Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə55/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   51   52   53   54   55   56   57   58   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

113 


 

Alparslan dövründə Bizans torpaqlarına yürüşlər çoxalmış və şiddətlən-

mişdi.  462-ci  ildə  (1070)  Alparslan  fatimilər  xəlifəsinin  vəzirinin  dəvətilə 

Diyarbəkir yoluyla Suriyaya getdi. Bunu eşidən Hələb hökmdarı Mirdasoğlu 

Mahmud  Hələb  qazısını  sultanın  pişvazına  göndərdi.  Hiyləgər  ərəb  Fəratı 

keçən  əsnada Alparslanın xoşuna gələn bu sözləri söyləmişdi:  «Ey ağamız, 

həqq-təalanın bu təvəccöhünə şükr edin, çünki bu çaydan bir türk hökmdarı 

kimi ilk dəfə siz keçirsiniz»

1

.  


Alparslan Hələb önündə düşərgə qurdu. Hələb hakimi Mirdasoğlu Mah-

mud qorxusundan sultanın hüzuruna gələ bilmədiyi üçün Hələb bir müddət 

mühasirə  edildi.  Ağır  vəziyyətə  düşən  Mirdasoğlu  axırda  oğuzlar  kimi  ge-

yinərək  Alparslanın  yanına  gəldi,  sultan  onu  bağışladı  və  Hələbi  yenə  ona 

verdi. Alparslan buradan Dəməşqə (Şam) doğru hərəkət etmiş və bir günlük 

yol gəlmişdi ki, Bizans imperatoru Roman Diogenesin böyük bir ordu ilə sə-

fərə  çıxdığını  eşitdi.  Buna  görə  Alparslan  imperatoru  qarşılamaq  üçün  sü-

rətlə  geri  qayıtdı.  İki  hökmdar  26  avqust  1071-ci  ildə  Malazgirtdə,  Rəhvə 

ovlağında qarşılaşdılar. Bizans ordusu sayca türk ordusundan çox böyük idi. 

Alparslan türk döyüş üsullarından birini tətbiq edərək  Bizans ordusunu gö-

rünməmiş  məğlubiyyətə  uğratdı.  Vuruşma  zamanı  Bizans  ordusundakı  pe-

çeneqlərin və oğuzların (uz-ğuzz) bir qismi və ya hamısı soydaşlarının tərə-

finə keçdilər. Bunda qövmiyyət duyğusu mühüm amil olmalıdır.  

Malazgirt vuruşması

2

 Anadolunun türklər tərəfindən fəthini təmin etmiş 



və bura oğuz türklərinin yurduna çevrilmişdir. Alparslan 1072-ci ildə şərqdə, 

Ceyhun tərəflərdə gözlənilməz bir ölümün qurbanı oldu. Müasirləri Alpars-

lana  tarixdə  gəlib-getmiş  ən  böyük  hökmdarlardan  biri  nəzərilə  baxmışlar, 

onu qüdrət, həşəmət və dəbdəbənin ən böyük nümayəndəsi saymışlar. Onun 

əsil adı Məhəmməddir, ehtimal ki, Alparslan ünvanıdır. Qardaşı Kavrut bə-

yin  «Qara-Arslan»,  xəlifə  əl-Qaim  Biəmrüllahın arvadı  olan  bacısı Xədicə-

nin isə  «Arslan-Xatun»  ünvanını daşıdığı məlumdur. Alparslanda ali insan-

lara  məxsus  böyük  məziyyətlərlə  yanaşı  mənsub  olduğu  qövmün  psixolo-

giyası vardı, o, qövmi şüura sahib bir hökmdar idi.  

Alparslanın  oğlu  Məlik  şah  dövrü  (1072-1092)  səlcuqlu  imperiyasının 

ən parlaq dövrüdür. Dövlətin sərhədləri bu dövrdə Adalar dənizi sahillərin-

dən Ceyhuna qədər uzanırdı. Qaraxanilər  və qəznəvilər də imperiyaya tabe 

idilər. Bu dövrdə xüsusilə Qutalmışın oğulları ilə (Mənsur və Süleyman) bir 

çox oğuz bəyləri Anadolunun fəthinə girişərək 10 il ərzində onun Adalar də-

nizi və Boğaziçinə qədər olan yerlərini ələ keçirmişdilər.  

                                                           

1

 Kəmaləddin ibn ül-Adim. Zübdəti-Hələb. Sami əd-Dehxan nəşri Dəməşq, 1954, II, s. 20, 



mətndə:  «bu  çayı  ancaq  məmluk  olan  türklər  keçmişdir,  sən  isə  onu  hökmdar  kimi  keçir-

sən». 


2

 Malazgirt vuruşması haqqında təfsilat üçün bax: M.H.Yınanc. Türkiyə tarixi. Anadolunun 

fəthi, s. 71; İ.Kafesoğlu. Malazgirt müharibəsi, VII, s. 242-248. 



FARUQ SÜMƏR 

114 


 

Məlik şah dövrü həm müsəlman, həm də qeyri-müsəlman müəlliflər tə-

rəfindən bir ədalət dövrü kimi qiymətləndirilir. 1092-ci ildə Məlik şahın ölü-

mü ilə bu dövr sona çatdı. Səlcuqlu ailəsi arasında uzun müddət davam edən 

taxt-tac uğrunda mübarizə dövləti zəiflətdi, səlibçilərin öz məqsədlərinə çat-

malarına  və  Bizansın,  gürcülərin  və  batinilərin  güclənməsinə  səbəb  oldu. 

Səlcuqlu dövləti keçmiş qüdrətini bir daha bərpa edə bilmədi.  

Müəlliflər  tərəfindən  çox  yüksək  epitetlərlə  təriflənməsinə  baxmayaraq 

Sultan  Səncər  imperiyaya  nəinki  atasının  dövründəki  qüdrətini  qaytara  bil-

mədi,  hətta  xətalı  hərəkətilə  onun  dağılmasına  səbəb  oldu.  Səlcuqlular  öz 

dövlətlərinə bir çox islami təsisatları tətbiq etdikləri halda mühüm bir məsə-

lədə, yəni vərasət məsələsində türk adətinə bağlı idilər. Bu adətə görə, sultan 

məmləkətin  müxtəlif  yerlərini  öz  qohumlarına  verirdi.  Beləliklə,  səlcuqlu 

dövləti də bu baxımdan göytürk və qaraxani dövlətləri kimi feodal mahiyyət 

daşıyırdı.  Taxt-tac  uğrunda  mübarizələr və zəif 

 

şəxsiyyətli hökmdarlar za-



manı əksəriyyəti məmlük, yəni kölə mənşəli əmirlərin nüfuzu artmış və on-

lardan qüvvətli xanədanlar meydana gəlmişdir. Məsələn, bu məmlük xanə-

danlarından biri (eldənizlər) dövlətin iqtidarını əllərinə almış, digəri isə (xa-

rəzmşahlar) öz ağalarının dövlətinə son qoymuşdur. İraq səlcuqlularının ilk 

hökmdarı  kimi Toğrul  ünvanını daşıyan son hökmdar da Rey  yaxınlığında 

xarəzmşah  Təkişlə  vuruşmada  qəhrəmancasına  çarpışaraq  ölmüşdür  (590-

1194). Çox gənc olan bu son səlcuqlu hökmdarının başını məmlük Eldənizin 

nəvəsi kəsmiş, Məlik şahın ibrikdarbaşısı məmlük Anuş-Təginin nəvəsi isə 

onu  Bağdada  göndərmişdir.  Bu  hərəkət  Qərbi  İranın  məruz  qalacağı  qor-

xunc bir zülm və dağıntının işarəsi idi.  

Səlcuqlular  həm  öz  dövrlərində,  həm  də  sonrakı  nəsillər  tərəfindən  bö-

yük, hətta gəlib-getmiş bütün sülalələrin ən böyüyü kimi təriflənmişlər. Bu-

nunla  bağlı  müxtəlif  əsərlərdə  bir  çox  hekayətlər  və  əhvalatlar  nəql  edilir. 

Müəlliflər səlcuqluların  xalqa qarşı şəfqətli,  adil və qurucu hökmdarlar  ol-

duqlarını göstərirlər.  

Doğrudan da, səlcuqlular hakim olduqları hər yerdə, yəni İran, Anadolu 

və Suriyada dini və dünyəvi əsərlər meydana gətirmişlər ki, bunu səlcuqlu-

lar dövrünün başlıca xüsusiyyətlərindən biri kimi qəbul etmək lazımdır. On-

lardakı bu ictimai xidmət anlayışının milli bir mənşəyi olduğu şübhəsizdir.  

İran səlcuqlu  dövlətinin  mülki təşkilatında vəzirlikdən təhsildarlığa qə-

dər bütün vəzifələrdə iranlılardan istifadə olunurdu. Çünki türk ünsüru yerli 

ünsürə nəzərən sayca az idi. Bu səbəbdən hökmdarlar farsca öyrənir və mül-

ki dövlət məmurları ilə daha çox bu dildə danışırdılar. Bununla bərabər xa-

nədan  üzvlərinin  öz  ana  dillərini  unutmuş  olduqlarını  düşünmək  mümkün 

deyildir, üstəlik, onlar türk adətlərini də davam etdirirdilər. Xanədan üzvlə-

rinin  bir  çoxunun  anası  və  onları  böyüdüb  tərbiyə  edən  atabəyləri  də  türk 

idilər.  Orduları  isə  daxil  olan  təzə  ünsürlərlə  türklüyünü  daima  saxlayırdı. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə