Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə69/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   65   66   67   68   69   70   71   72   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

141 


 

bura Məlikül-əşrəf tərəfindən alınmış, lakin yaruqlara deyil, Hələb hökmda-

rı  əl-Əzizin  adamlarına  verilmişdir.  Bundan  sonra  yaruqlar  siyasi  əhəmiy-

yətlərini itirmiş,  Hələbdə  yaşayaraq  onlar  üçün  ayrılmış  iqtalarla keçinmiş-

lər.  

XIII əsrin birinci yarısında Hələb bölgəsində yaşayan türkmənlərə Dudu 



oğlu və Konqur (Kanqar) adlı bəylər rəhbərlik edirdilər. Monqollar Anado-

lunu öz hakimiyyətləri altına aldıqdan sonra Suriyaya qələbəlik bir türkmən 

elatı köçdü ki, aşağıda bu elat haqqında məlumat veriləcəkdir.  

  

11. ANADOLU 



  

Malazgirt  vuruşmasından  keçən  10  il  ərzində  türklər  Adalar  dənizi  və 

Mərmərəyə qədər olan  yerləri fəth etdilər. Ancaq əsrin sonlarında başlayan 

səlib  yürüşləri  səbəbilə  başda  Qərbi  Anadolu  və  Mərmərə  bölgələri  olmaq 

üzrə fəth  etdikləri  yerlərin mühüm bir qismini itirərək Orta Anadoluya çə-

kilmək  məcburiyyətində  qaldılar.  Səlib  yürüşləri  dolayısı  ilə  qüvvətlənən 

Bizans  türkləri  Orta  Anadoludan  da  qovmaq  ümidinə  qapılmışdı.  Ancaq  II 

Qılınc  Arslan  (1155-1192)  1176-cı  ildə  bizanslıları  ağır  bir  məğlubiyyətə 

uğradaraq bu ümidi puç etdi.  

Türklər bu zəfərdən sonra  yavaş-yavaş öz torpaqlarını Bizans hesabına 

genişləndirməyə  başladılar.  1243-cü  il  Kosa-Dağ  məğlubiyyətindən  əvvəl 

türklər şimalda və cənubda dənizə çatmış, qərbdə isə Dənizli və Kütahyaya 

qədər getmişdilər. Cənubda Çuxurovdakı erməni krallığı vergi və əsgər ver-

məyə  məcbur  edilsə  də,  bu  krallıq  səlibçilərin  köməyi  ilə  yenə  Tarsusdan 

Gavur dağlarına qədər uzanan bölgəni əlində tuta bilmişdir.  

Səlcuqlu  ailəsinin  atası  Arslan,  yuxarıda  gördüyümüz  kimi,  oğuzların 

kralı idi. Onun oğlu Qutalmış da oğuzlara arxalanaraq səltənət uğrunda mü-

barizəyə girişmiş, Qutalmışın oğulları Anadoluda fəthlərini onların sayəsin-

də həyata keçirmişlər. Bununla bərabər, xanədanın bu qolu da digərləri kimi 

məmlük sistemini qəbul etdi. Çünki o dövrlərdə hər bir xanədan üçün bu sis-

temi  qəbul  etmək sanki  bir zərurət  idi. Xanədanın  yaşaması və  qüdrəti ona 

bağlı  idi.  Hər  yerdə  önünə  çıxanı  məhv  edən  monqol  qasırğası  bu  sistemi 

tam olaraq tətbiq edən bir dövlət qarşısında dayanmaq məcburiyyətində qal-

dı.  Bununla  bərabər,  Türkiyə  səlcuqlularında  yenə  də  dövlətin  arxalandığı 

əsil hərbi qüvvə xanədanın öz qövmü,  yəni türkmənlər idi. Türkmənlər  bu 

ölkədə  köçərilikdən  əl  çəkərək  oturaq  yaşayışa  keçməyə  başladılar.  Onlar 

daha çox kəndlər salaraq və  ya tərk  edilmiş kəndlərdə sakin olmaq surətilə 

yerləşirdilər.  

Səlcuqlu  ordusuna  enerjili  sipahi  əsgərlərini  də  məhz  onlar  verirdilər. 

Oturaq həyata keçən türkmənlərə bir müddət sonra artıq türkmən deyil, türk 

deməyə başladılar. Köçərilərin sayının həmişə çox olmasına gəlincə, bunun 



FARUQ SÜMƏR 

142 


 

ən  mühüm  səbəbi  Azərbaycan,  Aran  və  Orta  Asiyadan  buraya  arası  kəsil-

mədən davam edən köçlərdir. Bu hal, yəni fasiləsiz köçlər səlib səfərlərinin 

başlanmasından sonra səlcuqlu dövlətinin Anadoluda öz varlığını davam et-

dirməsində,  sonra  isə  Yaxın  Şərqin  ən qüvvətli  dövləti səviyyəsinə  yüksəl-

məsində çox mühüm amil olmuşdur.  

Köçəri türk ünsürü,  yəni türkmənlər bir qayda olaraq hüdudlarda bulu-

nurdu. Bizans hüdudunda yaşayan uc türkmənlərinin şöhrəti Xorasana qədər 

yayılmış və onlar yunanlara qarşı uğurlu döyüşlərilə müsəlman və qeyri-mü-

səlman  müəlliflərin  əsərlərində  bəhs  mövzusu  olmuşlar.  Hətta  uc  (sərhəd, 

hüdud) sözünün mənasını bilməyən müəlliflər bunu onların adı hesab etmiş-

lər.  Monqol  istilası  səbəbilə  axışıb  gələn  çoxsaylı  yeni  ünsürlər  hesabına 

güclənən  uc  türkmənləri  səlcuqlu  dövlətinin  ikinci  dəfə  fəth  edə  bilmədiyi 

Qərbi Anadolu və Mərmərə bölgələrini təkbaşına alaraq burada yerləşmişlər.  

 Şərqi və Cənub-Şərqi Anadolunun hər bir bölgəsi və  ya  yörəsi bir türk 

xanədanının  əlində  idi.  Onların  bir-birinə  qarşı  münasibəti  ümumiyyətlə 

dostcasına  olmuş,  bir-birinin  haqq  və  hüququna  hörmət  etmişlər.  Bu  xanə-

danları özlərindən biri deyil, səlcuqlular və əyyubilər kimi qonşu dövlətlər 

ortadan qaldırmışlar. Bu xanədanlara xas olan ikinci bir xüsusiyyət odur ki, 

onlar öz fəaliyyətlərinin mühüm bir qismini məmləkətlərinin abadlığına sərf 

etmişlər.  Onların  vücuda  gətirdikləri  ictimai  əsərlər  zəmanəmizə  gəlib  çat-

mışdır. Səlcuqlular dövründə  Şərqi və Cənub-Şərqi Anadoludakı türk xanə-

danlarının hakim olduqları bölgənin türkləşdirilməsində nə dərəcədə rol oy-

nadıqları yaxşı bilinmir.  

Həmin  xanədanların  başlıcası  bunlardır:  Ərzurum  bölgəsində  saltuqlar, 

Ərzincan bölgəsində məngücüklər, Axlatda ərmənşahlar, Mardin, Xısn-Key-

fa,  Məyyafariqində  (indiki  Silvan)  artuqlar,  Amiddə  (Diyarbəkir)  İnal 

(Yınal) oğulları, Bitlis-Ərzəndə Toğan Arslan oğulları, Xarputda və Muşda 

Çubuq və oğlu. Bunlardan Artuq oğulları, Toğan Arslan oğulları, İnal oğul-

ları və Çubuğun qəti olaraq türkmən olduqlarını bildiyimiz kimi, saltuqların 

və məngücüklərin də eyni qövmə mənsub olduqları şübhəsizdir.  

Ərmənşahlara gəlincə, bunlar bir türk məmlük sülaləsi idi. Bu türkmən 

xanədanları içində ən məşhurunun artuqlar olduğu məlumdur. Artuqlar Mə-

likşah  dövrünün  böyük  komandanlarından  olan  Artuq  bəydən  başlanır.  Ar-

tuq  bəyin  atası  Əksükün  salar  (komandan)  ünvanını  daşıması  onun  adi  bir 

şəxsiyyət  olmadığını  göstərir.  Artuqlar  ailəsi  türkmənlər  arasında  əlahiddə 

bir mövqe sahibi idi. Artuq bəyin oğullarından Sökmən türk adətinə uyğun 

olaraq  türkmənləri  dəvət  etmək  üçün  onlara  ox  göndərəndə  türkmənlər  bu 

dəvəti böyük bir sevinclə qarşılayırdılar

1

.  



Artuqların  türkmənlər  arasında  əsil-nəcabətli  və  mümtaz  bir  ailə  sayıl-

masında onların Artuq və Əksük bəylərdən əvvəlki başçılarının da xidməti 

                                                           

1

 Oxumaq - dəvət etmək, oxuntu - dəvət hədiyyəsi ifadələri buradan yaranmışdır. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə