OĞUZLAR (TÜRKMƏNLƏR)
99
milər xüsusilə mərhəmətsiz hərəkət etmişdilər. Bir müddət sonra oğuzlar
hiylə ilə Əbu Kalicarı qaladan çıxarıb varını-yoxunu əlindən aldılar
1
.
Bu dediklərimiz bizə oğuzların misilsiz döyüşçülər olduğunu göstərir.
Di gəl ki, İraq oğuzlarının yeganə qayələri yağmaçılıq idi. Onlar bu işi o qə-
dər norma halına salmışdılar ki, xəlifə yağmadan vaz keçmələri üçün onlara
məktub yazmışdı. Bu oğuz elatının başçısı olan bəylərə zəbt etdikləri yerdə
istər müstəqil, istərsə də vassal kimi dirlik-düzənlik qurub oranı idarə etmək
fikri həmişə yad olmuşdur. Bu bəylərdən ancaq Rey hakimi Qızıl kiçik is-
tisna təşkil edir. Gerçəkdən Qızılın səlcuqlularla əməkdaşlıq etdiyi bilinir.
Onun Toğrul bəyin bacısı ilə evləndiyi və xəlifənin məktubuna onunla bir-
likdə cavab yazdığı məlumdur
2
. Atasının adı Yəhya olan Qızıl, ibn ül-Əsirin
verdiyi məlumata görə, 432-ci ildə (1040/1041) vəfat edərək Rey kənarında
dəfn edilmişdir
3
. Digər macəraçı bəylərin həyatlarının sonu barədə sonra da-
nışacağıq.
Xorasana gəlincə, səlcuqlu axınlarının qarşısını kəsmək vəzifəsi tapşı-
rılmış sübaşı mükəmməl təchizatlı bir ordu ilə üç ildən bəri bu işlə uğraşırdı.
Səlcuqlular bir yeri işğal edən kimi oraya qaçır, ancaq həmin an onların baş-
qa yerə girdiklərini eşidirdi. Nəhayət, Məsud səlcuqlularla meydan mühari-
bəsinə girmək üçün qəti əmr verdi. Səraxs yaxınlığında Təlxab deyilən yer-
də 429-cu ilin şaban ayında (may, 1038) baş verən vuruşmada sübaşı darma-
dağın edildi. Qəznəvi ordusunun böyük sursatı yenə səlcuqluların əlinə keç-
di. Ancaq Səraxs zəfərinin ən mühüm nəticəsi odur ki, səlcuqlular Xorasa-
nın bir hissəsini işğal etdilər. Toğrul və Çağrı bəylər bu zəfərdən sonra özlə-
rinə əsil hökmdar gözü ilə baxmağa başladılar. Ancaq Toğrul bəy baş rəis
kimi qəbul edilmişdi. Musa Bəyğu üçüncü dərəcəli başbuğ idi. Aralarındakı
sazişə görə «öz yoldaşları içində baş» kimi tanınan Toğrul bəy Nişapur,
Çağrı bəy Mərv, Musa Bəyğu isə Səraxs bölgəsini aldılar. Toğrul bəy anabir
qardaşı İbrahim Yınalı Nişapura göndərdi
4
.
Yınal 200-300 atlı ilə Nişapura gəldi. Nişapurlular cırıq və köhnə paltar-
lı, ancaq çox yaraşıqlı bir gənc olan İbrahim Yınalı və yoxsul geyimli əsgər-
lərini dostcasına qarşıladılar. Toğrul bəyin adına məlik ül-mülük (məliklər
məliki) ünvanlı xütbə oxundu ki, bu o zamanlar hökmdarlıq əlamətlərindən
biri idi. Bir neçə gün sonra çoxu zireh geymiş 3 min atlı ilə Toğrud bəy şə-
hərə gəldi. Onun qolunda gərilmiş bir yay, kəmərində üç ox var idi ki, bu-
nun oğuzlarda bəlkə də bütün türk qövmlərində hökmdarlıq əlaməti olduğu
anlaşılır. Ayağında dəri çəkmədən daha rahat olması ehtimal edilən keçə
1
İbn ül-Əsir, IX, s. 160.
2
Əbülfərəc tarixi. Türkcə tərcüməsi, s. 296.
3
İbn ül-Əsir, IX, s. 206.
4
Beyhaki, s. 553.
FARUQ SÜMƏR
100
çəkmələr vardı. Toğrul bəy sultan Məsudun taxtında oturaraq şəhərin əyan-
əşrəfi ilə görüşdü.
Şəhərin ən böyük mənəvi şəxsiyyəti qazı Səidin öyüdlərini dinləyərək
«Biz əcnəbiyik, əcəmlərin (tacikan) adətlərini bilmirik, qoy qazı öz öyüdlə-
rini məndən əsirgəməsin» deyə cavab vermişdi
1
. Nişapurda Toğrul bəyə ol-
duğu kimi, Mərvdə də Davud Çağrı bəyin adına xütbə oxunmuşdu.
İki əmirinin dalbadal məğlub olduğunu görən Sultan Məsud nəhayət
oğuzların üstünə özü yürüş etməyi qərara aldı və yaxşıca hazırlaşaraq Bəlxə
gəldi. Səlcuqlu problemi onu ən çox məşğul edən məsələ idi. Onlardan çə-
kinir, hətta onlarla qarşılaşmağı o qədər də istəmirdi. Səlcuqlular məsələsi
onu həmişə əsəbiləşdirmiş, xüsusilə bu səbəbdən onlara qarşı ağıllı tədbir
tökə bilməmiş və doğrudan da çox ağıllı və müdrik vəzir olan Əbül Nəsr
Əhməd ibn Əbdüs-Səmədin isabətli fikirlərini dəfələrlə rədd etmişdi. Əslin-
də, Məsud səlcuqluların Xorasana ayaq basdıqlarını öyrənən andan təlaşa
düşmüşdü. Çünki türk olduqlarından onların yüksək döyüş qabiliyyətinə
yaxşı bələd idi. Əvəzində deyləmilərə və kürdlərə əsgər kimi heç qiymət
vermirdi. Ələlxüsus türk sərkərdə və əsgərlərinin də səlcuqlularla döyüşə
həvəssiz olduqları görünürdü. Bunun başlıca amilləri sultanın türklərdən
ibarət seçmə ordu ilə yaxından maraqlanmaması, bəzi sərkərdələri işdən
qovmaq və ya öldürtməklə türkləri rəncidə edən hərəkətlərdə bulunması və
özünün zəif
şəxsiyyəti idi. Hətta bu seçmə türk ordusundan bir neçə min
adamın səlcuqlular tərəfinə keçdiyini bilirik. Bunların çoxunun və ya mü-
hüm hissəsinin səlcuqlulara ikinci vuruşdan, yəni Səraxs döyüşündən sonra
qoşulduqları ehtimal olunur.
Sultan Məsud 430-cu ilin cümadi-ülaxırında (mart, 1039) Bəlxdə olar-
kən 10 türkmən atlısı onun yaşadığı saraya qədər soxularaq oradakı fillərdən
birini sürüb aparmışdı. Ertəsi gün türkmənlərin bu cəsarətindən xəbər tutan
sultan çox mütəəssir oldu
2
, ancaq bir ay sonra (rəcəb, 430 - aprel, 1039) Ül-
yaabad çölündə Çağrı bəylə qarşılaşaraq onu qaçmağa məcbur etməsi sul-
tanın mənəvi qüvvəsini xeyli düzəltmiş və bu qələbə səlcuqlulara hücum
xüsusda ona cəsarət vermişdi.
Səlcuqlular Məsudun Qəznəvi ordusunun 6.000 nəfərlik ən seçmə birləş-
məsi də daxil olmaq üzrə qüvvətli bir qoşun ilə gəldiyini eşitdikdə bütün
qüvvələrini topladılar. Sultana səlcuqlu ordusunun 20.000 atlıdan ibarət ol-
duğu xəbər verilmişdi. Qəznəvi casuslarının gətirdiyi başqa bir xəbərə görə,
qurulan məşvərətdə Toğrul və yınallılar böyük orduya və qüvvəyə sahib
Məsuda qalib gəlməyin çətinliyinə işarə edərək özlərinin İraqi-Əcəm (əsa-
sən Rey, Qəzvin, Həmədan və İsfahan bölgələri) və Cürcana girəcəkləri
təqdirdə bir ovuc deyləmi və kürd mütəqəllibəsinin əlindəki yerləri asanlıqla
1
Göstərilən əsər, s. 554.
2
Göstərilən əsər, s. 567.