Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə59/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   55   56   57   58   59   60   61   62   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

121 


 

yumluq» qazanırdılar. Türkmənlər hüdudlar üçün o qədər lazımlı ünsür idi-

lər ki, İmadəddin Zəngi Şəhrizor bölgəsindəki yıva türkmənlərindən bir qis-

mini səlibçilərin Suriyadakı hüdudlarına gətirərək orada onlara yurd vermiş-

di.  Hüdudlardakı  türkmənlərin  ən  qələbəlik  kütləsi  Anadoluda,  Bizans  hü-

dudlarındakılar idi, onların 

 

şöhrəti hər yana yayılmışdı.  



Türkmənlərdən bəzi zümrələr isə sərhəd vilayətlərdə və hücra guşələrdə 

yaşayırdı. Türkmən bəylərinin bir çoxu doğrudan-doğruya, bölgələrin haki-

mi olduqları kimi, bir çoxu da dirlik (iqta) sahibi idi. Bəzi türkmən zümrələ-

ri isə dövlətə vergi verən rəiyyət vəziyyətində idi. Türkmən bəyləri də məm-

lük valiləri kimi fürsət düşdükcə yaşadıqları bölgələrdə və ya şəxsən özləri-

nin fəth etdikləri yerlərdə bəyliklər qurmuşdular.  

Nəticə  olaraq  onu  göstərək  ki,  başda  öz  doğma  qövmlərinə  biganə  qal-

maları  üzündən  səlcuqlu  xanədanları  və  onların  məmlükləri  tarix  səhnəsin-

dən  silinib  getdilər.  Halbuki  türkmənlər  türklüyün  əsil  nümayəndələri  kimi 

onun varlığını davam etdirdilər. Türkmənlərin səlcuqlular dövründəki vəziy-

yətlərinə  dair  bu  müştərək  xüsusları  qeyd  etdikdən  sonra  indi  ana  yurdda-

kılar da daxil olmaq üzrə onları ayrı-ayrı tədqiq etməyə çalışaq.  

  

I. MAVƏRAÜNNƏHR 



  

Oğuzlar və ya türkmənlər səlcuqlular dövründə və sonra dalğalar halında 

Yaxın Şərq ölkələrinə gəlməklə birlikdə XII əsrin ikinci yarısında və mon-

qol istilası zamanı onların mühüm bir qismi Buxara yaxınlığından Cənd və 

Yeni  Kəndə  qədər  uzanan  sahədə  yaşayırdı.  Sır-Dəryanın  sağ  sahilindəki 

torpaqlar qanlı-qıpçaqların əlində idi. O tərəfdə türkmənlərin olub-olmadığı 

dəqiq  bilinmir.  XII  əsrdə  Mavəraünnəhrdə  qələbəlik  bir  karluq  kütləsi  də 

vardı. Onlar Qaraxanilərə itaət etmirdilər, əvəzində türkmənlərlə münasibət-

lərinin yaxşı olduğu görünür.  

1156-cı ildə karluqlar Tamğaç İbrahim xanı öldürdülər. Buna cavab ola-

raq yeni xan Cəlaləddin Çağrı (Kök Sağun) karluq başbuğu Bəyğu xanı öl-

dürdü, digərlərini isə qırmağı planlaşdırdı. Belə olduqda Bəyğu xanın uşaq-

ları və digər karluq bəyləri Xarəzmşah İl-Arslana pənah apardılar. Kök Sa-

ğun  karluqlara  kömək  məqsədilə  İl-Arslanın  böyük  bir  ordu  ilə  gəldiyini 

eşitcək Qara göldən Cəndə qədər uzanan bölgədəki türkmənləri bir yerə yı-

ğaraq Səmərqənddə müdafiə hazırlıqlarına başlamış, digər tərəfdən də qara-

xıtaylardan kömək istəmişdi

1

. 1220-ci ildə monqollar Cənd, Özkənt, Barçın-



lı Kənt və Yeni Kənti aldıqdan sonra bu bölgədə yaşayan türkmənlərdən 10 

min  nəfərlik  qoşun  təşkil  edərək  onu  Taynal  noyonun  tabeliyinə  verdilər. 

Taynal bu qoşun da daxil olmaqla komandası altındakı ordu ilə Xarəzmə yü-

                                                           

1

 Cüveyni. Tarixi-Cahanguşa. Mirzə Məhəmməd Qəzvini nəşri. Leyden, 1916, II, s. 15; İb-



rahim Kafesoğlu. Xarəzmşahlar dövləti tarixi, 1956, s, 80-81. 


FARUQ SÜMƏR 

122 


 

rüş  etdi.  Ancaq  türkmənlər  yolda  üsyan  edərək  onlara  başçı  təyin  olunmuş 

monqolu  öldürdülər.  Avanqardda  gedən  Tanyal  bunu  eşidib  geri  döndü  və 

türkmənlərin əksəriyyətini qırdı, qalanları isə Mərv və Amuya tərəflərə qaç-

dılar.  Beləliklə,  monqol  istilası  səbəbilə  köhnə  yurdda  qalan  türkmənlərin 

çoxu buraları tərk edərək Xorasana toplaşdılar

1

. Bununla bərabər, 1273-74-



cü  illərdə  Barçınlı  Kəntdə  olmuş  Camal  Karşi  bu  şəhərdə  tərakimə,  yəni 

türkmənlərin  yaşadığını  bildirir

2

.  XIV  əsrdən  etibarən  artıq  Sır-Dərya  bo-



yunda türkmənlərin yaşadıqları barədə mənbələrdə məlumat verilmir.  

  

2. MANQIŞLAQ 



  

Türkmənlərin  mühüm  bir  kütləsi  X  əsrdən  bəri  bu  bölgədə  yaşayırdı. 

Manqışlağın coğrafi mövqeyi səbəbilə buradakı türkmənlərin monqol istila-

sından  ziyan  çəkmədikləri  bilinir.  Türkmənlər  burada  əvvəlcə  Qızıl  Orda 

xanlarına, sonra isə Xarəzm hökmdarlarına tabe olaraq XVII əsrə qədər ya-

şamışlar.  

  

3. BALXAN 



  

Bura türkmənlərin ən təhlükəsiz yurdlarından biri idi. Belə ki, onlar hə-

mişə yalnız burada məskun ola bilmişlər. Səlcuqlular dövründə bu bölgədə-

ki türkmənlərin Manqışlaqdakına nisbətən sayca daha az olduqları məlum-

dur.  

  

4. XORASAN 



  

Səlcuqluların  öz  dövlətlərini  Xorasanda  qurmalarına  baxmayaraq  bu 

bölgədə aşağıda haqlarında danışılacaq oğuzlardan əvvəl az və əhəmiyyətsiz 

bir türkmən ünsürünün yaşadığı bilinir. 553-cü ildə (1158) Kuhistan bölgə-

sində  yaşayan  türkmənlərdən  bir  hissə  o  dövrlərdə  Xorasanda  fəaliyyətdə 

olan oğuzlara daxil deyildi. Özləri başqa  yerdə olduqları vaxt bu türkmən-

lərin obalarına ismaililər hücum edərək davarlarını yağmalamış, arvad-uşaq-

larını  əsir  almışdılar.  Ancaq  türkmənlər  ismaililərin  dalınca  düşərək  onları 

haxlamış, mallarını və ailələrini xilas etmiş, 9 nəfər istisna olmaqla ismaili-

ləri tamamilə qırmışlar

3

.  


  

                                                           

1

 Cüveyni. Həmin əsər, 1911, I, s. 70. 



2

 Barthold.  Türküstan.  Mətnlər,  s.  151;  Mərkəzi  Asiya  tarixinə  dair  dörd  dərs.  Leyden, 

1962, III, s. 130. Plano Karpini 1246-cı ildə Barçınlı Kənti xarabazara çevrilmiş halda gör-

müşdü. 


3

 İbn ül-Əsir, XI, s. 107. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə