Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə11/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   7   8   9   10   11   12   13   14   ...   213

FARUQ SÜMƏR 

24 


 

qaraqoyunlulardan sonra ağqoyunlular və səfəvilər zamanında da davam et-

di.  Hətta  osmanlılar  bütün  Anadoluya  hakim  olduqdan  sonra,  XVI  əsrin 

ikinci yarısında da Anadoludan İrana köçlər baş verdi.  

Bunun nəticəsində Azərbaycan, daha doğru bir ifadə ilə şimal-qərbi İran 

Rumeli kimi qövmi baxımdan Anadolunun davamı halını aldı. Hərbi sahədə 

olduğu  kimi  mülki  idarədə  də  mükəmməl  bir  təşkilata  malik  olan  osmanlı 

dövləti Balkanlara sabit, düzənli və inkişaflı bir həyat gətirmişdi.  

Bundan müsəlmanlar  qədər xristianlar  da  xeyir  gördülər. Türklər  Rum-

elidə, xüsusən şimalda Varna, qərbdə Tatarbazarı və cənubda Kavala arasın-

dakı  bölgədə kompakt şəkildə  yurd salmışdılar. Onlar,  göstərdiyimiz kimi, 

Qərbi  Anadolu,  Mərmərə  bölgəsi  və  Orta  Anadoludan  gələnlər  idi.  Köhnə 

yurdun xatirəsi  Rumeli  türkləri arasında unudulmayaraq bu  günə  qədər  ya-

şayır. Qeyd olunan bölgə hər baxımdan Anadolunun davamı mahiyyətini al-

mışdı. Anadoluda olduğu kimi burada da şəhər və kəndlərdəki türklərin ya-

nında köçəri həyat tərzini davam etdirən böyük miqdarda türklər də vardı ki, 

onlara yörüklər deyilirdi. Rumelidəki yörüklər müxtəlif qollara ayrılır və ya-

şadıqları bölgələrin adı ilə adlanırdılar: Tanrı dağları yörükləri (Gümülçinə, 

Qarasu Yenicəsi, Drama və Kavalada), Naltökən yörükləri (bugünkü Bolqa-

rıstanda),  Səlanik  yörükləri  (Makedoniya  və  Tesaliyada),  Vizə  yörükləri 

(Vizə,  Lüləburqaz,  Çorlu  və  Xeyrəbolu),  Qocacıq  yörükləri  (Ədirnə,  Qırx-

lareli, Babaəski və müasir Bolqarıstanın bəzi  yerlərində). Yörüklər osmanlı 

hərbi sisteminə müvafiq şəkildə dövlətin qüdrətli olduğu XVI və XVII əsr-

lərdə daha çox köməkçi birliklər kimi istifadə edilmişlər. Ancaq XVIII əsrdə 

əsgər çatışmazlığı hiss olunanda ruhlarını oxşamaq üçün övladi-fatehan (fa-

tehlərin oğulları) adı verilərək silahlı qüvvələr arasına daxil edilmişlər. Bal-

kanlardakı  türk  hakimiyyəti  buradakı  xristian  xalqlara  böyük  mədəni  təsir 

göstərmişdir. Bu gün də həmin xalqların dillərində və gündəlik həyatlarında 

bu təsirin izləri görünür. Bilindiyi kimi, Balkanlardakı türk hakimiyyəti nəti-

cəsində  bosniyalılar,  albanların  çoxu  və  bolqarlardan  bir  qismi  (pomaklar) 

müsəlmanlığı  qəbul  etmişlər.  Ancaq  onların  türkləşməmələrinin  bir  səbəbi 

vardır ki, o da aralarına kifayət qədər türk əhalisinin girməmiş olmasıdır.  

Osmanlı dövlətinin Şimali Afrikadakı müsəlman ölkələrini avropalıların 

istilasından  xilas  etdiyi  faktdır.  Əgər  Osmanlı  dövləti  bunu  bacarmasaydı, 

çox ehtimal ki, indi onları xristian ölkələri kimi görəcəkdik. Nə ərəblər, nə 

də bərbərlər  İspaniyanı qoruduqları kimi Şimali Afrikanı qoruya bilməmiş-

lər. Şimali Afrikadakı üç ölkə, yəni Əlcəzair, Tunis və Trablisi türklər ocaq 

adı verilən bir hərbi təşkilatla idarə etmişlər. Bu ocağa qəbul edilməyin əsas 

şərti xalis Anadolu türkü olmaq idi. Ərəblər və bərbərlər ocağa qəbul edil-

mədikləri kimi, atası türk, anası yerli olanlara da yüksək vəzifələr verilmirdi. 

Ocaqlar  ehtiyac  duyulan  türkləri  Qərbi  və  Cənub-Qərbi  Anadoludan  dəvət 

edirdilər. Bu məqsədlə göndərilən heyətlər Qərbi Anadoludakı şəhər və qə-




OĞUZLAR (TÜRKMƏNLƏR) 

25 


 

səbələri gəzərək bazarlarda «yorulmadan axça qazanmaq, tərləmədən ölmək 

istəyənlər bayrağımızın altına toplaşsın» sözlərini car çəkdirib əsgər yığırdı-

lar. Gedənlər arasında aşıqlar da olurdu ki, onların türkcə söylədikləri şeirlər 

zəmanəmizə qədər gəlib çatmışdır. Əlcəzair ocağının rəisinə verilən dayı ti-

tulu Anadolu türklərinin tanımadıqları adamlara analarının qardaşına olduğu 

kimi «dayı» demələrindən irəli gəlirdi. Bu gün Qərbi Anadoluda Orta Ana-

doludan  gəlmiş  fəhlələrin  başçısına  «dayıbaşı»  adı  verilməsi  də  eyni  anla-

yışla  əlaqədardır.  Beləliklə,  Qərbi  və  Cənub-Qərbi  Anadolu  öz  igid  övlad-

larının bir qismini, əksərən geri qayıtmamaq üzrə uzun müddət Şimali Afri-

kaya  göndərmişdir.  Bu  gün  belə  Anadoluda  «Axşam  Əlcəzairə  gedən  çox 

olar» şəklində bir atalar sözü vardır.  

Osmanlı dövlətinin girişdiyi uzunmüddətli müharibələrdə məğlubiyyətə 

uğraması Anadoludakı hakimiyyətini son dərəcə zəiflətmiş, dərəbəyi də de-

yilən  böyüklü-kiçikli  əyanların  meydana  çıxmasına  səbəb  olmuşdur.  Dərə-

bəyilərin  dövrü  təxminən  bir  əsrədək  davam  etmişdir

1

.  Məhz  bu  əyanların 



dövründə Qərbi Anadoluda, Aydın, İzmir və Manisa vilayətlərində zeybək-

lərin də ortaya çıxdığı müşahidə olunur. Bunlar dövlətə qarşı çıxır, varlılar-

dan qopardıqları pul ilə keçinirdilər. Zeybək sözünün mənşəyi hələlik qaran-

lıq qaldığı kimi, onların zühurunda o bölgədakı oymaqların bir rol oynayıb-

oynamadıqları da yaxşı bilinmir. Zeybəklərin fəaliyyətinə heç cür son qoya 

bilməyən dövlət döyüşkən olduqları üçün onlardan muzdlu əsgər kimi ordu-

da istifadə etmişdir.  

XVI əsrin əvvəllərində hind ticarətini ələ keçirən portuqaliyalılar Cənubi 

və Şərqi Ərəbistan üçün ciddi təhlükəyə çevrilmişdilər. Osmanlı hakimiyyə-

ti bu təhlükəni  də  uzaqlaşdırdı.  XVI və XVII  əsrlərdə  Ərəbistanda türklərə 

ümumiyyətlə qaramani deyilirdi. Bu cəhət hər halda oraya göndərilən əsgər-

lərin çoxunun Qaraman əyalətindən olması ilə əlaqədardır. Anadolu türkləri 

Yəmən də daxil olmaqla Ərəbistanda öz igidlikləri ilə şöhrət qazanmışdılar. 

Ancaq  Yəmənə  göndərilən  türklərin  mühüm  bir  qismi  vətənlərinə  qayıda 

bilmirdi.  Bu,  həzrəti  Öməri  belə  dəhşətə  gətirən  vəhşi  görünüşlü  və  davra-

nışlı yəmənli ərəb tayfaları ilə vuruşmaqdan ziyadə xəstəlikdən və baxımsız-

lıqdan  irəli  gəlirdi.  Yəməndən  qayıtmayan  türk  gənclərinin  millətimizin 

                                                           

1

 Anadoludakı əyanlar və ya dərəbəylər dövrü ən az işlənmiş mövzulardan biridir. Belə ki, 



onlardan  ən  mühümü  olan  çapan  oğullarının  əsl  adının  nə  olduğu  da  meydana  çıxarılma-

mışdır.  Çapan  oğulları  tərəfindən  Yozqatda  tikilmiş  böyük  bir  caminin  hazirəsində  (qəbi-

ristanlığında) gördüyüm kitabələrin ən əskiləri ailənin adının nə Çapan, nə də Cabbar deyil, 

məhz Çapar olduğunu göstərir: «Mərhum və məğfur ləh Çapar Ömər ağa ruhu üçün fatihə 

sənə 1118 – Çaparzadə mərhum və məğfur ləh Əhməd paşa ruhu üçün fatihə fi sənə 1187». 

Bunlar  Çəpan,  Çəpar,  Cəbbar  kəlməsinin  səhv  oxunmasından  meydana  gəlmiş  və  ailə  bu 

yanlış  adlarla  tanınmışdır.  Bu  ailəyə  aid  kitabələr  lazımi  izahatla  birlikdə  yaxın  vaxtlarda 

bizim tərəfimizdən nəşr ediləcəkdir. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə