Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə21/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   17   18   19   20   21   22   23   24   ...   213

FARUQ SÜMƏR 

44 


 

uyğurların  hakimiyyəti  altına  düşmüşlər.  Bunun  742-ci  ildə  Tanrı  kağanın 

öldürülməsindən sonra baş verdiyi şübhəsizdir. Xaqan olan kimi Kül-Bilgə 

adını  qəbul  edən  uyğur  hökmdarı  öz  oğlunu  oğuzlara  hakim  təyin  elədi. 

Oğuzları özlərinə tabe etmək uyğurlar üçün həqiqətən böyük müvəffəqiyyət 

idi.  Bu  onların  Orxon  bölgəsinə  hakim  olmaq  üzrə  olduqlarını  göstərirdi. 

Həqiqətən, qoyun ilində (743) uyğur başbuğu üç  tuğlu türk budununun xa-

qanı Ozmış kağan üzərinə yürüş edərkən oğlu da doqquz-oğuz əsgərləri ilə 

ona qoşuldu. Oğuzlar yeni ağalarının yanında vaxtilə birlikdə parlaq zəfərlər 

qazandıqları köhnə silahdaşlarını məhv etməyə gedirdilər.  

Həmin  il  baş  verən  müharibədə  Ozmış  kağan  ağır  məğlubiyyətə  düçar 

oldu. Türk budunu o zaman doqquz-oğuzların başçısı Tanrıda Bolmış İl Et-

miş Bilgə kağanın ifadəsilə «anda inağaru yok boldu» (Türk budunu orada 

tamamilə (?) yox oldu)

1

.  


Bu səfərdən sonra uyğur başbuğu Ötükən bölgəsinə yerləşdi, xaqan ün-

vanı aldı və Kül-Bilgə xan olaraq tanındı. Bundan sonra uç-karluq ilə vuru-

şan Kül-Bilgə xan onları on-oxların ölkəsinə çəkilməyə məcbur etdi. Ancaq 

çox keçmədi Kül-Bilgə xan öldü (donuz ilində-747)

2

. Yerinə doqquz-oğuz-



ların başçısı olan oğlu keçdi və «Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan» ün-

vanı aldı. Bu uyğur hökmdarı Türk Bilgə kağan kimi doqquz-oğuzlar haq-

qında  «doqquz  oğuz  budunum»

3

 deməklə  bərabər,  xaqan  olanda  oğuzların 



böyük əksəriyyətinin özünə düşmən olduğunu gördü. Onlar şəxsən bu uyğur 

xaqanı ilə əlaqədar kitabədə «səkkiz-oğuz» kimi qeyd olunmuşlar. Buradan 

belə bir nəticə çıxır ki, ancaq bir oğuz boyu xaqana sadiq qalmış imiş. Göy-

türk xaqanlarına qarşı olduğu kimi, oğuzların uyğur hökmdarlarına qarşı da 

üsyan  etmələrinin  istiqlaliyyət  qazanmaq  qayəsi  güddüyünə  hökm  vermək 

mümkündür.  Oğuzlar  bu  məqsədlə  göytürklər  dövründə  etdikləri  kimi  şərq 

qonşuları doqquz-tatarlar ilə birləşmişdilər.  

İl Etmiş Bilgə kağan müttəfiqlərinə hücum edərək meşəlik bir yerdə ge-

cə  vaxtı  onları  məğlubiyyətə  uğratdı.  Lakin  ertəsi  gün  onlar  yenə  xaqanın 

qabağına çıxdılar. İkinci vuruşmada da xaqan qalib gəldi. İl Etmiş Bilgə ka-

ğan oğuzların sadə xalq təbəqəsindən (qara igil budun) çoxlu adamı əsir al-

mış, ancaq onların kibitkalarına,  ailə üzvlərinə və davarlarına heç nə etmə-

miş, olsa-olsa başçılarına cəza (kıyın) vermişdi

4

.  



Oğuzlar xaqana tabe olmaq təklifini rədd etdikləri üçün Bilgə Kağan on-

ların arxasınca düşərək Burğuda onları haxlamış və bu dəfə oğuzları ağır bir 

məğlubiyyətə uğratmışdır (dördüncü ayın-haziranın 9-da)

*

. Xaqan bu vuruş-



                                                           

1

 ƏTY, I, s. 166. 



2

 Yenə orada. 

3

 Yenə orada, s. 164. 



4

 ƏTY, I, s. 168. 

*

  Müasir  türk  təqvimində  haziran  iyun  ayına  müvafiqdir.  Lakin  həmin  dövrdə  türklərdə  il 



martın 21-də başlandığı üçün haziran dördüncü ay kimi göstərilir (tərcüməçi). 


OĞUZLAR (TÜRKMƏNLƏR) 

45 


 

mada oğuzların kibitkalarını, heyvanlarını, qadın və uşaqlarını ələ keçirmiş-

dir. Beşinci ayın-təmmuzun 29-da

*

 Selenqa sahillərində təkrar vuruşma oldu. 



Oğuzlar və tatarlar darmadağın edildilər və çayı  keçib qaçdılar. Xaqan on-

ları təqib edərək Tay Bilgə Tutuk və başqa iki nəfərin pis əməlləri üzündən 

tar-mar  olduqlarını  və  qırıldıqlarını  söylədi,  daha  böyük  fəlakətə  uğrama-

maları üçün yenidən ona tabe olmağa çağırdı. Tay Bilgə Tutuğun oğuz baş-

buğu  olduğu  anlaşılır.  O,  xaqanın  atası  tərəfindən  oğuzlara  yabğu  təyin 

olunmuşdu. Xaqan iki ay gözlədi, lakin oğuzlar qayıtmadılar.  

Xaqan  səkkizinci  ayın  (ekim)  2-də  Çığıltır  çölündə,  sonra  isə  Keyrə-

başındakı Üç Bürküdə tatarlarla ağır bir vuruşmaya girişdi. Bu vuruşma nə-

ticəsində  tatarların  bir  hissəsi  xaqana  itaət  etdi,  ancaq  qalanları  tabe  ol-

maqdan boyun qaçıraraq uzaq bir yerə çəkildilər. Bundan sonra xaqan Ötü-

kənə qayıtdı

1

. Belə çıxır ki, o, istədiyinə müvəffəq ola bilməmişdi.  



Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan Ötükənə qayıtdıqda iki oğlundan 

birinə yabğu, digərinə şad ünvanları verərək onları tarduş və tölis budunları 

üzərinə başçı təyin etdikdən sonra 750-ci ildə (qaplan ilində) Kəm çayı sa-

hillərində yaşayan çiklərə qarşı səfərə çıxdı, dov

Ş

an ilində isə tatarların üs-



tünə  yürüş  etdi

2

.  Bunun  ardınca  kitabədə  oğuzların  adına  təkrar  rastlanır. 



Ancaq  kitabənin  bu  hissəsi  aşındığından  doqquz-oğuzların  nə  münasibətlə 

zikr olunduqları aydın şəkildə başa düşülmür.  

Bununla birlikdə təxmin etmək olar ki, doqquz-oğuzlar qırğızlara və çik-

lərə adam göndərərək onları uyğurlara qarşı birgə hərəkət etməyə çağırmış-

lar.  İl  Etmiş  Bilgə  kağan  isə  bununla  əlaqədar  çiklərə  qarşı  yenidən  səfər 

təşkil edib onları itaət altına aldı. Onlara bir başçı (tutuk) təyin etdi. Bundan 

sonra  xaqanın  karluqlar  və  basmıllar  ilə  savaşları  başlanır.  Bu  savaşlar  za-

manı  Çində  yaşayan  oğuzlar  və  türklər  qayıdaraq  xaqanın  düşmənlərinə 

(basmıllar  və  karluqlara)  qoşulmuşlar

3

.  Xaqan  basmıllar  və  karluqlarla  bir 



neçə dəfə döyüşmüş, nəhayət, onları ağır məğlubiyyətə uğratmışdı. Bu məğ-

lubiyyət  nəticəsində  karluqlar  qərbə  doğru  çəkilərək  qısa  müddət  ərzində 

on-oxların ölkəsini ələ keçirdilər. Qazandığı müvəffəqiyyətlərdən sonra suğ-

dak və çinlilərə Selenqada böyük bir şəhər saldıran

4

 böyük uyğur hökmdarı 



Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan 759-cu ildə vəfat etdi. Uyğurlar 840-cı 

ilədək  Orxon  bölgəsinin  hakimi  oldular.  Onların  hakimiyyəti  altındakı  tor-

paqların qərbdə Altaya, şimalda Baykala, Cənubda Beşbalıq bölgəsinə qədər 

uzandığı məlumdur.  

                                                           

*

 Təmmuz indi iyula müvafiqdir (tərcüməçi). 



1

 ƏTY, I, s. 168-170.  

2

 Yenə orada, s. 172. 



3

 ƏTY, I, s. 173-176. 

4

 Yenə orada, s. 177-183. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə