Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə17/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   13   14   15   16   17   18   19   20   ...   213

FARUQ SÜMƏR 

36 


 

titulunu daşıyır və Ötükəndə yaşayan xaqanlara tabe olurdu. Lakin İstəminin 

xələfi  Tardu  582-ci  ildə  xaqan  ünvanı  alaraq  öz  müstəqilliyini  elan  etdi. 

Beləliklə,  Mancuriyadan  Ceyhuna  qədər  uzanan  imperiya  ikiyə  bölündü. 

Böyük Altay dağları ilə Haminin qərbindəki dağlar  şərq və qərb xaqanlığı-

nın torpaqlarını bir-birindən ayırırdı. Qərbi göytürk xaqanlığının yaylaqları 

Qaraşarın qərbindəki Yulduz irmağının yuxarı boyu, qışlaqları isə İssık-kul 

sahilləri ilə Talas vadisi idi. Göytürk imperiyasının iki xaqanlığa bölünməsi 

və  onların  bir-birinə  qarşı  dəfələrlə  düşməncəsinə  davranması  hər  ikisinin 

eyni aqibətə uğramasına səbəb oldu. Çünki onların hər biri qüdrətli olduqları 

zamanlarda da Çinə qarşı təkbaşına mübarizə aparacaq gücdə deyildi. Bu sə-

bəblə şərqi göytürk xaqanlığı 630-cu ildə yıxılanda, qərbi göytürk dövləti də 

süquta  uğradı.  Həmən  ildə  karluqların  üsyanı  nəticəsində  xaqan  öldürüldü 

və  çinlilərin  tu-lu  və  nu-şe-pi  şəklində  adlandırdıqları  on-oxların  iki  qolu 

arasında ardı-arası kəsilməyən bir mübarizə başlandı. Ancaq qərbi göytürk-

lər  üçün  əsl  fəlakət  657-ci  ildə  baş  verdi,  651-ci  ildə  tu-lu  qolunun  başına 

keçən hu-lu  nu-şe-pilərə  hakimiyyətini  tanıtmaq  üçün qərb  göytürkləri ara-

sındakı siyasi birliyi bərpa etmişdi. Ancaq o, Çinə qarşı girişdiyi müharibə-

də uduzdu, 657-ci ildə çinlilərə məğlub olaraq, onlar tərəfindən öldürüldü.  

Bu  hadisədən  sonra  çinlilər  tu-lu  və  nu-şe-pilərin  üzərinə  ayrı-ayrı  xa-

qanlar təyin etdilər. Onlar Çin imperiyasını süzeren kimi tanıdılar. 678-ci il-

də çinlilər Tou-çe adlandırdıqları xaqanı həbs etdikdən sonra on-oxlar daha 

gücsüz bir vəziyyətə düşdülər, aralarındakı bağlar üzüldü. Bu xaqanlar için-

də  on-oxlar  arasında  köhnə  siyasi  birliyi  qurmaq  və  Çin  hakimiyyətindən 

qurtulmaq qayəsi ilə hərəkət edənlər olsa da, onlar öz məqsədlərinə çata bil-

mədilər. Xüsusilə 682-ci ildən sonra on-oxlar lap taqətdən düşdülər. Çinlilə-

rin  təyin  etdikləri  xaqanların  hakimiyyəti  formal  səciyyə  daşıyırdı,  bəylər 

onları tanımırdı. Bu səbəbdən əsrin son illərində qərb türkləri arasında real 

hakimiyyət türgişlərin bəyi U-çe-lenin əlinə keçdi. Türgişlər on-oxların tu-lu 

qoluna mənsub bir boy idilər

1

.  


699-cu ildə şərqi göytürklər on-oxları öz hakimiyyəti altına aldılar. Be-

ləliklə, qısa bir dövr üçün də olsa, əski türk birliyi  yenidən qurulmuş oldu. 

U-çe-lenin oğlu və xələfi So-ko (706-711) şərqi göytürk xaqanının hakimiy-

yətini  tanımayaraq  üsyan  etsə  də,  məğlub  olaraq  öldürüldü  (713).  Ancaq 

716-cı  ildə  şərqi  göytürk  xaqanı Kapağanın  öldürülməsi  nəticəsində türgiş-

lərdən  Su-lu  (717-738)  qərbi  göytürklər  arasında  birlik  yarada  bildi.  Yeni 

şərqi göytürk hökmdarı Bilgə kağanla qız alıb-verərək quda olan Su-lu çin-

                                                           

1

 Yeniseydə  Tuba bölgəsində  tapılan  bir  qəbirüstü  kitabə  (ƏTY,  III,  s.  170)  türgişlərin  bir 



zamanlar burada yaşadıqlarını göstərir. Bu kitabədə Əzgənə adlı bir türgiş bəyinin 26 yaşın-

da öldüyü bildirilir. Bu kitabə türgişlərin on-oxların tərkibinə VII əsrdə girdiklərini ağla gə-

tirir. Əks təqdirdə Tuba ətrafındakı türgişləri bu təşəkkülün ancaq bir qismi kimi qəbul et-

mək lazım gəlir. 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

37 


 

lilər  və  ərəblərlə  uğurlu  müharibələr  apardı.  Hətta  ərəblər  vuruşmalardakı 

cəsarət və səbatlığına görə ona Əbu Mühazim (buğa) ləqəbi vermişdilər. La-

kin Su-lu uğurlarını davam etdirə bilmədi. Bu səbəbdən öz boyunun bir his-

səsi olan sarı türgişlər onun xaqanlığını tanımadılar.  

Çinlilərin köməyini əldə edən çu-mu-koen boyunun kül-çuru Bağa Tar-

xan qərbi göytürklərin bu son bəsirətli xaqanını öldürdü (738).  Lakin  Bağa 

Tarxan da çinlilərin xaqan olaraq göndərdikləri göytürk xanadənanına mən-

sub  bir  şahzadəni  öldürdüyü  üçün  onlar  tərəfindən  eyni  aqibətə  uğradıldı. 

Bunun  nəticəsində  İli  vadisi  ilə  İssık-kul  sahilləri  Çin  hakimiyyəti  altına 

keçdi.  

Çinlilərin  736-cı  ildə  Su-luya  qələbə  çalmalarında  və  sonra  qərbi  göy-

türkləri  təkrar  hakimiyyətləri  altına  ala  bilmələrində  Bilgə  kağanın  ölümü 

nəticəsində  (734)  şərqi  göytürk  imperiyasının  zəif  bir  vəziyyətə  düşməsi 

başlıca  amil  olmuşdur.  Şərqdə  mühüm  bir  siyasi  qüvvə  qalmayınca  qərbin 

Çinə qarşı müdafiəsi o qədər də mümkün olmurdu. Şərq qərb üçün bir qala 

idi.  774-cü  ildə  şərqi  göytürk  dövləti  süqut  edərkən  çinlilər  Bağa  Tarxanı 

yenərək qərbi göytürk yurdunu işğal etdilər.  

751-ci  ildə  Çin  sərkərdəsi  Kao-Sien-Çi  Talas  boyunda  islam  sərkərdəsi 

Ziyab  ibn  Saleh  tərəfindən  məğlubiyyətə  uğradıldı.  Bu,  qərbi  göytürklər 

üzərində Çin hakimiyyətinə son qoydu. Ancaq qərbi göytürklər arasında si-

yasi birliyi yenidən bərpa edə biləcək qüvvətli bir şəxsiyyət çıxmadı. On-ox-

lar demək olar ki, tamamilə dağılmışdılar. Karluqlar bu vəziyyətdən istifadə 

etdilər.  742-ci  ildən  bəri  uyğurlarla  şərqi  göytürk  imperatorluğunun  mirası 

üçün mübarizə aparan karluqlar bu işdə uğur qazana bilməyincə qərbi göy-

türk ölkəsinə yönələrək buranı fəth etməyə başladılar. 766-cı ilə doğru türgiş 

xaqanlarının yaşadıqları Tokmak və Talas şəhərlərini ələ keçirib qərbi göy-

türk yurdunun hakimi oldular

1

.   


Diqqətəşayan haldır ki, iki göytürk dövlətinə son qoyan uyğurlar ilə kar-

luqlar Orxon abidələrində adları ən az çəkilən türk qövmlərindən idilər. Yu-

xarıda da deyildiyi kimi, qərbi göytürk dövləti başlıca olaraq on boya əsas-

lanırdı. Orxon abidələrində bu on boya on ox deyilirdi. Bu on boy iki qola 

ayrılmışdı ki, həm onların, həm də bu qolları təşkil edən boyların adlarının 

ancaq çincə şəkillərini bilirik. Çinlilər bu iki qoldan birinə tu-lu, digərinə isə 

nu-şe-pi deyirdilər. Tu-lu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz ir-

mağı və Tarbaqatay arasında, nu-şepilər isə Çu və Talas çayları arasındakı 

sahələrdə  yaşayırdılar.  Tu-lu  qolunu  təşkil  edən  beş  boy  bunlardır:  çu-mu/ 

koen, hu-lu-u (hu-lu kiu), şe-şo-ti, tu-ki-

Ş

e (türgiş), şu-ni-şe. Nu-şe-pilər: a-



si-kie kiane, ko-şu kiue, pa-san kan toen 

 

şa-po, asi-kie ni-şu, ko-şu, çu tu



2

                                                           



1

 Şavan. Sənədlər, s, 43, 86. 

2

 Yenə orada, s. 34. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə