Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə74/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   70   71   72   73   74   75   76   77   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

151 


 

qövmünü  ifadə  edir.  Cəlayir  Sultan  Əhməd  dövrü  əmirlərdən  Pir  Hüseyn 

Karluq adlı

1

 bir əmir də vardır ki, onun əmir Şeyx Həsən Karlığın qohumu 



olması mümkündür.  

Farsa  gəlincə,  burada  salğur  xanədanı  monqolların  hakimiyyətini  qəbul 

edərək öz varlığını 1286-cı ilədək qorumuşdur. Bu bölgədəki türklər (əsasən 

xalaclar və türkmənlər) salğur dövlətinin süqutundan sonra da qövmi varlıq-

larını davam etdirdilər. Yenə monqol dövründə bir türkmən elatı siyasi  bir 

qüvvə  kimi  Kirmanda  yaşayırdı.  Eyni  dövrdə  başda  yazırlar  olmaq  üzrə 

türkmənlərdən  bəzi  oymaqların  da  Xorasanda  yaşadıqları  məlumdur.  XIV 

əsrin ikinci yarısında Aran və Muğanda türkmənlərin (tərakimə) yaşadığını 

görürük

2

.  



Bunların arasında ən varlı türkmənlər Aranda yaşayan çobani türkmən-

ləri idi


3

. Yuxarıda bəhs edilən əmirlər arasındakı mübarizə nəticəsində elxa-

ni  imperiyası  parçalanaraq  bir  sıra  kiçik  dövlətlər  meydana  gəlmişdi.  Bu 

arada türkmən qaraqoyunlu oymağı da tədricən güclənərək Mosul-Ərzurum 

arasındakı  bölgənin  mühüm  bir  hissəsinə  hakim  oldu.  XIV  əsrin  sonlarına 

doğru onlar Naxçıvan, Xoy və digər  yerlər olmaq üzrə İranın üç vilayətini 

ələ  keçirdilər,  aradabir  Təbrizi  də  işğal  etdilər.  Yenə  həmin  dövrdə  daxili 

mübarizələrdə gücləri tükənmiş oyratlar Ərbil ətrafında yurd saldılar. Məh-

mət Saru adlı bir türkmən bəyi də Şəhrizora hakim oldu. Gördüyümüz kimi, 

Şəhrizor bölgəsi səlcuqlu fəthindən bəri həmişə türkmənlərin qələbəlik hal-

da  yaşadıqları  bir  bölgə  idi.  Monqolların  gəlişi  zamanı  (1231)  Şəmsəddin 

Sevinc adlı bir türkmən əmiri Ərbil-Həmədan  yolunu öz nəzarəti altına al-

mışdı. Bu türkmən bəyi qışalova (?) adlı bir oymağa mənsub idi.  

Tabeliyində  xeyli  böyük  bir  icma  olan  Sevinc  Ərbil  əmiri  Gök-Börüyə 

aid  Saru  adlı  bir  qalanı  da  ələ  keçirmişdi.  Sevinc  sonra  627-ci  ildə  (1229/ 

1230) Marağaya yaxın bir yerdəki çox möhkəm Ruindej qalasına da hakim 

oldu. Ancaq özü həmin il mühasirəyə aldığı Marağada bir oxa tuş olaraq öl-

dü. Sevincdən sonra Ruindej qalasını qardaşı oğlu, onun da monqollarla bir 

çarpışmada ölməsindən sonra bacısı oğlu əlində saxlamışdır

4

. Yuxarıda adı 



çəkilən  Məhmət  Sarunun  adı  ilə  eyni  olan  qala  arasında  bir  əlaqə  olub-ol-

madığı  barədə  heç  nə  söyləmək  mümkün  deyil.  Ancaq  Məhmət  Sarunun 

başçılıq etdiyi türkmən oymağının ondan sonra sarulu adlandığını və bu oy-

mağın öz varlığını zəmanəmizədək mühafizə etdiyini bilirik.  

Qaraqoyunlu  bəyi  Qara  Yusif  XV  əsrin  əvvəllərində  Azərbaycanı  tey-

murilərdən və  İraqi-Ərəbi isə cəlayir Sultan Əhməddən aldı. Bunun nəticə-

                                                           

1

 F.Sümər. Azərbaycann türkləşməsi tarixinə ümumi bir nəzər, s. 438-439. 



2

 Hafiz  Əbru.  Zeyli-cami  ət-təvarixi-Rəşidi.  Tehran,  1317  ş.,  s.  190,  245;  Tarixi-şeyx 

Üveys. Y.B. van-Lun nəşri, Lahey, 1954, s. 183. 

3

 Klavixonun  ingiliscə  və  ondan  edilən  türkcə  tərcüməsində  rastlanan  çobanlı  (çobani) 



adının çəpni olduğu (bir şübhə nəticəsində) təsbit olunmuşdur. 

4

 İbn ül-Əsir, XII, s. 229. 




FARUQ SÜMƏR 

152 


 

sində Şərqi Anadolunun hüdud bölgəsində  yaşayan türkmənlərin bir hissəsi 

Azərbaycana gəldi. Gələnlər arasında əsil yurdu Maraş bölgəsi olan ağacəri 

türkmənlərindən bir oymaq da vardı ki, bu oymaq bu gün də İranda öz varlı-

ğını davam etdirir. Qaraqoyunlular sonra öz hakimiyyətlərini Sistana qədər 

genişləndirdilər. Bu nailiyyətləri Qara Yusifin kiçik oğlu və ikinci xələfi Ca-

han şah əldə etmişdir. Cahan şah türkcə şerlər yazmış türk hökmdarlarından 

biridir


1

. Onun Təbrizdə tikdirdiyi Göy məscid bu gün də durur. Qaraqoyun-

lular başda Azərbaycan  olmaqla  İrandakı  türkmən  və  türk oymaqlarının  da 

birləşməsi  hesabına  olduqca  böyük  bir  ulus  halında  idi.  Bu  ulusu  meydana 

gətirən başlıca  boylar  aşağıdakılardır: saadlu,  baharlu,  alpaut,  duharlı,  ağac 

əri,  hacılu,  qaramanlu,  çəkürlü.  Bu  boylar  qaraqoyunlu  dövləti  yıxıldıqdan 

sonra da öz varlıqlarını uzun müddət davam etdirdilər.  

Qaraqoyunlu xanədanına baranlu deyilirdi. Bu adın mənşəyi qəti olaraq 

aydınlaşdırılmamışdır. Eləcə də bu oymağın oğuz boylarından hansına mən-

sub olması da bilinmir. Minorski qaraqoyunluların yıva boyundan olduqları 

fikrindədir

2

. İndiki vəziyyətdə ən tutarlı təxmin, deyəsən, elə budur.  



Qaraqoyunlular öz qövmi xüsusiyyətlərini qorumaq və milli ənənələrinə 

bağlı  qalmaqla  bərabər  dövlət  təşkilatlarını  eynilə  cəlayirlərdən  əxz  etmiş-

dilər. Onlardan sonra İranda hökm sürən digər dövlətlər də ümumiyyətlə bu 

dövlətin təşkilatına bağlı olmuşlar. Qaraqoyunlu ulusunun əsas oymaqların-

dan biri olan baharlu tayfasının mühüm bir qismi Qaraqoyunlu dövləti yıxıl-

dıqdan sonra ağqoyunlulara boyun əyməyərək Xorasana köç etmişdi. Bu oy-

mağın üzvlərindən bir çoxu Hindistana gedib bəhməni xanədanının xidmə-

tinə daxil oldu. Bunlardan Sultanqulu Qolkondada (Dəqqan) 1512-ci ildə is-

tiqlaliyyətini  elan  edərək  kütübşahilər  dövlətini  qurdu.  Kütübşahilər  xanə-

danından Məhəmmədqulu isə Heydərabad şəhərinin əsasını qoydu və höku-

mət  mərkəzini  oraya  nəql  etdi.  Kütübşahilər  dövləti  1098  (1687)-ci  ilədək 

yaşadı.  Bu  xanədanın  üzvləri  idarə  etdikləri  yerlərdə  islamı  qüvvətləndir-

mişlər. Dəqqanın bu gün ən böyük 

 

şəhəri olan Heydərabad şəhərini salmaq-



dan başqa onlar bir sıra ictimai əsərlər də yaratmışlar ki, bu əsərləri bu gün 

də  görmək mümkündür.  Beləliklə, türkmən qövmü islam ölkələrində oyna-

dığı  böyük  tarixi  rolla  bərabər  Hindistanda  da  xatirələr  qoymuşlar.  Yenə 

Hindistandakı  Babur  imperiyasının  böyük  əmirlərindən  bəziləri  (Bayram 

xan və oğlu Əbdürrəhim xan kimi) türkmənlərin baharlu boyundan idilər.  

Qaraqoyunların əzəli rəqibləri ağqoyunlular Diyarbəkir bölgəsində yaşa-

yırdılar. Ağqoyunlu bəylərindən Qara Yölük Osman bəy mərkəzi Amid ol-

maq üzrə bir bəylik qurdu. Nəvəsi Uzun Həsən bəy isə (ölümü: 1478) qara-

qoyunlu Cahan şahı və Xorasan-Türküstan hökmdarı Əbu Səidi məğlub edə-

                                                           

1

 V.Minorski. Cahan şah Qaraqoyunlu və poeziyası (ingiliscə). XVI; 2 (Türkmenika, 9), s. 



20 və ardı. 

2

 Qaraqoyunlu hökmdarları sülaləsi. Köprülü ərmağanı, s. 391-395. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə