Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə73/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   69   70   71   72   73   74   75   76   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

149 


 

qədər istifadə olunurdu. Çünki bu təqvim günəş ili əsasında tərtib edildiyin-

dən maliyyə ilinə uyğun gəlirdi. Bu divanda yazı dili kimi monqol dili ilə b-

ərabər  türk  dilinin  də  işləndiyinə  hökm  vermək  üçün  bəzi  dəlillər  vardır. 

Dövlətin dayağını təşkil edən el (ulus) hakim təbəqə olan monqol ünsürü ilə 

onun məiyyətindəki türklərdən ibarət idi. Monqol ünsürü cəlayir, suldus, bi-

suut, sünit, kurulas və i. a. olmaq üzrə əsil monqol ulusuna mənsub boyların 

obaları ilə tatar, kereyit, oyrat və s. monqolca danışan qövmlərin qollarından 

meydana  gəlmişdi.  Türklərə  gəlincə,  onların  çox  mühüm  qismini  uyğurlar 

təşkil edirdi. Uyğurlar buraya yalnız dövlət məmuru və din xadimi kimi de-

yil, həm də əsgər kimi gəlmişdilər. Uyğurlardan başqa qıpçaq, karluq, küçəy 

və b. türk qövmlərinə mənsub çoxsaylı ünsürlər də vardı. Bunların bir qismi 

monqol xanları və bəylərinin məiyyətində və əsgərlərinin arasında idi. Belə-

liklə, İran monqolları arasında başlıca iki dil işlədilirdi: monqol və türk dil-

ləri.  Getdikcə  əhəmiyyətini  itirən  monqol  dilinin  XIV  əsrin  ikinci  yarısına 

qədər danışıldığı şübhəsizdir. İlk monqol xanları Hülakü, Abakı və hətta Ar-

qunun  türkcə  bildiyinə  hökm  vermək  olmaz.  Qazan  və  xələflərinin  bu  dili 

öyrənmiş  olduğu  anlaşılır.  Əslində,  monqollar  arasındakı  türk  ünsürünün 

əhəmiyyət kəsb etməsi də bu hökmdarla başlayır. Monqolların islamı qəbul 

etmələri və türkləşmələri arasında yaxın bir münasibətin mövcud olduğu gö-

rünür. Hər halda ikisi bir-birinə təsir etmişdir. Olcaytu (1304-1316) zama-

nında  başda  uyğurlar  olmaqla  türklər  mühüm  mövqelərə  yüksəldilər.  Uy-

ğurlardan Sevinc Aka bəylərin başı və Əbu Səidin atabəyi idi. Onun qardaşı 

Öyrünc  də  bir  uyğur  türkməninin  komandanı  və  nüfuzlu  əmirlərindən  biri 

idi. Digər böyük uyğur əmirlərindən biri də nəcabətli bir ailəyə mənsub olan 

Əsən  (İsən)  Qutluğ  idi. Elxani  dövlətinin  süqutundan  sonra  Anadoluda  bir 

dövlət  quran  Ərətnanın  da  uyğur  türkmənlərindən  olduğunu  bunlara  əlavə 

edə  bilərik.  Ərətnanın  böyük  qardaşı  Turumtaz  da  Qazan  və  Olcaytunun 

əmirlərindən idi. Bu hökmdarın dövründəki Əli Quşçu, qardaşları Bayıtmış 

və İlbasmışın, habelə bəzi əmirlərin qıpçaq olduğu bilinir

1

.  


Qazan  xan  islamı  dövlətin  rəsmi  dini  elan  etməklə  bərabər  qövmünün 

keçmişinə və adətlərinə bağlı hökmdar idi. Monqolların tarixini yaxşı bilən 

Pulat  Cinsanqın  danışıqlarını  zövqlə  dinləyirdi.  Qısa  sürən  xanlığı  zamanı 

dövlətini reorqanizə etmək üçün tədbirlər görərkən türklərin və monqolların 

tarixinin yazılmasını da əmr etmişdi. İslam müəllifləri, ümumiyyətlə, mon-

qolları türklərdən bir qövm saymışlar, bəzən də onları türk hesab etmişlər. 

Ehtimal  ki,  bunun  başlıca  səbəbləri  zahiri  bənzərlik  və  monqollar  arasında 

çoxlu türkün olmasıdır. Qazan xanın sarayında da belə bir fikir mövcud idi. 

«Cami ət-təvarix»də bu fikrin tam inikasını görürük. Türk və monqol kitab-

                                                           

1

 Bu haqda təfsilat üçün bax: F. Sümər. Azərbaycanın türkləşməsi tarixinə ümumi bir nəzər, 



Belleten, XXI, № 83, s. 427-447. 


FARUQ SÜMƏR 

150 


 

da  mənşəcə  bir-birindən  ayrılmış  olsalar  da,  türk  adı  altında  eyni  fəsildə 

tədqiq edilmiş, eyni zamanda oğuzların mənşəyinə də geniş yer verilmişdir

1

.  



Əbu Səid Bahadır xanın 1335-ci ildə vəfatından sonra monqolların qüd-

rəti  azaldı.  Bozqırlarda  olduğu  kimi,  monqollar  arasında  qanlı  və  uzun  bir 

mübarizə başlandı. 1277-ci ildə monqollar Anadolunun idarəsini felən əllə-

rinə aldıqdan sonra bu ölkədə xeyli monqol saxlanmışdı. Bu qüvvəyə mər-

kəzdən təyin edilən bir əmir komandanlıq edirdi. İkinci böyük monqol qüv-

vəsi  isə  mərkəzi  Mosul  olan  Diyarbəkir  vilayətində  olurdu.  Bu  qüvvənin 

mühüm  bir  hissəsini  qələbəlik  monqol  oyrat  qolu  meydana  gətirirdi.  Əbu 

Səid Bahadır xanın ölümündən sonra elxani taxtına çıxarılan Arpaqaunu (qı-

saca: Arpa) Diyarbəkir valisi oyrat Əli Padşah tanımadı, Musa adlı bir şah-

zadəni  xan  elan  edərək  Arpaya  hücum  etdi.  Arpa  xan  məğlub  olaraq  öldü-

rüldü, yerinə Musa keçdi, Əli Padşah dövlətə hakim oldu. Ancaq onun döv-

ranı uzun sürmədi. Suldus Çoban bəyin nəvəsi və Dəmir-Daşın oğlu Kiçik 

Şeyx  Həsən  böyük  bir  ordu  ilə  gələrək  iqtidarı  Əli  Padşahın  əlindən  aldı 

(1337-ci il). Beləliklə, İrana Anadoludan ikinci bir elat da gəlmiş oldu. Cə-

layir   şeyx Həsənin  də  qarşısına güclü  bir rəqib  çıxdı. Bu, Olcaytu  və  Əbu 

Səidin bəylərbəyisi məşhur suldus Çoban bəyin nəvəsi və Dəmir-Daşın oğlu 

Kiçik Şeyx Həsən idi. Kiçik Şeyx Həsən Anadoluda olurdu. Şeyx Həsənin 

ortaya çıxması ilə iki böyük və nəsəbli ailə qarşı-qarşıya gəlmişdi. Mübari-

zədə Kiçik Şeyx Həsən qalib gəldi və Böyük Şeyx Həsəni Bağdad ilə kifa-

yətlənməyə  məcbur  etdi  (1339).  Anlaşıldığına  görə,  artıq  İranın  siyasi  mü-

qəddəratına  Anadolu  hakim  olmağa  başlamışdı  ki,  bu,  XVI  əsrə  qədər  da-

vam  etmişdir.  İran  da  Rumeli  kimi  qövmi  baxımdan  Anadolunun  davamı 

halını aldı. Bu hal monqol istilası səbəbilə Anadoluda çoxlu əhali yığılma-

sından irəli gəlirdi.  

Kiçik Şeyx Həsənin ordusunda xeyli miqdarda Anadolu türkməni də var 

idi.  Onun  xələfi  və  qardaşı  Məlik  Əşrəfin  sevimli  əmirlərindən  Bəycəgiz 

Anadolu  türkmənlərindən  olub  Çoban  Salar  oğlu  Hacı  Mehdinin  oğlu  idi. 

Monqolların gəlişi səbəbilə Azərbaycan və Aranda qələbəlik bir halda yaşa-

yan  türkmənlərin  Andoluya  köç  etdikləri  yuxarıda  söylənmişdi.  XIV  əsrin 

ikinci  yarısına  qədər  olan  dövrdə  bu  bölgədə  türkmənlərin  bulunduqlarına 

dair  bu  günədək  heç  bir  qeydə  rastlanmamışdır.  Bununla  bərabər  türkmən-

lərdən bir çox zümrələrin monqol hakimiyyətini qəbul edərək Aran, Muğan 

və  Azərbaycanda,  Şəhrizor-Xilvan-Dinəvər  bölgəsində  (Kürdüstan)  yaşa-

dıqları  qəbul  edilə  bilər.  Monqol  dövründə  Savə  və  Avə  tərəflərində  xalaç 

türklərinin  yaşadıqlarını  bilirik.  Bunlar  orada  varlıqlarını  dövrümüzədək 

mühafizə etmişlər

2

. Savə şəhəri XIV əsrin ortalarına doğru əmir Şeyx Həsən 



Karlığın  əlinə  keçmişdi  ki,  buradakı  karlıq  sözü  deyəsən  eyni  adlı  türk 

                                                           

1

 Bu xüsusda III hissəyə bax. 



2

 Xalaclar haqda bax: F.Köprülü. Xalaç maddəsi, İ.E., V, s. 109-116. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə