Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə67/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   63   64   65   66   67   68   69   70   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

137 


 

Ancaq təəssüf ki,  onlar  barədə  bundan artıq heç  nə  bilmirik. Bu kütlə  haq-

qında verilə biləcək son hökm onun Suriyada olduğu kimi Anadolunun fət-

hində də çox mühüm rol oynamasıdır. Azərbaycana və Arana ilk dövrlərdə 

məlik  ünvanı  ilə  səlcuqlu  şahzadələri  göndərilirdi.  Azərbaycan  Məlikləri 

Toğrul bəydən sonra Alparslanın qardaşı Yaquti, sonra onun oğlu İsmayıl və 

nəvəsi  Qütbəddin  Mövdud  idi.  Qütbəddin  Mövdudun  ölümündən  sonra 

Azərbaycana başqa səlcuqlu şahzadələri göndərilsə də, buranın həqiqi sahib-

ləri səlcuqlu valiləri olmuşlar.  

Sərhəd  rayonu  Arana  gəlincə,  mərkəzi  Gəncə  olan  bu  bölgədə  ilk  za-

manlar Məhəmməd Tapar, sonra isə  oğulları Toğrul  və  Məsud məliklik et-

mişlər. Onlardan sonra bura da məmlük valilər tərəfindən idarə olunmuşdur. 

Bu valilər eyni zamanda Azərbaycanın bir qismini də idarələri altına almış-

dılar. Onlar geniş və zəngin bölgə sahibi, sərhəd valisi olduqları üçün böyük 

ordulara sahib idilər. Bu səbəbdən İraq səlcuqlu dövlətinin ən qüdrətli vali-

ləri onlar idilər və sultanlara hər zaman sözlərini qəbul etdirmiş, hətta onlara 

hökm etmişdilər. Qara Sunqur (ölümü: 535-1140/1141), Çavlı Candar (ölü-

mü: 541-1146) və Eldəniz (571-1175) bu valilərin ən məşhurları idi. Eldəniz 

və oğulları atabəy sifətilə səlcuqlu dövlətinə hakim olmuşdular.  

Azərbaycanda və İrandakı türkmən bəylərinin çoxu iqta sahibi idi. Bun-

lar oraların valilərinə tabe idilər. Gürcülərlə aparılan müharibələrdə həmişə 

iştirak edirdilər. Azərbaycandakı türkmənlər ələlxüsus Ərdəbil, Xoy, Urmi-

ya və Naxçıvan tərəflərdə yaşayırdılar. Sonuncu böyük İraq səlcuqlu hökm-

darı Məsud (1134-1152) Azərbaycanda rast gəldiyi Bəy Arslan adlı çox ya-

raşıqlı bir gənci öz xidmətinə götürərək qısa bir zamanda yüksəltmiş və ona 

xas  bəy  ünvanı  vermişdi.  Xas  bəy  Azərbaycanda  Sərab  və  Ərdəbil  tərəflə-

rində  olan  oğuz  bəylərindən  və  ya  əyanlarından  birinin  oğlu  idi.  Məmlük 

əmirlər hökmdarın xas bəyə göstərdiyi bu rəğbəti həzm edə bilməmiş, onu 

sultanın  yanından uzaqlaşdırmaq üçün hər şeyə əl atmışlarsa da, buna mü-

vəffəq olmamışlar. Xas bəy bütün əmirlərin başçısı, yəni hacib oldu. Sultan 

Məsud 547-ci ildə (1152) öldüyü zaman xas bəy yenə də haciblik mövqeyini 

mühafizə edirdi. Sevimli hökmdarının ölümündən sonra xas bəy Sultan Mə-

sudun qardaşı oğlu Məlikşahı taxta çıxardı. Ancaq o, hökmdarlıq edəcək xa-

rakterdə adam deyildi. Buna görə taxta çıxarmaq üzrə Məhəmmədi dəvət et-

di. Lakin dəvət üçün göndərdiyi adamlar Məhəmmədi xas bəyin öldürülməsi 

xüsusunda dilə tutdular. Xas bəy yaxın dostu Əmir Zəngi Candar ilə birlikdə 

öldürüldü.  Yaxın  dostlarından  olan  Əmir  Şumla  isə  qaçıb  canını  qurtardı

1



Əlimizdəki bir mənbəyə görə, xas bəylə birlikdə öldürülən yaxın dostu əmir 

Zəngi Candar da türkməndir

2

.  


                                                           

1

 İbn ül-Əsir, s. 73. 



2

 ibn Həmdun. Təzkirə. Topqapı sarayı kitabxanası, № 2498, vərəq 180 a. 




FARUQ SÜMƏR 

138 


 

Zəngi Candar bəzi əmirlərlə birləşərək Sultan Məsuda tabe olmayan To-

ğa-Yürək  oğlu  Əbdürrəhmanın

1

 ortadan  qaldırılmasında  mühüm  rol  oyna-



mışdı. Əmir Şumlaya gəlincə, o, əfşardır, ondan ayrıca bəhs ediləcəkdir. Be-

ləliklə, xas bəyin iki yaxın yoldaşının özü kimi türkmən olması hər halda bir 

təsadüf nəticəsi deyil. Bu hal onun məmlük əmirlərə qarşı mübarizə üçün öz 

qövmdaşları olan bəyləri ətrafına yığmaq siyasəti güddüyünü göstərir. Hətta 

xas  bəyin  məlik  Məhəmmədi  Xuzistandan  gətirmək  üçün  göndərdiyi  əmir 

Cəmaləddin  Kafşut  da  başqa  bir mənbənin  verdiyi  məlumata  görə  türkmən 

idi

2

.  Xas  bəyin  öldürülməsində  başlıca  rol  oynayan  Kafşut  Sultan  Məhəm-



mədin  hacibi  (bəylərbəyi)  olmuş  və  özündən  sonra  oğlanları  bir  müddət 

Zəncanı idarə etmişlər.  

Sultan  Məsudun  ölümü  və  bir  il  sonra  Sultan  Səncərin  öz  qövmü  olan 

oğuzlara əsir düşməsi səlcuqlu xanədanının qüdrət və şövkətinin dağılması-

na  səbəb  olmuşdur.  Son  Səlcuqlu  sultanı  Toğrul  586-cı  ildə  (1190)  Qızıl 

Arslan  tərəfindən  yaxalanaraq  Azərbaycanın Beyləqan  yaxınlığındakı Keh-

ran adlı bir qalada həbs edilmişdi. İki il sonra Qızıl Arslanın öldürülməsin-

dən  sonra  Azərbaycandakı  türkmən  bəylərindən  Anasıoğlu  bin  Mahmud 

əmirlərdən  Bədrəddin  Dizmari  ilə  birləşərək  Toğrulu  azad  etdi.  Bədrəddin 

ordu komandanı Anasıoğlu isə əmirbar oldu. Bu iki əmir üç min nəfərlik bir 

ordu hazırlayıb İraqa yürüş etdilər. Qəzvin ətrafında Qızıl Arslanın qardaşı 

oğlu Qutluğ İnanç ilə vuruşdular. Qutluğ İnancın 12 minlik ordusu tar-mar 

oldu, özü isə qaçdı (588-1192). Bu zəfərdən sonra Sultan Toğrul Həmədana 

gəldi  və  təkrarən  səlcuqlu  taxtına  əyləşdi.  Salnaməçi  Ravəndi  Toğrulun  o 

zaman bu rübaini söylədiyini yazır:  

 

  



 

Sanma ki, kimsə mənə kömək etdi,  

Qılınc zəfər qazandı, tale oyanmışdı.  

Qullarımdan vəfanı ancaq  

Anasıoğlu Mahmud və Dizmari göstərdi

3

.  



          

 

Əmir  Anasıoğlu  bin  Mahmud  haqqında  başqa  bir  məlumat  yoxdur. 



Onun  İraqın  oğuz bəylərindən  Anasıoğlunun  soyuna mənsub  olmasına dair 

dəlilimiz də yoxdur.  

Cəlaləddin Xarəzmşah Azərbaycana gələrkən (1225-ci il) Arandakı türk-

mənlərin sayı hədsiz-hesabsız idi. Belə ki, onların çox olduqlarını göstərmək 

                                                           

1

 Yəni Tonqa Ürək. Məlum olduğu kimi tonqa qaplan cinsindən bir heyvanın adıdır. Bu ad 



insanlara  da  verilir  (Atalay,  III,  s. 368;  [Ramiz  Əskər,  III,  s.  319]): Tonqa  Tigin,  Alp  Ər 

Tonqa.  Bu  ad  mətnlərdə  Toğa-Yürək  şəklindədir.  Bu  burada  «nğ»nin  «ğ»  şəklində  tələf-

füzündən başqa bir şey deyil: Tanğrı-tağrı kimi. 

2

 Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 182. 



3

 Rahət  üs-südur,  s.  369,  A.Atəşin  türkcəyə  tərcüməsi.  II,  s.  399;  Rəşidəddin.  Səlcuqlular 

fəsli. A.Atəş nəşri, s. 189; Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 182. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə