Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə18/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   14   15   16   17   18   19   20   21   ...   213

FARUQ SÜMƏR 

38 


 

Göründüyü kimi,  bu  on  boydan  yalnız  tu-ki-şelərin  Orxon  abidələri sa-

yəsində türgiş şəklində adı bilinir. Tu-lu boylarının başında bulunan bəylər 

çur  (çuo),  nu-şe-pilərin,  başbuğları  isə  ərkin  (se-kin)  titulunu  daşıyırdılar. 

Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar 

da vardı.  

Bəs on-oxlar necə oldular? On-oxların soyqırımı və ya böyük miqyasda 

dağıdılma  kimi  hərəkətlərə  məruz  qaldıqlarını  bilmirik.  Buna  görə  onların 

nəsillərinin  sonrakı  əsrlərdə  öz  varlıqlarını  davam  etdirdiklərini  düşünmək 

təbiidir. Yalnız karluq fəthinin on-oxları tamamilə tarmar etdiyi və hətta bə-

zi miqrasiya hadisələrinə səbəb olduğu şübhəsizdir.  

On-oxlara  mənsub  boyların  başında  peçeneqləri  saymaq  mümkündür. 

Peçeneqlərin üç əsil boyunun (ərtim, çur və yula) müştərək adı olan kanqar 

kitabələrdə  və  qərbi  göytürk  ölkəsindəki  hadisələr  əsnasında  rast  gələn  və 

bütün  hallarda  bir  icmanı  ifadə  edən  kəngərək  ilə  birləşdirilmişdir

1

.  Lakin 



peçeneqlərin  on-oxların  bir  boyunun  deyil,  bəlkə  də  bir  neçə  boyuna  mən-

sub təşəkkülləri əhatə edən icma olduğuna şübhə yoxdur. Yəni onlar on-ox-

ların iki qolundan birinin mühüm bir qismindən meydana gəlmişlər.  

  X əsrdə Talas vadisində türkmən adını daşıyan  bir qövm vardı ki, bu-

nun islamı qəbul edən ilk türk qövmü olduğu anlaşılır. Oğuzlardan fərqli bir 

qövm  olan  bu  türkmənlər  çox  ehtimal ki,  on-oxların qalıqları  idi.  Digər  tə-

rəfdən,  Minorski

2

 X-XI  əsrlərdəki  tuxsıların  turgişlərin  qalıqları  olduğunu 



söyləyir. Çox ağlabatandır.  

Qərbi göytürklər həm siyasi tarix, həm də mədəniyyət tarixi baxımından 

şərqi  göytürklərlə  müqayisə  edilə  bilməz.  Onlar  nə  şərqi  göytürklər  kimi 

mühüm siyasi fəaliyyətdə olmuş, nə də onlar kimi türk dili, ədəbiyyatı və ta-

rixi baxımından dəyərli kitabələr yadigar qoymuşlar. Bu, hər halda bir qədər 

də  yaşadıqları  bölgənin  çoğrafi xüsusiyyətləri  ilə əlaqədar olmalıdır.  Çünki 

eyni əraziyə hakim olan qaraxanilərin rolu da bu baxımdan (islam dinini qə-

bul etdikləri halda) onlarınkından çox fərqli olmamışdır. Qaraxanilərdən bi-

zə ancaq bir-iki əsər gəlib çatmışdır.  

 

Oğuzlar göytürklərin hakimiyyəti altında  

  

681-ci  ildə  göytürk  şadlarından  Kutluğ  göytürk  dövlətini  qurmaq  üçün 



yenidən fəaliyyətə başlamış və xaqan olunca il-təriş titulunu almışdı. Həmin 

dövrdə Kutluğ və  onun  müdrik  vəziri  Bilgə  Tonyukuk  geyik və  dovşan  əti 

                                                           

1

 S.Q.Klyaştornı.  Orxon  abidələrində  Kengünün  qövmi  yer  adı.  Türkcə  tərcüməsi  İsmayıl 



Qaynağındır. Belleten, № 69, s. 89-104. XIII əsrdə Hələb ətrafında yaşayan türkmən bəylə-

rindən  birinə  Kəngəroğlu  deyilir,  qızılbaş  səfəvi  boylarından  ustacluların  oymaqlarından 

biri isə kəngərlu adını daşıyırdı. 

2

 Hüdud ül-aləm (ingiliscə). London, 1937. Şərhlər hissəsi, 300-303. 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

39 


 

yeyərək Çuğay-Kuzda və Qaraqumda yaşayırdılar. Xaqanlığın paytaxtı Ötü-

kən hələ ələ keçirilməmişdi. Ehtimal ki, bura oğuzların hakimiyyəti altında 

idi. Bu vaxt əsasən Tula çayı sahillərində yaşayan oğuzlar Kutluğun fəaliy-

yətindən möhkəm təlaşa düşdülər. Onların başçıları Baz kağan idi. Təklikdə 

türklərə hücum etməyi bacarmayacaqlarını görüb Kunı Səngünü Çinə, Ton-

ra Səmi isə kıtaylara elçi göndərdilər. Türklərin onlar üçün də təhlükəli və-

ziyyət yarada iləcəklərinə işarə vurub birlikdə türklərə hücuma keçməyi tək-

lif etdilər. Lakin göytürklər oğuzların bu təşəbbüsündən vaxtında xəbər tut-

dular.  Bilgə  Tonyukukun  təklifi  üzrə  İl-təriş  üç  qüvvənin  birgə  hücumuna 

uğramadan  oğuzların  üzərinə  yürüdü.  Göytürklər  və  oğuzlar  Tula  (Tuğla) 

çayı  sahilində  qarşılaşdılar.  Türk  ordusunda  2  min,  oğuz  ordusunda  3  min 

adam  vardı.  Döyüşdə  oğuzlar  məğlub  oldular,  onların  bir  qismi  çayda  bo-

ğuldu,  bir  qismi  isə  qaçarkən  öldürüldü.  Məğlubiyyətdən  sonra  sağ  qalan 

oğuzlar itaət etdilər

1

.  



Bu müvəffəqiyyətin ardınca imperiyanın mərkəzi Ötükən də fəth olundu 

və İl-təriş kağan orada yerləşdi (682). Oğuzların başçısı Baz kağanın bu vu-

ruşma nəticəsində necə  olduğu barədə heç bir məlumat  yoxdur. Bu hadisə-

dən sonra oğuzların hər hansı bir üsyanından və onlarla aparılan müharibə-

dən də bəhs edilmir. Yalnız Tonyukuk kitabəsinin sonlarında  İl-təriş kağan 

təriflənərkən  onun  oğuzlarla  beş  dəfə  vuruşduğu  yazılır.  Bunlardan  dördü 

haqqında  danışılan  vuruşdan  əvvəl,  yoxsa  sonra  baş  vermişdir?  Bizcə,  bu 

xüsusda qəti bir şey söyləmək mümkün deyil.  Bununla bərabər, Baz kağan 

Tula vuruşmasında öldürülmüş ola bilər. Bilgə kağan kitabəsində onun İl-tə-

riş kağan üçün balbal tikdiyi bildirilir

2

. Bu xüsus nə olursa-olsun, oğuzlar İl-



təriş  kağan  zamanında  tamamilə  itaət  altına  alınmış  və  birbaşa  xaqanın 

hakimiyyətinə tabe edilmişdir. Beləliklə, oğuzlar türklərin yanında dövlətin 

əsaslandığı ikinci bir ünsür kimi yer tutmuşdular.  

İl-təriş  kağan  Ötükəndə  yerləşdikdən  sonra  müdrik  «ayğuçusu»  Bilgə 

Tonyukukun məsləhəti ilə Çinə qarşı səfərlər təşkil etməyə başladı ki, nəti-

cədə Şantun ovalığında 23 şəhər alındı. Şübhəsiz, bu səfərlərdə göytürk im-

periyasının ikinci sütunu olan oğuzlar da iştirak etdilər. İl-təriş kağan 691-ci 

ildə öldü və yerinə qardaşı Kapağan kağan keçdi. Onun dövründə təşkil olu-

nan məşhur qırğız səfərində oğuzların iştirak etdiyi Bilgə Tonyukukun kita-

bəsində  bildirilir.  Bu  səfərin  səbəbi  qırğızların  göytürklərə  qarşı  çinlilər  və 

on-oxlarla ittifaq bağlamaları idi. 

Bu  arada  müttəfiqlər  oğuzları  da  üsyana  təşviq  etmişdilər.  697-ci  ildə 

təşkil  edildiyi  bilinən  bu  səfərdə  Ak  Tərməli  keçdikdən  sonra  oğuzlar  ön 

qüvvə kimi qabağa göndərildilər. Köymən meşəsinin nizə boyu qarlı yolları-

nı və yamaclarını aşıb gecə-gündüz yel kimi gedən oğuzlar Sonqa meşəsin-

                                                           

1

 ƏTY, I, s. 102-104. 



2

 Yenə orada, s. 36. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə