Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə58/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   54   55   56   57   58   59   60   61   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

119 


 

takya hakimi Alp oğlu Yağı Sıyan idi. Onlardan hətta Artuq bəyə də xidməti 

və  dəyəri  ilə  mütənasib  olan  vəzifə  verilməmiş,  nəticədə  o,  Məlik  şah  xid-

mətindən  çıxaraq  Suriya  məliki  Tutuşun  yanında  xidmətə  girmiş  və  son 

günlərini Qüds valisi kimi başa vurmuşdur

1

.  



Ələlxüsus Məlikşah dövründə dövlətə hakim olan iranlı vəzir Nizamül-

mülkün  türkmən  probleminə  büsbütün  biganə  qalmadığı  bilinir.  Nizamül-

mülk  əsərində  dövlətin  ürkmənlərdən  sıxıntı  çəkdiyini  göstərdikdən  sonra 

türkmənlərin sayca çox olduğunu, bu dövlətin ilk illərində çox xidmət etdik-

lərini, zəhmətə qatlandıqları dövlətdə haqları olduqlarını bildirir və buna gö-

rə də hökmdarların qohumlarından və digər türkmən gənclərindən min və ya 

daha  çox  adamın  məmlüklər  kimi  tərbiyə  edilərək  dövlət  xidmətinə  qəbul 

olunmalarını tövsiyə edir. Beləliklə, onların dövlətə qarşı duyduqları nifrətin 

ortadan qalxacağını, lazım gəldikdə 5-10 min adamlıq bir qüvvə ilə istənilən 

işin  öhdəsindən  gələcəklərini  və  dövlətin  nemətlərindən  faydalanacaqlarını 

yazır

2

. Ancaq iranlı vəzirin bu çox ağıllı tədbiri heç vaxt tətbiq edilməmişdir. 



M.H.Yınanc

3

 Nizamülmülkü türkmənləri imperiyanın ən fəsadçı ünsürü sa-



yıb, onların bəylərini iş başından uzaqlaşdırmaqda ittiham edir.  

Səlcuqluların  oğuz  olmayan  karluq,  qıpçaq  kimi  digər  türk  qövmlərinə 

mənsub  məmlüklər,  yəni  qullardan  ibarət  seçmə  ordularının  nə  qədər  qüv-

vətli və dövlətə necə hakim olduğunu Məlikşahın ölümündən sonrakı hadi-

sələr açıqca göstərir. Hələ Məlikşah zamanında seçmə ordudakı 7 min ermə-

ni məmlük əsgəri Nizamulmülkün etirazına baxmayaraq ordudan qovulmuş-

du  ki,  bunun  türk  məmlük  əsgərinin  əməli  olduğuna  şübhə  yoxdur.  Türk-

mənlər  də  daxil  olmaq  üzrə  bütün  qövmi  zümrələrin  paxıllığını  çəkən  və 

onları xor görən bu türk məmlük əsgəri osmanlılardakı yeniçərilər kimi qüv-

vətli bir həmrəylik şüuruna və bunun verdiyi hədsiz qürura sahib idilər

4

.  


Türk məmlük əmirlərinin də sultanlar kimi özlərinə tabe böyük miqdar-

da əsgəri qüvvələri vardı. Bu əmirlər atabəyləri olduqları səlcuqlu şahzadə-

ləri adından hərəkət edirmiş kimi görünərək hakimiyyəti ələ keçirmək üçün 

tez-tez meydana atılırdılar. Hətta hələ Məlikşahın ölümündən sonra səltənət 

mübarizələri  zamanı  Məlikşahın  çox  sevdiyi  əmirlərindən  biri  olan  Bilgə 

bəy ünvanlı Önür vəzir Nizamülmülkün oğullarından birinin təşviqi ilə İsfa-

handa özünü şah elan etmişdi.  

Məmlük  sistemi  yalnız  İran  səlcuqlularında  deyil,  Anadolu  səlcuqlu-

larında,  çox  qısa  davam  edən  Suriya  səlcuqlularında  da  qəbul  edilmişdi. 

Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər. 

                                                           

1

 Artuq haqqında: Əli  Sevim.  Artuqluların soyu  və  Artuq bəyin siyasi  fəaliyyəti. Belleten, 



XXVI, s. 101. 

2

 Siyasətnamə. Xalxali nəşri, 1311, s. 73. 



3

 Türkiyə tarixi. Anadolunun fəthi, s. 99. 

4

 M.H.Yınancın  Osmanlı  dövlət  adamlarının  əksəriyyətinin  döşürmələrdən  çıxdığı  sözü 



(Anadolunun fəthi, s. 92), şübhəsiz, çox mübaliğəlidir. 


FARUQ SÜMƏR 

120 


 

Suriyada  zəngiləri  əvəz  edən  kürd  mənşəli  Əyyubilər  də  bu  sistemi  davam 

etdirmişlər.  Əyyubilərin  məmlükləri  1250-ci  ildə  ağalarının  hakimiyyətinə 

son qoyaraq əvvəlcə Misirdə, sonra isə Suriyada öz ökmranlıqlarını qurdular. 

Qəznəvilərin  yerinə  keçən  gurların  da  seçmə  ordularının  türklərdən  ibarət 

olduğu məlumdur.  

Gur  xanədanına  mənsub  türk  məmlükləri  isə  Hindistanda  bir  məmlük 

sultanlığı yaratdılar. Hətta Mavəraünnəhrdəki qaraxani xanədanı belə bu sis-

temi  mənimsəmişdir.  Məsələn,  Sultan  Səncərin  müasirlərindən  Əhməd  xa-

nın 12 min türk məmlükü olduğunu bilirik. Bu misallardan belə çıxır ki, xa-

nədanlar varlıqlarını əmniyyət altına almaq və hakimiyyətlərini davam etdi-

rə  bilmək  üçün  bu  sistemi  qəbul  etmək  məcburiyyətində  idilər.  Bu  sistem 

qarşısında hərbi qəbilə sisteminin müvəffətiyyət qazanması asan iş deyildi.  

İslam xanədanlarının öz seçmə ordularını türk məmlüklərindən təşkil et-

mələri məsələlərinə gəlincə, bu, məmlükləri asanlıqla toplaya bilməkdən de-

yil,  onların  hərb  sənətinin  vacib  qıldığı  xüsusiyyətlərə  malik  olmalarından 

doğurdu.  Məsələn,  Misirdə  ən  yüksək  muzdla  tutulan  məmlüklərin  türklər 

olduğu məlumdur. Türklər mahir minicilər olub at üstündə ustalıqla ox atır, 

nizə işlədirdilər, bundan başqa, iqlim şərtlərinə dözümlü, intizamlı, cəsur və 

soyuqqanlı insanlar idilər. Yeganə qüsur kimi gecə döyüşlərində bəzi qövm-

lərə nisbətən daha bacarıqsız olduqları söylənilir.  

Hansı xanədana xidmət etməsindən asılı olmayaraq türk məmlük əsgəri-

nin qövmi şüurdan məhrum olmadığına dair əlimizdə çoxlu dəlil vardı. Əsa-

sən yad ellərdə - ərəb və əcəmlər arasında yaşamaları onlardakı qövmi şüuru 

qüvvətləndirdi. Fatimi xəlifəsi Misirdəki türk əsgərlərinin çıxmasını Nurəd-

din Mahmuddan xahiş edəndə bu hökmdar ona firənglərin nizələrinə ancaq 

türklərin  oxları  qarşı  dura  bilər,  firənglər  yalnız  türklərdən  qorxurlar  deyə 

cavab vermişdi. Məmlük sistemi xüsusilə İran və Suriyada türkmənləri yük-

sək dövlət xidmətlərindən məhrum etmişsə də, əvəzində onların ərəblər kimi 

tənəzzülə uğramalarının qarşısını almışdır.  

Bütün  bunlarla  bərabər  türkmənlər  büsbütün  təcrid  olunmuş  deyildilər. 

Əslində, qələbəlik və vuruşqan olan bu qövmə qarşı hər hansı bir şəkildə hə-

rəkətdə  bulunmaq  imkan  xaricində  idi.  Bu  səbəbdən  türkmənlər  hər  yerdə, 

hətta Mavəraünnəhrdə belə dövlətlərin hərbi birləşmələri arasında yer tutdu-

lar, göytürk dövlətində olduğu kimi Anadoluda, İranda və Suriyada dövlətin 

əsaslandığı ikinci mühüm bir ünsür, bitməz-tükənməz ehtiyat qüvvə rolunu 

oynadılar, ərəblərin, kürdlərin və digər xalqların baş qaldırmasına mane ol-

dular.  


Türkmənlər  Yaxın  Şərqdə  əsasən  hüdud  bölgülərində  yurd  salmışdılar. 

Bundan  həm  özləri,  həm  də  tabe  olduqları  sülalələr  razı  idi.  Onlar  düşmən 

ölkələrə axınlar (hücumlar) etmək və oralardan gələn təhlükələri dəf eləmək 

surətilə  bağlı  olduqları  xanədanlara  xidmətdə  bulunur,  özləri  üçün  də  «do-




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə