OĞUZLAR (TÜRKMƏNLƏR)
11
ÖN SÖZ
XI əsrdən etibarən həm də türkmən adlandırılan oğuzların Türkiyə türk-
ləri ilə Azərbaycan, İraq və Türkmənistan türklərinin əcdadları olduqlarını
bilirik. Səlcuqlu və Osmanlı xanədanlarının da onlardan çıxdığını xatırlasaq,
oğuzların dünya tarixində çox mühüm rol oynamış bir türk qövmü olduğu
ortaya çıxar.
Oğuzlar Sır-Dərya sahillərində və onun şimalındakı bozqırlarda məskun
olduqları vaxt onların ancaq bir qismi şəhərlərdə yaşayırdı. Savaşla məşğul
olmadıqları və özlərini şəhər həyatının labüd qıldığı işlərə həsr etdikləri
üçün oğuzların köçəri eldaşları onlara istehza ilə «yatuq», yəni «tənbəl» adı
vermişdilər. Əslində, köçəri oğuzlar oturaq eldaşlarına istehza etməkdə öz
anlayışları baxımından haqlı idilər. Çünki səlcuqlu imperiyasını oturaq
oğuzlar deyil, məhz onlar yaratmışdılar. Ancaq köçəri oğuzlar da 1071-ci il
Malazgird zəfəri ilə Anadolunu fəth edərək bu ölkədə oturaq həyata keçmə-
yə başladılar. XIII əsrdə onların mühüm bir qisminin artıq şəhər və kəndlər-
də yaşadığı müşahidə edilir.
Bununla bərabər, həmin əsrdə Anadoluda çoxunu yeni gələnlərin, yəni
monqol istilasından qaçanların təşkil etdiyi böyük miqdarda köçəri türk ün-
sürü də vardı. Səlcuqlu dövləti bir daha qurtula bilməyəcəyi şəkildə monqol
hakimiyyəti altına girdikdə oğuzların deyimi ilə «yatuqlar», yəni oturaq türk
xalqı özünü taleyin hökmünə buraxdığı halda, köçəri türk ünsürü, yəni türk-
mənlər monqollara qarşı mübarizədən əl çəkmədilər. Nəticədə, köçəri türk
ünsürü olan türkmənlər əvvəlcə Türkiyədə, sonra isə buradan gedərək İran-
da siyasi hakimiyyəti ələ keçirdilər. Beləliklə, onlar Türkiyə tarixinin ikinci
dövrünün - bəyliklər dövrünün yaradıcıları olmaqla birlikdə İranda da XX
əsrədək türk hakimiyyətini davam etdirdilər. Türkiyə tarixinin üçüncü döv-
rünü açan osmanlı xanədanına gəlincə, onun da köçəri türk ünsürünə mən-
sub olduğu məlumdur. Digər tərəfdən, osmanlı xanədanının həm Mərmərə
ətrafının fəthində, həm də Rumelinin ələ keçirilməsində mənsub olduğu kö-
çəri ünsürdən geniş ölçüdə istifadə etdiyi də faktdır. Ancaq XVI əsrin ikinci
yarısından etibarən Türkiyədə köçəri ünsür keçmişdəkinə nisbətən öz siyasi
əhəmiyyətini xeyli itirmişdi. Bu, başlıca olaraq, oturaq həyata keçmək və
FARUQ SÜMƏR
12
İrana köçmək nəticəsində köçərilərin sayının azalması, osmanlı hərbi təşki-
latının qüdrəti və «dəlikli dəmirin» kəşfi kimi amillərlə bağlıdır. Buna görə
də Anadoludakı türk oymaqlarının osmanlı dövründəki rolu daha çox icti-
mai tariximiz baxımından əhəmiyyətlidir. Doğrudan da, onlar XVI əsrin
sonlarından etibarən müxtəlif səbəblər üzündən ara-sıra oturaq türk xalqının
bağrında yaranan geniş boşluqları dolduraraq ona daima güc və həyatilik qa-
zandırmışlar. Bununla birlikdə, onu da qeyd etmək yerinə düşərdi ki, türk
oymaqları lap son əsrlərdə belə öz siyasi əhəmiyyətlərini tamamilə itirmə-
mişdilər. Məsələn, XVIII əsrdə Anadoluda meydana çıxan ailələrindən baş-
da ən böyüyü çapanoğulları (çaparoğulları) olmaq üzrə bir çoxlarının yenə
köçəri türk ünsürünə mənsub olduqlarını bilirik.
Bu qısaca izahat köçəri türk ünsürünün milli tariximizdə nə qədər mü-
hüm bir yeri olduğunu göstərir. Bunu bir cümlə ilə ifadə etməyə çalışsaq,
deyə bilərik ki, köçəri türk ünsürü Yaxın Şərqdə oğuzların səlcuqlulardan
sonra da siyasi hakimiyyətlərini davam etdirmələrində başlıca rol oynadığı
kimi, osmanlı dövründə də Anadoludakı oturaq türk cəmiyyətinin öz varlığı-
nı qorumasında çox mühüm bir amil olmuşdur.
Bundan 20 il əvvəl oğuzları və onların köçəriliyi davam etdirən nəsillə-
rini öyrənməyə girişməyimiz etnoqrafik bir maraqdan deyil, onların milli ta-
riximizdəki bu mühüm mövqeyindən irəli gəlmişdir. Bu mövzunun Qərb
şərqşünaslıq aləmində olduğu kimi bizdə də uzun müddət heyrət ediləcək
dərəcədə unudulduğu həqiqətdir. Bu səbəblə ziyalılarımız milli tariximizin
başlıca nöqtələri üzərində belə doğru və aydın məlumata sahib olmamışlar.
Hətta bu gün türk, oğuz, türkmən, yörük, səlcuqlu, osmanlı, qaraqoyunlu,
uyğur, özbək adlarının dəlalət etdiyi mənaları yaxşı dərk etməmiş tarix mü-
əllimlərinin olduğunu söyləsək, bu acı gerçəyi daha açıq şəkildə ifadə etmiş
olarıq.
Əsər qısa bir giriş və üç hissədən ibarətdir. Birinci hissədə oğuzların qə-
dim tarixi və səlcuqlu imperiyasını qurmaları gözdən keçirildikdən sonra
imperiyanın yaranması nəticəsində müxtəlif ölkələrə dağılmış köçəri türk
ünsürünun həyatı son əsrlərə qədər ayrı-ayrılıqda araşdırılmışdır. Yəni bura-
da göytürklər dövründəki doqquzoğuzların tarixi qeyd edildiyi kimi, Dadal-
oğlunun türkmənlərindən də bəhs olunmuşdur.
İkinci hissədə oğuzların boy təşkilatı və oğuz boyları, üçüncü hissədə isə
oğuzların milli dastanları (Dədə Qorqud dastanları) tədqiq edilmişdir. Həm
oğuz boyları, həm də Dədə Qorqud dastanları fəsilləri əsərin planına uyğun
olaraq yenidən yazılmışdır. Bundan başqa, əsərin sonuna XVI əsrdə Anado-
ludakı oğuz boylarına aid yer adlarını göstərən bir cədvəl də əlavə edilmiş-
dir. Bu cədvəlin bəzi məsələlər üzərindəki çalışmalarımızda bizə çox fayda
verəcəyi şübhəsizdir. Şübhəsiz ki, mövzusuna görə əsərə mütəxəssislərdən
başqa ziyalılar və xalq da maraq göstərəcəkdir. Bu cəhət nəzərə alınaraq