Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə71/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   67   68   69   70   71   72   73   74   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

145 


 

və  abadlıq fəaliyyətində  bulunması  ilə  Yəmən tarixində xoş  bir xatirə  qoy-

muşdur

1

.  



  

MONQOL İSTİLASINDAN SONRA TÜRKMƏNLƏR 

  

Monqol  istilasının  ən  mühüm  nəticələrindən  biri  Orta  Asiya  türk  etno-



qrafiyasını dəyişdirməsidir. Uyğur, karluq, qıpçaq və bəzi digər türk qövm-

ləri  bu  istila  nəticəsində  dağılaraq  qövmi  xarakterlərini  itirdilər.  Bunlarla 

monqol təşəkküllərinin birləşməsindən  yeni qövmlər meydana  gəldi ki, on-

lar dil etibarilə  türk,  siyasi  keçmiş  etibarilə  monqol idilər.  Məşhur  Teymur 

bunun tam bir örnəyidir. Beləliklə, bu gün Orta Asiyadakı özbək, qazax, qa-

raqalpaq,  Şərqi  Türküstan  türkləri  bu  qarışma  və  qaynaşmadan  meydana 

gəlmiş yeni qövmlərdir.  

Monqol istilası islam aləminin çöhrəsini də tamamilə dəyişdirdi. Xəlifə-

silə, məmlük ordusu ilə, parlaq mədəniyyəti və zəngin ticarət həyatı ilə köh-

nə  dünya  ortadan  qalxdı.  Monqol  istilasından  sonra  yaranan  yeni  aləmdə 

türk mədəniyyəti mühüm bir mövqe qazandı. Bu isə Anadoluda olduğu kimi, 

Mavəraünnəhrdə,  Azərbaycanda  türk  əhalinin  keçmişə  nisbətən  hədsiz  ço-

xalması ilə əlaqədardır. Bu xüsusda Anadolu digər türk ölkələri arasında ən 

başda gəlirdi.  

Türk dili Osmanlı imperiyasında XVI əsrdə rəqibsiz bir vəziyyətdə olar-

kən,  artıq  Türküstan  adlanan  Mavəraünnəhrdə  XX  əsrin  əvvəllərində  belə 

fars dili hələ rəsmi dil kimi işlənirdi.  

  

 



1. XƏZƏRARXASI TÜRKMƏNLƏR 

  

Monqol istilası səbəbilə Mavəraünnəhr, Xorasan və Azərbaycanda yaşa-



yan türkmənlərin çoxu Anadoluya gəldilər. Onlar istilanın önündən qaçanlar 

idi. Manqışlaqda X əsrdən bəri yaşayan oğuzlar bu istiladan çox zərər çək-

mədilər.  Çünki  Manqışlaq  istila  sahəsindən  kənarda  idi.  Bununla  birlikdə, 

onlar əvvəlcə Altın Ordu (Qızıl Orda - tərcüməçi) xanlarına, sonra isə Xivə-

də  yaşayan  xanlara  tabe  oldular.  Manqışlaqdakı  türkmənlərin  mühüm  bir 

hissəsi salur boyuna mənsub idi. Əbülqazi xanın «Şəcəreyi-tərakimə»sində-

ki  bir  qeydə  görə  Şah  Məlikin  öldürülməsi  nəticəsində  baş  verən  dağılma 

səbəbilə


2

 oğuzlardan çox böyük bir elat Manqışlağa getmişdir. Bu oğuz ela-

tının içində hər bir boydan adamlar vardı, ancaq əksəriyyətini öymür, döyər, 

iğdır, çavuldur, karkın, salur və ağar boylarına mənsub qollar meydana gəti-

rirdi.  Manqışlağa  gedən  bu  oğuz  elatının  başında,  həmin  müəllifin  verdiyi 

                                                           

1

 Əl-Həzrəci. Kitab ül-ükud il-luluyyə  fi tarix id-dövlət  ir-Rəsuliyyə,  Leyden, 1906, s. 27, 



74; Münəccimbaşı, II, s. 655-660. 

2

 Şəcəreyi-tərakimə, s. 61. 




FARUQ SÜMƏR 

146 


 

məlumata  görə,  Qılıq  bəy,  Qazan  bəy  və  Qaraman  bəy  dururdu

1

.  Manqış-



laqdakı salurların içki (iç; daxili) salur və taşqı (xarici, dış) salur olmaq üzrə 

iki qola ayrıldıqlarını bilirik. Türkmənlər XVII əsrdə yomut, ərsarı, təkə və 

sarıq kimi böyük türkmən tayfalarının salurlardan çıxdıqlarına inanırdılar

2



Əgər bu iddia doğrudursa, bugünkü Türkmənistan türkmənlərinin böyük ək-

səriyyətinin əslində salurlardan ibarət olduğunu qəbul etmək lazımdır

3

. Hal-


buki  salurlardan  bəzi  mühüm  qolların  qərbə  köçdüklərini  bilirik

4

.  Man-



qışlaqda  çavuldurlardan  (çavundur)  da  çox  mühüm  bir  qol  vardı.  Bu 

çavuldurlar  ilə  iğdır  və  soynacılara  mənsub  bir  qrup  rus  çarı  Pyotr 

zamanında  kalmıklar  tərəfindən  Şimali  Qafqaza  aparıldılar.  1912-ci  ildə 

onların sayı 15.534 nəfər idi. Qafqaza aparılan bu türkmənlər uzun müddət 

Orta  Asiyadakı  eldaşları  ilə  əlaqələrini  kəsməmiş  və  Məxdumqulunu  onlar 

da öz böyük şairləri hesab etmişlər

5

. Yaşadıqları bölgənin adı ilə Stavropol 



türkmənləri  adlanan  bu  türkmənlər  öz  varlıqlarını  günümüzədək  qoruya 

bilmişlər.  X  əsrdən  bəri  Manqışlaq  yarımadasında  yaşayan  türkmənlər 

xüsusilə  noqayların  və  kalmıkların  hücumları  nəticəsində  öz  yurdlarından 

köçərək  Balxan  və  Xorasana  gəlmişlər.  XIX  əsrdə  artıq  orada  heç  bir 

türkmənə  rast  gəlmək  mümkün  deyildi.  Balxan  və  Xorasan  bölgələrindəki 

türkmənlər səyyahlara əsil yurdlarının Manqışlaq olduğunu söyləmişlər ki

6



bu  söz  onların  böyük  əksəriyyəti  barədə  doğrudur.  «Şəcəreyi-tərakimə»də 



Balxan  dağlarında  qədimdən  bəri  yaşayan  türkmən  oymaqlarından  oxlu, 

göylü və sultanlının adı çəkilir

7

.  


Oxlu türkməninin adı XVI əsrə aid Səfəvi mənbələrində eymür (eymir), 

salur  və  göylənlərlə  birlikdə  çəkilir.  Onların  hamısına  birlikdə  «yaxa  türk-

məni»  və  ya  «sayın  xanlı  türkmənləri»  deyilirdi.  Türkmənlərin  böyük  şairi 

Məxdumqulunu  yetirən    göylənlər  Gürgan  (Cürcan)  irmağının  yuxarı  yata-

ğında yaşayırdılar. Bunların qəbiləvi birlik təşkil etmədikləri bilinir. Bu elat-

da  (Vamberiyə  görə  12.000  çadır)  azsaylı  bəydili,  bayındır,  kayı  və  eymur 

                                                           

1

 Əbülqazi bu qeydi “Cami ət-təvarix”dən alsa da, əlimizdəki nüsxələrdə belə bir ifadə yox-



dur. Bu nüsxələrdə adı göstərilməyən bir bəyin 1.000 atlı ilə Ceyhunun orta yatağında yurd 

saldığı, Qutluğ, Qazan və Qaraman bəyin onun övladları olduğu göstərilir. 

2

 Göstərilən əsər, s. 69, 72, 73. 



3

 Türkmənlər arasında 1863-cü ildə səyahət edən məşhur türkoloq A.Vamberi 196.500 çadır 

hesabladığı (türkmənlərdən bütün salurları 10 min, ərsarıları 50 min, sarıqları 10 min, təkə-

ləri  60  min,  yomutları  isə  40  min  çadır  olaraq  göstərir  ki,  (Mərkəzi  Asiyaya  səyahət,  s. 

309), bunların cəmi 170 min edir. 

4

 İkinci hissədəki «Salur» boyu bəhsinə bax. 



5

 Bu  türkmənlər  haqda  bax:  V.  Barthold.  Türkmən  xalqının  tarixi.  İngilis  dilinə  tərcümə 

edən V. və T. Minorski. Leyden, 1962, s. 157-159. 

6

 Vamberi. Göstərilən əsər, s. 325. 



7

 Şəcəreyi-tərakimə, s. 61. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə