Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə22/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   18   19   20   21   22   23   24   25   ...   213

FARUQ SÜMƏR 

46 


 

Uyğur budunu on boydan ibarət idi. Bu xüsus Şine-Usu kitabəsində xa-

tırlanır  və  onlar  doqquz-oğuzlardan  açıq  şəkildə  fərqləndirilir

1

.  On-uyğur 



sözü Beşbalıq bölgəsində (Koçoda) tapılan manixey yazısı ilə yazılmış türk-

cə bir mətndə də vardır

2

. Bu mətn IX, yaxud X əsrə aid edilir. Deməli, doq-



quz-oğuzlar həm türk budunundan, həm də on-uyğurlardan qövmi baxımdan 

tamamilə ayrı təşəkküldür. Əvvəlcə göstərdiyimiz kimi, oğuzlar ikinci göy-

türk  dövründə  hansı  mahiyyətdə  bir  rol  oynamışlarsa,  uyğur  dövründə  də 

həmin  rolu  davam  etdirmişlər.  Yəni  bu  dövlətlərin  əsaslandığı  ikinci  ünsür 

olmuşlar.  Yuxarıda  göründüyü  kimi,  onlar  həmçinin  həm  göytürk,  həm  də 

uyğur xaqanlıqlarına qarşı üsyanlar etmişlər, yəni onlar hər iki dövlət qarşı-

sında tarduş və tölis boyları kimi dəyişməz bir vəziyyət və davranışa sahib 

idilər.  Yeganə  fərq  odur  ki,  son  iki  budunun  üsyanları  barədə  kitabələrdə 

məlumat yoxdur.  

Uyğurlar təxminən yüz il Orxon bölgəsinin hakimi oldular, bu arada ma-

nixey  dinini  də  qəbul  etdilər.  Onların  böyük  qonşuları  çinlilərin  dini  olan 

buddizmi deyil, qərb mənşəli manixey dinini qəbul etmələri diqqəti cəlb edir.  

Uyğurlardan bizə türk dilində bəzi kitabələr qalmışdır. Kitabələrdən ba-

şa düşülür ki, uyğurlar bir neçə şəhər də salmışlar. Bununla bərabər, Orxon 

bölgəsində  qədimdən  bəri  davam  edən  mədəniyyətin  uyğurlar  zamanında 

daha da inkişaf etdirilməsi mümkün idi.  

Qədim çağlardan Kəm (Yenisey) boyunda yaşayan və mədəni səviyyəcə 

geridə  qalan  qırğızlar  840-cı  ildə  uyğurlara  hücum  edərək  xaqanın  Orxon 

sahilindəki  iqamətgahı  Ordu  Balığı  dağıtdılar,  xaqan  isə  həlak  oldu.  Buna 

görə dövlət mərkəzinə yaxın yerlərdə yaşayan 13 uyğur boyu Çin hüdudları-

na doğru qaçdı. Onlar bir tərəfdən qırğızların, digər tərəfdən çinlilərin ardı-

arası kəsilməyən hücumlarına məruz qalaraq səfil bir həyat sürüb dağıldılar. 

Uyğurların bir hissəsi Çinin hakimiyyəti altına keçdi, qalanları isə qırğızlara 

əsir oldu. Uyğurların digər bir kütləsi isə qərbə tərəf qaçmışdı. Onlar karluq-

lara sığınmaq istəyirdilər. Belə anlaşılır ki, bu 15 boydan ibarət kütlə iki his-

səyə ayrılmış, biri Tibetə getmiş, digəri isə sonra Qansu bölgəsində yurd sa-

laraq  kiçik  bir  krallıq  qurmuşdur.  Onlar  Çin  ilə  həmişə  dostluq  münasibət-

ləri  içində  yaşamışlar.  Bu  15  boyun  daha  çoxsaylı  qoluna  gəlincə,  onlar 

Tyan-Şanda  yurd  salaraq  848-ci  ildən  əvvəl  Monli  adlı  başbuğlarını  xaqan 

elan etmişlər. Çin sarayı ona «Uluğ Tanrıda Qut Bulmuş Alp Külüg Bilgə» 

kimi  təntənəli  bir  ünvan  verərək  Tyan-Şan  uyğurlarının  kralı  sifətilə  tanıdı 

(856).  


Çinlilərin  Pukut-siun  dedikləri  şəxs  xaqanın  xələfi  oldu  (onun  874-cü 

ildə  öldüyü  təxmin  edilir).  Bundan  sonra  Çin  mənbələrində  uzun  müddət 

Tyan-Şan uyğurları haqda heç bir qeydə rastlanmır. Lakin X əsrin ortaların-

                                                           

1

 «...kalmış budun on-uyğur tokuz-oğuz üzə yüz olurun». ƏTY, I, s. 164. 



2

 Bax: Ceyms Hamilton. Tokuz-oğuz və on-uyğur, s. 39-40. 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

47 


 

da (951-ci ildə) həmin uyğurlardan bir elçi gəldiyi bildirilir. Bu xüsus Tyan-

Şan  uyğurlarının  Qansu  uyğurları  kimi  siyasi  baxımdan  nə  qədər  əhəmiy-

yətsiz bir vəziyyətdə olduqlarını göstərir

1

.  


Uyğur  hökmdarları  burada  «xaqan»  deyil,  siyasi  səciyyələrinə  uyğun 

olaraq «idi-kut» kimi təvazökar bir ünvan daşıyırdılar. Uyğurlar təzə yurdda 

oturaq həyata keçərək daha mədəni bir qövm oldular. X əsrin ikinci yarısın-

dan  etibarən  əksəriyyəti  buddizmi  qəbul  etdi.  Onlar  həm  Orxon,  həm  də 

Beşbalıq bölgələrində özlərindən uyğur adı ilə bəhs etmişlər

2

. Açıqca görü-



nür ki, doqquz-oğuz onlardan tamamən fərqli bir qövm idi. Bu belə olduğu 

halda islam coğrafiyaşünaslarının uyğurlardan «toğuz-ğuzz» (doqquz-oğuz) 

kimi bəhs etmələrini necə başa düşməli?  

İslam coğrafiyaşünasları «toğuz-ğuzz» adı ilə həm Orxon, həm də Beş-

balıq uyğurlarını nəzərdə tutmuşlar. Ehtimal ki, onlar 840-cı il fəlakətindən 

xəbərdar  olmamış,  ona  görə  də  X  əsrdə  uyğurları  qədimdəki  kimi  türk 

qövmlərinin  ən  qüvvətlisi  olaraq  mədh  etmişlər.  Halbuki,  yuxarıda  göstər-

diyimiz  kimi,  bu  uyğurlar  siyasi  baxımdan  o  qədər  əhəmiyyətsiz  idilər  ki, 

adları Çin mənbələrində nadir hallarda çəkilirdi.  

İslam müəlliflərinin uyğurları toğuz-ğuzz kimi qeyd etmələrinin səbəbi 

haqda hamını razı salacaq bir izahat vermək bəlkə də çətindir. Zənnimizcə, 

islam müəllifləri hər iki adı eyni, yəni bir sanmışlar. Hər iki qövmün bir xa-

nədanın idarəsi altında olması və adlarının bir-birinə bənzəməsi (uyğur-ğuz-

oğuz-ğuzz) buna səbəb ola bilər. Çinlilər uyğurları doqquz boydan ibarət bir 

qövm kimi tanımış, hətta bu boyların adlarını da göstərmişlər

3

.  



İslam müəlliflərinin hər  iki adı eyni hesab etmələrində bəlkə bu da bir 

amil  olmuşdur. Hər halda onlar  bu iki eli eyni  qövm  sanmışlar. Diqqətəşa-

yandır  ki,  XIV  əsrdə  uyğurlar  Orxon  və  Selenqa  bölgəsindəki  yurdlarını, 

orada özlərinin on-uyğur adı altında doqquz-oğuzlarla birlikdə yaşadıqlarını 

unutmamışdılar

4

.  



Bəs  doqquz-oğuzların  aqibəti necə olmuşdur? Ağla gələn ilk cavab bu-

dur ki,  onlar Orxon bölgəsindən qərbə  doğru köçmüş  və Sır-Dərya sahillə-

rində sadəcə oğuz adı ilə üzə çıxmışlar. Həqiqətən, oğuzların türk ölkəsinin 

ən  uzaq  bölgəsindən  Mavəraünnəhrə  abbasi  xəlifəsi  Mehdinin  hakimiyyəti 

dövründə (775-785) gəldiklərinə dair məlumat vardır

5

. Bundan başqa, Təbə-



                                                           

1

 Bu barədə bax: Ceyms Hamilton. Çin sənədləri üzrə uyğurlar beş sülalə dövründə. Paris, 



1955, s. 6-17, 142. 

2

 Qara Balasağun kitabəsində  «(B)u Tənrikən(in) Tənridə k(u)t bulmuş al(p) Bilgə Tən(ri) 



Uyğur ka(ğanın bitigi)» (ƏTY, I, s. 85). «Uyğur yirintə Yağlakar Kan Ata kəl(tim) kırkız 

oğlı mən Boyla Kutluğ Yarğan» (Süci kitabəsi, ƏTY, I, s. 156). 

3

 Ceyms Hamilton. Həmən əsər, s. 3-4, qeyd; yenə onun: Tokuz-oğuz və on-uyğur, s.41-44. 



4

 Rəşidəddin.  Cami  ət-təvarix.  Berezin  nəşri.  Peterburq,  1858,  s.  125.  Mətndə  «tuğuz-

uyğuz»dur. Bunun «doqquz oğuz (uğuz)» olacağı aşkardır. 

5

 İbn ül-Əsir, XI, s. 117, Qahirə, 1301, XI. s. 80. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə