OĞUZLAR (TÜRKMƏNLƏR)
117
masından sonra həm qəznəvilərdən, həm də deyləmilərdən böyük miqdarda
türk məmlükünün səlcuqluların xidmətinə girdiyi şübhəsizdir. Toğrul bəy və
Alparslan itaətli, tərbiyəli, mühitə alışmış bu məmlükləri tez hirslənən, sərt
xarakterli eldaşlarından üstün hesab edərək onları bacarıqlılarını mühüm
vəzifələrə qoyurdular. M.H.Yınancın dediyi kimi
1
, Toğrul bəyin və Alpars-
lanın məmlük sistemini mənimsəmələrində başda vəzirlər olmaq üzrə iranlı
dövlət ərkanının mühüm rolu olmuşdur. 1058-ci ildə Toğrul bəyə qarşı üs-
yan edən İbrahim Yınalın başına çoxlu oğuz yığılmışdı.
İbrahim Yınal hökmdar olacağı təqdirdə onların aşağıdakı arzularını ye-
rinə yetirməyi qəbul etmişdi:
1. İraqi-Ərəbə yürüş etməmək. Oğuzlar Toğrul bəyin komandanlığı al-
tında İraq səfərlərində çox sıxıntı çəkmişdilər, əvəzində əllərinə heç nə keç-
məmişdi.
2. Sultanla, yəni Toğrul bəylə sülh bağlamamaq. Bu ikinci şərt oğuzların
Toğrul bəyə qarşı necə hikkə bəslədiklərini göstərir. Toğrul bəy kimi müd-
rik bir hökmdarın bütün uğurlarının yeganə rəhni olan öz qövmünü özündən
iyrəndirməsi doğrudan da çox təəccüblü haldır.
3. Məsləhətsiz heç kimi vəzir qoymamaq. Bu xüsus göstərir ki, Toğrul
bəyin oğuzlara qarşı davranışında vəzirlər əhəmiyyətli rol oynamışlar. Xəli-
fə tərəfindən məğribin və məşriqin hökmdarı elan edilən Toğrul bəy İbrahim
Yınalın qarşısında təhlükəli günlər keçirdi. Əvvəlcə Həmədanda, sonra isə
hökumət mərkəzi Reydə ağır vəziyyətlərə düşdü. Qardaşı uşaqları Alparslan,
Kavurd və Yakuti öz qoşunları ilə köməyə gəlməsəydilər, çox ehtimal ki,
hökmdarlığını itirəcəkdi. Toğrul bəyin əsir alınan İbrahim Yınalı öldürtmə-
sində məmlük əmirlərindən Xumar Təgin də mühüm rol oynamışdı. Bir
müddət sonra Yınalın oğulları əmilərinn başqa bir məsələ üstündə hirslən-
dirən bu əmiri onun icazəsilə öldürdülər. Toğrul bəyin hakimiyyətinin son
illərində onun başlıca əmirləri Ərdəm, Gövhər-Eyn, Xumar Təgin, Ay Təgin
Süleymani idi. Onların hamısı məmlük mənşəli idilər. Onlardan Gövhər-
Eyn səlcuqlular tərəfinə büveyhilərdən keçmişdi.
Belə çıxır ki, Toğrul bəy eldaşlarını məmnun edəcək əsaslı tədbirlər gör-
mürdü, çünki türkmənlərin narazılığı davam edirdi. Hətta Arslan yabğunun
oğlu Qutalmış da üsyan edərək 10.000 atlı ilə Gird-Kuh qalasına çəkilmişdi.
Toğrul bəy öldükdən sonra qaladan çıxan Qutalmışın başına türkmənlər-
dən çox qələbəlik bir ordu (deyilənə görə 50 min atlı) toplandı. Bu türkmən-
lərin çoxu Rey ilə Həmədan arasındakı bölgədə yaşayırdı. Qutalmış belə bö-
yük orduya sahib olduğu halda Alparslanla vuruşmada qalib gələ bilmədi.
456-cı ilin məhərrəm ayında (dekabr, 1064) baş verən vuruşda məğlub oldu,
özü isə döyüş meydanından qaçarkən öldü. Bir mənbənin məlumatına görə,
Alparslan öz eldaşlarından, yəni türkmənlərdən çoxlu adam öldürmüşdür.
1
Anadolunun fəthi, s. 99.
FARUQ SÜMƏR
118
Bu vuruşmada Alparslanın yanında Kül-Sarığ, Pəhləvan, Altun Tağ, Sav-
Təgin, Buldacı, Sundacı, Sunqurca, Ağacı kimi əmirlər vardı ki, onların ha-
mısı və ya əksəriyyəti məmlük mənşəli idi. Həm Toğrul bəyin, həm də Alp-
arslanın böyük əmirləri arasında bir neçə türkmən bəyinin görünməməsi,
həqiqətən təəccüblü haldır. Bu adlar məmlük sisteminin hələ səlcuqlu dövlə-
tinin qurucuları dövründə necə də qüvvətlə mənimsənilmiş olduğunu gös-
tərir.
Alparslan türklüyü nə qədər öysə də, eldaşları olan türkmənləri məmnun
edən əsaslı tədbir görməmişdir. Belə anlaşılır ki, nə Toğrul bəy, nə Alpars-
lan, nə də onun xələfləri məsələnin əhəmiyyətini başa düşməmişlər. Onların
fəaliyyətində iranlı vəzirlərlə məmlük əmirlərin fikirlərinin daha üstün rol
oynadığı açıq bir həqiqətdir. Alparslan məmlük əmirlərə mühüm vəzifələr
tapşırarkən öz qövmündən olan bəylər Suriyada ərəb hökmdarların xidməti-
nə girməyə başlamışdılar ki, belə bir hadisə heç bir xalqın tarixində görün-
məmişdir.
Türkmənlər ancaq Bizans hüduduna göndərilir, orada onlara bir səlcuqlu
şahzadəsi başçı təyin olunur, yaxud da onlar bir məmlük əmirinin buyru-
ğuna verilirdilər. Belə əmirlərdən biri olan Gümüş Təgin 1069-cu ildə türk-
mən bəylərindən Bəgçi oğlu Afşin tərəfindən öldürülmüşdü. O biri il səlcuq-
lu xanədanının üzvü və eyni zamanda Alparslanın kürəkəni Ər-Basğanın
Azərbaycandakı hüdud bölgəsində yaşayan navəkiyyə türkmənlərinin bir
qismi ilə Bizans imperiyasına sığındığını bilirik. Ər-Basğanın nə üçün Alp-
arslana asi olduğu məlum deyil. Halbuki Ər-Basğan Toğrul bəy öldüyü za-
man Alparslanın taxta çıxmasını istəyən ən hərarətli tərəfdarlarından biri idi.
Bu xüsus nə olursa-olsun, göstərilən misallar həll edilə bilməyən türkmən
probleminin doğurduğu yeni böhranlardır. Ər-Basğanla birlikdə Bizans tor-
paqlarına girən navəkiyyələr həmin il oradan Suriyaya getmiş və burada iş-
ğal hərəkətlərinə girişmişdilər. Malazgird zəfəri türkmən məsələsinin dövlət
üçün qismən də olsa, yeni böhranlar yaratmasının qabağını aldı. Türkmənlər
xüsusilə Qutalmış oğullarının idarəsində Anadoluya yayıldılar. Ana yurddan
İrana gələn türkmən elatları sonra oradan Anadoluya keçirdilər.
Alparslan 1072-ci ildə öldükdə qardaşı, Kirman məliki Kavurd böyük
sultan olmaq üçün təşəbbüsə başladı. Bundan xəbər tutan Məlik şah və və-
ziri Nizamülmülkün ilk işi Rey-Həmədan arasındakı böyük düzənlikdə ya-
şayan türkmənlərin yanına getmək olmuşdur. Bu surətlə onlar xeyli pul sərf
edərək türkmənlərin Kavurdun ətrafında toplanmasının qarşısını aldılar. Bu
tədbir Kavurdun məğlubiyyətində mühüm amil oldusa da, türkmənlər zəfə-
rin nəticəsindən köklü bir qazanc əldə edə bilmədilər. Məlik şah dövründə
dövlət xidmətində ancaq bir neçə türkmən bəyi vardı ki, onlara da mühüm
vəzifələr verilmirdi. Bu bəylərin ən tanınmışları soylu bir ailəyə mənsub və
eyni zamanda ağıllı komandan olan Artuq bəy ilə Çabuq (Çubuq) və An-