Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə47/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   43   44   45   46   47   48   49   50   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

97 


 

üzrə  200  nəfəri  əsir  aldılar

1

.  Bu  müvəffəqiyyətlərə  baxmayaraq  oğuzların 



Reydən çıxıb Azərbaycana doğru yola düşdükləri məlumdur. Bunun səbəb-

ləri barədə mənbədə heç bir qeyd yoxdur. Ola bilər ki, bu, Azərbaycan haki-

minin oğuzları öz yanına dəvət etməsilə əlaqədardır.  

O  zaman  Orta  və  Qərbi  İranın  bütün  bölgələri  ya  deyləmi,  ya  da  kürd 

xanədanının əlində idi. Bu deyləmi ailəsinin üzvü olan Kakuyə oğullarından 

Əlaüddövlə  (İsfahan  və  Həmədan  hakimi)  oğuzların  Reydən  Azərbaycana 

getdiklərini eşidib Reyə gəlmişdi. Ancaq o, Əbu Səhl Həmdəviyə qarşı mü-

barizədə oğuzların köməyinə möhtac olduğunu başa düşərək oğuzlara xəbər 

göndərdi.  Oğuz  başbuğlarından  ancaq  Qızıl  geri  qayıtdı.  Macəraçı  ruhlu 

Gök-Taş,  Buka  və  başqaları  yollarına  davam  etdilər.  Qızılın  buyruğunda 

1.500 adam vardı. Ancaq bir müddət sonra oğuzların Əlaüddövlə ilə araları 

dəydi və onlar təkrar talançılığa başladılar.  

Azərbaycana gedənlərə gəlincə, buranın hakimi kürd rəvvadi xanədanın-

dan  olan  Vəhsudan  oğuzları  dostcasına  qarşılamış,  hətta  onlardan  bir  qızla 

evlənmişdi.  Oğuzların  təmasda  olduqları  müsəlman  əmirlərə  qız  verdikləri 

tez-tez müşahidə edilir. Bu işdə bir az da kalım və ya başlıq almaq adətinin 

rolu olmamış deyil. Vəhsudanın oğuzları dostcasına qarşılaması, bəlkə onla-

rı şəxsən özünün çağırması, düşmənlərə qarşı bu döyüşkən adamlardan isti-

fadə etmək məqsədini güdürdü. Oğuzlara Buka,  Gök-Taş, Mənsur və Dana 

rəhbərlik edirdi. Ancaq Vəhsudanın ümidləri boşa çıxdı; oğuzlar burada  da 

yağmaçılığa  başladılar,  hətta  Marağa  şəhərinə  girərək  məscidi  dağıtdılar, 

həzəbaniyyə  kürdlərindən  və  camaatdan  çoxunu  qırdılar.  Oğuzlar  bəlkə  də 

bunu Vəhsudanın xahişi ilə etmişlər. Çünki o, həzəbaniyyə kürdlərinin rəisi 

Əbülheyca ibn Rəbibüddövlə ilə düşmən idi. Təəssüf ki, onlar bu hadisədən 

sonra  barışdılar  və  oğuzlara  qarşı  birləşdilər,  camaatın  da  onlara  qoşulma-

sıyla oğuzlarla döyüşə biləcək bir qüdrətə sahib oldular. Bunu görən oğuzlar 

artıq Azərbaycanda qala bilməyəcəklərini başa düşərək İraqa geri qayıtdılar.  

Oğuzların Azərbaycana gəlişinin tək bir faydası oldu. Bu da onların gəl-

diyini  eşidən  gürcü  (abxaz)  məlikinin  möhkəm  surətdə  mühasirəyə  aldığı 

Tiflisdən çəkilməsidir. Oğuzların Azərbaycanda ikən ermənilərə də bəzi zər-

bələr endirdikləri anlaşılır

2

.  



Oğuzların heç də hamısı Azərbaycandan qayıtmamış, Dananın başçılığı 

altında bir qismi orada qalmışdı. Yəqin ki, Vəhsudanın evləndiyi qız onun 

                                                           

1

 ibn  ül-Əsir,  I,  s.  158.  Bu  müəllif  həmin  hadisənin  427-ci  ildə  baş  verdiyini  (1035/1036) 



yazsa da, bunu qəbul etmək  mümkün deyil. Beyhaki isə Reydəki bu  hadisələr barədə  mə-

lumat vermir. Yalnız əsərindəki bəzi qeydlərdən hadisələrin 429-cu ilin (1037/1038) birinci 

yarısında baş verdiyi anlaşılır (s. 534, 535). İbn ül-Əsirin İraq oğuzları ilə əlaqədar göstər-

diyi tarixlərin çoxu doğru çıxmır. 

2

 İbn ül-Əsir. IX. s. 160. 




FARUQ SÜMƏR 

98 


 

yaxın qohumu idi. Vəhsudanın saray şairi Qətranın ehtimal ki,  «oğuz pad-

şahı» deyə bəhs etdiyi bəy odur

1

. Bu oğuzlar Urmiyada yerləşmişdilər.  



Azərbaycandan  İraqi-Əcəmə  qayıdan  oğuzlar  iki  qola  ayrılmışdılar. 

Gök-Taş  və  Mənsurun  başçılıq  etdiyi  oğuzlar  Həmədana,  Bukanın  buyru-

ğundakılar  isə  Reyə  getdilər.  Gök-Taş  Həmədanı  mühasirəyə  aldı.  Şəhərin 

valisi  İsfahan  hakimi  Əlaüddövlənin  oğlu  Əbu  Kalicar  idi.  Mühasirə  uzun 

çəkdi.  Əbu  Kalicar  davam  gətirə  bilməyəcəyini  görüb  Gök-Taş  ilə  saziş 

bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri 

Rey  şəhərini  mühasirəyə  almışdılar.  Əlaüddövlə  özü  şəhərdə  idi.  Büveyh 

oğullarından Fəna Xosrov Məcdüddövlə və deyləmi əmirlərindən Savə ha-

kimi  Kamruyə  də  oğuzlara  qoşuldu.  Ağır  bir  vəziyyətə  düşdüyünü  görən 

Əlaüddövlə gecə ikən Reydən çıxaraq İsfahana getdi.  

Bunu  eşidən  oğuzlar  Reyə  gedib  oranı  görülməmiş dərəcədə  yağma  et-

dilər.  Yağmadan  sonra  bəzi  məhəllələrdə  50-yə  qədər  adam  qalmışdı.  Rey 

şəhəri Qızılın  hakimiyyətinə keçdi

2

. Oğuzların bir dəstəsi  Kərəc tərəflərini 



talan etdi, Anasıoğlu isə Qəzvinə getdi. Qəzvinlilər əvvəlcə onunla vuruşsa-

lar  da,  sonra  7  min  altun  verərək,  onun  hakimiyyətini  qəbul  etmək  şərtilə 

sülh  bağladılar.  Bu  hadisə  430-cu  ildə  (1037/1038)  baş  vermişdi.  Dananın 

rəisliyi ilə Azərbaycanda (Urmiyada) qalmış oğuzlar Urmiyadan çıxaraq hə-

min  il  ermənilərin  üstünə  yürüş  edib  onların  çoxunu  qırdılar,  xeyli  əsir  və 

qənimət  ələ  keçirdilər.  Ermənilər  at  üstündə  böyük  yaylarından  sərrast  ox 

atan və cürətlə manevr edən oğuzlarla vuruşmaqda aciz idilər. Urmiya ətra-

fında  yaşayan  və  Əbülheycaya  tabe  olan  Həzəbaniyyə  kürdləri  oğuzlarla 

qonşuluqdan cana doyduqları üçün onlarla vuruşmağa başladılar, çünki kürd 

kəndlərini  yağma  edən  oğuzlar  onlardan  da  xeyli  adam  qırmışdılar.  Bu 

oğuzların  Urmiyada  yaşamaları  Azərbaycan  hakimi  Vəhsudanın  oğuzlar 

bəylərindən birinin (Dananın?) yaxın qohumu (qızı və ya bacısı) ilə evləndi-

yi  üçün  Urmiyanı  ona  bağışlaması  ilə  əlaqədar  olmalıdır

3

.  Çünki  burada 



yaşayan kürd rəisi Əbülheyca əl-Həzəbani Vəhsudanın düşməni idi.  

İndi  oğuzlar  böyük  və  varlı  Həmədan  şəhərinə  göz  dikmişdilər.  Sonda 

üç böyük başbuğ,  yəni Gök-Taş, Buka və Qızıl birləşərək şəhəri ələ keçir-

dilər.  Məiyyətində  deyləmilərin  bulunduğu  Büveyh  oğullarından  Məcdüd-

dövlə  oğlu  Fəna  Xosrov  da  onların  yanında  idi.  Şəhərin  valisi  Əlaüddövlə 

oğlu  Əbu  Kalicar  bu  dəfə  müqavimət  göstərə  bilməyəcəyini  başa  düşərək 

varlı tacirlərlə və şəhərin əyan-əşrəfi ilə Həmədandan çıxıb yaxınlıqdakı bir 

qalada gizləndi. Oğuzlar şəhəri aldılar və qorxunc şəkildə yağmaladılar. Di-

nəvər  və  Əsədabad  kəndləri  də  eyni  aqibətə  uğradı.  Bu  yağmalarda  deylə-

                                                           

1

 Əhməd Kəsrəvi. Şəhriyarani-gümnam. Tehran, 1308, şəmsi, II s. 75. 



2

 İbn ül-Əsir, IX, s. 160. 

3

 Çünki Azərbaycandan qayıdan bəylər arasında onun adı çəkilmir. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə