Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə24/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   20   21   22   23   24   25   26   27   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

51 


 

sonra  uyğurlarla  hakimiyyət  uğrunda  mübarizəyə  girişərək  məğlub  olmuş, 

qərbə yönəlib qərb türklərini, yəni on-oxların ölkəsini ələ keçirmişdilər. La-

kin karluqlar burada da qüvvətli bir varlıq göstərə bilmədilər, sönük və təsir-

siz  həyat  sürdülər.  Onların  bu  iqtidarsızlığı  üzündən  samani  hökmdarı  İs-

mayıl ibn Əhməd 893-cü ildə Talasa qədər uzanan bir səfərə çıxdı, oradakı 

böyük kilsəni məscidə çevirdikdən sonra karluq yabğusunun xatunu da daxil 

olmaqla 15 min əsir alıb geri qayıtdı. Qaraxani dövlətinin karluqlar tərəfin-

dən deyil, yağma adlı başqa bir türk boyu tərəfindən qurulması ehtimalı çox 

qüvvətlidir. Karluqlar X  əsrin birinci  yarısının  ortalarında  İsficabdan  İssık-

kulun cənubuna qədər uzanan geniş bölgədə yaşayırdılar

1

  .  



«Hüdud ül-aləm»

2

 və Gərdizi



3

 kimi türk qövmləri haqqında təfsilatlı mə-

lumatlar  verən  və  bu  xüsusda  başda  Ceyhani  olmaqla  qədim  mənbələrə 

əsaslanan əsərlərdən belə anlaşılır ki, çigillər, əslində, karluqların bir boyu-

dur.  Uyğur  hökmdarı  Tanrıda  Bolmuş  İl  Etmiş  Bilgə  kağanın  kitabəsində 

rastlanan «Çigil tutuk»

4

 ilə bu boy arasında bir münasibət olub-olmadığı bi-



linmir.  «Hüdud  ül-aləmə»ə  görə

5

 çigillər  İssık-kulun  şimal-qərbində  yaşa-



yırdılar. Onlar getdikcə güclənərək XI əsrdə müstəqil bir qövm sayılmışlar

6



Kaşğari onlardan bir qisminin Taraz (Talas) şəhəri yaxınlığındakı bir qəsə-

bədə, bir qisminin Barsğan arxasındakı Kuyasda, üçüncü qisminin isə Kaş-

ğar yörəsindəki bir sıra kəndlərdə yaşadığını bildirir. Bu, Gərdizinin 9 boya 

ayrılmış  karluqların  üç  boyunun  çigillərdən  ibarət  olduğu  haqda  sözlərinə 

uyğundur. Çigillər XI əsrdə o qədər mühüm bir təşəkkül halına gəlmişdilər, 

ki, oğuzlar Ceyhundan Çinə qədər uzanan yerlərdəki bütün türklərin hamısı-

na  birdən  «çigil»  deyirdilər

7

.  Çigillərin  eyni  əsərdə  Mavəraünnəhrdə  yaşa-



dıqlarını bilirik

8

.  



Bu gün Anadoluda Çigil adlı 4 kənd vardır

9

. Onlar bu türk oymağından 



bəzi zümrələrin Anadoluya gəlmiş olduğunu göstərir

10

.  



                                                           

1

 İstəxri. Kitabü məsalik-il məmalik. De Qoj nəşri. II nəşr, Leyden, 1927, s. 290. Bu  əsər-



dən nəqlən: İbn Hövkəl. Kitabi-surət-il-ərz. Kramer nəşri. Leyden, 1938, II, s. 467; Hüdud 

ül-aləm. Tehran, 1340, s. 81-83. V.Minorskinin tərcüməsi. Hüdud ül-aləm (ingiliscə). Lon-

don, 1937, s. 97-98. İzahlar qismi, s. 286-297. 

2

 S. 83. Minorskinin tərcüməsi, s. 98-99. İzahlar, s. 297-300. 



3

 Zeyn-ül-əxbar. Barthold nəşri. Peterburq, 1874, s. 84. 

4

 ƏTY, s. 178. 



5

 Göstərilən yerlər. 

6

 Divan. Kilisli, I, s. 329-330; Atalay, I, s. 393-394; [Ramiz Əskər, I, s. 392-393]. 



7

 Kilisli, I, s. 330; Atalay, I, s. 394; [Ramiz Əskər, I, s. 393]. 

8

 İbn-ül-Əsir.  Qahirə,  1301,  X,  s.  70;  Nizamülmülk.  Siyasətnamə.  Xalxali  nəşri.  Tehran, 



1310 şəmsi. 

9

 Bunlardan  Çigil  adlı  bir  nahiyə  mərkəzi  İlqında,  bir  kənd  Karapınarın  Hotamış  nahiyə-



sində, digər biri isə Kastamonuda yerləşir. Manisada da Çigillər adlı bir kənd vardır. (Daxili 

İşlər Nazirliyi, Türkiyədə məskun yerlər qılavuzu, Ankara, 1946, s. 265). 

10

 Təhrir dəftərlərində Çigil adlı yerə rast gəlmədik.  




FARUQ SÜMƏR 

52 


 

«Hüdudül-aləm»ə görə, İssık-kulun şimal-qərbində Çu çayının sol sahi-

lində tuxsılar yaşayırdı. Çigillərlən daha az əhəmiyyəti olan bu qövm Mər-

vəziyə görə

1

 karluqların bir qolu



2

, Kaşğariyə görə

3

 isə çigillərin bir qoludur 



ki, ikisi də təxminən eyni şey deməkdir. Çünki çigillərin əslində karluqların 

bir boyu  olduğunu  bir  az  yuxarıda  göstərmişdik. Minorski

4

 Gərdizinin  bəzi 



ifadələrinə əsaslanaraq tuxsıların qədim türgişlərin qalığı olduğunu irəli sür-

müşdür.  

Müqəddəsinin  məlumatından  belə  qənaət  hasil  olur  ki,  X  əsrdə  Balasa-

ğun (mətndə: Vəlasağun) ilə Tarazın təqribən yüz mil şərqindəki Mirki qə-

səbəsi arasında türkmən adlı bir qövm  yaşayırdı. Bu qövmün məliki (ilig?) 

Ordu adlı bir qəsəbədə  yaşayırmış

5

.  Kaşğarinin  də  təsdiq  etdiyinə  görə



6

 bu 


qəsəbə  Balasağun  yaxınlığında  (təbii  ki,  onun  qərbində)  yerləşirdi.  Yenə 

Müqəddəsi  tatar  (Otrar)  və  kimək  sərhədində  Şəğəlcandan  bəhs  etdikdən 

sonra Bulaç və Burukət qəsəbələrini təsvir edir və bunların türkmənlərə qar-

şı uc (hüdud) qəsəbələri olduğunu yazır

7

.  


Bu qəsəbələrin İsfiçabın şimal-qərb və ya şimal-şərqində olduğu analşı-

lır. Bu son qeyd türkmənlərin İsficabın şimal tərəflərinə qədər yayılmış ol-

duğunu göstərir. Müqəddəsinin bildirdiyinə görə, bu türkmənlər qorxuların-

dan müsəlman olmuşdular və Ordu qəsəbəsində  oturan məlikləri də  İsficab 

hakiminə  hədiyyələr  göndərirdi.  Müqəddəsinin  əsərində  türkmənlər  islamı 

qəbul etmiş yeganə türk boyu kimi qeyd olunur. Həmən müəllif Sabran adlı 

sərhəd  şəhərindən bəhs  edərkən  və  ya başqa  vəsilələrlə oğuzların  (əl-ğuzz) 

adını çəkərkən onların  müsəlman olduqlarını söyləmir

8

.  Beləliklə,  bu  türk-



mənlərin  oğuzlardan  tamamilə  ayrı  bir  təşəkkül  olduqları  görünür.  Açıqca 

başa düşülür ki, Ordu qəsəbəsində oturan türkmən məliki İsficab hökmdarı-

na tabe idi. İsficab bölgəsini idarə edən xanədan haqqında məlumat çox az-

dır. Barthold

9

 bu xanədanın türk mənşəli olduğunu söyləyir. Böyük ehtimala 



görə, türkmənləri məhz İsficab hökmdarları müsəlman etmişdilər.  

                                                           

1

 S. 84-85. Minorski, s. 99, izahlar qismi, s. 300-304. 



2

 Şərəf əz-Zaman Tahir Mərvəzi. Çin, türklər və Hindistan haqda. Minorski nəşri və ingilis 

dilinə tərcüməsi. London, 1942, mətn, s. 19, tərcümə s. 31. 

3

 Kuyasda  yaşayan  bir  türk  eli,  onlara  tuxsı  çigil  də  deyilir  (Kilisli,  I,  s.  354;  Atalay,  I,  s. 



423; [Ramiz Əskər, I, s. 418]). 

4

 Hüdud  ül-aləm (ingiliscə). İzahlar qismi, s. 300. 



5

 «Ordu: kiçik bir qəsəbədir, türkmən məliki burada yaşayır. O, İsficab hökmdarına hədiy-

yələr göndərir. Qəsəbənin su ilə dolu xəndəklə dövrələnən qalası var. Məlikin sarayı qala-

dadır» (s. 275). 

6

 «Ordu:  Balasağun  yaxınlığında  bir  qəsəbədir.  Bu  sözdən  alınaraq  Balasağuna  Kuz-Ordu 



deyilir» (Kilisli, I, s. 112; Atalay, I, s. 124; [Ramiz Əskər, I, s. 183]). 

7

 «Burukət böyük bir qəsəbədir. Bura və Bulaç qorxudan müsəlman olmuş türkmənlərə qar-



şı zastavadır. Bunların qalası məhv edilmişdir» (s. 274). 

8

 S. 274, 286, 289. 



9

 Türküstanda monqol istilası. London, 1928, s. 172. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə