Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə66/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   62   63   64   65   66   67   68   69   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

135 


 

ki,  bunların  da  həmin  kütləyə  mənsub  olmaları  ehtimalı  var.  Farsdakı  sal-

ğurlar göstərilən tarixdən bir neçə il sonra bir atabəy dövləti qurdular

1

.  



Əfşarlara gəlincə, onlar da Arslan oğlu Yaqub ilə Şumla ləqəbilə tanın-

mış Güc-Toğan oğlu Aydoğdu və onun oğullarının başçılığı altında bir müd-

dət Xuzistana hakim oldular

2

.  



  

7. KÜRDÜSTAN 

  

Əsasən  Şəhrizor,  Hulvan,  Kirmanşah,  Dinəvər  yörələrindən  ibarət  olan 



bu bölgədə qədimdən bəri qələbəlik türkmən camaatı yaşayırdı. Hulvan və 

ətrafı Məlikşah dövründə məşhur türkmən sərkərdəsi Artuq bəyin iqtası idi. 

495-ci  ildə  (1101)  burada  sal(ğ)urlardan  Qara-Beli  adlı  bir  bəyin  kürd  Ən-

nazoğulları sülaləsindən Söhrab bin Bədr bin Müxəlhili məğlub etməsi nəti-

cəsində  Şəhrizor  və  Dakuk  (Tauk)  istisna  olmaq  üzrə  türkmənlər  bölgənin 

hər tərəfini öz əllərinə keçirmişdilər. Qara-Beli haqqında başqa bir məluma-

tımız yoxdur. Yalnız Bağdaddan Marağaya gedən ana yolda Dinəvər ilə Ma-

rağa arasındakı bir keçid monqol dövrünə qədər onun adını daşımışdır. Şəh-

rizor  şəhəri  də  bir  müddət  sonra  türkmənlərin  hakimiyyəti  altına  keçdi.  Bu 

şəhər  və  Şəhrizor  bölgəsi  525-ci  ildə  (1130)  türkmən  bəylərindən  Arslan-

Taş oğlu Əmir Qıfçağın (Qıpçaq) əlində idi. Əmir Qıfçağın yaxında-uzaqda 

yaşayan bütün türkmənlərin üstündə böyük nüfuzu vardı, hər yandan axışıb 

gələn  türkmənlər  onun  ətrafında  toplaşırdılar.  525-ci  ildə  İraq  səlcuqluları-

nın sultanı Mahmudun ölümündən sonra 526-cı ildə (1131) qardaşı Məsud 

səltənəti ələ keçirmək məqsədilə əsgər toplamaq üçün Əmir Qıfçağın yanına 

gəlmişdi.  Burada 10 min atlı  yığan Məsud  Bağdad üzərinə  hücuma keçdi

3



Daha  əvvəllər  -  516-cı  ilin  sonlarında  (1123)  Abbasi  xəlifəsi  əl-Müstər



Ş

id 


Hillənin  ərəb  əmiri  Dübeys  bin  Sədəqənin  təcavüzlərinin  qarşısını  almaq 

üçün ətrafdakı əmirlərdən kömək istəmiş, buna görə Bitlis əmiri Toğan-Ars-

lan, saltuqoğulları, buğaoğulları, Qıfçaq və qardaşları Bağdada gəlmişdilər. 

Mosul hakimi  Ağ  Sunqur oğlu  İmadəddin  Zəngi  qonşu  əmirləri  itaət  altına 

almadan səlibçilərə qarşı müvəffəqiyyətlə mübarizə apara bilməyəcəyini ba-

şa düşmüşdü. Bu səbəblə 534-cü ildə (1139/1140) Zəngi Şəhrizoru Qıfçağın 

əlindən almış və onu özünə tabe etmişdi

4

. Bununla bərabər Şəhrizor ölkəsin-



də mühüm bir yörə Qıfçağın əlində qalmış və uzun müddət onun adı ilə (vi-

layət ül-Qıfçaqiyyə) adlanmışdı.  

Qıfçağın iki oğlunun adı məlumdur: Məsud və Yaqub. Məsudun Ziyaəd-

din,  Yaqubun  isə  İzzəddin  Həsən  adlı  oğulları  vardı.  Mosulun  şimalındakı 

                                                           

1

 Bu haqda «Salur» bəhsinə bax. 



2

 Xuzistandakı əfşarlar üçün «Əfşar» bəhsinə bax. 

3

 İbn ül-Əsir. Ət-tarix ül-bahir fi dövlət il-atabəgiyyə. Qahirə, 1288, II, s. 60, 64, 138.  



4

 Həmin əsər, s. 57; yenə onun: əl-Kamil, XI, s. 34-35. 




FARUQ SÜMƏR 

136 


 

Malatya  qəsəbəsinin  hakimi  olan  Ziyaəddin  569-cu  ildə  (1173)  Suriya 

hökmdarı  Nurəddin  Mahmudun  xidmətinə  girmişdi.  Səlahəddin  Əyyubi 

585-ci  ildə  (1189)  böyük  əmirlərindən  Farisəddin  Küş-Toğdını  (Güc-Doğ-

du) Şəhrizor bölgəsinə  vali təyin  etdi. Küş-Toğdı Qıfçağın  nəvəsi  İzzəddin 

Həsənin bacısı ilə evli idi. Sultan Küş-Toğdını məhz bu qohumluq dolayısı 

ilə Şəhrizor valiliyinə göndərmişdi

1

. Axırıncı səlcuqlu sultanı Toğrulun ata-



bəy  Qızıl Arslanla arası  dəymişdi  və  onunla mübarizə  edə  bilmək  üçün  İz-

zəddin Həsənin yanına gəlmişdi. İzzəddin Həsən çox gənc olan Sultan Toğ-

rula əlindən gələn köməyi elədi. Toğrul onun bacısı ilə evlənmişdi. İkisi bir-

likdə Azərbaycana  gedib oradakı türkmənlərdən mühüm bir qüvvə toplasa-

lar da, Qızıl Arslanla mübarizədə uğur qazanmadılar

2

.  



İbn  ül-Əsirin  bir  qeydindən

3

 türkmən  qıfçaqoğullarının  XIII  əsrin  ilk 



illərinədək  Şəhrizor  bölgəsində  öz  varlıqlarını  davam  etdirdikləri  anlaşılır. 

Kürdüstan  bölgəsində  qələbəlik  bir  yıva  kütləsi  də  yaşayırdı.  İmadəddin 

Zəngi bu yıvaların bir qismini Yaruq adlı bəylərilə bərabər Şimali Suriyaya 

gətirib  səlibçilərin  qonşuluğunda  yerləşdirmişdi.  Kürdüstan  bölgəsində  qa-

lan  yıvalar  isə  Bərcəm  və  onun  oğullarının  idarəsi  altında  siyasi  bir  qüvvə 

kimi öz varlıqlarını monqol dövrünə qədər qorumuşlar

4

.  


  

8. AZƏRBAYCAN VƏ ARAN 

  

Səlcuqlu fəthindən etibarən bu bölgədə çox qələbəlik sayda oğuz (türk-



mən) kütlələri yaşayırdı. Anadolunu fəth edən və oradakı türklüyü uzun bir 

zaman  bəsləyənlər  xüsusilə  buradakı  oğuz  kütlələri  olmuşdur.  Alparslan 

dövründə bu oğuzlar arasında navəkiyyə adlı mühüm bir kütlə vardı. Bu sö-

zün  mənşəyi  bu  günədək  aydınlaşdırılmamışdır.  Navəkiyyələr  də  oradakı 

oğuzlar  kimi  tez-tez  Bizans  torpaqlarına  hücum  edirdilər.  Alparslanın  qo-

humlarından olan (eyni zamanda kürəkəni) Ər-Barsğanın onunla arası dəydi 

və navəkiyyələrdən bir bölüyü ilə Bizansın himayəsinə keçdi (1069). Bu na-

vəkiyyələr  sonralar  Ər-Barsğandan  ayrılaraq  Suriyaya  endilər  və  orada  öz-

başlarına  fütuhata  girişdilər

5

.  Onların  Azərbaycanda  qalanları  əvvəlki  kimi 



Bizansa  hücumları  davam  etdirirdilər.  Hətta  Qılınc  Arslan  İrandan  Anado-

luya  gedərkən məiyyətində  navəkiyyə  əsgərləri vardı. Qılınc  Arslanın  atası 

və  Türkiyə  səlcuqluları  dövlətinin  banisi  Süleyman  şahın  da  navəkiyyələrə 

mənsubluğu barədə rəvayət bu kütlənin adının əslinə olan marağımızı artırır. 

                                                           

1

 Əbu Şamə. Ər-rövzəteyi fi əxbar id-dövləteyn. Qahirə, 1288, II, s. 60, 64, 138. 



2

 Rəşidəddin. Cami ət-təvarix. A. Atəş nəşri, s. 179, 187; Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 

178-180;  İmadəddin  İsfahani.  Nüsrət  ül-fitrə  (Bundarinin  ixtisarının  türkcə  tərcüməsi),  s. 

268-269; yenə onun: Kitab ül-fəth il-küssi. Karlo Landberq nəşri. Leyden, s. 234-235. 

3

 Bir qədər aşağıya - «Suriya türkmənləri» bəhsinə bax. 



4

 Yıva boyu bəhsinə bax. 

5

 Aşağıya bax. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə