Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə20/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   16   17   18   19   20   21   22   23   ...   213

FARUQ SÜMƏR 

42 


 

məmişdir.  Yalnız  720-ci  ildə  tikildiyi  qəbul  edilən Bilgə  Tonyukuk kitabə-

sindəki  «Türk  Bilgə  kağanın  türk  sir  budununu  və  oğuz  budununu  yaxşı 

idarə etdiyi» sözləri

1

, Bilgə kağanın öz kitabəsində oğuz bəylərinə və budu-



nuna xitab etməsi

2

 oğuzların, nəhayət, yurdlarına qayıdaraq xaqana tabe ol-



duqlarını göstərir.  

732-ci ildə  Kül-Təginin  ölümü  Bilgə  kağanı  və bütün  göytürkləri dərin 

bir hüzn və ələmə qərq etdi. Çünki dövlətin yaşaya bilməsində Kül-Təginin 

igidliyi  mühüm  bir  amil  idi.  Bütün  göytürklər  Kül-Təgin  üçün  qanlı  göz 

yaşları axıtdılar. Ağır bir yas tutuldu. Bu matəm eyni zamanda türk budunu-

nun  yaxın  bir  gələcəkdə  qarşılaşacağı  təhlükələrlə  dolu  qaranlıq  günlərin 

ifadəsi idi. Doğrudan da, çox keçmədən Bilgə kağan da vəfat etdi (734). Ye-

rinə  əvvəlcə  çinlilərin  Yi-han  dedikləri  böyük  oğlu  keçdi,  lakin  qısa  bir 

müddət  sonra  vəfat  etdiyi  üçün  kiçik  oğlu  xaqan  elan  olundu.  Tanrı  kağan 

adlı bir hökmdar gənc və təcrübəsiz idi. Həmin vaxt Selenqa boyunda yaşa-

yan  uyğurlar,  Tarbaqatayda  yaşayan  karluqlar  və  yurdları  Beşbalıq  bölgəsi 

olduğu sanılan basmıllar getdikcə qüvvətlənirdilər.  

Oğuzlara gəlincə, bu xüsusda heç bir şey söyləmək ümkün deyil. Tanrı 

kağanın qərb və şərq 

 

şadları olan əmiləri onun buyruqlarına qulaq asmırdı-



lar. Tanrı kağan bu iki şaddan qərb şadını məğlub etmişdisə də, şərq 

 

şadına 



məğlub olaraq öldürülmüşdü (741). Ancaq xanədan üzvləri arasında səltənət 

uğrunda mübarizə davam edirdi. Basmıllar, uyğurlar və kaluklar bu vəziy-

yətdən sui-istifadə edərək hərəkətə başladılar. Üç tuğlu

*

 türk budununun ba-



şında Ozmış kağan dururdu.  

Uyğurların başbuğu qoyun ilində

**

  (743)  Ozmış  kağanı  ağır  bir  məğlu-



biyyətə  uğratdı.  Üç  tuğlu türk budunu böyük fəlakətə  düçar oldu; bu arada 

xaqanın  xatunu  da  əsir  alındı.  Son  zərbəni  basmıllar  vurdular və öldürdük-

ləri Ozmış  kağanın  başını  Çin  sarayına  göndərdilər (744).  Basmılların baş-

buğu özünü xaqan elan etdi, hətta göytürklərin sağ qalanları onun xaqanlığı-

nı tanıdılar. Lakin həmin ildə uyğurların başbuğu ehtimal ki, karluqların da 

köməyi ilə basmıl hökmdarını məğlub edib öldürərək Ötükənin hakimi oldu. 

Sağ  qalan  göytürklər  Çinə  köç  edib  onun  idarəsi  altına  girdilər

3

.  Bundan 



sonra  göytürklər  bir  daha  tarix  səhnəsində  görünməmişlər. Göytürklər  Orta 

Asiyada əvvəlkilər ilə müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil 

bir  imperiya  qurmuşlar.  Göytürklərin  sayəsində  türk  soyu  tarixdə  son  dəfə 

olaraq bir bayraq altında toplanmışdı. «Türk» sözü, bilindiyi kimi, bu impe-

                                                           

1

 ƏTY, I, s. 20. 



2

 «Türk, oğuz bəgləri, budun, eşidin» (ƏTY, I, s. 38-40). 

*

  Tuğ  -  bayraq,  dövlət  bayrağı.  Dəstək  hissəsində  parçanın  yanında  püskülü  və  ya  qotazı 



olurdu (tərcüməçi). 

**

 Qədim türklərdə on iki heyvan adından ibarət təqvim işlənirdi. İllərdən biri qoyun ili ad-



lanırdı (tərcüməçi). 

3

 ƏTY, I, 



 

Şine-Usu abidəsi, s.166; Röne Qrosse. Bozqır imperiyası, Paris, 1948, s.161-162. 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

43 


 

riyanı  quran  və  onu  idarə  edən  qövmün  adı  idi. Onların  bütün  türk  qövm-

lərini əhatə edən bu böyük imperiyanı yaratmaları nəticəsində öz qövmi ad-

ları  xüsusilə  Orta  Şərqdə  türkcə  danışan  bütün  qövmlərin  ümumi  adı  mə-

nasını  qazandı.  Halbuki  türk  budunu  qövmi  varlığını  siyasi  varlığı  ilə  bir-

likdə itirərək ortadan qalxmışdı. Göytürklərdən sonra heç bir türk qövmü di-

gər türk təşəküllərindən çoxunu əhatə edən bir dövlət qura bilməmişdir. Orta 

Asiya  tarixinin  başlıca  üç  əsas  dövründən  (digərləri  huin-nu  və  monqol 

dövrləridir)  biri  olan  göytürklər  dövrünün  eyni  zamanda  türk  mədəniyyət 

tarixi  baxımından  necə  əhəmiyyətli  bir  dövr  olduğu  məlumdur.  Türklər  ilk 

dəfə  bu  dövrdə  milli  bir  əlifbaya  sahib  olmuşlar.  Türk  dilinə  aid  ən  qədim 

milli qaynaqlar da bu dövrə aiddir. Bunlar yalnız türk dilinin deyil, türk ədə-

biyyatının,  türk  tarixinin,  geniş  bir  mənada  türk  mədəniyyətinin  ən  qədim 

qaynaqlarıdır.  

Göytürklərdən  sonra  gələn  türk  qövmləri  bu  dövrə  aid  ədəbi  ənənələri 

inkişaf  etdirmək  bir  yana  qalsın,  hətta  bəzən  onu  tamamilə  unutmuşlar. 

Uyğurlar bir müddət göytürk əlifbasından istifadə etdikdən sonra yerinə türk 

dili  üçün  daha  əlverişsiz  başqa  bir  əlifba  işlətmişlər.  Göytürklərdən  sonra 

türk qövmlərinin  siyasi  müqəddəratının  ayrılması onların  bir-birindən  fərq-

lənən mədəniyyət mühitinə girməsinə səbəb olmuşdur. Yalnız monqol dövrü 

türklərin çox mühüm bir qismini və ya hamısını tək bir mədəniyyət aləmin-

də birləşdirmişdir. Bu qədər mühüm rol oynamış bu türk qövmünün aqibəti 

bax belə olmuşdur.  

                



Oğuzlar uyğurlar dövründə  

  

Çin qaynaqlarının hşey-hu adlandırdıqları uyğurlar Selenqa boyunda ya-



şayırdılar. Uyğurlar XIV əsrin əvvəllərində də ən qədim yurdlarının bura ol-

duğunu bilirdilər. Göytürk abidələrində uyğur adına tək bircə dəfə rastlanır. 

Buradan uyğurların digər türk qövmlərindən fərqli olaraq göytürk xaqanlı-

ğına itaət  edib vergi verməklə sakitcə həyat sürdükləri nəticəsini çıxarmaq 

mümkündür.  

Bilgə xaqan oğuzları itaət altına almaqla məşğul olarkən Selenqa boyun-

dakı uyğurların üstünə də yürüş etmiş, tar-mar olan uyğur il-təbiri yüzə ya-

xın  adamı ilə şərqə tərəf getmişdir. Uyğurların ələ keçirilən ilxıları  yutdan 

(heyvan  qırğını) xilas  olmuş, oğuzlar ilə  mübarizə  dolayısı  ilə  türk  budunu 

arasına düşən aclığın qarşısı alınmışdır. Bu səbəblə səfərin iqtisadi bir qayə 

ilə təşkil edilməsi fikri doğrudur

1

.  



Uyğurların siyasi baxımdan getdikcə daha çox əhəmiyyət qazanmaların-

da  oğuzların  öz  hakimləri  göytürklərlə  mübarizə  aparmaları  hər  halda  bir 

amil  olmuşdur.  Bu  mübarizə  oğuzları  taqətdən  saldığı  üçün  onlar  asanlıqla 

                                                           

1

 Rene Jirau. Qədim türk imperiyası. Paris, 1960, s. 53. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə