Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə13/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   9   10   11   12   13   14   15   16   ...   213

FARUQ SÜMƏR 

28 


 

 

 



 

 

 



 

 

 

 

I HİSSƏ 

 

OĞUZLARIN TARİXİ 

 

A. OĞUZLAR HAQQINDA ƏN QƏDİM MƏLUMATLAR 



 

1. OĞUZ ADININ ETİMOLOGİYASI 

  

Oğuz  adının  etimologiyası  haqqında  bir  çox  fikirlər  irəli  sürülmüşdür. 

Məşhur  macar  alimi  Y.Nemet  oğuz  sözünü  ok-uz  şəklində  təhlil  etmişdir. 

Onun fikrincə «ok» qəbilə, boy, «z» isə cəm ədatıdır

1

. Beləliklə, oğuz «boy-



lar»  deməkdir.  Həqiqətən,  oxun  qədim  zamanlarda  boy  mənasına  gəldiyi 

məlumdur. Qərbi göytürk dövləti də on boydan ibarət idi və həmin on boya 

on ox deyilirdi.  

«Ox»un boy mənası ifadə etdiyinin izi oğuz elinin boy təşkilatında

*

  da 


görülür.  Oğuz  eli,  bilindiyi  kimi,  iki  qola  ayrılır,  bunlardan  birinə  boz-ox, 

digərinə  üç-ox  deyilirdi.  İkinci  adın  üç  oxdan  meydana  gəldiyi  şəksizdir. 

Ancaq başda V.Banq olmaqla bəzi alimlər oğuzlarda «ğ» səsinin olması sə-

bəbilə  Nemetin  bu  fikrinə  etiraz  etmişlər

2

.  Son  illərdə  isə  oğuz  adının  əsli 



haqqında  başqa  izahlar  ortaya  çıxmışdır

3

.  Biz  Nemetin  fikrinə  daha  çox 



haqq veririk

4

.  



Məlum olduğu kimi, Orta Asiyada ilk dəfə olaraq mütəşəkkil və böyuk 

bir imperiyanı çinlilərin Hiun-nu adlandırdıqları qövm qurmuşdur. Elm alə-

                                                           

1

 Bu barədə bax: Hüseyn Namiq Orkun. Oğuzlara dair. Ankara, 1935, səh. 4-5. 



*

 Boy təşkilatı, əslində, «qəbilə quruluşu» deməkdir. Lakin boy sözü daha geniş məna daşı-

yır. Üstəlik, «boy quruluşu» termini qəribə səslənməklə bərabər anatomik çalar kəsb edir. 

Ona görə kitabda  «boy təşkilatı»  terminini işlətməyi  məqsədəuyğun hesab etdik (tərcümə-

çi). 

2

 V. Banq və R. Rəhməti. Oğuz kağan dastanı. İstanbul, 1936, s. 6.  



3

 Bax:  D.Sinor.  Oğuz  kağan  dastanı  haqqında  bəzi  mülahizələr.  İstanbul  Universiteti  ədə-

biyyat fakültəsi “Türk dili və ədəbiyyatı” jurnalı, s. 1-14. 

4

 Bu  məsələ  haqqında digər fikirlər üçün bax: Ceyms Hamilton.  Tokuz-oğuz və on-uyğur. 



«Asia» jurnalı, 1962, s. 25-26. 


OĞUZLAR (TÜRKMƏNLƏR) 

29 


 

mində bu qövmün türk mən

Ş

əli olduğu qəbul edilmişdir. Çin qaynaqlarının 



göytürklərin,  uyğurların  və  qırğızların  hiun-nuların  nəslindən  olduqlarını 

göstərmələri bu xüsusda ən mühüm dəlillərdən biridir. Türk dövlət təşkilatı-

nın həqiqi qurucuları olan hiun-nular e. ə. III əsrin sonlarında qonşuların çə-

kindiyi  qüvvətli  bir  qövm  halına  gəldilər.  E.  ə.  209-cu  ildə  çinlilərin  Mao-

Tun (yəni Mətə) adlandırdıqları şəxs bu qövmün hökmdarı oldu.  

Fəaliyyətindən  də  göründüyü  kimi,  Mao-Tun  tarixdə  türklərin  məlum 

olan  ilk  hökmdarıdır.  Çin  qaynaqlarında  belə  rəvayət  edilir  ki,  Mao-Tun 

gənc bir şahzadə ikən ögey anasının şiddətli təsiri altında olan atası tərəfin-

dən  hiun-nuların  cənub-qərb  qonşuları  yüe-çilərə  girov  olaraq  göndərilmiş, 

sonra  isə  Teoman  həmin  qövmə  hücum  etmişdir.  Bundan  məqsədi  oğlunu 

öldürmək üçün düşmənlərə bəhanə vermək imiş. Həqiqətən, yüe-çilər Mao-

Tunu öldürmək üçün axtarmış, ancaq tapa bilməmişlər. Çünki Mao-Tun uğ-

rayacağı faciəli  aqibəti  anlayaraq qaçmış və  atasının  yanına  gəlmişdi.  Teo-

man oğlunun bu müvəffəqiyyətindən özünü sevinən kimi göstərmiş, ona di-

viziya komandirliyi vermişdir. Ancaq Mao-Tun atasının ona etmək istədiyi 

pisliyi unutmamış, fürsət taparaq Teomanı və yaxın adamlarını öldürmüşdür. 

Beləliklə, hiun-nuların taxtına sahib olan Mao-Tun hərbi səfərlərilə dövləti-

nin  sərhədlərini  genişləndirərək  dövrünün  ən  qüdrətli  hökmdarlarından  biri 

olmuşdur

1

.  



Mao-Tunun və xələflərinin bir sıra qoşa sərkərdələri vardı. Onlar sağ və 

sol  olmaq  üzrə  iki  yerə  ayrılırdılar.  Buradan  hiun-nu  imperiyasını  təşkil 

edən elin sağ və sol olmaq üzrə iki qola ayrılmış olduğu nəticəsi çıxır. Çin 

qaynaqları geniş hiun-nu imperiyasının 24 sərkərdə tərəfindən idarə olundu-

ğunu göstərir

2

. Buradan da hiun-nu elinin 24 boydan  yarandığını söyləmək 



mümkündür.  

Bilindiyi kimi, XIV əsrin əvvəllərində yazılmış oğuzların dastani tarixlə-

rində

3

 türklərin ilk fateh hökmdarları olaraq Oğuz xandan bəhs edilir. Hətta 



burada da Oğuzun dini inamından dolayı atası Qara xan tərəfindən öldürül-

mək istənildiyi, ancaq onun döyüşdə qalib gələrək öz atasını öldürdüyü nəql 

edilir. Digər tərəfdən Oğuz elinin sağ və sol olmaq üzrə iki qola ayrıldığını, 

sağ qola boz-ox, sol qola isə üç-ox deyildiyini, oğuz elinin 24 boydan ibarət 

olduğunu bilirik.  

Bir çox müəlliflər zikr edilən bu bənzərliklərə görə əfsanəvi Oğuz xanın 

tarixi  Mao-Tun  olması  ehtimalını  irəli  sürmüşlər.  Biz  bu  məsələdə  diqqəti 

ancaq aşağıdakı hallara cəlb etmək istəyirik; oğuzların dastani tarixləri Mao-

Tundan  təxminən  1500  il  sonra  yazılmışdır  və  həmin  dastani  tarixin  Oğuz 

                                                           

1

 De  Qroot.  Miladdan  əvvəlki  dövrdə  hunlar.  Berlin-Leypsiq,  1921,  s  49-50;  V.H.Makqo-



vern. Mərkəzi Asiyanın ilk imperiyası, 1939, s. 16. 

2

 De Qroot. Həmin əsər, s. 55-56; V.H.Makqovern. Həmin əsər, s.117-118. 



3

 Bu əsər haqqında III fəslə bax. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə