Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə19/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   15   16   17   18   19   20   21   22   ...   213

FARUQ SÜMƏR 

40 


 

də qırğız xaqanının ordusu ilə qarşılaşdılar. Vuruşmada qırğız ordusu məğ-

lub edilmiş, qırğız xaqanı da döyüş meydanında həlak olmuşdu. Kitabələrdə 

xeyli,  uzun  müddət  oğuzların  üsyan  hərəkatından  bəhs  edilməmişdir.  Əgər 

belə  bir şey baş  versəydi, göytürklərin bütün istiqamətlərdə  zəfərlər qazan-

maları heç də mümkün olmazdı. Çünki Bilgə kağanın hakimiyyətinin ilk il-

lərində  oğuzların  üsyanı  göytürk  dövlətinin  zəifləməsində  çox  mühüm  bir 

amil olmuşdur.  

Kapağan  kağan  zamanında  təşkil  edilən  səfərlər  sayəsində  göytürk  im-

periyasının hakimiyyəti təkrar uzaq yerlərə qədər yayıldı. Beləliklə, çox mü-

hüm  ehtimala  görə,  on-oxların  itaət  altına  alınmasında  (698),  zəngin  qəni-

mətlər ələ keçirilən Mavəraünnəhr səfərində (700-701), Çin sərkərdəsi Çaça 

ilə aparılan və türklərin parlaq zəfəri ilə başa çatan vuruşmada (706) və di-

gər səfərlərdə türk budunu ilə birlikdə oğuzlar da iştirak etmişlər. Lakin bu 

parlaq dövr, iki budun arasındakı bu qardaşlıq Kapağan kağanın 716-cı ildə 

bayırkular  tərəfindən  pusquya  salınaraq  öldürülməsilə  sona  çatdı.  İl-tərişin 

oğulları  Kapağan  kağanın  oğlu  Bögünün  hökmranlığını  tanımadılar.  Türk-

lərdə  səltənət  varisliyinin  sabit  bir  qayda  ilə  nizamlanmamasının  nəticəsi 

özünü  burada  da  göstərdi.  Bu  ixtilaf  üzündən  türklər  iki  hissəyə  ayrılaraq 

bir-birilə mübarizəyə girişdilər. Mübarizədə şəxsən Kül-Təginin cəsarəti və 

vuruşqanlığı  sayəsində  İl-tərişin  oğulları  qalib  gəldilər.  Bökü  xan  və  tərəf-

darları zərərsizləşdirildilər.  İl-tərişin  bəyük oğlu  xaqan oldu  (716).  O,  kita-

bələrdəki Türk Bilgə kağandır. Onun qardaşı Kül-Təgin isə göytürk ordusu-

nun komandanlığını öz üzərinə götürdü. Belə anlaşılır ki, İl-tərişin oğulları 

ilə  Bögü  xan  arasında  xaqanlıq  uğrunda  mübarizə  imperiyaya  zəif  şəkildə 

bağlanmiş budunların tabelik bağlarını qoparmasına səbəb oldu və hər tərəf-

də qarışıqlıqlar (bolğak) baş verdi. Türgişlərdən sulu adlı bir başbuğ on-ox-

ların  rəhbəri  olaraq  kağan  ünvanı  aldı  və  qərb  türklərini  müstəqil  surətdə 

idarə etməyə başladı. İzgillərin üsyan etməsilə eyni vaxtda oğuzların da üs-

yan  bayrağını  qaldırdıqları  görünür.  Kitabələrdə  hər  yanda  baş  verən  qarı-

şıqlıqlar və qısqanclıq oğuzların üsyanına səbəb olaraq göstərilir. Bu məlu-

matlar olduqca şübhəlidir.  

Ancaq  həqiqət  budur  ki,  oğuzlar  xaqanlara  ürək  qızdırmırdılar.  Onların 

heç  bir  zaman  tölis  və  tarduşların  vəziyyətinə  düşmək  istəmədikləri  mə-

lumdur.  Burada  hər  halda  qövmi  bir  səbəb  olduğu  kimi,  oğuzların  ayrı  bir 

siyasi  keçmişə  malik  olmaları  da  bəhs  mövzusudur.  Yəni  onların  bu  üs-

yanlarının siyasi səbəbi, şübhəsiz, müstəqilliyə qovuşmaq idi.  

Bilgə kağan ilə Kül-Təgin izgillərə divan tutduqdan sonra oğuzların üzə-

rinə yürüş etdilər. Ancaq onları izgillər kimi asanlıqla yola gətirmək müm-

kün olmadı və bir ildə beş dəfə vuruşmaq lazım gəldi. Oğuzlar ilə ilk vuruş-

ma  Toğu  Balıkda  oldu.  Adına  görə,  ehtimal  ki,  bura  şəhər  imiş.  Ancaq  bu 

barədə heç bir məlumat yoxdur. Kül-Təkinin Azman adlı atına minərək dal-




OĞUZLAR (TÜRKMƏNLƏR) 

41 


 

badal yeddi nəfəri nizə ilə öldürməsinə, böyük bir igidlik gəstərməsinə bax-

mayaraq  göytürklər  qəti  bir  nəticə  edə  bilmədilər.  Bunun  əvəzində,  Kuşlı-

ğakda  ədizlərlə  çarpışmalarda  onları  ağır  məğlubiyyətə  uğratdılar.  Oğuzlar 

ilə ikinci vuruşma Urquda (müasir Urqa?) oldu, ancaq o da qəti nəticə ver-

mədi. Bunun ardınca gələn Çuşbaşı müharibəsi isə həddən artıq çətin olmuş, 

göytürklər ciddi təhlükəyə məruz qalmışdılar. Bu müharibədə göytürk ordu-

su  oğuzların  qarşısında  qorxunc  bir  vəziyyətə  düşmüşdü.  Xoşbəxtlikdən, 

Kül-Təgin hücuma keçən oğuzları geri oturtmağa, hətta tonqralardan Yılpa-

qut  (Alpağut)  ilə  on  nəfəri  əsir  almağa  müvəffəq  olmuşdu.  Onlar  həmin 

günlərdə döyüşdə həlak olan və ya öz əcəli ilə ölən göytürk Tonqa-Təginin 

yuğunda (cənazə mərasimində) o biri dünyada ona xidmət etmələri üçün öl-

dürüldülər.  Ancaq  müharibə  yenə  də  bir  nəticə  verməmişdi.  Buna  görə  iki 

qardaş budun Əzgənti Qadazda yenidən qarşılaşdılar, lakin bu dəfə də qalib-

məğlub bilinmədi. Artıq qiş girmişdi! Göytürklər Əmğa qalasında qişladılar. 

Bu qış göytürklər üçün xoş keçmədi, çünki «yut» olmuş, yəni heyvanlar ta-

mamilə qırılmışdı. Bahar gəlincə (717-ci ilin baharı?) Bilgə kağan oğuzlara 

qarşı  əsgər  çıxartdı,  ancaq  oğuzların  üç-oğuz  qoluna  mənsub  bir  ordusu 

onun  ordugahına  basqın  etdi.  Bu  basqın  o  qədər  bacarıqla  həyata  keçiril-

mişdi  ki,  oğuzlar  görünməmiş  bir  zəfər  çalmaq  üzrə  idilər.  Hətta  onlardan 

bir bölüyü ordugahı yağmalamağa başlamışdı. Lakin yenə Kül-Təginin igid-

liyi və Bilgə kağanın soyuqqanlılığı sayəsində bu təhlükənin qarşısı alındı

1



Bununla  bərabər,  oğuzlarla    müharibələrin  sonu  görünmürdü.  Bilgə  kağan 



yuxarıda göstərilən müharibədən sonra oğuzlar üzərinə təkrar yürüş edərək 

müvəffəqiyyət  qazansa  da,  oğuzlar  qoşunları  doqquz-tatarlarla  birləşərək 

Ağuda göytürklərin qabağına çıxdılar.  

Məğlubiyyətə uğrayan oğuzlar Çinə getdilər, lakin sonra təkrarən vətən-

lərinə qayıtdılar. Onlar hələ boyun əyməmişdilər. Bu səbəblə Bilgə kağanın 

oğuzlar üzərinə  daha bir  yürüş təşkil etdiyi anlaşılır

2

.  Həmən  səfər  zamanı 



uyğurlara da hücum olunmuş, onlar darmadağın edilmiş, uyğur il-təbiri yüzə 

yaxın  adamla  şərqə  tərəf  qaçmışdı

3

.  Göytürk  kitabələrində  ilk  və  son  dəfə 



olmaq üzrə uyğurlar barədə ancaq bu qədər bəhs edilmişdir. Buradan uyğur-

ların bir çox digər türk qövmlərinin əksinə olaraq Selenqa boyunda hər hal-

da  göytürklərə  vergi  verərək  sakit  bir  həyat  sürdüklərinə  hökm  vermək 

mümkündür. Ertəsi il, Bilgə kağan 34 yaşında olanda (718-ci il), göytürklərə 

müqavimət göstərə bilməyən, onlara tabe olmaq da istəməyən oğuzlar Çinə 

köçərək çinlilərin idarəsi altına girdilər

4

. Artıq onlardan bir daha bəhs edil-



                                                           

1

 Bu  xüsusda  Bilgə  kağan  kitabəsində  geniş  təfsilat  var  (Abidələr,  s.  124-126,  Kül-Təgin 



kitabəsi, s. 112-113; ƏTY, I, s. 62-66, Kül-Təgin kitabəsi, s. 48-50). 

2

 Abidələr, s. 127; ƏTY, I, s. 66. 



3

 Yenə orada. 

4

 Yenə orada, s. 67. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə