Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə49/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   45   46   47   48   49   50   51   52   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

101 


 

alacaqlarını  və  Rum  ölkəsinə  də  hücumların  mümkünlüyü  fikrini  müdafiə 

etmişdilər. Ancaq Çağrı bəy Xorasandan çıxacaqları təqdirdə həm Məsudun, 

həm  də  onun  təşviqi  ilə  digər  düşmənlərin  hücumlarından  heç  harda  duruş 

gətirməyin mümkün olmayacağını söyləyərək bu fikrin çox yanlış olduğunu 

ifadə etmiş və qəznəvi ordusunun da zəif cəhətlərini sadalayaraq vuruşmaq 

təklifini irəli sürmüşdür. Nəticədə, Çağrı bəyin fikri daha doğru hesab edilə-

rək vuruşmaq qərara alınmışdır.  

Səraxs çölündə baş verən vuruşmada (ramazan-

 Ş

əvval, 430 - iyul, 1039) 



qəznəvilər qalib gəlsələr də bu, qəti qələbə deyildi. Məsud isə bu qələbəsi-

nin  qəti  bir zəfər  olduğuna  inanır,  səlcuqluların  Balxan  dağına  və  Ceyhun-

boyuna qaçdıqlarını sanırdı. Vuruşmadan qısa bir müddət sonra səlcuqluları 

yenidən  qarşısında  görüncə  heyrətə  düşmüş,  onların  mətanət  və  cəsarətini 

təqdir  etmişdi.  Əslində,  səlcuqluların  itkisi  hədsiz  dərəcədə  az,  sursatları 

təhlükəsiz  yerdə  idi.  Hətta  onların  döyüş  meydanını tərk  etmələrini  səfləri-

nin  pozulması  deyil,  geri  çəkilmək  kimi  qiymətləndirmək  daha  doğru  olar. 

Səlcuqlular qəznəvi ordusunun istifadə etdiyi çayın yatağını dəyişdirmək və 

quyular  olan  yerə  hücum  etmək  surətilə  onları  susuz  qoymağa  çalışırdılar. 

Baş verən çarpışmalar isə əksərən səlcuqluların qələbəsilə sona çatırdı. Qəz-

nəvi ordusu taqətsiz bir vəziyyətdə idi. Buna görə vəzirin məsləhətinə qulaq 

asaraq səlcuqlulara sülh təklif edildi. Beləcə qəznəvi ordusu sıxıntıdan qur-

tararaq sağ-salamat Herata qayıda biləcəkdi. Səlcuqlulara gəlincə, onlar say-

ca və təchizatca çox üstün olan Sultan Məsudla vuruşa bilmək üçün dincəl-

məyə və hazırlıq görməyə ehtiyac duyurdular. Buna görə də özləri üçün əl-

verişsiz  sülh  təklifini  qəbul  etdilər.  Bununla  bərabər  onların  əsil  qayələrin-

dən zərrəcə əl çəkmədiklərini qəznəvi elçisi açıqca müşahidə etmişdi. Sazişə 

uyğun olaraq sülh şərtlərinin təsbiti üçün Herata elçi göndərmək, Nişapuru, 

Səraxs  və  Mərvi boşaltmaq  əvəzinə təkrar  yağma hərəkətinə  başlamışdılar. 

Əslində, Sultan Məsud və dövlət ərkanı da səlcuqluların sülhü səmimiyyətlə 

qəbul etmədiklərini bilirdilər.  

 Onların  da  məqsədi  düşmüş  olduqları  bu  sıxıntılı  vəziyyətdən  qurtara-

raq Heratda dincəlmək və hazırlıq görmək idi. Xülasə, bu müvəqqəti sülh və 

ya mütarikə hər iki tərəfə əl verirdi. Yayı Heratda keçirərək dincələn və yax-

şıca hazırlıq görən Sultan Məsud səlcuqluların üstünə yürüdü və onları Fə-

varə çölünə qədər təqib etdi. Səlcuqlular döyüşmədən mütəmadi geri çəkilir-

dilər. Bununla qəznəvi ordusunu tamamilə yormaq və onu taqətsiz vəziyyətə 

salmaq istədikləri görünürdü. Bu çəkilmə və təqib zamanı hər iki tərəf, xü-

susilə  ağır  təchizatlı  qəznəvi  ordusu  böyük  zəhmət  və  məşəqqətə  düçar 

olurdu.  Bu  münasibətlə  Toğrul bəyin  günlərcə zirehini  və  çəkməsini  çıxar-

madığı və yastıq yerinə qalxandan istifadə etdiyi göstərilir

1

.  



                                                           

1

 Göstərilən əsər, s. 600. 




FARUQ SÜMƏR 

102 


 

Məsud Nişapura qayıdarkən (rəbiülaxır, 431-yanvar, 1040) elə bir ciddi 

müvəffəqiyyət  qazanmamışdı.  Ancaq  səlcuqluları  təqib  etmək  və  onlarla 

qarşılaşmaq  xüsusda  əzmi  də  qırılmamışdı.  O  ərəfədə  xəlifə  yazdığı  mək-

tubda ona türkmənlərin fəsadı söndürülənə qədər Xorasanda qalmağı, sonra 

İraqi-Əcəm problemini həll etməyi məsləhət görürdü. Camaatın türkmənlər-

dən 

 

şikayəti xilafət mərkəzinə də çatmışdı. Hətta xəlifə xalqın malına və ca-



nına  toxunmamaları,  məmləkəti  dağıtmamaları  üçün  səlcuqlulara  və  İraq 

türkmənlərinin başçısı bəylərə məktublar göndərmişdi.  

Məsud  səlcuqlulara  hücum  etmək  məqsədilə  Nişapurdan  Səraxsa  gəldi. 

Artıq xeyli müddət idi ki, Xorasanın bəzi bölgələrində qıtlıq baş vermişdi. 

Səraxsda  da  görülməmiş  qıtlıq  hökm  sürürdü.  Qəznəvi  ordusu  sıxıntılı  və-

ziyyətə  düşmüşdü.  Bu  üzdən  dövlət  ərkanı  və  hərbi  rəhbərlik  otu  bol  olan 

Herata  qayıdaraq  orada  qalmağı  və  hazırlıq  gördükdən  sonra  səlcuqluların 

üstünə getməyi israrla təklif etsə də, Məsud həmişə etdiyi kimi, yenə də qə-

rarından dönmədi və Mərvə doğru hərəkət etdi. Yolda əsgərlərinin  pərişan 

halını görüb «bu ordu məhv olmuşdur» dediyi halda yolundan dönmədi. Az 

sonra yemək və yem sıxıntısına, isti və susuzluğa səlcuqlu hücumları da əla-

və olundu. Qəznəvi ordusu döyüş nizamında getdiyi halda səlcuqlular uzaq-

dan bölük-bölük gəlib hücum edir, sürüdən qoyun qapan qurdlar kimi əllə-

rinə keçən dəvələri və qumaşları alıb aparırdılar. Bu vəziyyəti görən Məsud 

Mərv üzərinə yürüşün mənasızlığını başa düşdüsə də, artıq iş-işdən keçmiş-

di. Vəzir buraya qədər gəldikdən sonra əsla geri qayıtmağın mümkün olma-

dığı fikrini müdafiə edirdi. Ancaq orduda, xüsusilə seçmə türk birləşmələri 

arasında narazılıq və itaətsizlik görünürdü. Atları tələf olduqdan sonra dəvə-

lərə minmiş bu əsgərlərin döyüşmək üçün ordudakı iranlıların (tacik) atlarını 

əllərindən alacaqları haqda şayiə gəzirdi. Elə bu əsnada səlcuqlulara dair xə-

bərlər gəldi. Həmin xəbərlərə görə, sultanın Səraxsdan hərəkət etdiyini eşi-

dən səlcuqlular möhkəmcə qorxuya düşmüşdülər. Hərbi məşvərətdə ulu baş-

çıları  sayılan  Toğrul  bəy  Xorasandan  Cürcana  keçmək,  orada  duruş  gətir-

mək mümkün olmasa, Reyə getmək lazım gəldiyini (çünki Rey, Cəbəl (Hə-

mədan bölgəsi) və  İsfahan onlara məxsus idi), belə edilsə, Sultan Məsudun 

onların dalınca düşməyəcəyini söyləyərək əvvəlki fikrini təkrar irəli sürmüş 

və  bu  düşüncə  məclislərdəkilərin  əksəriyyəti  tərəfindən  qəbul  olunmuşdu. 

Ancaq Çağrı bəy əvvəlki kimi bu dəfə də qardaşının fikrinə etiraz etmiş və 

başladıqları bu işdən geri çəkilməyin doğru olmayacağını bildirmişdir. Söz-

lərinə davam edən Çağrı bəy Xorasandan getsələr də Sultan Məsudun onlar-

dan əl çəkməyəcəyini, başqalarını da üzərlərinə saldıracağını, halbuki Sultan 

Məsudu  məğlub  etsələr  bütün  dünyanı  əllərinə  keçəcəyini,  özləri  sıxıntı 

içində olsalar da, qəznəvilərin daha çox sıxıntı duyduqlarını, indi özlərinin 

və  heyvanlarının  gümrah  olub  yem  dərdi  çəkmədiklərini,  halbuki  qəznəvi-

lərin  çölü  keçmək  məcburiyyətində  qaldıqlarını  söylədikdən  sonra  qorxu-



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə