Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə39/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   35   36   37   38   39   40   41   42   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

81 


 

Əbu İbrahim öz hacibi

*

 Arslan Balunu Buxara üstünə göndərdi. Arslan Ba-



lunun qaraxani hökmdarları üzərində qazandığı mühüm qələbələr nəticəsin-

də Əbu İbrahim Buxaraya gəldi və hökmdarlıq ünvanı olaraq Müntəsir adını 

aldı. Ancaq o, İlig xanın yürüşü üzündən Xorasana qayıtdı. Orada məğlubiy-

yətlə  nəticələnən  bəzi  vuruşmalardan  sonra  391-ci  ildə  (1001)  oğuz  türk-

lərinin köməyini əldə etmək üçün onların  yanına gedərək bir müddət orada 

qaldı.  Bu  əsnada  oğuz  yabğusu  müsəlmanlığı  qəbul  etdi  və  Əbu  İbrahim 

Müntəsir  ilə  quda  oldu;  yabğu  hər  halda  qohumlarından  birini  ona  verdi

1



«Məliknamə»nin ifadəsindən belə anlaşılır ki, bu yabğu Səlcuqun oğlu İsrail 

imiş. Əgər bu ifadə olmasaydı belə hadisələrin gedişindən də biz bunu başa 

düşə bilərdik. Gərdizinin bu qeydi oğuzların xeyli hissəsini öz ətrafında top-

layan  səlcuqluların  özlərini  ğuzların  başı  saydıqlarını  və  içlərindən  birini 

yabğu  elan etmiş olduqlarını göstərir. Bu xüsus, daha əvvəl də göstərildiyi 

kimi, Yeni-Kənddəki oğuz yabğu dövlətinin ortadan qalxmış olması ilə əla-

qədar olmalıdır. Beləliklə, səlcuqlular oğuz yabğu dövlətini davam etdirmiş-

lər və onun  son  sülaləsi  olmuşlar.  Gərdizinin  bu  qeydi  səlcuqluların həmin 

ildə  islamı  qəbul  etdiklərini  göstərir.  «Məliknamə»yə  görə,  həmin  tarixdə 

Səlcuq sağ idi.Onun deyil, məhz oğlunun  yabğu  ünvanı  daşıması  Səlcuqun 

xeyli  yaşlı  olması  ilə  izah  edilə  bilər.  Həmin  əsərə  görə

2

,  Səlcuqun  dörd 



oğlu var idi, lakin onlardan birinin yeniyetməlik çağında öldüyü söylənir və 

adı çəkilmir. Onun İbrahim Yınalın atası Yusif olduğu təxmin edilir

3

. Digər 


üç  oğlunun  adları  İsrail,  Mikayıl  və  Musa  idi.  İsrail  hər  halda  qardaşların 

böyüyü  olmalı  idi

4

.  Bir  çox  əsərlərdə  İsrailin  ikinci  adının  Arslan  olduğu 



bildirilir ki, bu da onun  yabğu olduqdan sonra aldığı tituldan başqa bir şey 

deyil. Türklərdə bunun yayğın bir adət olduğunu bilirik. Biz hətta Toğrul və 

Çağrı adlarının da ünvan olduğuna şübhə etmirik. Toğrul bəyin adının Mə-

həmməd, Çağrı bəyin isə Davud olduğu məlumdur

5

.  


Arslan samani şahzadəsi Əbu İbrahim Müntəsirə kömək etməyi boynuna 

alaraq onunla birlikdə Səmərqənd dolaylarına gəldi. Səmərqənddən 7 fərsəx 

(42  km)  məsafədə  yerləşən  Kühəkdə  onlar  qaraxanilərin  sübaşısı  Təgin  ilə 

qarşılaşdılar  və  onu  məğlub  etdilər

6

. Belə  olduqda  İlig  xan iqamətgahı  Öz-



Kənddən Səmərqəndə gəldi. Oğuzlar onun ordusunu bir gecə basqını ilə tar-

                                                           

*

 Hacib orta əsr türk saraylarında təşrifatçı, seremonmeyster, kamerger, baş dəftərdar, mün-



şi vəzifələrini ifa edən məmur idi. Daha dolğun məlumat üçün bax: Ramiz Əskər. Qutadğu 

Bilig. Bakı, Elm, 2003, 320 s. (tərcüməçi). 

1

 Gərdizi. Zeyn ül-əxbar, Tehran, 1317, s. 50. 



2

 Mirxond, göstərilən yer. 

3

 İbrahim Kafesoğlu. Səlcuqun oğulları və nəvələri. Türkiyyat məcmuəsi, XIII, s. 121. 



4

 Cami ət-təvarix. Səlcuqlular qismi. Əhməd Atəş nəşri. Ankara, TTK, 1960, s. 5. 

5

 Səlcuqlu dövrünə aid bəzi kitabə və rəsmi sənədlərdə «Toğrul bəy»in bir ünvan olaraq iş-



lədildiyini də bilirik. 

6

 Gərdizi. Göstərilən yer. 




FARUQ SÜMƏR 

82 


 

mar etdilər, sursatını talan edərək 18 komandir də daxil olmaqla bir çoxları-

nı əsir aldılar

1

. Oğuzların əlinə çoxlu qənimət keçmişdi. Bu hadisə  393-cü 



ilin  şəvval  ayında  (avqust,  1003-cü  il)  olmuşdu.  Ancaq  geri  qayıtdıqdan 

sonra  oğuzların  İlig  xanla  vuruşmadan  peşman  olacaqları,  xandan  üzr  istə-

yəcəkləri  və  əsirləri  azad etməklə  onun könlünü  alacaqları haqda  şayiə  ya-

yıldı. Samani şahzadəsi bu şayiədən çox mütəəssir oldu, 600 atlı və 400 pi-

yada ilə oğuzlardan ayrılaraq buz bağlamış Ceyhunu keçib təkrar Xorasana 

gəldi. Oğuzlar onu tutmaq üçün dalınca düşdülər, ancaq Ceyhunu keçə bil-

mədilər

2

.  Görünür, oğuzların qayəsi ancaq qənimət əldə etmək imiş. İlig xa-



nın axırda qüvvə toplayaraq onları darmadağın edəcəyindən qorxuya düşə-

rək əsirləri buraxmaq və üzr istəmək surətilə barışmaq istəmişlər. Oğuzların 

qorxusundan  Ceyhun  sahilindəki  Amulda  çox  qala  bilməyən  Əbu  İbrahim 

Xorasanın  orasında-burasında  özünə  yer  etmək  üçün  bir  müddət  boş  yerə 

uğraşdıqdan sonra təkrar Mavəraünnəhrə qayıtdı və Buxara valisini Debusi-

yədə  məğlub  etdi.  Bu  qələbə  nəticəsində  Əbu  İbrahimin  ətrafına  böyük  bir 

qüvvə yığıldı ki, onların arasında oğuzlar da az deyildi. Bu oğuzların səlcuq-

lular olduğuna dair şübhə yoxdur. Əbu İbrahim onların köməyilə qüvvətlən-

di. Qaraxani hökmdarı samani şahzadəsinin yenidən qüvvətləndiyini və ul-

duzunun parlamaqda olduğunu  görərək  hərəkətə  gəldi.  İki ordu Səmərqənd 

dolaylarında  bir  kənddə  qarşılaşdılar  (394-cü  ilin  şəvvalında  -  may,  1004). 

İlig  xan  yenə  məğlubiyyətə  uğrayaraq  öz  ölkəsinə  qayıtdı.  Oğuzların  əlinə 

çoxlu qənimət və azuqə keçdi.  

Döyüşdən sonra onlar Əbu İbrahimdən ayrılaraq öz yurdlarına döndülər 

və  ələ  keçirdikləri qəniməti bölüşdürməklə  məşğul  oldular. Ölkəsinə qayıt-

maq  məcburiyyətində  qalan  İlig  xan  yenidən  əsgər  yığaraq  Əbu  İbrahimin 

üstünə yürüdü. Məniniyə görə, Urşusanada, Dizək ilə Xavəs arasında vuruş-

ma  oldu  və  bu  dəfə  samani  şahzadəsi  məğlub  oldu,  çünki,  deyildiyi  kimi, 

bundan  əvvəlki  vuruşmada  əllərinə  saysız-hesabsız  qənimət  keçən  oğuzlar 

öz  yurdlarına  qayıtmışdılar.  Bu  azmış  kimi,  döyüşün  başlayacağı  əsnada 

Əbu İbrahim ordusunda xidmət edən və səlcuqlulardan ayrı bir oğuz bölü-

yünün  başbuğu  olan  Əbülhəsən  Tak  5.000-ə  qədər  əsgəri  ilə  qaraxanilərin 

tərəfinə keçmişdi

3

. Döyüş meydanını tərk edən zavallı şahzadə bu dəfə Cey-



hunu  sal  ilə  keçib  Xorasana  gəldi.  Bunu  eşidən  Mahmud  Qəznəvi  Əbu  İb-

rahimə  qüvvə  toplamağa  aman  vermədən  onun  üstünə  ordu  göndərdi.  Bu 

orduya qarşı dayanmağın müşkül olduğunu anlayan samani şahzadəsi əsgər 

toplaya bilmək ümidi ilə bəzi yerləri dolaşdıqdan sonra Mavəraünnəhrə də-

                                                           

1

 Gərdizi.  Göstərilən  yer;  əl-Ütbi.  Tarix  ül-Yəməni.  əl-Mənini,  əl-Fəth,  ül-Vəhbi  haşiyəsi, 



Qahirə, 1286, I, s. 336. 

2

 Əl-Ütbi. Göstərilən yer. Gərdizi (göstərilən yer) çayı keçərkən buzun sınması nəticəsində 



oğuzların suda batdığını yazır. 

3

 Əl-Ütbi, I, s. 341 (Carbadakaninin farscaya tərcüməsi). Tehran, 1272, s. 231-232. Gərdizi 



(s. 51) döyüşdə oğuzların iştirakı barədə heç nə demir. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə