Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə23/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   19   20   21   22   23   24   25   26   ...   213

FARUQ SÜMƏR 

48 


 

ri  də  doqquz-oğuzların  205-ci  ildə  (miladi  820-821)  Urşusanaya  (Səmər-

qəndin  şərqində  Soqdiana  ilə  Sır-Dərya  çayları  arasındakı  ərazi)  hücum 

etdiklərini  bildirir

1

.  Oğuzların  belə  bir  hücumu  həyata  keçirmələri  onların 



ancaq  şərqdə  (ən  əvvəl  Talas  bölgəsində)  bir  yerdə  yaşayacaqları  halda 

mümkün  ola  bilərdi.  Yəni  onların  belə  bir  hücum  üçün  Orxon  bölgəsindən 

qərbə köçmüş olmaları lazımdır. Digər tərəfdən, Sır-Dəryanın orta yatağı ilə 

Aral gölü sahilləri və onun şimalındakı torpaqlar peçeneqlərin yurdu idi, gö-

rünür, oğuzlar bu  yerləri onların  əlindən almışdılar

2

. Ancaq bu fikrə  aşağı-



dakı şəkildə etiraz etmək mümkündür:  

1. Kül-Təginin dəfn mərasiminə türgiş xaqanı da (şübhəsiz ki, Sulu) el-

çilər göndərmişdi. Bunlar Makaraç Tamğaçı ilə Oğuz Bilgə Tamğaçı idilər

3



Buradakı oğuz sözü ehtimal ki, həmin abidədəki bir çox misallarda olduğu 

kimi


4

, qövmi mənadadır, yəni oğuz boyuna mənsub Bilgə Tamğaçı demək-

dir.  Bu,  Sır-Dərya  oğuzlarının  on-oxların  tərkibində  bir  təşəkkül  olduğunu 

da  göstərə  bilər.  Ancaq  bu  xüsusda  şübhəyə  yer  buraxmayacaq  bir  hökmə 

varmaq  üçün  bunu  təsdiq  edəcək  başqa  bir  dəlilə  də  ehtiyac  var.  Çünki  bu 

 

Ş



əxs türgiş xaqanının yanında xidmətə girmiş doqquz-oğuzlardan biri də ola 

bilər


5

.  


2.  Əvvəldə  işarə  edildiyi  kimi,  doqquz-oğuzların  tonra  adlı  bir  boyları 

olmuşdur.  Hətta  buraya  kunı  adlı  bir  boyu  da  əlavə  etmək  mümkündür

6



Halbuki bizə məlum olan 24 boy arasında tonra adlı bir təşəkkül yoxdur.  



3. Sır-Dərya ətrafındakı oğuz eli iki qola ayrılmışdı, qollardan biri üç-ox, 

digəri boz-ox adını daşıyırdı. Bu adların on-oxlardan qalma xatirələr olduğu 

da düşünülə bilər. Hətta Sır-Dərya oğuzlarının hökmdarlarının yabğu ünvanı 

daşımaları da bura əlavə oluna bilər. Bəlkə bu yabğu oğuzların yabğusudur.  

4. Sır-Dərya oğuzlarının XI əsrdə danışdığı türk dilində bir sıra elə söz-

lər  vardı  ki,  bunları  Şərq  türkləri  bilmirdilər.  Digər  tərəfdən  oğuzların  ləh-

cəsi də türklərinkindən xeyli fərqlənirdi. Bu hal Sır-Dərya oğuzlarının qərb-

də daha qədim zamanlardan bəri (VIII-IX əsrlərdən əvvəl) yaşamaqda olma-

ları ilə əlaqədar ola bilər.  

Bu xüsusları  göz önünə  alsaq, Sır-Dərya oğuzlarının onlara mənsub ol-

duqlarını  söyləmək  mümkündür.  Əgər  bu  belədirsə,  Sır-Dərya  oğuzları  ilə 

                                                           

1

 Təbəri, III, s. 1044. 



2

 Aşağıdakı səhifələrə bax. 

3

 «On-ok oğlım türgiş  kağanda Makaraç Tamğaçı,  Oğuz Bilgə Tamğaçı kəlti» (ƏTY, I, s. 



52). 

4

 Bax: Abidələr, s. 108-109; ƏTY, s. 44. 



5

 Biz bu xüsusla əlaqədar uyğur xaqanının  yanında xidmət  edərək  yüksək  mənsəbə çatmış 

və sərvət toplamış bir qırğızı tanıyırıq: Boyla Qutluğ Yarğan (bax: ƏTY, I, s. 156). 

6

 Bax: 6-cı səhifə Çin mənbələri ton-lo və houen adlı boylardan bəhs edir ki, bunlardan bi-



rincisi tonra, ikincisi hun (xun) olaraq qəbul edilmişdir (Sənədlər, s. 88, qeyd s. 3; Hamil-

ton. Tokuz-oğuz və on-uyğur, s. 26). 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

49 


 

doqquz-oğuzlar arasında eyni qövmün iki qolu olmaqla qədim bir qohumluq 

və  ya bəlkə də sadəcə bir ad bənzərliyi məsələsi ortaya çıxır. Belə olduqda 

doqquz-oğuzların 840-cı ildə qırğızların hücumu nəticəsində dağılmaqla və 

ya  uyğurlara qarışmaqla  öz varlıqlarını itirdiklərini düşünməkdən başqa bir 

yol, deyəsən, yoxdur.  

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




FARUQ SÜMƏR 

50 


 

 

 



 

 

 



 

 

 



 

B. OĞUZLAR IX-XI ƏSRLƏRDƏ 

  

(Sır-Dərya oğuzları) 

  

X  əsrin  birinci  yarısında  türk  dünyası  siyasi  baxımdan  parçalanmış  və 



zəif  bir  vəziyyətə  düşmüşdü.  Göytürk  dövlətinin  süqutundan  sonra  türklər 

Orta  Asiyada  böyük  və  qüdrətli  imperiya  qura  bilmədilər.  VIII  əsrin  ikinci 

yarısı ilə IX əsrin birinci yarısında yeganə qüdrətli dövlət Orxon bölgəsin-

dəki uyğur xaqanlığı idi. Ancaq uyğurlar qərb türkləri üzərində nüfuzlu bir 

hakimiyyət  yarada  bilmədilər  və  Çin  ilə  həmişə  dostluq  münasibətlərində 

yaşadılar.  

Uyğurlar «toğuz-ğuzz» adı ilə islam ölkələrində böyük 

 

şöhrət qazanmış-



dılar. Siyasi qüvvələrin çoxdan itirmələrinə, parçalanmalarına və zəifləmələ-

rinə baxmayaraq onların bu 

 

şöhrətləri hələ də davam edirdi. 840-cı ildə uy-



ğurları qovaraq Orxon bölgəsində yerləşən qırğızlar və öz varlıqlarını güclü 

şəkildə göstərə bilmədilər, hətta Orxon mədəniyyətinin ortadan qalxmasına 

səbəb  oldular.  Gərək  ki,  onlardan  bizə  bu  bölgədə  yazılmış  heç  bir  kitabə 

gəlib çatmamışdır. 924-cü ildə monqol irqindən olan kıtayların hücumlarına 

qarşı dura bilməyən qırğızlar köhnə yurdları Yenisey bölgəsinə çəkildilər və 

burada əvvəllər olduğu kimi, ibtidai bir halda yaşamağa davam etdilər. Be-

ləliklə, qədim türk  yurdu olan Orxon bölgəsi qəti olaraq monqolca danışan 

qövmlərin əlinə keçdi. XIII əsrdə Orta Asiyanın siyasi və etnik mənzərəsini 

dəyişdirəcək Çingizxan imperiyasının meydana gəlməsi bunun nəticəsidir.  

X əsrin birinci  yarısının  ortalarında türk  aləmi  başlıca  beş  türk eli tərə-

findən təmsil olunurdu. Bunlar oğuzlar (ərəbcə əsərlərdə əl-ğuzz), karluqlar 

(ərəbcə xarlux), uyğurlar (XI əsrədək toğuz-ğuzz), kiməklər və qırğızlar idi. 

Onların sırasına Qara dənizin şimalında yaşayan peçeneqlər də əlavə oluna 

bilər.  Bunlardan  karluqlar,  daha  əvvəl  göstərildiyi  kimi,  göytürk  dövründə 

üç  boy  halında

1

 Urunğu,  Zaysan  və  Alagöl  üçbucağı  arasında  yaşayırdılar. 



Karluqlar uyğurlarla birlikdə göytürk imperiyasının süqutuna nail olduqdan 

                                                           

1

 Çin  mənbələrinə  görə  bu  karluq  boylarının  adları  belədir:  meu-lo,  ta-şe-li,  çe-şe,  yaxud 



po-fu (Şavan, s. 78, haşiyə 4). 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə