Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə56/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   52   53   54   55   56   57   58   59   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

115 


 

Səlcuqlu  dövrünün  türkləri  mənsub  olduqları  islam  mədəniyyətinin  təsiri 

altında qalmaqla birlikdə, göstərdiyimiz kimi, öz dillərini qoruyur, adətlərini 

yaşadırdılar. Onlar bu və digər bir çox xüsuslarda ərəblərdən və əcəmlərdən 

fərqlənirdilər. Türklərin bu ünsürlərlə birlikdə yaşamaları onlardakı milli şü-

uru zəiflətməmiş, bəlkə də qüvvətləndirmişdir.  

Bağdaddakı türk əsgərləri Toğrul bəyin şəhərə girmək arzusundan narazı 

olduqları  halda,  milli  hissləri  dolayısı  ilə  oğuzlardan  bəzilərinin  Mosulun 

ərəb hökmdarı tərəfindən kəsilərək göndərilmiş başlarının şəhərdə nümayiş 

etdirilməsinin qarşısını almışdılar. Alparslanın  türklük  şüuruna malik oldu-

ğunu  və  türklüyü  öydüyünü  bilirik.  Bəzi  avropalı  müəlliflərin  əsərlərində 

yarı  ərəbləşmiş  bir  hökmdar  kimi  göstərilən  Suriya  hökmdarı  Nurəddin 

Mahmud Misirdəki fatimi xəlifəsinə göndərdiyi bir məktubda islamın səlib-

çilərdən ancaq türklərin oxları sayəsində xilas olduğunu  yazmışdır. Bu bö-

yük  hökmdar  eyni  zamanda  tez-tez  yağmalı  ziyafətlər  verməklə  bu  türk 

adətini davam etdirirdi.  Bütün  cəhətlərilə  keçmiş  böyük səhabələrə

*

  bənzə-


dilən  Nurəddin  Mahmud  həm  də  ölkəsində  bir  sıra  ictimai  təyinatlı  əsərlər 

yaratmış hökmdarlardandır.  

 Səlcuqlu hökmdarı Sultan Məsud 1135-ci ildə xəlifə əl-Müstərşidlə vu-

ruşarkən  xəlifənin  ordusundakı  bütün  türklər  Məsudun  tərəfinə  keçmiş,  xə-

lifə ərəblər və kürdlərlə qalmışdı. Bir salnaməçi türklərin Məsudun tərəfinə 

keçməsini  onların  qövmiyyət  duyğusundan  doğduğunu  bildirir.  Həmən 

hökmdar bundan sonra xidmətində türk məmlükü saxlamayacağına dair xə-

lifədən söz almışdı. Məlik şahın seçmə ordusundakı 7 min erməni əsgərinin 

vəzir  Nizamülmülkün  etirazlarına  baxmayaraq  ordudan  qovulmasını  türk 

qvardiyasının nailiyyəti kimi izah etmək lazımdır. Bu bəhsə son vermədən 

təkrar edək ki, səlcuqlular milli təşkilat, təsisat və ənənələrini, xülasə, nələri 

varsa  hamısını  özlərilə  gətirmiş  və  onları  dövlətlərinin  süqutuna  qədər  da-

vam etdirmişlər. Yağmalı ziyafətləri, yas adətlərini ana yurdda olduğu kimi 

davam  etdirir, milli  xörək olan tutmac  yeyirdilər.  Səlcuqlu hökmdarları da 

monqol xanları kimi bir adamı şərəfləndirmək üçün ona şərab təqdim edir-

dilər.  


Qəznəli  salnaməçilər  Beyhaki  və  Gərdizi  səlcuqlu  oğuzlarını  türkmən 

adilə  yad edirlər.  Bunun əvəzində Yaxın Şərq müəllifləri onları quz (oğuz) 

adlandırırlar. Toğrul bəyin ordusu da bu şəkildə, yəni oğuz adlandırıldığı ki-

mi,  463-cü  ildə  (1070/  1071)  Suriyaya  daxil  olan  oğuzlardan  da  eyni  adla 

bəhs  edilir.  Məmik  şah  dövründən  etibarən  buradakı  oğuzlara  da  türkmən 

deyilir. Bu tarixdən sonra oğuz adı ancaq bir dəfə - Səncəri məğlub edən və 

əsir alan oğuzlar üçün işlənmişdir. Ancaq oğuzlar öz adlarını uzun müddət 

                                                           

*

  İslamın  yayılmasında  Məhəmməd  peyğəmbərə  kömək  etmiş  silahdaşlara  verilən  addır, 



Azərbaycanca əshabə şəklində də işlənir (tərcüməçi). 


FARUQ SÜMƏR 

116 


 

unutmamış və türkmən adını mənimsəməmişlər. XIII əsrdən etibarən oğuz-

lara artıq hər yerdə türkmən deyilmişdir.  

Səlcuqlu dövlətini quran da, onun sərhədlərini  genişləndirən də oğuzlar 

olmuşlar. Dövlət  qurulduqdan sonra ana  yurddan  bölük-bölük,  elat-elat  gə-

lən  oğuzlar  dövlət  tərəfindən  Bizans  hüdudlarına  göndərilirdi.  Bu,  əsasən, 

onların qarışıqlıq salmalarının qabağını almaq üçün edilirdi. Bundan başqa, 

bu tədbirlər otlaq sıxıntısına yol verməmək üçün də nəzərdə tutulurdu. 440-

cı ildə (1048) Mavəraünnəhrdən qələbəlik bir oğuz kütləsi İraqi-Əcəmə gəl-

mişdi.  İbrahim  Yınal  onlara  iqamətləri  üzündən  çətinlik  çəkildiyini,  cahad 

etmək  üçün  Rum  hüdudlarına  getmələrini,  özünün  də  arxadan  gələcəyini 

söyləmişdi. Doğrudan da, qısa bir müddət sonra İbrahim Yınal onların başı-

na  keçərək  Bizansla  vuruşmada  mühüm  bir  zəfər  qazanmışdı

1

.  Toğrul  bəy 



oğuzların sayəsində Qərbi İranda mühüm uğurlar əldə etmiş, Büveyh oğul-

ları dövlətini aradan götürmüş, xəlifəliyə və İraqi-Ərəbə hakim olmuş, oğuz-

ların  fəaliyyəti  nəticəsində  qüdrətini  Bizans  imperiyasına  tanıtmışdı.  İbra-

him  Yınalın  əmrindəki  İshaq  oğlu  İbrahim  və  Səxt  Kaman  ünvanlı  oğuz 

bəyləri Həmədan bölgəsi və Kürdüstanın fəthində mühüm xidmətlər göstər-

mişdilər


2

.  Buna  baxmayaraq  Toğrul  bəylə  qövmdaşlarının  arası  dəyməyə 

başladı  ki,  bu  da  dövlətin  inkişaf  çağlarının  əvvəlində  mühüm  böhranların 

yaranmasına səbəb oldu.  

Anlaşıldığına görə, Toğrul bəy və Alparslan öz eldaşları oğuzların əmr-

lərə  arzu  olunan  dərəcədə  itaət  etməmələri  və  xüsusən  də  yağmaçılıq  adə-

tindən  vaz  keçməmələri  üzündən  şikayətçi  idi.  Hətta  onlara  qəznəvilərdən 

və  deyləmilərdən  keçən,  yaxşı  təlim  görmüş  türk  məmlüklərini  öz  eldaşla-

rından üstün tutmağa başladıqları da görülmüşdür. Oğuzların öz başbuğları-

na hörmət və itaətləri isə sərhədli və qarşılıqlı idi. Başbuğ da adətə görə bəzi 

vəzifələri yerinə yetirməli idi.  

Bunlar  olmadıqda  hörmət  və  itaət  ortadan  qalxır,  hirslə  atlarına  minən 

oğuzlar  həmin  ailəyə  mənsub  bir  başqasının  başına  toplaşırdılar.  Oğuzlar 

Toğrul bəyin onlara ürəkləri istəyən şəkildə yağmaya icazə vermədiyi üçün 

(halbuki o özü tez-tez yağmalı ziyafət verirdi), iranlı vəzirin təsiri altında ol-

duğu  üçün  və  məmlük  əmirlərinə  ən  yaxşı  vəzifələr  bəxş  etdiyi  üçün  ona 

qarşı kin bəsləyirdilər.  

Toğrul bəy, Alparslan və başqaları həmişə yanlarında əmrə müntəzir, sa-

diq  və  itaətkar  bir  qüvvəyə  sahib  ola  bilmək  üçün  Türküstandan  Əndəlisə 

qədər  islam  aləminii  hər  bir  ölkəsində  xanədanlar  tərəfindən  qəbul  edilmiş 

məmlük  üsulunu  mənimsəmişdilər.  Hələ  qəznəvilərlə  mübarizə  zamanı  bir 

çox türk məmlükünün səlcuqlular tərəfinə keçdiyini bilirik. Dövlətin qurul-

                                                           

1

 İbn ül-Cəvzi. əl-Müntəzəm, VIII, s.137; ibn əl-Əsir, IX, s. 226-227. 



2

 İbn ül-Əsir, IX, s. 224, 248. Səxt Kamanın ünvan olduğu bəllidir, ancaq o hansı türk sö-

zünün tərcüməsidir? «Qatı Yaylı»nın? 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə