Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə8/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   4   5   6   7   8   9   10   11   ...   213

FARUQ SÜMƏR 

18 


 

luda toplanmışdı. Osmanlı xanədanının mənsub olduğu oymağın da, rəvayət 

edildiyi kimi, monqolların önündən qaçıb Anadoluya gələn türkmən elatları 

arasında olması, bizcə, ən qüvvətli ehtimaldır. Bu arada Sır-Dərya boyunda-

kı şəhərlərdə və kəndlərdə yaşayan oturaq oğuzların da monqol qılıncı altın-

da can verməmək, onlara əsir düşməmək, monqol istilasının ardınca Türküs-

tanda  baş  verən  qorxunc  aclıqdan  ölməmək,  nəhayət,  eldaşlarının  yaşadığı 

təhlükəsiz bir ölkə olması səbəbi ilə Anadoluya gəldikləri anlaşılır. Nəticədə, 

Anadolunun  böyük  bir  qismi  XI  əsrdən  başlayaraq  XIV  əsrə  qədər  davam 

edən böyük köçlər ilə hər baxımdan bir oğuz (türkmən) ölkəsi vəsfini aldı ki, 

XIV əsrdəki xarici müəlliflər də bunun fərqinə varmışdılar. Oğuzlar Anado-

luya gələrkən maddi və mənəvi mədəniyyətlərini də özlərilə gətirdilər. Mə-

zarı Sır-Dərya sahilində olan Dədə Qorqudun mənəvi şəxsiyyəti də dastan-

larla  birlikdə  Anadoluya  gəldi.  Oğuz  türkcəsi,  bir  çoxlarının  sandığı  kimi, 

Anadolu  və  ya  İstanbulda  deyil,  hələ  buraya  gəlməzdən  əvvəl  Türküstanda 

ikən bugünkü  xüsusiyyətlərini daşıyır,  orada da  türk  ləhcələrinin  ən incəsi, 

ən zərifi şəklində təriflənirdi. Bu vəsilə ilə bir şeyi də qəti bir həqiqət olaraq 

deyim  ki,  oğuzların  Anadoluya  gətirdikləri  mədəniyyətləri,  eyni  zamanda 

hər  cür  adət-ənənələri  bütün  xüsusiyyətləri  ilə  dövrümüzə  qədər  qüvvətlə 

davam edib qalmışdır. Müasir Anadolu türklərində əcdadları olan oğuzların 

mədəniyyətləri,  ruhi  davranışları  və  antropoloji  vəsfləri  hakimdir

1

.  Bu  gün 



istənilən adam Anadolunun türklər ilə məskun hər bir bölgəsində Kaşğarinin 

oğuzlara  dair  söylədiklərini  bu  bölgədəki  türklərin  dil  və  davranışlarında, 

adət  və  ənənələrində  açıqca  müşahidə  edə  bilər.  Hətta  həmin  adam  Dədə 

Qorqud  dastanlarından  bəzilərinin  Anadoluda  hələ  də  yaşadığını  görməklə 

                                                           

1

 Bugünkü Anadolu türklərinin ruhi davranışları da oğuz türklərininkindən fərqlənmir. Ana-



dolu türkləri sakit görünüşlü, soyuqqanlı, duyğularını çoxda üzə vurmayan insanlardır, qaş-

qabaqlı  deyil,  gülərüz  və  vüqarlıdırlar,  tez  hirslənməz,  birdən  parlayıb  sönməzlər.  Xalqın 

təbiri  ilə,  Anadolu  türklərinin  asanlıqla  «damarı  tutmaz»,  yəni  dərhal  əsəbiləşməz,  ancaq 

«ayranı qabardımı» qasırğa kimi əsər, qabağında durmaq olmaz. Lap oğuz igidinin «acığı 

tutduqda qatı daşı kül elədiyi» kimi... Onların başlıca xasiyyətlərindən biri də kin saxlama-

malarıdır.  Qisas  alma  duyğuları  da  qarşısıalınmaz  ölçüdə  deyil,  tez  barışırlar,  mərhəmət 

duyğuları güclüdür. Zarafat və lətifədən xoşlanırlar. Gerçəkci insanlardır, yəni ağılları hiss-

lərinə hakim ola bilir. Öyünmə duyğularında da ifratçılıq yoxdur, ona görə başqalarının mə-

ziyyət və qabiliyyətlərini inkar etməzlər. Bütün bu vəsfləri ilə onlar Aralıq dənizi millətlə-

rindən, bəzi Balkan millətlərindən, qafqazlılardan və ərəblərdən fərqlənirlər. Anadolu türk-

ləri ruhən fərdiyyətçi deyil, cəmiyyətçidir, kompakt, yəni bir arada yaşamaqdan xoşlanırlar. 

Millətlərinə bağlı və vətənpərvər olduqları da bilinən faktdır.  

Üz və bədən quruluşuna gəlincə, onlar ümumiyyətlə düz qara saçlı, ala gözlü, yuvarlaq 

üzlü, düz burunlu insanlardır. Aralarında mavi gözlər az və ya nadirdir. Belələrinə çox vaxt 

bu vəsflər sifət olaraq verilir (göy Məhmət - mavi gözlü Məhmət, göy qız - mavi gözlü qız). 

Böyük əksəriyyətinin sifəti ağdır, üzlərindəki və əllərindəki əsmərlik günəş yandırması ilə 

əlaqədardır. Boyları ortadan uzundur, gövdə qismi qurşaqdan aşağı tərəfə nəzərən qısa de-

yildir, ona görə at üstündə heybətli görünür, rahatlıqla ox atır və qılınc vururlar.  

 



OĞUZLAR (TÜRKMƏNLƏR) 

19 


 

heyrətlər  içində  qala  bilər.  Halbuki  Türküstandakı  türkmənlər  bunları  çox-

dan unutmuşdular. Bu sözlərdən də göründüyü kimi, oğuz türklərinin əsil və 

gerçək  nümayəndələrini  görmək  üçün  Türküstanı  deyil,  Anadolunu  gəzib 

dolaşmaq lazımdır.  

Fatehlər  və  onlardan  sonra  gələn  oğuz  elatları,  ümumiyyətlə  Sivas  böl-

gəsindən qərbdə səlcuqlu hüduduna qədər olan geniş bir ərazidə  yerləşmiş-

dilər.  Bu  xüsus  həmin  bölgənın  onların  həyat  tərzinə  uyğun  bir  yer  olması 

ilə, həm də qeyd edildiyi kimi, yerli əhalinin orada heyrətli dərəcədə az ol-

ması ilə əlaqədar idi. Monqol istilasından qaçan qələbəlik türkmən elatları-

nın mühüm bir qismi də məhz qərb hüdudlarına gəlmişdilər. Bir ərəb coğra-

fiyaşünası  (XIII  əsrin  ikinci  yarısında)  qərb  hüdudlarındakı  türkmənlərdən 

yalnız Antalyanın şimalında, Dənizli ətrafında yaşayanların sayının 200 min 

çadıra  yaxın  olduğunu  bildirir.  Səlcuqluların  fəth  etməyə  könülsüz  yanaş-

dıqları Qərbi Anadolu və Mərmərə ətrafını qərb hüdudlarındakı türkmənlər 

asanlıqla aldılar. Türkmənlərin müharibə zamanı ələ keçirdikləri xristianlar-

dan kölə kimi istifadə etdiklərini çox yaxşı bilən xristianlar onların hücuma 

keçdiyini görüncə Adalara və Rumeli sahilinə qaçırdılar. Türkmənlər aldıq-

ları xristian əsirlərin çoxunu misirli, suriyalı və iranlı tacirlərə satırdılar. Be-

ləliklə, Qərbi  Anadolu və  Mərmərə bölgələrinın XV əsrdə  xristian  əhalinin 

ən seyrək olduğu yerlər arasında olmasının digər bir səbəbi də budur. XIX 

əsrdə həmin bölgələrdə, əksinə, nisbət hesabı ilə xristian əhalinin daha çox 

olması Osmanlı dövründə başqa səbəblərdən irəli gəlmişdir. Cənubdakı Çu-

xurova bölgəsi də bir əsrdən artıq davam edən türk-məmlük axınları nəticə-

sində  xristian  əhalinin  çox  azaldığı  bir  bölgə  vəziyyətinə  düşdükdən  sonra 

XVI əsrdə əksəriyyəti üç-ox qoluna mənsub türkmənlər tərəfindən məskun-

laşdırıldı. XV-XVI əsrlərdə müşahidə olunan böyük türk əhalisi və yer adla-

rı bu gün də olduğu kimi Anadoludakı türk yerləşməsinin mahiyyətinə dair 

tarixi qaynaqlardan çıxarılan nəticələri tamamilə təsdiq edir. Digər tərəfdən 

Anadoluda min evlik də  olsa kütlə halında hər hansı bir islamlaşmanın baş 

verməsi barədə türk, Bizans, erməni və ərəb qaynaqlarında hər hansı bir xə-

bərə  təsadüf  edilməmişdir.  Ən  əhəmiyyətsiz  ictimai  hadisələrdən  də  bəhs 

olunduğunu  gördüyümüz  Osmanlı  arxiv  sənədlərində  də  bu  xüsusda  bir 

qeyd  əldə  edilməmişdir. Müsəlman  İspaniyasındakı  müzərrəblər  (müztərib-

lər) kimi qüdrətini və varlığını uzun müddət davam etdirən bir dönmə züm-

rəsi də Anadoluda mövcud olmamışdır. Əslində, buna təəccüb etməmək la-

zımdır. Çünki nə xalq, nə də dövlət çox açıq islam ənənəsinə riayət edərək 

xristianlara  müsəlmanlığı  qəbul  etmələri  üçün  təlqin  və  təşviq  etmirdi. 

Bundan  əlavə,  türk,  daha  doğru  ifadə  ilə  islam  dövlətlərində  xristianların 

müsəlman olmaları halında dövlətin gəlirində mühüm yer tutan xərac və ciz-

yənin ortadan qalxacağı  qorxusu  da  vardı.  Digər  tərəfdən,  əgər  toplu  halda 

dönmələr  olsaydı,  islamı  qəbul  etmiş  bu  yerli  icmaları  Bolqarıstandakı  po-




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə