Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə53/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   49   50   51   52   53   54   55   56   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

109 


 

Xəlifənin Toğrul bəyi dəvət etməsi də bu məsələ ilə əlaqədar idi. Toğrul 

bəy qələbəlik bir ordunun başında Bağdada daxil oldu. Ordusunda 8 fil var-

dı. Arslan ül-Bəsasiri türklərin çoxu ilə əvvəlcədən Bzğdaddan çıxaraq Rəh-

bəyə getmiş və Misirdəki fatimilər xəlifəsinin tərəfdarı kimi fəaliyyətə baş-

lamışdı.  Bağdadda  qalan  türklərlə  deyləmilər  və  onların  əlaltıları  oğuzların 

gəlməsinə etiraz əlaməti olaraq böyük dava saldılar və oğuzlara silah çəkdi-

lər. Belə olduqda oğuzlar atlanaraq onlara hücum etdilər və çoxunu qırdılar. 

Toğrul bəy büveyh hökmdarı əl-Məlik ür-Rəhimi tutaraq öz ölkəsindəki bir 

qalaya  göndərdi.  Beləliklə,  iki  əsrdən  bəri  davam  edən  deyləmi  büveyh- 

oğullarının dövləti süqut etdi.  

Toğrul bəy Bağdadda ayrı bir yerdə bir saray, bəyləri üçün mənzillər, əs-

gərləri üçün kazarmalar və bir də məscid tikdirdi, özü, əmirləri və əsgərləri 

orada  yaşamağa  başladılar.  Bəzi  müəlliflər  oranı  bir  şəhər  kimi  göstərirlər. 

Toğrul bəy xəlifənin bağışladığı taxt üzərində oturur, sərkərdələrini, dövlət 

adamlarını  və  ziyarətçilərini  orada  qəbul  edirdi.  Bu  əsnada  Toğrul  bəyin 

Arslanın üstünə göndərdiyi əmisi oğlu Qutalmış Mosul ətrafında məğlub ol-

muşdu. Buna görə Toğrul bəy  Nusaybinə qədər  getdi və Sincarı dağıtdırdı, 

çünki buranın camaatı Qutalmışa və onun yanındakılara qarşı çox pis dav-

ranmışdılar. Toğrul bəy Mosulu İbrahim Yınala verib özü Bağdada qayıtdı.  

Toğrul bəy bu dəfə xəlifə ilə görüşdü. Xəlifə səlcuqlu hökmdarına üst-

üstə  7  xələt  geydirdi  ki,  bu,  7  iqlimin  ona  bağışlanması  demək  idi.  Xəlifə 

bundan başqa, Toğrul bəyə  «Şərqin və Qərbin hökmdarı» (məlik ül-məşriq 

vəl-məğrib) ünvanı ilə xitab etdi və bunun ifadəsi olaraq onun belinə iki qı-

lınc bağladı. Bu, islam aləminin cismani hakimiyyətinin rəsmən türk hökm-

darına verilməsi idi ki, o vaxtadək kimsə buna layiq görülməmişdi. Lakin bu 

zaman üzücü və əndişəli bir xəbər gəldi: İbrahim Yınalın oğuzların mühüm 

bir hissəsini ətrafına yığaraq üsyan etdiyi bildirildi. Gerçəkdən, İbrahim Yı-

nal  daha  əvvəl  də  (441-1049/1050)  qardaşına  qarşı  üsyan  eləmiş,  ancaq 

Toğrul bəy onu danladıqdan sonra bağışlamışdı. İbrahimin bu dəfəki üsya-

nında müxtəlif yerlərdən təşviqlər rol oynamışdı. Əsas təşviqçilər elə oğuz-

lar idi. Onların bir qismi Toğrul bəyin yerinə İbrahim Yınalın hökmdar ol-

masını istəyirdi. Çünki onlar Toğrul bəyin son zamanlar onlara qarşı müna-

sibətindən narazı idilər.  

Doğrudan da, Toğrul bəy idarəsi altındakı el üçün qənimət təmin etmək 

vəzifəsini yerinə  yetirən  başbuğ funksiyasından getdikcə uzaqlaşır, qəznəvi 

sultanları kimi seçmə ordusu məmlüklərdən, mülki məmurları isə iranlılar-

dan  ibarət  bir  hökmdara  çevrilirdi.  Qəznəvi  hökmdarlarının  bu  halı  qayət 

təbii idi, çünki onlar türk olmayan bir xanədan tərəfindən pul ilə satın alın-

mış bir kölənin nəslindən idilər.  

Misirdəki fatimilər xəlifəsinin vəziri də öz hökmdarının İbrahim Yınala 

sultan ünvanı bağışladığını söyləyərək onu üsyana təşviq edirdi. Təşviqçilər-




FARUQ SÜMƏR 

110 


 

dən biri də Arslan ül-Bəsasiri idi. Toğrul bəy qardaşının üsyan etdiyini öy-

rənən kimi dərhal sürətlə İrana getdi. İbrahim Yınal onu Həmədanda müha-

sirəyə aldı. Toğrul bəy fürsət taparaq özünü dövlət mərkəzi Reyə çatdırdısa 

da, orada da möhkəm mühasirəyə düşdü. O, çox müşkül vəziyyətdə idi. Nə-

hayət,  köməyə  gəlmələri  üçün  Çağrı  bəyin  oğullarına  -  qardaşı  uşaqlarına 

xəbər göndərdi. Başda Alp Arslan, Kirman məliki Qara-Arslan ünvanlı Ka-

vurd  bəy  və  Yakuti  əsgərləri  ilə  köməyə  çatdılar.  Rey  kənarında  yerləşən 

Həftazə  Bulandakı  vuruşmada  İbrahim  Yınal  məğlub  olaraq  əsir  düşdü. 

Toğrul bəy bu dəfə anabir qardaşını bağışlamadı, çünki onun üzündən çox 

sıxıntılı  və  iztirablı  günlər  keçirmişdi.  İbrahim  Yınal  türklərdə  əsilzadə 

adamların qanının tökülməməsi adətinə uyğun olaraq yayının girişi ilə boğ-

duruldu.  İbrahimin  qardaşı  Ər-Qaşın  oğullarının  ikisi  də  öldürüldülər  (9 

cumadi-ülaxır,  451-23  iyun  1059).  Səlcuqlu  xanədanı  üzvləri  arasında  mü-

barizələrə aid ilk həzin hadisə budur.  

İbrahim  Yınal  «yınallı»  adlanan  oğuz  bölüyünün  başçısı  kimi  səlcuqlu 

dövlətinin qurulmasında və Toğrul bəyin qərbdə müvəffəqiyyətlər qazanma-

sında xidmətləri olan bir bəy idi. Oğuzların Toğrul bəyə bəslədikləri kin və 

səltənət davası İbrahim Yınalı əsla layiq olmadığı bir aqibətə düçar etdi. İki 

qardaş arasındakı bu mübarizə əsnasında Arslan ül-Bəsasiri yanındakı türk-

lər və ərəblərlə Bağdada girmiş, sarayını yağmaladıqdan sonra xəlifəni tuta-

raq səhraya götürmüşdü. Bağdadda və İraqın bəzi yerlərində ilk və son dəfə 

olmaqla  Misir  xəlifəsi  adına  xütbə  oxundu.  Toğrul  bəy  qardaşı  uşaqlarının 

işlərini yoluna qoyduqdan sonra böyük qardaşı Çağrı bəyin vəfatı ilə əlaqə-

dar (rəcəb, 981-avqust-sentyabr, 1059) İraqa varid oldu. Xəlifə öz məqamı-

na qaytarıldı, Arslan məhv edildi. İraqın işləri qaydaya salındı. Bundan son-

ra  öz  ölkəsinə  qayıdan  Toğrul  bəyin  xatunu  öldü.  O,  ağıllı  və  Toğrul  bəyə 

çox bağlı qadın idi. Buna görə Toğrul bəy çox kədərlənmiş və ona yas sax-

lamışdı (452-1060). Bir müddət sonra Toğrul bəy xəlifənin qızına elçi düşdü. 

Xəlifə  əl-Qaim  Biəmrüllah  Toğrul  bəyin  istəyinə  əvvəlcə  razılıq  versə  də, 

sonra  sözündən  döndü.  İki  tərəf  arasında  soyuqluq  əmələ  gəldi.  Səlcuqlu 

hökmdarı  xəlifənin  sərvətinə  həbs  qoydu.  Xəlifə  isə  onu  Bağdaddan  çıxıb 

gedəcəyi  ilə  hədələdi.  Xəlifənin  öz  sözündən  qaçması  abbasilərin  peyğəm-

bər əqrəbası kimi özlərini müqəddəs hesab etmələrilə bağlı idi.  

Doğrudan da, xəlifələr o vaxtadək başqa ailədən olan heç kimə qız ver-

məmişdilər. Üstəlik, xəlifə öz qızını çox sevirdi. Toğrul bəyə  gəlincə, o bu 

izdivacla  sadəcə  olaraq  şərəflənmək  istəyirdi.  Peyğəmbər  ailəsinin  damadı 

olmaq  ona  şan-şərəf,  bəxtiyarlıq  bəxş  edəcəkdi.  Toğrul  bəyin  israrı  nəticə-

sində xəlifə nəhayət naçar qalıb razılıq verdi. Toğrul bəy o zaman 70 yaşın-

da idi.  

Bağdadda  möhtəşəm  bir  toy-düyün  quruldu.  Xəlifə  qızı  ilə  ayrıldığı 

üçün  kədər  içində  ikən  səlcuqlu  hökmdarının  sarayının  həyətində  türkcə 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə