Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə79/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   75   76   77   78   79   80   81   82   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

161 


 

sın təqribən 80 kilometr şərqində yerləşən Kosadağda baş verən vuruşmada 

səlcuqlu  ordusu  özündən  sayca  az  olan  monqol  ordusuna  xəcil  bir  şəkildə 

məğlub oldu. Bu məğlubiyyət nəticəsində səlcuqlu dövləti monqolların tabe-

liyinə  keçdi  və  bir  salnaməçinin  ifadəsilə  «çöküntü,  düşkünlük  və  fəryad 

dövrü başladı».  

Səlcuqlu  taxtında  oturan  hökmdarların  ləyaqətsizlikləri  və  xeyli  hissəsi 

iranlı və  ya onların övladları olan dövlət  adamlarının heç bir əxlaqi qayda 

tanımayan  ehtirasları  üzündən  monqol  zülmü  getdikcə  ağırlaşmış  və  mon-

qollar  1277-ci  ildə  Türkiyənin  idarəsini  felən  əllərinə  almışdılar.  Bu  tarix-

dən sonra  səlcuqlu sultanları  monqol xanlarının adicə vassaları  vəziyyətinə 

düşmüş və getdikcə öz əhəmiyyətlərini itirmişlər. Son səlcuqlu sultanı II Qi-

yasəddin  Məsudun  1308-ci  ildə  Kayseridəki  ölümü ölkədə  heç  bir  həyəcan 

yaratmadı. Səlcuqlu hökmdarları öz hakimiyyətləri üçün olduğu qədər mon-

qollara qarşı da ən mühüm qüvvə olan türkmənləri ətraflarına yığmaq bəsi-

rətini göstərmədilər. Əksinə, onlarla mübarizəyə başladılar ki, bu da getdik-

cə  monqolların  hakimiyyətinin  qüvvətlənməsinə,  özlərinin  hakimiyyətinin 

zəifləməsinə gətirib çıxardı.  

Anadoluda monqollara qarşı mübarizə edən yeganə ünsür türk köçəri ic-

maları,  yəni  türkmənlər  idi.  Daha  əvvəl  də  göstərdiyimiz  kimi,  türkmənlər 

torpağa  bağlanıb  oturaq  həyata  keçincə  onlara  türkmən  deyilmir,  türk  adı 

verilirdi. Şəhərlərdə XIII əsrin birinci yarısına qədər xeyli xristian əhali var-

dı. Onlar əsrin ikinci yarısından etibarən əhəmiyyətlərini itirməyə başlamış 

və XIV əsrin birinci yarısında şəhərlərdə də azlıq vəziyyətinə düşmüşdülər.  

Səlcuqlu  hökmdarları,  yaxud  onların  adından  iqtidarı  əllərində  tutanlar 

köçəri ünsürlə oturaq ünsürü birləşdirib monqollara qarşı bir müdafiə qüv-

vəsi  yaratmadılar.  Əksinə,  türkmənlərə  qarşı  mübarizədə  monqollara  arxa-

landılar.  Baba  İshaq  üsyanı  türkmənlərin  dövlət  idarəsindən  əsla  məmnun 

olmadıqlarını açıqca ortaya qoymuşdur. Yoxsul vəziyyətdə olduqları anlaşı-

lan  bu  türkmənlər,  həmişə  göründüyü  kimi,  hər  halda  vergi  məmurlarının 

haqsız və insafsız rəftarına məruz qalmışlar. Səlcuqlu sultanları monqol ha-

kimiyyətinə tabe olduqdan sonra büsbütün itaətsizlik göstərmiş, ancaq mon-

qollara da boyun əyməmişlər. XIII əsrin ikinci  yarısından etibarən səlcuqlu 

sultanları onları itaət altına alacaq gücə sahib deyildilər. Buna görə ilk elxa-

ni hökmdarı Hülakü xan (1256-1265) Anadoludakı monqol komandanlarına 

türkmənləri cəzalandırmaq buyruğunu vermişdi

1



 Monqollar  Sivas  və  Kayseri  bölgəsindəki  türkmənlərə  və  ağac  ərlərə 



hücum  etdilər.  Monqollar  türkmənlərin  çoxunu  öldürərək  ağac  ərlərə  ağır 

zərbə endirsələr də onların çoxu cənuba enərək məmlük torpaqlarına pənah 

                                                           

1

 K.Kahen. Bizans. Rum türkləri ilə əlaqədar bir neçə tarixi mətn, XIV, s. 131-139; F. Sü-



mər. Ağac ərilər, s. 524. 


FARUQ SÜMƏR 

162 


 

apardı


1

.  İbn  Şəddad

2

 Sultan  Baybars  zamanında  (1260-1277)  40.000  evdən 



artıq  türkmənin  gəldiyini,  onlara  Qəzzədən  Antakya  və  Sisədək  (bugünkü 

Kozan)  olan  hüdud  bölgəsində  yurd  verildiyini,  bəylərin  çoxuna  səlibçilər-

dən alınmiş yerlərdə iqta verildiyini söyləyir. Gerçəkdən, heç vaxt Suriyada 

məmlük  dövründə  olduğu  qədər  türkmən  toplanmamışdı.  Təəssüf  ki,  türk-

mənlərin  çoxu  bu  ölkədə  daimi  yaşamır,  yazda  Anadoluya  çıxaraq  Maraş 

bölgəsində, Uzun yaylada və Sivasın cənub tərəflərində yaşayırdı. Bu türk-

mənlərdən  aşağıda  yenidən  bəhs  etmək  şərtilə  indi  təkrar  Anadoluya  qayı-

daq.  


Monqollar  türkmənləri  nə  qədər  məğlub  etsələr  də,  sıldırım  yerlərdə 

yurd  salmış  türkmənlərin  fəaliyyətinə  heç  cür  son  qoya  bilmirdilər.  Türk-

mən bəylərindən  Şəmsəddin  Məhməd  bəy  1277-ci  ildən  əvvəl Ərzincan  və 

Bayburt  ətrafını  öz  hakimiyyəti  altına  almış  və  Trabzon  dağlarını  özünə 

məskən  etmişdi.  Bu  türkmən  bəyinin  Sinopdan  Antəpədək  uzanan  bölgədə 

geniş  ölçüdə  yağma  və  təxriblərdə  bulunduğu  bildirilir.  Monqollar  bir  bas-

qın ilə Məhməd bəyi məğlub etmiş, ancaq bu dəfə özləri eyni əmələ (yağ-

ma)  qurşanmışlar.  Nəhayət,  Əbaqa  cəlayir  Tokuyu  türkmənlərin  üzərinə 

göndərdi. O, türkmənləri cəzalandırdı

3

.   



İqtidarı əlində tutan Müiniddin Pərvanə başda olmaqla səlcuqlu dövləti 

əyanlarının  dəvətilə  Misir-Suriya  türk  məmlük  hökmdarı  Baybars  1277-ci 

ildə Anadoluya  yürüş  etdi və  Əlbistan ovasında  həmən  Toku  və  Tudaunun 

komandanlığındakı monqol ordusunu ağır bir məğlubiyyətə uğratdı. Məşhur 

cəlayir İlgəy Moyonun oğlu olan Toku ilə suldus Sodun Noyonun oğlu Tu-

daun  vuruşmada  öldülər.  Baybars  Kayseriyə  gəldi,  ancaq  onu  dəvət  edən 

Pərvanə və digər dövlət adamları onunla əməkdaşlıq etməyərək Tokata qaç-

dılar.  Baybars  belə  bir  hərəkəti  gözləmirdi.  Əlindən  heç  bir  şey  gəlməyən 

camaat  və  türkmənlər  ona  tərəfdar  oldular.  Bu  türkmənlərin  başında  Qara-

man  oğulları  gəlirdi.  Onlar  Ərmənək  ətrafında  yurd  salmışdılar.  Onların 

monqol  istilası  zamanı  Arandan  əvvəlcə  Sivas  tərəflərə  gəlmələri  və  orada 

Baba İshaq üsyanında iştirak etdikdən sonra Ərmənək ətrafına köçmələri eh-

timal olunur. Ailəyə adını vermiş olan Nurəddin Sufi (Sofu) oğlu Qaraman 

İç-el  bölgəsindəki  ermənilər  ilə  mübarizə  aparmış  və  Aksarayiyə  görə

4



                                                           



1

 Göstərilən yerlər. 

22

 Baybars tarixi. İ.Yaltkayanın türkcəyə tərcüməsi. İstanbul, 1941, s. 155, 171. 



3

 Müqatəbati-Rəşidi. Məhəmməd Şəfi nəşri. Lahor, 1945, XLVI məktub, s. 273-278. Mək-

tub  Müiniddin  Pərvanə  tərəfindən  yazılmışdır.  Məktubların  naşiri  rəhmətlik  Məhəmməd 

Şəfi məktubda adı çəkilən Şəmsəddin Məhməd bəyin Qaraman oğlu olduğunu söyləsə də, 

məktubdakı yer adları belə bir hökmə imkan verməməkdədir. 

4

 Müsamərət ül-əxbar. Osman Turan nəşri. Ankara, 1944, s. 71. Çağdaş bir erməni qaynağı-



na görə Qaraman ermənilərlə vuruşmalarının birində yaralanmış, çox keçmədən həmin ya-

ralardan ölmüşdür (XIII əsr Kiçik Asiya türkmənlərinin tarixinə dair qeydlər, Y.A. 1951, s. 

334). 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə