Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə12/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   8   9   10   11   12   13   14   15   ...   213

FARUQ SÜMƏR 

26 


 

bağrında açdığı yaraları ifadə edən hüznlü mahnıların hələ də oxunduğu mə-

lumdur.  

Osmanlı  dövləti  Türkiyəni  bugünkü  sərhədləri  daxilində  ancaq  Qanuni 

dövründə idarəsi altına ala bilmişdi. Mahiyyətinə müvafiq şəkildə bu idarə-

nin Anadolunun hər yerində, xüsusilə kəndlilər və köçərilər tərəfindən razı-

lıqla qarşılandığını irəli sürmək çətindir. Bu səbəbdən XV və XVI əsrlərdə 

baş  verən  məzhəbi  üsyanlarda  belə  Osmanlı  idarə  sisteminin  mahiyyətinin 

və  onun  pis  tətbiq  edilməsinin  böyük  payı  olduğu  şübhəsizdir.  XVI  əsrin 

sonlarında İran və Avstriya ilə aparılan müharibələr, onlarla yaxından əlaqə-

dar  olan  qorxunc  cəlali  üsyanları  Anadoluda  ümumi  cizgilərini  saxlayaraq 

davam edən köhnə ictimai düzəni tamamilə aradan qaldırdı. Məmləkət xara-

bazarlığa çevrildi, xalq isə müdhiş bir yoxsulluq içinə düşdü. Hər yerdə kök-

lü ailələrin, yəni bəy sinfinin çox böyük bir qismi yox oldu, qalanları isə iq-

tisadi baxımdan ciddi zərərə uğramadısa da, həm dövlət qarşısında, həm də 

ətrafdakı camaat arasında siyasi etibarını itirdi. Hətta onlardan bir çoxu bəsit 

davranışlı, əyyaşlığa mail və yoxsullara yardım etməkdən uzaq adamlar və-

ziyyətinə  düşdülər.  Sonuncuların  dövrümüzə  qədər  gələn  törəmələrində  də 

eyni  hal  müşahidə  edilir.  Halbuki  «bəylik  verilməklə,  igidlik  vuruşmaqla 

olar» atalar sözündə də ifadə edildiyi kimi, türk xalqı ən qədim zamanlardan 

bəri xan, sultan, bəy və ağalara özünə xidmət etmək və yardımda bulunmaq 

funksiyasını  daşıyan  insanlar  kimi  baxmışdır.  Avropa  əsilzadələrinin  və 

krallarının  saraylar  və  qəsrlər  tikməsinə  müqabil  bizimkilərin  ictimai  ob-

yektlər  inşa  etdirməsi  ancaq  bu  anlayışdan  doğmuşdur.  Belə  olmadığı  təq-

dirdə «El yamandır, yoxsa bəy? Bəy yamandır» atalar sözünün də göstərdiyi 

kimi, ağalar və bəylər öz mövqelərini qorumaqda çətinliklərlə qarşılaşırdılar.  

Şəhər camaatı həmin hadisələrdən ancaq iqtisadi zərər çəkmişdi. Anado-

lu  şəhərlərində  bəyliklər  dövründəki  əxilərin  xələfləri  olan  əsnaf  və  sənət-

karlar zümrəsinin bu hadisələrdən zərər çəkib-çəkmədiyi hələlik tədqiq edil-

məmişdir.  

Kəndli  sinfinə  gəlincə,  əsas  zərbə  ona  dəymişdir.  Bu  hadisələr  kəndli 

sinfinə yoxsulluq və əhalinin azalması kimi böyük fəlakətlər gətirmişdir ki, 

bu sinif həmin itkilərin yerini uzun əsrlər boyu doldura bilməmişdir. Kəndli 

sinfi arasında açılan bu dərin yaraları əhali baxımından ancaq türk oymaqla-

rı sağaltmağa  çalışmışdır. Köçəri türk tayfalarına gəlincə, bu hadisələr on-

lara  da  təsir  göstərmiş,  istisnasız  hamısının  vəziyyəti  pisləşmişdir,  bəziləri 

dağılmış və ya dağılmaq həddinə çatmışdır, bəziləri isə çoxdan bəri yaşadıq-

ları yerləri tərk etmək məcburiyyətində qalmışdır. Bununla belə, köçəri ün-

sür hərəkət qabiliyyəti sayəsində daxili qarişıqlıqlar, müharibələr,  yoluxucu 

xəstəliklər, isitmə və qıtlıqların təsirinə kəndlilərə və şəhərlilərə nisbətən da-

ha  az  məruz  qalmışdır.  Bu  səbəbdən  onlar  əhali  baxımından  daha  çox  art-

mışlar. Bu hal isə oturaq türklər arasında meydana gələn boşluqların doldu-




OĞUZLAR (TÜRKMƏNLƏR) 

27 


 

rulmasında çox mühüm bir amil olmuşdur. Köçəri türklər osmanlı dövründə 

də Orta Asiyadan gətirdikləri qoyun və atları bəsləyir, eynən onlar kimi də-

vədən nəqliyyat vasitəsi kimi istifadə edirdilər. Osmanlı dövlətinin də səfər-

lərdə  hərbi  azuqəni  dəvələrlə  daşıtdığını  bilirik.  Türklərin  mühüm  bir  qis-

minin  çadırları  XIX  əsrdə  belə  ana  yurddan  gətirilmiş olan ağ keçədən dü-

zəldilmiş dəyirmi çadırlar idi. Bu türk çadırları Yaxın  Şərqdə islamiyyətdən 

əvvəl də tanınırdı. Hətta həzrət peyğəmbərin də səfərlər zamanı türk çadırla-

rında oturduğu rəvayət olunur. Qıldan düzəldilmiş qara çadırlardan istifadə 

edilməsi yoxsulluqla əlaqədar idi. Qıl çadırları əksərən keçi saxlayan, yaşa-

dıqları  yerlər  qayalıq,  otlaqları  geniş  olmayan  yörüklər  işlədirdilər.  Ancaq 

türklərin  əsl  milli  çadırları,  qeyd  edildiyi kimi,  ağ keçədən  düzəldilmiş  də-

yirmi  çadırlardır.  Anadoludakı  türk  cəmiyyəti  bir-birinin  ardınca  baş  verən 

uzun və yorucu müharibələr,  yoluxucu xəstəliklər və qıtlıqlar səbəbi ilə bir 

daha keçmiş qüdrətini bərpa edə bilmədi. Hətta XIX əsrdə avropalı səyyah-

lar xristianların əksinə, türklərin məhv olmağa doğru getdiyini müşahidə et-

mişdilər. XVI və XVII  əsrlərdə çoxu türk mənşəli olmayan osmanlı müəl-

lifləri  Anadolu  türklərinə,  ələlxüsus  kəndlilərə  «ətraki-biidrak»  demişlər. 

Ancaq bu müəlliflər və bütün osmanlı idarəçiləri Anadolu türklərinin dövlə-

tin  əsl  dayağını  təşkil  etdiklərinin  fərqinə  vara  bilməmişlər.  Beləliklə,  türk 

cəmiyyəti zəifləyincə, osmanlı dövləti də qüdrətini itirirdi. Osmanlı dövləti 

son əsrlərə qədər Anadolunun adamlarını və sərvətini görülməmiş bir israf-

çılıqla  xərcləmiş,  ancaq  ona  heç  nə  verməmişdir.  Bu  səbəbdən  Anadolu 

türkləri  yoxsul və geri qalmış bir cəmiyyət,  Anadolu isə xarabazar bir ölkə 

halına düşmüşdür. Anadolu xalqı arasında idarəçilərə osmanlı adı verilmişdi. 

Bu adın  verilməsində idarəçilərin saray və ocaqlarda  yetişmələri və qövmi 

baxımdan türklərin içindən çıxmamalarının başlıca amillər olduğu şübhəsiz-

dir.  Anadolu  türkləri  onlara  sanki  əcnəbi  və  işğalçı  kimi  baxırdı.  Osmanlı 

idarəçi sinfinə mənsub olanlar Anadolu xalqının, xüsusən kəndli və köçəri-

lərin fikrincə, məğrur, qaba, hiyləgər, sözündə durmaz, vəfasız və ədalətsiz 

adamlar idi

1

.  



Doğrudan da, XIX əsrdə Anadolunu gəzən avropalı səyyahlar Anadolu 

türklərinin yoxsulluqlarına baxmayaraq əsl ruhlu, namuslu adamlar olduqla-

rını, pis idarəçilər əlində yoxsul və geri qalmış vəziyyətinə düşdüklərini ya-

zırlar ki, bunun həqiqət olduğu şübhəsizdir.  

  

  

                                                           



1

 Bu gün Şərqi Anadoluda belə bir ifadə hələ də xatırlanır:  

Şalvarı şaltaq Osmanlı, 

Yəhəri qaltaq Osmanlı, 

Əkəndə yox, biçəndə yox, 

                            Yeyəndə ortaq Osmanlı. 

 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə