OĞUZLAR (TÜRKMƏNLƏR)
127
Sultan Səncərin ölümündən sonra oğuzlar rahat nəfəs aldılar. İndi onlar
Bəlx ətrafında yurd salmış, hətta yağmaçılıqdan vaz keçərək Sultan Mah-
muda itaət etmək qərarına gəlmişdilər. Oğuzlar 553-cü ilin şaban ayında
(avqust-sentyabr, 1158) Mərvə gəldilər, Sultan Mahmud və iqtidarı əslində
öz əlində saxlayan Ay-Aba Səraxsda idilər. Ay-Aba qoşunla oğuzların üstü-
nə yürüyərək onların bir bölüyu ilə qarşılaşıb qalib gəldi, hətta onları Mərvə
qədər qovdu. Bu qalibiyyət cürətini artırmış və ona oğuzları tamamən orta-
dan qaldıracağı ümidini vermişdi.
Buna görə Sultan Mahmud da yanındakı oğuzlara hücum etdi. Ancaq
Ay-Abanın bu ümidi başa çıxdı. Üç gün davam edən döyüşdə oğuzlar üç
dəfə geri çəkilsələr də, axırda Ay-Abanı ağır bir məğlubiyyətə uğratdılar (9
Ş
əvval - 3 noyabr). Bu qalibiyyət oğuzların öz qüvvələrini itirmədiklərini
göstərdi. Onlar bu dəfə mərvlilərə xoş münasibət göstərsələr də, Səraxs və
Tus şəhərlərini yağmalamaqdan vaz keçmədilər. Oğuzlar məğlubiyyətdən
sonra Cürcana gəlmiş Sultan Mahmudun yanına ertəsi il (554-1159) elçilər
göndərərək hökmdarları olması üçün onu Mərvə dəvət etdilər. Ancaq Mah-
mud inanmadığı və qorxduğu üçün onlara müsbət cavab vermədi. Belə ol-
duqda oğuzlar ondan oğlunu göndərməyi xahiş etdilər. Mahmud buna razı
oldu. Oğuzlar hökmdarlarını Nişapurda qarşıladılar, ona hörmət və təzimdə
bulundular. Oğuzların bir hökmdara ehtiyac duymaları və hakimiyyətlərini
qanuniləşdirmək zərurətilə əlaqədardır. Digər tərəfdən, bu hökmdar bəylər
arasındakı anlaşmazlıqları da aradan qaldıraraq birliyi davam etdirməli idi.
Oğuzlar məşhur Tus şəhərini bir dəfə də yağmaladılar. Çünki tuslular
onların hakimiyyətini tanımağı rədd etmişdilər. Oğuzlar Tusdan Nəsa və
Abivərd tərəflərə getdilər, burada Sultan Mahmudla görüşüb onun hökm-
darlığı qəbul etməsi haqqında razılığa gəldilər, sonra Nişapur və Səraxs yolu
ilə birlikdə Mərvə qayıtdılar. Onlara itaət etməyən Ay-Aba Nişapura döndü
və həmin bölgəyə hakim oldu.
Nəsa bölgəsində yazır boyu yaşayırdı. 555-ci ildə (1160) onların başçısı
Ödək xan oğlu Yağmur xan idi. Yazırlar oğuz kütləsinə mənsub deyildilər,
buraya isə Balxan yolu ilə Manqışlaqdan gəlmişdilər. Həmin il Xarəzmşah
İl-Arslanın əsgərlərindən bir bölüyü yazırların üzərinə hücuma keçib onları
pərən-pərən saldı. Yağmur xan oğuzların yanına gedərək onlardan kömək
istədi. Onun fikrincə, Xarəzm əsgərlərinin yazırlara hücumu Səncərin əmir-
lərindən olan və Rey bölgəsini ələ keçirmiş Aytakın təhriki nəticəsində baş
vermişdi. Oğuzlar Yağmur xanın Aytaka qarşı mübarizəsinə kömək edəcək-
lərini bildirdilər. Bundan xəbər tutan Aytak isə Mazandaran əmirini köməyə
çağırdı. Dehistan yaxınlığında baş verən vuruşmada Aytak və Mazandaran
əmiri ağır məğlubiyyətə uğradılar. 556-cı ilin əvvəlində (1161) Dehistan və
Cürcanı yağmalayan oğuzlar Xorasana qayıtdılar
1
.
1
İbn ül-Əsir, XI, s. 103-105, 116, 117.
FARUQ SÜMƏR
128
Nişapur və onun ətrafına hakim olan Ay-Aba Sultan Mahmudun haki-
miyyətini tanımırdı. Buna görə oğuzlar Sultan Mahmud da yanlarında ol-
maqla Ay-Abaya hücum etdilər. Ay-Aba Şadiyahda mühasirəyə alındı. Bu
əsnada Sultan Mahmud oğuzların yanından qaçaraq Nişapurun qala divarına
sığındı. Görünür, o, oğuzların hakimiyyətini qəbul edə bilmirdi. Ancaq onun
qısa bir müddət sonra bu hərəkəti üçün möhkəm peşmançılıq duyduğuna
şübhə yoxdur. Çünki Ay-Aba onu və oğlunu yaxalayaraq gözlərinə mil çək-
dirdi və ata-oğul bir-birinin ardınca dərin iztirablar içində vəfat etdilər (557-
1162).
Oğuzlara gəlincə, onlar Sultan Mahmudun qaçmasından sonra Mərvə
qayıtmışdılar. Mərv, Bəlx və Səraxs bilavasitə onların hakimiyyəti altında
idi. Herat hakimi Ay-Təgin oğuzlarla dostluq münasibəti saxlayırdı. Oğuzlar
hakim olduqları yerlərdə Səncərin adına xütbə oxudurdular ki, belə bir adət
heç bir yerdə və heç bir zaman görünməmişdi. Xütbədə Səncərdən sonra o
yerin hakimi olan bəyin adı oxunurdu. Ay-Aba isə Nişapur bölgəsi ilə Tus,
Nəsa və Kumisin hakimi idi, xütbəni də İraq səlcuqlu sultanı Arslan şahın
adına oxudurdu. Dehistan və Cürcan isə Aytakın əlində idi. O buralarda xüt-
bəni Xarəzmşah İl-Arslanın adına oxudurdu
1
.
558-ci ildə (1162) gur hökmdarı Seyfəddin Məhəmməd oğuzlara hücum
etdi, lakin məğlub olaraq öldürüldü. 559-cu ildə (1163) oğuzlar bu qələbə-
dən istifadə edərək Qəznəni aldılar və şəhəri uzun müddət əllərində saxla-
dılar. Beləliklə, oğuzların bilavasitə idarələri altındakı bölgələrə (Mərv, Sə-
raxs, Bəlx, Nəsa və Abivərd) məşhur Qəznə şəhəri və bölgəsi də əlavə olun-
muşdu
2
. Hər bölgə bir oğuz bəyi tərəfindən idarə olunurdu. Herat hakimi
Ay-Təgin də oğuzlara tabe idi. 559-cu ildə Taliqan və Qarcistanı fəth etmiş
Sunqur da (Səncərin əmirlərindən biri) onlara vergi verirdi
3
.
560-cı ildə (1164/1165) oğuzlar Heratı mühasirəyə aldılar. Çünki bura-
nın hakimi, onların vassalı olan Ay-Təgin bir il əvvəl gurlarla döyüşdə öl-
müş və heratlılar şəhərin möhkəm qala divarlarına və getdikcə qüdrətlənən
Ay-Abanın köməyinə arxalanaraq oğuzlara itaət etməməyə başlamışdılar.
Ancaq oğuzlar Ay-Abanın Səraxs tərəflərə hücumları ilə əlaqədar mühasirə-
dən əl çəkib geri qayıtmaq məcburiyyətində qaldılar.
Oğuzların 560-cı ildən (1164/1165) sonra yavaş-yavaş siyasi əhəmiyyət-
lərini itirdikləri müşahidə olunur. Bu xüsus,
şübhəsiz onların müştərək bir
rəhbərliyə malik olmamaları və bu səbəbdən süquta uğramaları ilə əlaqədar-
dır.
1
İbn ül-Əsir, XI, s. 130-131.
2
İbn ül-Əsir, XI, s. 131.
3
İbn ül-Əsir, XI, s. 140, 141, 142; Cüzcani. Təbəqəti-Nasiri. Əbdül-Hey Həbibi nəşri, I, s,
278, 415, 466.