

Bəs bu türkmənlərin qövmi mənşəyi nədir? Ağla gələn ilk cavab onların 

karluq mənşəli olmasıdır, çünki bu türkmənlər onların ölkəsində yaşayırdılar. 

Məsələn, yuxarıda adı çəkilən Mirki və onun qərbindəki Kulanın karluq öl-

kəsində olduğunu və karluqların Mirkidə də yaşadığını bilirik. Üstəlik, Kaş-

ğari  karluqlara  da  türkmən  deyildiyini  xəbər  verir

1

.  Bununla  bərabər  türk-



mənlərin karluqlardan da ayrı bir qövmi təşəkkül olması, onların türgişlərin, 

yaxud  on-oxların  qalıqları  olması  ehtimalı  güclüdür

2

.  Müsəlman  oğuzlara 



türkmən adının verilməsi də bu qövm ilə əlaqədardır. Bu barədə sonra ayrı-

ca danışılacaq.  

Digər bir türk qövmü isə əzgişdir. Bu qövmün adı ibn Xordadbehin əsə-

rində  çəkilir

3

.  Bununla  bərabər,  bu  qövm  Kaşğari  zamanında  da  varlığını 



mühafizə etməkdə və Fərqanədəki Özcənddə (Özkənd) yaşamaqda idi

4

.  



X əsrdə əsas türk qövmlərindən biri də yağmalar idi. Onlar əksərən Kaş-

ğar və onun şimal-qərbində  yaşayırdılar

5

.  Mənbələrin  məlumatına  görə,  bu 



qövm doqquz-oğuzlardan (yəni uyğurlardan) idi.  

«Hüdud-ül-aləm»də

6

 yağmaların hökmdarlarının toğuz-ğuzz hökmdarla-



rı  ailəsindən  olduğu  göstərilir.  Ehtimal  ki,  yağmalar  uyğurlara  bağlı  bir 

qövm olub uyğur dövlətinin süqutundan sonra (840) qərbə köçmüş, Kaşğar 

bölgəsinə  gəlmiş  və  buranı  karluqların  əlindən  alaraq  yurd  salmışlar.  «Hü-

dud ül-aləm»də deyildiyi kimi, yağmaların başçıları toğuz-ğuzz (uyğur) xa-

nədanına  mənsub  idi.  Bu  xanədan  üzvləri  Buğra  xan  ünvanını  daşıyırdı

7



Barthold

8

 sırf  bu  ünvana  baxaraq  qaraxani  dövlətinin  yağmalar  tərəfindən 



qurulduğunu söyləmiş, sonra bu xüsusda tərəddüdə düşmüşdür

9

. Zənnimizcə, 



                                                           

1

 «Karluk-köçəri türklərin bir boyunun adı. Oğuzlardan ayrıdırlar, oğuzlar kimi türkməndir-



lər» (Kilisli, I, s. 393; Atalay, I, s. 473; [Ramiz Əskər, I, s. 459]). 

2

 1158-ci ildə Mavəraünnəhrdə baş verən bir hadisə dolayısı ilə «İlig-kök-sağun ləqəbli Cə-



laləddin  Çağrı  xan  xarəzmşah  İl-Arslanın  hücumu  səbəbilə  vassalı  qara-xıtay  Gurxandan 

kömək istəmiş, o da İligi-Türkmanın komandası altında 10 min nəfərlik qoşun göndərmişdi. 

(Cüveyni. Tarixi-cahangüşa. Məhəmməd Qəzvini nəşri. Leyden, 1916, II, s. 15). Barthold 

(Türküstan,  233,  qeyd  10)  haqlı  olaraq  bu  İligi-Türkmanın  Balasağunda  qara-xıtaylar  tə-

rəfindən taxtdan endirilən və özünə də İligi-Türkman ləqəbi verilən son qaraxani hökmdarı 

ola  biləcəyini  söyləyir.  İligi-Türkman  türkmən  məliki  deməkdir,  bu  da  Müqəddəsidəki 

«Məlik üt-Tərakimin» sözünün tərcüməsidir. Yəqin ki, qara-xıtay hökmdarı Balasağundakı 

qaraxani  hökmdarını  taxtdan  endirərək  özü  onun  yerinə  keçmiş,  ona  isə  «İligi-Türkman» 

kimi təvazökar bir ünvan verərək türkmən məliki etmişdir (Cüveyni, II, s. 88, burada: İligi-

Türkan).  

3

 Kitab-ül-məsalik və əl-məmalik, De Qoj nəşri, Leyden, 1889, s. 31.  



4

 Kilisli, I, s. 89; Atalay, I, s. 96; [Ramiz Əskər, I, s 161]. 

5

 Gərdizi, s. 84. 



6

 S. 719, Minorski tərcüməsi, s. 95-96. 

7

 Mücməl-üt-təvarix və I qisas, Tehran, 1318, ş., s. 421. 



8

 Mərkəzi Asiya haqqında dörd dərs. Semireçye tarixi. V. və T. Minorskinin ingiliscəyə tər-

cüməsi, I, Leyden, 1956, s. 93. 

9

 Orta Asiya türk tarixi haqqında dərslər. İstanbul, 1927, s. 66-76, 68. 




FARUQ SÜMƏR 

54 


 

Bartholdun ilk fikri doğrudur, çünki xanədanın Kaşğar şəhəri ilə sıx münasi-

bətdə olduğu bilinir, hətta xanədanın ailə qəbristanlığı da bu şəhərdə idi. Qa-

raxani  xanədanının  asanlıqla  xaqan  ünvanı  alması  da,  hər  halda,  bir  məna 

daşıyırdı. Kaşğarinin  «türkcə» və  ya  «xaqanlı türkcəsi» dediyi türk dili  gə-

rək ki, bu yağmaların ləhcəsidir

1

. Yağmalar bir çox boylardan meydana gəl-



mişlər. Bunlardan biri bulaq boyudur

2

. XI əsrdə də varlığını mühafizə edən 



bu boyu bir ara qıpçaqlar əsir edib özlərilə aparmışlarsa da, lakin sonra əsa-

rətdən qurtulmuşlar

3

. Buradan bulaqların XI əsrdə Talas və ya Çu bölgəsin-



də yaşadıqlarını söyləmək mümkündür.  

Daha şərqdə, Beşbalıq bölgəsində uyğurlar  yaşayırdı. Onlar ancaq 866-

cı ildə burada yurd sala bilmişdilər, özlərinin də zəif bir dövlətləri vardı. O 

dövrdəki Çin mənbələri uyğurlardan 951-ci ildə gələn bir elçi haqqında do-

layısı ilə qısaca bəhs etmişlər. İslam coğrafiyaşünaslığında isə onlardan to-

ğuz-ğuzz olaraq bəhs edilir və onlar türklərin ən qüvvətli qolu kimi təriflənir. 

Əvvəlcə də işarə vurulduğu kimi, bu xüsus coğrafiyaçıların 840-cı il fəlakə-

tindən  xəbərdar  olmamalarından  irəli  gəlmişdir.  Uyğurların  bir  qismi  isə 

Qansuda yurd salmışdı. Beşbalıq bölgəsindəki uyğurlar oturaq həyata sürət-

lə alışaraq mədəni səviyyələrini yüksəltdilər və qısa bir müddət sonra türkcə 

danışan  aləmin  ən  mədəni  qövmü  halına  gəldilər.  X  əsrin  sonunda  onların 

çox mühüm bir hissəsi buddizm dinini qəbul etmişdi.  

Uyğurları 840-cı ildə Orxon bölgəsindən çıxaran qırğızlara gəlincə, on-

lar  924-cü  ilədək  burada  qaldılar,  ancaq  nə  qüvvətli  dövlət  yarada  bildilər, 

nə də mədəniyyət tarixi ilə əlaqədar fəaliyyətdə buluna bildilər. Üstəlik, xı-

tayların  hücumuna  tab  gətirməyərək  bu  qədim  türk  yurdunun  monqoldilli 

qövmlərin əlinə keçməsinə bais oldular. Beləliklə, monqolca danışan qövm-

lər  getdikcə  türklər  əleyhində  torpaq  qazancları  əldə  etdilər  və  bir  müddət 

sonra  Çindən  qovulan  xıtaylar  Türküstana  gələrək  asanlıqla  buranın  ali  ha-

kimləri oldular. Qırğızlar bu vaxt yuxarı Yeniseydəki köhnə yurdlarına dön-

müşdülər.  

X  əsrin  əvvəllərində  mühüm  türk  ellərindən  biri  də  kiməklərdir.  Orxon 

kitabələrdə  onların  adı  çəkilmir.  Bu  səbəbdən  kiməklərin  VIII  əsrdə  başqa 

ad  daşıyan  bir  qövmi  birliyə  daxil  olduqlarını  düşünmək  olar.  Görəsən,  bu 

qövm çiklər deyil ki? Çiklər VIII əsrin ortalarında olduqca mühüm bir siyasi 

qüvvə  halında  Yuxarı  Kəm  ilə  İrtış  arasındakı  sahədə  yaşayırdılar.  Uyğur 

xaqanı Tanrıda Bulmuş İl Etmiş Bilgə kağan (Moyunçur) iki dəfə səfər edə-

rək  çikləri  hakimiyyəti  altına  almış,  onlara  tutuk  təyin  etmiş,  işbaralar  və 

                                                           

1

 Kaşğari ən zərif türkcənin yağmaların və toxsıların ləhcəsi olduğunu söyləyir (Kilisli, I, s. 



30; Atalay, I, s. 30; [Ramiz Əskər, I, s. 104]). 

2

 Hüdud ül-aləm, s. 79, Minorski tərcüməsi, s. 96. Halbuki Mərvəzi bulaqları karluqlardan 



hesab edir (s. 28, haşiyə 71). 

3

 Kilisli, I, s. 116, 337; Atalay, I, s. 129, 379; [Ramiz Əskər, I, s. 187, 381]. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə