Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə63/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   59   60   61   62   63   64   65   66   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

129 


 

568-ci ildə (1172/1173) Mərv və Səraxs keçmiş bəylərdən Dinarın əlin-

də idi. Tuti və Qorqud bəyin bu tarixdən əvvəl öldüyü qənaəti hasil olur. Bu 

dövrdə  Xorasana  bitişik iki  ölkədə  iki  dövlət  sürətlə  yüksəlirdi.  Bunlardan 

biri  Heratla  Qəznə  arasındakı  dağlıq  ərazidə  qurulan  gur  dövləti,  digəri  isə 

Xarəzm ölkəsində xarəzmşahlar dövləti idi. 567-ci ildə (1172) xarəzmşah İl-

Arslanın ölümü dolayısı ilə onun yerinə keçən Sultan şah qara-xıtayların kö-

məyi ilə böyük qardaşı Təkiş tərəfindən taxtdan uzaqlaşdırılmışdı. Xorasana 

gələn  Sultan  şah,  göründüyü  kimi,  bu  bölgənin  mühüm  bir  qisminə  hakim 

olan  Müəyyəd  Ay-Abanın  köməyi  ilə  Xarəzm  taxtını  ələ  keçirmək  istədi, 

ancaq  buna  müvəffəq  ola  bilmədi.  Baş  verən  vuruşmada  Ay-Aba  məğlub 

olaraq öldürüldü (569-1174), Sultan şah isə gurlara pənah apardı. Ancaq çox 

keçmədən Təkiş ilə qara-xıtayların arası dəydi. Vəziyyəti diqqətlə seyr edən 

Sultan  şah  münasib  fürsətin  ələ  düşdüyünü  görərək  qara-xıtayların  yanına 

getdi. Qara-xıtay kraliçəsi öz ərinin komandanlığı altında qüvvətli bir ordu-

nu Sultan şaha köməyə göndərdi. Ancaq xalqın və ordunun Təkişə sədaqəti, 

habelə  görülən  tədbirlər  sayəsində  misilsiz  döyüş  gücünə  malik  qara-xıtay 

ordusu heç  nə  edə bilmədən  geri qayıtdı.  Sultan  şah  bəzi  təəhhüdlər  götür-

məklə qara-xıtay ordusundan bir qədər əsgər alıb Səraxsda olan Dinarın üs-

tünə basqın elədi. Bu basqın nəticəsində Dinarın adamlarının əksəriyyəti öl-

dürüldü. Dinara gəlincə, o özünü qalanın xəndəyinə atmışdı. Xoşbəxtlikdən, 

onu  oradan  xilas  etdilər.  Dinar  sağ  qalan  oğuzlarla  qalada  gizləndi.  Sultan 

şah daha heç nə edə bilməyəcəyini başa düşərək Mərvə qayıtdı və orada ya-

şamağa başladı.  

Sultan şah çox fəal və cəsur insan idi. Mərvdən Səraxs üzərinə arasıkə-

silməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə 

də  buyruğundakı  oğuzların  çoxu  ondan  üz  çevirərək  dağılmağa  başladılar. 

Səraxsı Sultan şahın hücumlarından daha qoruya  bilməyəcəyini başa düşən 

Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Ay-

Aba oğlu Toğan şaha Səraxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu 

təklifi  qəbul  etdi.  Ancaq  Toğan  şah  da  şəhəri  müdafiə  edə  bilmədi.  576-cı 

ildə baş verən vuruşmada Sultan şah Toğan şahı  məğlubiyyətə uğratdı, Sə-

raxsı, sonra isə Tusu tutdu

1

.   



Sultan şahın Mərvi ələ keçirərək Səraxsa hücumlar etməsi və bu şəhərin 

onun  tərəfindən  Toğan  şaha  verilməsi  oğuzların  tarixində  mühüm  dönüş 

nöqtəsidir.  Tarixləri  dəqiq  bilinməyən  (569-576-cı  illər  arası)  bu  hadisələr 

                                                           

1

 İbn ül-Əsir, XI, s. 169; Cüveyni, II, s. 20-21 (hər ikisi bu faktı Məşarib üt-təcarib əsərin-



dən götürmüşdür). İbn ül-Əsir (XI, s. 170) başqa bir salnaməçinin sözlərini nəql edir: Təkiş 

tərəfindən Xarəzmdən qovulan Sultan şah Mərvi zəbt etmiş və oğuzları buradan uzaqlaşdır-

mışdır. Ancaq oğuzlar geri qayıdaraq Sultan şahı Mərvdən qaçırmışlar, xəzinəni yağmala-

mış, adamlarının çoxunu öldürmüşlər. Buna görə də Sultan şah vədlər verərək qara-xıtay-

lardan  mühüm  miqdarda  qoşun  alaraq  geri  dönmüş,  oğuzları  Mərv,  Səraxs,  Nəsa  və  Abi-

vərddən qovmuşdur. 




FARUQ SÜMƏR 

130 


 

nəticəsində oğuzlar demək olar ki, tamamilə dağıldılar. Yenə həmin illərdə 

Qəznə  şəhəri  də  onların  əlindən  çıxdı.  Oğuzlar  Qəznədə  tarğan  vasitəsilə 

gurlara qarşı şiddətli müqavimət göstərsələr də, hətta əvvəlcə qalib gəlsələr 

də,  sonra  məğlub  olmuşlar

1

.  Bəlxin  oğuzların  əlindən  nə  vaxt  çıxdığı  isə 



bilinmir.  Bu  xüsusda  bilinən  şey  odur  ki,  gurlar  bu  şəhəri  594-cü  ildə 

(1197/1198) Öz-Aba adlı bir türkün əlindən almışlar.  

Öz-Aba qara-xıtayları öz süzereni kimi tanıyır və onlara vergi verirdi

2



Mərv və Səraxsın təslimindən sonra dağılan və  Xorasandakı siyasi tarixləri 

sona  çatan  oğuzlardan  mühüm  bir  kütlə  Kirmana,  qismən  daha  kiçik  bir 

kütlə Farsa öz eldaşları salğurluların yanına getdi. Onlardan bir çoxunun isə 

Anadoluya  getdiyi  ehtimal  edilir.  Bistamda  yaşayan  Dinara  gəlincə,  o,  xa-

rəzmşah Təkişin İraqa yürüşü zamanı buranı da tərk edərək Nişapura, Toğan 

şahın yanına gəldi və onun bacısı ilə evləndi. Dinar Toğanın ölümünə qədər 

(məhərrəm,  581-  aprel,  1185)  onun  yanında  qaldı  və  həmin  il  Kirmana 

gedərək buranı ələ keçirdi. Bu barədə aşağıda bəhs ediləcəkdir.  

Xorasanın mühüm bir hissəsinə hakim olan oğuzların sadəcə cəsur dö-

yüşçülər deyil, döyüş üsullarını bilən və onları məharətlə tətbiq edən insan-

lar  olduqları  görünür.  Ancaq  səlcuqlu  ailəsi  kimi  bir  enerjili  başçıları  ol-

madığı və ya aralarından dövlət adamı xüsusiyyətlərini daşıyan bir şəxs çıx-

madığı  üçün  zəfərlərindən  lazımi  səviyyədə  faydalana  bilməmiş  və  dövlət 

qura bilməmişdilər. Oğuzların başçılarından biri - əsilzadə Xızır oğlu İshaq 

oğlu  Şəmsəddin  əbu  Şüca  Tuti  bəy  ən  nüfuzlu  bəy  kimi  görünür.  Ancaq 

onun bütün bəylərin başçısı olduğuna dair heç bir dəlil yoxdur. Bu xüsusda 

bilinən fakt Tutinin qol bəyi olmasıdır.  

Oğuzlar  hakimiyyətlərini  qanuni  etmək  üçün  başlarında  sadəcə  olaraq 

formal  şəkildə hökmdarlıq edəcək bir adamın durmasını lüzumlu görürdülər. 

Sultan Mahmud bu iş üçün münasib adam olsa da, onların təhəkkümünə dö-

zə  bilməmişdi.  Geniş  miqyaslı  yağmalar  üçün  bəyləri  məzəmmət  etməyə 

haqqımız yoxdur. Çünki buyruqlarındakı oğuzların onlara bağlılığı məhz bu 

xüsusla əlaqədardır. Bəylərin başçı olduqları adamlar üzərində hakimiyyət-

ləri hüdudsuz deyildi.  

Sultan Mahmudun qaçmasından sonra oğuzların zəbt etdikləri yerləri öz 

aralarında bölərək idarə etdikləri görünür. Anlaşıldığına görə, nüfuzlu bəy-

lərdən hər  biri  Mərv, Səraxs,  Bəlx,  Qəznə  kimi bölgələrdən birini  idarə  et-

miş, məlik ünvanını almışdır. Dinarın hələ Xorasanda ikən bu ünvanı daşı-

dığı, boz-oxların başçısı Qorqudun da həmin ünvana sahib olduğu məlum-

                                                           

1

 Cüzcani  (Təbəqati-Nasiri,  I,  s.  422)  bu  hadisənin  569-cu  ildə  (1173-1174)  baş  verdiyini 



söyləyir. Ancaq özü iki yerdə (s. 287, 466) oğuzların Qəznədə 12 il hakim olduqlarını yazır. 

İbn ül-Əsir bu müddəti 15 il olaraq göstərir (XI, s. 75). Bu rəqəmlərə görə, Qəznənin oğuz-

lar  tərəfindən  558-ci  ildən  əvvəl  fəth  edilməsi  və  ya  569-cu  ildən  sonra  əllərindən  çıxmış 

olması lazımdır. 

2

 İbn ül-Əsir, XII, s. 63. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə