Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə27/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   23   24   25   26   27   28   29   30   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

57 


 

(məfazət-ül-ğuzziyyə)  adlandırmışlar.  XIII  əsrdə  türklər  bu  çölə  Karakum 

(Qaraqum) demişlər.  

 Oğuz  elinin  toplu  və  kompakt  yaşadığı  yer  Sır-Dəryanın  mənbəyindən 

orta yatağına qədər olan sahə ilə çayın hər iki sahilindəki ərazi, xüsusilə şi-

mala doğru uzanan torpaqlardır. Oğuz yabğusunun (kralının) qışlağı olan şə-

hər çayın mənbəyindən iki günlük mənzildə və çaya bir fərsəxlik məsafədə 

yerləşirdi.  Bu  şəhər  ərəbcə  əsərlərdə  əl-Mədinət-ül-cədidə və  ya əl-Qəryət-

ül-hadisə

1

, fars dilindəki «Hüdud-ül-aləm»də



2

 Dihi-nou adlanır.  

XIII  əsrə  aid  əsərlərdə  şəhərin  Yengi  kənt  (Yeni  kənd)  şəklində  türkcə 

adı çəkilir

3

. Bununla bərabər, şəhər, şübhəsiz ki, X əsrdə də türkcə belə ad-



lana  bilərdi.  Həmən  çayın  sahilindəki  Cənd  və  Xuvarə  şəhərləri  də  yabğu-

nun hakimiyyətində idi, burada müsəlmanlar da yaşayırdılar.  

İsficabın şimalından başlayaraq Sır-Dəryaya paralel olaraq uzanan Kara-

çuk sıra dağları bölgəsi də oğuzların çox mühüm bir hissəsinin yaşadığı yer 

idi. Mahmud Kaşğari

4

 Karaçukun oğuz ölkəsinin adı olduğunu söylədiyi ki-



mi,  öz  xəritəsində  də  Karaçuk  dağını  oğuz  yurdu  olaraq  göstərmişdir

5



Əbülqazinin  «Şəcəreyi-tərakimə»sində  türkmən  rəvayətləri  arasında  oğuz-

ların yurdu kimi Kazğurd ilə birlikdə Karaçukdan da bəhs edilir

6

. Teymurun 



zəfərnamələrində də bu dağın adı çəkilir

7

.  



                                                           

1

 Məsudi. Mürüc üz-zəhəb, s. 212; İbn Hövkəl, s. 512. ondan nəqlən: İdrisi. Nüzhət ül-müş-



taq, Köprülü kitabxanası, № 95, vərəq 419 b. 

2

 S. 123, Minorski, s. 122. 



3

 V.Rubrukun qeydləri, ingiliscə tərcüməsi, London, 1900, s. 14; Cüveynidə (Tarixi-cahan-

güşa. M.Qəzvini nəşri, I, s. 69, 72) Şəhri-Kənt kimi gedir, ancaq «Cami ət-təvarix»in təsdiq 

etdiyi kimi (haşiyələrə bax), bu söz Şəhri-Yengi olmalıdır. 

4

 «Karaçuk-ism ül-Fərab və hiyə ismu-bilad ül-ğuziyyə» «Karaçuk-Fərabın və oğuz ölkəsi-



nin adıdır» (Kilisli, I, s. 404). Bəsim Atalay bu cümlədəki «və hiyə ismu-bilad ül-ğuziyyə» 

ibarəsini yanlış sanaraq cümləni «bu, oğuz 

 

şəhərlərindən birinin adıdır» şəklində dəyişdir-



mişdir. Halbuki Kaşğari Karaçukun həm Fərab şəhərinin, həm də oğuz ölkəsinin adı oldu-

ğunu bildirir. 

5

 Bu xəritə Kilisli nəşrində I cilddə, Atalay [və Ramiz Əskər] nəşrində II cilddədir. 



6

 «Oğuz ilininq yurtlarınıq gün doğuşu İssığ köl və Almalık və kıbləsi Sayram və Kazğurt 

Tağı və təmur kazığı Uluğ Tağ və Kiçik Tağ ki, misninq kani bolur və kün batışı Sır suyu-

nunq ayağı Yanqı Kənt və Karakum-işbu ayıtılğan yerlərininq içində ornıda tört min və beş 

min yıl olturdılar» (N.Kononov. M.-L., 1958, s. 40). Göründüyü kimi, Əbülqazini oğuzların 

vətəni  ilə  əlaqədar  rəvayəti  gerçəyə  çox  yaxındır.  Yalnızca  oğuz  yurdunun    şərqinin  İssık 

kul və Almalık olduğu barədə ifadə X əsr üçün doğru deyildir. 

7

 Şərafəddin  Əli  Yəzdi.  Zəfərnamə.  Kəlküttə,  1887,  I,  s.  272-273.  Bu  qeyd  eyni  zamanda 



Karaçuk dağının ucsuz-bucaqsız bozqıra nəzərən hakim bir mövqedə bulunduğunu və boz-

qırın oradan müşahidə edildiyini də göstərir. Teymur ikinci dəfə Toxtamış üzərinə gedəndə 

buradan keçmişdi (həmən əsər, I, s. 503); Nizam Şami. Zəfərnamə. Feliks Tauer nəşri, Pra-

qa, 1937, I, s. 118. Burada verilən qısaca bir məlumatda Karaçuk adı çəkilir. Bu qeydlərdən 

Kaşğari  və  Əbülqazinin  oğuz  məntəqələri  arasında  göstərdikləri  Karaçuk  dağının  yeri 

açıqca bilinir. Bu gün bu sıra dağlar Karatau adlanır (Z.V.Toğan. Türk eli xəritəsi və ona 

aid izahlar, İstanbul, 1945).  



FARUQ SÜMƏR 

58 


 

Oğuzlar bu yurdda lap qədimlərdən yaşayırdılar. İbn-Xordadbeh

1

 Xora-


san valisi Abdulla ibn Tahirin zamanında (828-814) oğuzlardan 1.000 dus-

tağın 60.000 dirhəm qiymətinə alındığını bildirir. Bəlazurinin bir qeydindən 

anlaşılır  ki,

2

 bu  dustaqlar  Abdulla  ibn  Tahirin  oğlu  Tahirin  sərkərdəliyi  al-



tında  oğuzlara  qarşı  göndərdiyi  ordu  tərəfindən  alınmışdır.  Ancaq  hər  iki 

qeyddə oğuzların yurdu haqqında heç bir izahat verilmir.  

İstər  Orxon  bölgəsindəki  doqquz-oğuzlar,  istərsə  də  on-oxlara  mənsub 

oğuzlar buralara şərqdən gəlmişdilər. Əgər oğuzlar on-oxların qohumlarıdır-

sa  (qüvvətli  ehtimala  görə,  bu  belədir),  onların  aşağı  Sır-Dərya  sahillərinə 

gəlmələri karluqların on-oxların ölkəsini fəth etmələrilə bağlı ola bilər. Aşa-

ğı  Sır-Dərya  ətrafının  və  Aral  sahillərinin  oğuzlardan  əvvəlki  sahilləri  isə 

peçeneqlər  olmuşlar.  Daha  əvvəl  də  dediyimiz  kimi,  peçeneqlərin  üç  əsas 

boyunun  müştərək  adı  kəngər  idi.  Bunun  göytürklərin  701-ci  ildə  Suğdak 

səfəri nəticəsində ələ keçən və Karaçuk dağları ilə onların şimalındakı boz-

qırlarda  yaşadığı  bilinən  kəngəras  təşəkkülünün  adı  ilə  eyni  olduğu  qəbul 

edilmişdir

3

. Bundan əlavə, Biruninin bir qeydində peçeneqlərin Aral gölü ət-



rafında  Xarəzmə  qonşu  olaraq  yaşadıqları  göstərilir

4

.  Digər  tərəfdən  peçe-



neqlərin  bir  zamanlar  karluqların  qonşuluğunda  yaşadıqlarını  göstərən  hə-

min müəllifin başqa bir əsərində bir qeyd də vardır

5

. Bu qonşuluq hər halda 



İsficab ilə Talas tərəflərdə olmalıdır

6

.  



Peçeneqlər Sır-Dərya boyunda və Aral gölü ətrafında yaşayarkən oğuz-

lar harada məskun idilər? Bu xüsusda qəti bir söz söyləmək mümkün deyil, 

Rəşidəddin türklərin dastani tarixində Talas bölgəsindən başqa şərqdəki Al-

malık  bölgəsini  də  oğuzların  yurdları  hesab  edir

7

.  Əgər  oğuzlar  on-oxlara 



mənsubdurlarsa,  onların  Çu  və  Talas  vadilərində  yaşayan,  çinlilərin  nu-şe-

pu dedikləri qoldan olmaları ən qüvvətli ehtimaldır. Belə anlaşılır ki, oğuz-

lar peçeneqlərə  şərqdən hücum etmişlər. Hər halda iki qonşu qövm arasında 

ağır vuruşmalar baş vermiş və ən sonda oğuzlar peçeneqləri Əmba çayının 

arxasına qovmuşlar. Oğuzların peçeneq yurdunu nə vaxt ələ keçirdikləri də 

bilinmir.                

                                                           

1

 s. 37, 39. 



2

 Fütuh ül-büldan, Qahirə, 1350, s. 420. 

3

 Bax: Belleten, № 69, 89-104. 



4

 Təhdidi-nihayət  il-əmakin.  Fateh  kitabxanası,  №  3386,  s.205-206;  bu  mətn  üçün  ayrıca 

bax: Biruniyə ərməğan cildi, Kəlküttə, 1951, s. 250 və davamı. 

5

 Kitab ül-cümahir. Heydərabad, 1355, s. 218. 



6

 Məsud (Kitab ül-tənbih vəl-işraf. De Qoj nəşri. Leyden, 1894, s. 180-181) Aral gölü ətra-

fında  peçeneq, bəcni,  baçgərd və  nukərdə  qövmləri ilə  oğuz, karluk  və  kiməklər arasında 

vuruşmalar olduğunu və bu dörd qövmün vuruşmalar nəticəsində yurdlarını tərk edərək Şi-

mali Qafqaza köçdüklərini yazır. 

7

 Oğuzlara aid dastani mahiyyətdə əsərlər. Dil və Tarix-Coğrafiya Fakültəsi jurnalı, V-VII, 



№ 3-4, s. 360-361. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə