Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə64/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   60   61   62   63   64   65   66   67   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

131 


 

dur. Qorqudun  qızı  xarəzmşah Təkişin  xatunlarından  idi,  oğuzların  bir his-

səsi isə keçməyərək kiçik kütlələr halında Xorasanda qalmışdı

1

.  



Monqolların Mavəraünnəhri istila etmələri nəticəsində oradakı türkmən-

lərin  əksəriyyəti  başda  Mərv  olmaq  üzrə  Xorasana  gəldilər.  Onların  yalnız 

Mərv və Nəsa bölgəsində yaşayanlarının 70 mindən artıq əsgəri olduğu söy-

lənir


2

. Monqollar Xorasanı  qəti olaraq tutduqda oradakı  türkmənlərin çoxu 

nicatı  qərbə  qaçmaqda  tapdı  və  Anadoluya  gəldi.  Osmanlı  xanədanının 

monqol istilası səbəbilə Mərv bölgəsindəki Mahandan türkmənlərlə birlikdə 

Anadoluya gəlməsi haqqındakı rəvayət bu baxımdan tarixi bir qiymət daşı-

yır. Türkiyədə Xorasandan gəlməyin xatirəsi əsrlər boyu unudulmayaraq bu-

günədək  çatmışdır.  Bu  xatirədəki  Xorasan  sözü,  şübhəsiz, 

 

sadəcə  bu  böl-



gəni deyil, eyni zamanda Türküstan və Xarəzmi də ifadə edir.  

  

5. KİRMAN 



  

Kirman  bölgəsində  səlcuqlu  nəslindən  Çağrı  bəyin  oğlu  Kavurd  Qara 

Aslan  bəyin  övladları  hökm  sürürdülər.  Xanədanın  bu  qolu  da  digər  qollar 

kimi başlıca olaraq türk məmlüklərinə istinad edirdi. Oğuzlar gəlməzdən əv-

vəl bu bölgədə qeyd edilməyə dəyər mühüm bir türkmən kütləsi yox idi. Xa-

rəzmşahlar xanədanından Sultan şahın Səraxsı fəth etməsi nəticəsində dağı-

lan oğuzlardan bir  elat 575-ci  ildə (1179) Kirman torpaqlarına ayaq basdı. 

Bu elat 5 min atlıdan ibarət olub yanlarında arvad-uşaqları, davar və araba-

ları vardı, özləri də olduqca yoxsul və yorğun görünürdülər. Sərhəd şəhərlə-

rindən  olan  Kobanı  iki-üç  gün  mühasirəyə  alan  oğuzlar  bu  şəhərlə  Kirman 

bölgəsinin paytaxtı (məlik burada iqamət edirdi) Bərdəsir arasında yerləşən 

Zərənd  şəhərinə  gəldilər. Nə məqsədlə  gəldiklərini öyrənmək  üçün  Kirman 

məliki  Sunqur  adlı  bir  nəfəri  onların  yanına  göndərdi.  Sunqur  oğuzlardan 

Qeysər bəy adlı bir elçi ilə geri qayıtdı. Qeysər bəy gələnlərin 10 min ev ol-

duğunu, hökmdarın yanında xidmət etmək üçün gəldiklərini, 5 min nəfərlik 

digər bir elatın Fars tərəfə getdiyini söylədi. Nəticədə, elatın başında duran 

Bulak  və  Samsamın  hökmdarın  yanına  gəlmələri  və  oğuzlara  iqamət  veril-

məsi  qərara  alındı.  Ancaq  hər  iki  tərəf  bir-birinə  etimad  təlqin  etməmişdi. 

Belə  bir  fikir  hasil  olur  ki,  oğuzlar  iqamət  bəhanəsilə  özlərinin  dağıdılmaq 

istənildiyi qənaətinə varmışdılar. Buna görə də onlar paytaxt Bərdəsirin bir 

qədər cənub-qərbindəki Bagin şəhərinə gəlsələr də, hər hansı bir yağma hə-

rəkətində bulunmadılar. Oğuzların bu hərəkəti itaət etməyəcəkləri kimi təf-

sir edildi və məmləkətdən uzaqlaşdırılmaları üçün Fars hakimi Salğurlu Tig-

lədən yardım xahiş edildi. Ancaq oğuzlar Bagində Kirman-Fars qüvvələrini 

                                                           

1

 İkinci hissədəki «Yazır» boyu fəslinə bax. 



2

 Və tərakimə ki, ədədi mərdi işan əz həftad həzar füzun bud (türkmənlərin sayı 70 min nə-

fərdən artıq idi - tərcüməçi). (Cüveyni. Cahangüşa, 1, s. 125). 



FARUQ SÜMƏR 

132 


 

ağır bir məğlubiyyətə uğratdılar (575-1179). Bu mühüm qalibiyyətə baxma-

yaraq  onlar  paytaxtın  -  Bərdəsirin  üzərinə  getməyərək  cənuba  endilər  və 

Cirufi şəhərini yağmaladılar. O biri il Kirmanda görünməmiş qıtlıq baş verdi. 

İnsanlar it və pişikləri yeməyə başladılar. Ancaq itləri yemək üçün mübarizə 

aparmaq lazım gəlirdi. Bəzən bu çarpışmada itlər qalib gələrək insanları ye-

yirdi.  Həmin  il  oğuzlar  paytaxta  yönəldilər.  Məqsədləri  sülh  bağlamaqdı. 

Onlar Turan şahın onlara padşah olmasını, hətta gəlib oğuzlarla birlikdə ya-

şamağını istəyirdilər. Bu xahiş qəbul olundu, bəylərə xələt geydirildi, hətta 

padşah  Turan  şah  şəhər  önündəki  düzə  enərək  camaat  arasında  göründü. 

Oğuzların Xorasanda olduğu kimi burada da başlarında bir hökmdar görmək 

arzuları səmimi idi. Buna şübhə yoxdur. Ancaq Turan şah zəif 

 

şəxsiyyət idi, 



buna görə də qövmdaşlarını razı salacaq heç nə edə bilmədi, bu işdə dövlət 

adamları da ona kömək etmədilər. Onlar bütün arzularını yerinə yetirən kö-

lələrdən  istifadə  etməyə  alışdıqları  üçün  sərt  xarakterli  oğuzlardan  xoşlan-

mır, hətta onlara nifrət bəsləyirdilər. Bundan dolayı oğuzlar paytaxtdan na-

razı, bəlkə də əsəbi halda getdilər. Oğuzlar padşahın özlərinə başçı olmasını, 

onları  idarə  etməsini  arzulayırdılar.  Oğuzlar  cənub-şərqdəki  Nəsa  və  Nəri-

maşir  tərəflərinə  üz  tutdular.  Əvvəlcə  buralarda  yağmaçılığa  başladılar.  Bu 

arada  Xorasandakı  kimi,  gizlətdikləri  pulların  yerini  öyrənmək  üçün  varlı 

adamların ağzına torpaq doldurmaq şəklində məşhur üsullarını tətbiq edirdi-

lər.  Kirmanlılar  ağızlara  doldurulan  torpağa  «oğuz  qovudu»  adını  vermiş-

dilər

1

. Ancaq bu, müvəqqəti bir hal idi. Çünki onlar Kirmanın Cərmsir deyi-



lən bu cənub-şərq bölgəsini abadlaşdırmağa, torpaqları əkdirməyə başladılar, 

ticarəti  canlandırmaq  üçün  tədbirlər  gördülər.  579-cu  ildə  (1183/1184)  Tu-

ran 

 

şah öz adamlarından Məhəmməd Zafir adlı bir şəxs tərəfindən öldürül-



dü və yerinə Bəhram şah oğlu Məhəmməd şah keçdi. O, Kirman səlcuqlu-

larının son hökmdarıdır.  

 Nişapur mərkəz olmaq üzrə Xorasanın bir qisminə hakim olan Ay-Aba 

oğlu  Toğan  şah  581-ci  ildə  (1185)  ölmüşdü.  Onun  yerinə  oğlu  Səncər  şah 

keçsə  də,  iqtidar  əmirlərdən  Mənli  Təginin  əlində  idi.  Bu  əmirin  ağılsız 

hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar 

olan Sultan 

 

şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gə-



lincə,  o  da  Nişapurdan  çıxaraq  Kirmana  ayaq  basdı  (21  ramazan,  581  -  16 

dekabr,  1185).  Dinarın  adı  Sultan  Səncəri  məğlub  edən  oğuzların  başçısı 

olan bəylərdən biri kimi çəkilir

2

. Bu hesabla həmin dövrdə Dinarın yaşı 50-



                                                           

1

 «Qağut» (qovud) darıdan hazırlanan bir yeməkdir. Hazırlanma üsulu belədir: darı qayna-



dılır,  qurudulur,  sonra  döyülür,  un  kimi  çəkilir,  yağ  və  qəndlə  qarışdırılır.  Beləliklə,  zahı 

qadına verilən yemək olur» (Kaşğari, Atalay, I, s. 406, III, 163; [Ramiz Əskər, I, s. 404, III, 

s. 162]). Qovud bu gün də Anadoluda məşhurdur. Mənim gördüyüm qovud qovrulmuş arpa 

(və ya buğda) ilə armud qurusunun (qax) üyüdülməsindən hazırlanmışdı. Yeyərkən insan az 

qala boğulur. Bu baxımdan bənzətmə yerindədir. 

2

 İbn ül-Əsir, XI, s. 79. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə