OĞUZLAR (TÜRKMƏNLƏR)
147
kimi boylara mənsub oymaqlar da görülür
1
. Buradakı kayı obası Osmanlı
xanədanının öz boylarından
olduğunu bilirdi
2
.
«Şəcəreyi-tərakimə»də
3
Bəlxin qərbindəki Andhoy tərəflərdə yaşayan
Əlieli türkmənlərinin əslən qul, yəni kölə olan bir gəlmə adamın övladından
törədikləri bildirilir. Halbuki XIV əsrin ikinci yarısında Mərv ətrafındakı
Mahanda Əli bəy adlı olduqca qüdrətli bir bəy vardı
4
. Yenə «Şəcəreyi-təra-
kimə»yə görə
5
xızıreli Əlinin qardaşı Xızırdan, qullar oymağı Əlinin digər
qardaşı İkdən (yaxud Əyikdən), qaraivlilər (evlilər) Əlinin başqa bir qarda-
şından - Qaşqadan törəmişlər. Belə olduqda burada adı çəkilən qaraivlilərin
eyniadlı oğuz boyunun qalığı olması düşüncəsi zəifləyir. Doğrudan da, Ana-
doluda bu gün qaraevli adlı bir oymağa rast gəlsək də, onun mənşəyi şübhə-
lidir
6
.
Qaraevlilər «Şəcəreyi-tərakimə»də
7
Amu-Dəryanın sahilində və Acı də-
nizin (Xəzərin) yaxınlığında bərəkətsiz torpaqlarda yaşayırdılar, sayları da
az idi. Hələlik əsərdə Balxandakı dəvəçilər və əski xalq oymaqlarının da
türkmən olmayan şəxslərdən törədikləri bildirilir. Bütün bunlar və bir sıra
digər tarixi dəlillər Xəzərarxası türkmənlərin arasına cağatay, özbək və baş-
qa uluslara mənsub oymaqların, ailələrin, şəxslərin girmiş olduqlarını gös-
tərir. Biz XVI əsrin ikinci yarısında bu türkmənlər arasında cəlayir oymağı-
nın olduğunu bilirik. Bu oymaq monqol mənşəli olub əvvəlcə cağatay ulu-
suna daxil idi. Xəzərarası türkmənlərin başlıca olaraq hansı boylardan törə-
dikləri məsələsinə gəlincə, əhəmiyyətlərinə görə bu boyları sadalaya bilərik:
salur, çavuldur (çavdur-çavundur), iğdır, yazır, eymür (eymir), karkın. Onlar
Balxan və Xorasan bölgələrinə Manqışlaqdan gəlmişlər. Onların arasında
müşahidə edilən daha az əhəmiyyətli boylar isə bayındır, bəydili və kayıdır.
Üç-oxların boz-oxlara nəzərən əhali cəhətdən daha qələbəlik olduğu da bir
fərziyyə kimi irəli sürülə bilər. Bütün səyyahlar türkmənləri Orta Asiyadakı
türk ellərinin ən vuruşqanı kimi qiymətləndirirlər. Bununla birlikdə dövlət
qurmaq bir yana, onlar noqay və kalmıklara belə müqavimət göstərə bilmə-
miş, nifrət bəslədikləri özbəklərə də əsrlər boyu vergi verməyə məcbur ol-
muşlar. Halbuki Anadoludakı türkmən tayfalarından dövlət qurmayanı qal-
mamışdı. Xəzərarxası türkmənlərin siyasi bir birlik meydana gətirə bilmə-
mələri onların oturaq həyata gec keçmələrinə və bu gün parçalanmış vəziy-
yətə düşmələrinə səbəb olmuşdur. İndi onların böyük əksəriyyəti (bir mil-
1
Vamberi. Göstərilən əsər, s. 306; Məsud Keyhan. Tarixi-coğrafiyayi-müfəssəli-İran, 1311
ş., II, s. 102-103; R. R. Arat. Göylən maddəsi, İ. E., IV, s. 809-811.
2
A.Berns. Göstərilən əsər, III, s. 199.
3
Şəcəreyi-tərakimə, s. 75.
4
Barthold. Göstərilən əsər, s. 131.
5
Şəcəreyi-tərakimə, s. 74-76.
6
Qaraevli bəhsinə bax.
7
Şəcəreyi-tərakimə, s. 76.
FARUQ SÜMƏR
148
yona qədəri) Türkmənistan SSR-də
*
yaşayır, bəzi mühüm tayfaları isə İran
və Əfqanıstan dövlətlərinin təbəəsi arasındadır.
Əbülqazinin əsərindən öyrəndiyimizə görə, XVII əsrdə türkmənlərin
əlində bir çox oğuznamələr var idi. Bu oğuznamələrin məzmunu haqda tam
məlumata sahib deyilik, çünki onların heç biri bizə gəlib çatmamışdır. Yal-
nız onu bilirik ki, bu oğuznamələrdə Dədə Qorqud və Salur Qazanla əlaqə-
dar bəhslər var idi
1
. Bu əsərlərə «Cami ət-təvarix»in mənbə olub-olmadığı
xüsusunda qəti bir şey söyləmək mümkün deyil. Oğuznamələr XIV-XVII
əsrlərdə Xarəzmdən Rumeliyə qədər bütün oğuz türklüyünün yaşadığı yer-
lərdə söylənir və oxunurdu. Bu, bütün qərb türklüyündə müştərək bir ənənə
idi. XVII əsrdən etibarən bu oğuznamələrin yerini «Koroğlu» dastanı tutdu.
Koroğlu XVI əsrin ikinci yarısının ortalarında Bolu sancağının Gərədə qə-
zasında buyruğu altındakı bir neçə yüz adamla qaçaqlıq etməyə başlamış bir
igid idi. Anlaşıldığına görə, sonra bu işi Tokat-Sivas arasındakı Çamlıbel-
də
**
davam etdirmiş və ehtimal ki, daha sonra böyük cəlali üsyanında iştirak
etmişdir.
Aşıqlar hələ XVII əsrin başlanğıcında onun igidliklərindən bəhs edən
dastanlar söyləməyə başlamışdılar. Bu dastan Türkiyədən İrana keçərək ora-
dakı türklərin də ən çox sevdikləri dastan olmuşdur. Sonra Koroğlu dastanı
Xəzərarxası türkmənlərə çatmış, onlar da bunu milli dastan kimi mənimsə-
mişlər. Üstəlik, «Fərhad və Şirin», «Tahir və Zöhrə», «Əsli və Kərəm» kimi
xalq hekayələri də İran və Anadolu türklərinin olduğu kimi, onların da se-
vimli hekayələri idi. Beləliklə, məzhəb fərqinə baxmayaraq oğuz elinin üç
ayrı yerdə olan (Anadolu, İran, Xəzərarxası) tayfaları arasında yeni ortaq
mədəniyyət məhsulları meydana gəlmişdir ki, bu, çox diqqətəşayan xüsus-
dur.
Xəzərarxası türkmənlər siyasi bir varlıq göstərə bilməsələr də, Məxdum-
qulu kimi böyük bir şair yetirmişlər. XIX əsrdə Türkiyədəki son türkmən
oymaqlarının da Dadaloğlu, Elbəylioğlu və Gündəşlioğlu kimi tanınmış şa-
irləri olduğunu bilirik. Bu münasibətlə türkmənlərin hər zaman və hər yerdə
daim milli şairlər yetirmiş olduğunu qeyd etmək lazımdır.
2. İRAN
İrana gələn monqolların olduqca gözəl təlim görmüş mükəmməl təşki-
latlı bir ordusu və təcrübəli məmurların başçılıq etdiyi divanı vardı. Bu di-
vanda uyğur yazısı və 12 heyvanlı türk təqvimi işlədilirdi. Uyğur yazısı
İranda monqollardan sonra aradan çıxsa da, türk təqvimindən son əsrlərə
*
Rəqəm 1950-ci illərə aiddir (tərcüməçi).
1
III hissəyə bax.
**
Çam azərbaycanca şam ağacının adıdır (tərcüməçi).