Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə60/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   56   57   58   59   60   61   62   63   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

123 


 

SƏNCƏRİ ƏSİR ALAN OĞUZLAR 

  

Bu oğuzlar Xorasana gəlməzdən əvvəl Mavəraünnəhrdə  yaşayırdılar və 



karluqlar kimi qaraxani hökmdarı Məhəmməd Arslan xana (1101-1132) xid-

mət edirdilər. Onların Sır-Dərya boyunda Mavəraünnəhrə enmələri yəqin ki, 

qanlı-qıpçaqların təzyiqi ilə bağlıdır. Bu oğuzlar boz-ox və üç-ox adı ilə iki 

qola ayrılırdılar. Üç-oxların başında Dad bəy ünvanlı İshaq oğlu Tuti (Du-

du),  boz-oxlarınkında  isə  Əbdülhəmid  oğlu  Qorqud  bəy  dururdu.  Oğuzlar 

xidmətində  olduqları  Qaraxani  hökmdarları  ilə  yaxşı  münasibətdə  idilər. 

Ancaq karluqlar sonralar da olduğu kimi üsyan edirdilər.  

       1122-ci  ildə  Çindən  qovulan  xıtaylar  Monqolustana  getmək  əvəzinə 

ürəklərinə yatan türk ölkəsinə gəlib qısa bir müddətdə Balasağun mərkəz ol-

maq üzrə qüdrətli bir dövlət qurmuşdular. İslam salnamələrində onlara qara-

xıtaylar deyilir ki, buradakı «qara» sifəti Çindən qovulduqları və etibarlarını 

itirdikləri səbəbilə verilmiş olmalıdır. Karluqlar bu qara-xıtayların şəxsində 

özlərinə  qüvvətli  bir  hami  tapdılar.  1141-ci  ildə  Səmərqənd  yaxınlığındakı 

Katvan çölündə qara-xıtay hökmdarı ilə Sultan Səncər arasında vuruşma baş 

verdi.  Sultan  Səncərin  ordusunun  ağır  şəkildə  məğlubiyyətə  uğramasında 

qara-xıtay  ordusunda  vuruşan  karluqlar  mühüm  rol  oynadılar.  Bu  vuruşma 

nəticəsində  Mavəraünnəhrdəki  qaraxani  xanədanı  qara-xıtayların  hakimiy-

yəti  altına  girdi,  karluqlar  isə  qara-xıtayların  köməyi  ilə  oğuzları  buradan 

qovdular.  Oğuzlar  Bəlx  və  Xüttəlan  bölgəsinə  gəlib  burada  yurd  saldılar. 

Onların  sayının  40  min  çadıra  yaxın  olduğu  söylənsə  də

1

,  zənnimizcə,  bu, 



olduqca mübaliğəli bir rəqəmdir. Oğuzlar səlcuqlu sultanı Səncər tərəfindən 

dövlət xidmətinə qəbul  olunmayaraq  rəiyyət  (qara camaat) hesab edildilər, 

vergiləri qoyun idi. Bu rəqəm də oğuzların 40 min çadır olmadığını göstərir.  

Yuxarıda dediyimiz kimi, oğuzlar üç-ox və boz-ox adlı iki qola ayrılır-

dılar. Üç-oxların başında Tuti (Dudu), boz-oxların başında isə Qorqud bəy 

dururdu. Tuti bəyin atası İshaqın Dad bəy ünvanını daşıması onun olduqca 

nüfuzlu və məşhur bir 

 

şəxsiyyət olduğunu göstərir. Bu qol bəylərindən son-



ra Dinar, Bəxtiyar, Arslan, Çakır və Mahmud kimi bəylər gəlirdi. Bunlardan 

başqa,  Qorqudun  qardaşı  Məhəmməd,  Səncər,  Böyük  Davud  və  Səlmənçi 

kimi  bəylərin  olduğunu  da  bilirik.  Qaynaqlarda  göstərildiyinə  görə  bəylər 

varlı adamlardı.  

Səncərin Bəlxdəki valisi Kımaç öz hakimiyyəti altındakı bölgədən oğuz-

ların  çıxıb  getməsini  tələb  etdi.  Oğuzlar  onun  tələbinə  məhəl  qoymadılar. 

Kımaçın ani bir hücumu qarşısında qəfil ovlanmamaq üçün bir  yerə  yığış-

dılar, başqa  yerlərdə  yaşayanlar da onlara qoşuldular. Türk-Aslan  Buğa da 

oğuzlara qoşulmuş adamlardan biri idi. Kımaç, şübhəsiz ki, Səncərin razılı-

ğını alaraq bu tələbi irəli sürmüşdü. Bunun səbəbi isə Kımaçın oğuzlardan 

                                                           

1

 Mirxond. Rövzət üs-səfa, IV, s. 113. 




FARUQ SÜMƏR 

124 


 

gördüyü və vəfasızlıq kimi qiymətləndiyi bir hərəkət idi. Həqiqətən, 547-ci 

ildə (1152) gur dövlətinin banisi Əlaəddin Hüseyn Cahansuz Bəlxi mühasi-

rəyə almış, Kımaç isə yanında oğuzlardan bir bölük olduğu halda ona qarşı 

çıxmışdı. Ancaq oğuzlar gurların tərəfinə keçmişdilər. Buna görə şəhər təs-

lim  olmuşdu.  Xoşbəxtlikdən,  Səncər  vaxtında  çataraq  Əlaəddin  Cahansuzu 

məğlub edib əsir almış, vəziyyəti düzəltmişdi. Cüzcaninin

1

 məlumatına görə, 



gur xanədanının məğlubiyyətində isə ordusunun sağ cinahındakı oğuz, türk 

və xalaçların vuruşma zamanı Səncərin tərəfinə keçmələri mühüm səbəb ol-

muşdur.  

Oğuzların bu yaşayış bölgəsindən köçüb getməyi rədd etdikləri üçün Kı-

maç hər halda Səncərdən icazə alaraq 10 min atlı ilə onların üzərinə yürüdü. 

Bunu  eşidən  oğuz  bəyləri  onun  yanına  gedərək  burada  qalmalarına  icazə 

versə, ev başına 200 dirhəm ödəyəcəklərini söyləsələr də, Kımaç buna razı 

olmadı, üstəlik, bəylərlə pis rəftar elədi. Hirslə geri qayıdan bəylər atlandılar 

və  Kımaçın  qabağına  çıxdılar.  Baş  verən  döyüşdə  oğuzlar  parlaq  bir  zəfər 

qazandılar.  Kımaç  və  oğlu  əsir  alınaraq  öldürüldülər

2

.  Bu  hadisədən  sonra 



oğuzlar Bəlx ətrafını yağmaladılar.  

Kımacın məğlubiyyət xəbəri Bəlxə çatanda

3

 Sultan Səncər qələbəlik bir 



ordu toplayaraq (deyilənə görə, 100 minlik) oğuzların üstünə yürüdü. Oğuz-

lar bu dəfə daha böyük təlaşa qapıldılar və Səncərin yanına göndərdikləri el-

çilər  ona  bu  sözləri  çatdırdılar:  «Biz  həmişə  sultanın  sadiq  qulu  olmuşuq. 

Kımaç ocağımıza qəsd elədi, arvad-uşağımız naminə onunla vuruşmaq məc-

buriyyətində qaldıq. 100 min dinar və 100 türk yeniyetməsi

4

 verək, qoy sul-



tan  bizi  bağışlasın»

5

.  Səncər  bəzi  əmirlərin  təsiri  altına  düşərək  oğuzların 



xahişini rədd etdi. Hətta onlara yaxınlaşdığı zaman oğuzlar arvad-uşaqlarını 

qabaqlarına qatıb əfv olunmalarını xahiş etdilər və əvvəlki təkliflərinə əlavə 

olaraq  ev  başına  yeddi  batman  gümüş  verməyi  öhdələrinə  götürdülər

6

. An-



caq əmirlərin israrı ilə Səncər bu təklifi də rədd etdi. Səncər nə etmək istə-

yirdi? Öz qövmünü yer üzündən silmək, onların sərvətlərini, qızlarını-oğlan-

larını  ələ  keçirmək?  Halbuki  bir  il  əvvəl  torpağına  təcavüz  edərək  yağma-

layan  və  Kımaçı  məğlub  edən  gur  hökmdarı  Əlaəddin  Cahansuzu  dustaq 

alarkən ona xələt geydirib öz ölkəsinə geri göndərmişdi.  

Arvad-uşaqları  ilə  yalvarmağın  Sultan  Səncərin  mərhəmət  duyğularına 

təsir etmədiyini görən oğuzların çox zaman olduğu kimi ruhlarındakı qorxu-

                                                           

1

 Cüzcani, I, s. 408. 



2

 İbn ül-Əsir, XI, s. 38, 74, 79-81. 

3

 Mətnlərdə bu söz Kımaç şəklində yazılır. Biz bunun Şəcəreyi-tərakimədəki (s. 80) Kımac 



ilə eyni olduğunu təxmin edirik. 

4

 Ravəndi  yeniyetmə sayını 1.000 göstərir (Rahət üs-südura. Məhəmməd İqbal nəşri.  Ley-



den, 1921, s. 1921, s. 178). Bu rəqəm şübhəlidir. 

5

 Rəşidəddin. Cami ət-təvarix. Zikri-tarixi-ali-Səlcuq, s. 94. 



6

 Buradakı «ev başına» sözü, şübhəsiz, bəylər və ikinci dərəcəli rəislər barədə deyilmişdir. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə