FARUQ SÜMƏR
34
Ədiz. Bu budunun daha əvvəllər altı oğuzlarla qonşu olaraq Kəmçik ça-
yı boyunda, əsasən Çırğak yörəsində yaşadığı məlum idi. Çox diqqətəlayiq-
dir ki, ədizləri İl-təriş və onun oğlu Bilgə kağan dövründə oğuzların qon-
şuları kimi görürük. Ədizlər iki boydan ibarət idilər.
Uyğur. Yurdları Selenqa boyunda idi. Göytürklərin hakimiyyəti altında-
kı bir çox digər türk qövmləri kimi onların da «il-təbir» titullu bir başbuğları
və ya kralları olduğu görünür. Uyğurlar Şinə-Usu kitabəsində açıqca göstə-
rildiyi kimi on boydan ibarət idilər.
Basmıl. Varlıqlarını göytürklərdən sonra da uzun müddət mühafizə edən
basmılların Beşbalıq tərəflərində yaşadıqları bilinir. Hökmdarları idi-küt ün-
vanını daşıyırdı.
Yer-bayırku. Abidələrdə yer-bayırkuların yurdu şimal istiqamətində
uzaq bir bölgə olaraq göstərilir. Bu bölgənin Baykalın şərq sahillərində ol-
ması ehtimal edilir. Abidələrdə bu qövmdən bir dəfə bəhs olunur. Bilgə ka-
ğan dövründə başçıları Uluğ İrkən (Ərkin) ünvanlı bir boy idi. Uluğ İrkən
Bilgə kağanın üzünə ağ olduğu üçün (yağı boldı) hücuma məruz qalaraq
Türki Yarğun gölündə baş verən vuruşmada məğlub edilmiş və az sayda bir
dəstə ilə qaçıb qurtulmuşdu, Kül-Təginin qırğız səfərində mindiyi və vuruş-
mada budu sınan Bayırkunun ağ ayğırı Uluğ İrkənin döyüşdə ələ keçirilmiş
atı olmalıdır.
Kaşğari
1
türk dünyasının şərqində yaşayan yabaku adlı bir qövmdən
bəhs edir. Onların Bükə Burdaç titullu bir başbuğları da vardır. Bükə Burdaç
qaraxani torpaqlarına böyük bir qüvvə ilə hücum etmiş, lakin qaraxanilərdən
Bəkəç Arslan-Təkin tərəfindən məğlub edilərək əsir alınmışdır. Yabakuların
adının yer-bayırku adının qısaldılmış variantı olduğu ağla gəlir.
Kıtay. Tatarlar kimi monqol mən
Ş
əli olan bu qövmün də adı əksər hal-
larda tatabı budunu ilə birlikdə çəkilir. Tatabı budununun çinlilərin həmişə
kıtaylarla (kı-tan) zikr etdikləri hi qövmü olduğu anlaşılmışdır. Kıtaylar fa-
teh bir qövm olaraq X əsrdə Şimali Çini ələ keçirmiş, oradan qovulduqdan
sonra (XII əsrdə) Türküstana köçərək qüdrətli bir imperiya yaratmışlar. İs-
lam tarixində onlara qaraxıtay deyilir. Bu da onlara Çindən qovulduqlarına
görə verilmiş ola bilər.
Tatar. Bu gün monqolca danışan qövmün əcdadlarından olan tatarlar-
dan abidələrdə bəzən oğuz-tatar kimi bəhs edilir. Tatarlar o vaxt (VII əsrdə)
30 boy halında olub onlardan ancaq doqquzu siyasi bir birlik təşkil edirmiş-
lər. Tatarların oğuzlardan şərqdə onlara qonşu olaraq yaşadıqları anlaşılır.
Çünki hər iki təşəkkülün (oğuzlarla tatarların) həm göytürklər, həm də uy-
1
Divanü lüğat-it-türk. Kilisli Rüfət nəşri. İstanbul, 1333-1335, I, s. 30, 377; III, s. 27, 173;
Divanü lüğat-it-türk. Bəsim Atalay tərcüməsi. İstanbul, 1936-1941, I, s. 30, 452; III, s. 36,
277; [Divanü lüğat-it-türk. Ramiz Əskər tərcüməsi. Bakı, 2006, I, s. 77, 367; III, 32, 214].
OĞUZLAR (TÜRKMƏNLƏR)
35
ğurlar dövründə birlikdə üsyan hərəkətlərində olduqları bilinir. Monqollar
zühur edənə qədər tatar adı xüsusilə türklər və çinlilər tərəfindən monqolca
danışan bütün qövmlər üçün ümumi ad kimi işlədilmişdir.
Karluq. Bu qövmün ana yurdu Qara İrtişın sağ sahilindəki Urunğu gölü
ilə Zaysan gölü arasında idi. Onlar üç boydan ibarət idilər, başbuğları isə el-
təbir titulu daşıyırdı. Onlar göytürklər dövründəki müharibələrdə uyğurlar
qədər haldan düşmədikləri üçün göytürklərdən sonra çox mühüm rol oyna-
mış və monqol dövrünə kimi varlıqlarını mühafizə etmişdilər.
Qırğız. Türk qövmləri arasında oğuzlar kimi varlığını son zamanlara qə-
dər davam etdirən qırğızlar göytürklər dövründə Kögmən (bugünkü Tannu
Ula) dağının arxasında Abakan çayı bölgəsində yaşayırdılar. Hökmdarları
kağan ünvanını daşıyırdı. Gerçəkdən, qırğızların ikinci göytürk dövləti za-
manında güclü bir vəziyyətdə olduqları müşahidə edilir. Onlar uyğurlar döv-
ründə də öz qüdrətlərini qorumuş, hətta 840-cı ildə uyğurlara hücum edərək
bir qismini öldürmüş, bir qismini isə qovaraq Orxon bölgəsini əllərinə keçir-
mişlər. Ancaq qırğızlar mədəniyyətcə geri qalmış bir qövm olduqlarından
Orxon bölgəsindəki türk mədəniyyətini təxrib etməklə türk tarixində mənfi
rol oynamışlar. Sonra qara-xıtayların hücumları qarşısında (X əsrin birinci
yarısı) davam gətirə bilməmiş, gəldikləri yerə qayıtmışlar. Beləliklə, qırğız-
lar bu qədim türk yurdunun monqolca danışan qövmlərin əlinə keçməsinə
səbəbkar olmuşlar.
Az. Bu qövm qırğızların qonşuluğunda yaşayır, başbuğları da el-təbir
ünvanı daşıyırdı. Barthold hazırda Yeniseyin aşağı Turuxan bölgəsində ya-
şayan assinlərin (digər adı: kott) azların qalığı olmasının ehtimal edildiyini
söyləyir
1
.
Çik. Bu qövm Kəm çayının o üzündə yaşayırdı. Onlar azlara və qırğız-
lara yaxın idilər. Çiklər xüsusilə uyğurlar dövründə fəaliyyət göstərmişlər.
Buna görə uyğur xaqanı Moyunçur bir neçə dəfə çiklərin üzərinə səfər edə-
rək, onları özünə tabe etmiş, üstlərinə isə bir vali (tutuk) qoymuşdur. İslam
qaynaqlarında çiklərin adına rastlanmır.
İzgil. Bu qövmün harada yaşadığı bilinmir. Özü də kitabələrdə tək bir
dəfə adı çəkilir. Orada izgillər barədə belə deyilir: «Xaqan əmimin dövləti
zəifləyəndə və qövm parçalananda izgil budunu ilə döyüşdük. Kül-Təgin
Alp Salçı ağ atına minib hücuma keçdi. O at orada yıxıldı. İzgil budunu
məhv oldu»
2
.
On-oxlar. 552-ci ildə Göytürk dövlətinin banisi Bumın kağan qardaşı
İstəminin məiyyətinə boyları ilə birlikdə on türk bəyini verərək ona qərb
bölgələrini fəth etməyi tapşırmışdı. İstəmi qısa müddət ərzində mühüm qələ-
bələr qazanaraq Ceyhuna qədər uzanan bütün torpaqları fəth etdi. O, yabğu
1
Orta Asiya tarixi haqqında dərslər. İstanbul, 1927, s. 30.
2
Abidələr, s. 112; ƏTY, I, s. 48.