Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix31.12.2021
ölçüsü0,94 Mb.
#81719
  1   2   3   4   5   6   7   8   9   ...   37
Baza Modulu oyrenme usullarina yiyelenme, CTM İmtahan


 

 



 

 

 

 

 

 

 

 

 

 

Ölkəmizin turizm imkanları 

 

 



 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ölkəmizin turizm imkanları 

Respublika Uşaq Kitabxanaları 

üçün tövsiyə biblioqrafiyası 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2019 

 

 

 



 

 



Tərtibçilər:  

Nazilə Tahirova, 

Əməkdar mədəniyyət işçisi 

 

 

 

 

Redaktoru və 

Şəhla Qəmbərova

buraxılışa məsul: 

Əməkdar mədəniyyət işçisi

 

 

 

 

 

 

Ölkəmizin  turizm  imkanları:

 

tövsiyə  biblioqrafiyası 

/tərt. ed. N.Tahirova, Z.Səfərova,  Z.Məmmədov;  red. və  bur. məs. 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2019.-31 s.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2019 

 

 

 




 

Tərtibçidən 

Müasir  dünyada  turizm  hər  bir  ölkə  üçün  iqtisadiyyatın  ən 

dinamik inkişaf edən sahələrindən biri sayılır. Turizm artıq bütün 

dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən 

iqtisadi  sektora  çevrilib.  Turizm  sektorunun  davamlı  olaraq 

inkişaf  etməsi  və  genişlənməsi  bu  sektoru  sosial-iqtisadi 

tərəqqidə  əsas  aparıcı  qüvvəyə  çevirib.  Bu,  özünü  yeni  iş 

yerlərinin 

yaradılması,  turizmlə  bağlı  müəssisələrin  və 

infrastrukturun qurulmasında göstərir. 

Avropa  ilə  Asiya  arasında  yerləşən  və  qədim  adət-ənənələri 

özündə  birləşdirən  Azərbaycan  bu  gün  bütün  dünyanı  sürətli 

inkişafı  ilə  heyran  edir.  Azərbaycan  dövlət  müstəqilliyini  bərpa 

etdikdən sonra, bütün  sahələrdə  olduğu kimi,  turizmin inkişafına 

da  xüsusi  diqqət  ayrılıb.  Ötən  əsrin  90-cı  illərinin  sonunda 

turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb 

ki,  bu  da  tarixən  neft  ölkəsi  kimi  tanınan  Azərbaycanda  turizm 

sektorunda  müsbət  dəyişikliklərlə  müşahidə  olunub.  Ölkəmizdə 

tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin 

müxtəlif  növlərinin  inkişaf  etdirilməsi,  müasir  turizm 

infrastrukturunun  yaradılması  sahəsində  məqsədyönlü  işlər 

görülür. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən 

işlər,  aparılan  islahatlar,  qəbul  edilən  dövlət  proqramları, 

normativ-hüquqi  bazanın  təkmilləşdirilməsi  dövlətin  bu  sahəyə 

diqqətini bir daha sübut edir.  

Son  illər  Azərbaycanda  turizmin  dövlət  səviyyəsində 

dəstəklənməsi  və  təşviqi  üçün  böyük  işlər  görülüb.  “2010-2014-

cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı”nın 

imzalanması ilə inkişafın yeni konturları müəyyən edildi. 2011-ci 

ilin  “Turizm  ili”  elan  edilməsi  bir  daha  sübut  etdi  ki, 

Azərbaycanda turizmin inkişafı birbaşa ölkə rəhbərliyi tərəfindən 

dəstəklənir.  Bununla  digər  dövlət  qurumlarının  və  ictimaiyyətin 

də  diqqəti  bu  sahəyə  yönəldi.  Bu  baxımdan  “Turizm  ili” 

ölkəmizdə bu sahənin inkişafı üçün geniş zəmin yaradır. Turizm 

sənayesində  çalışan  insanlar  bir  çox  layihə  və  təşəbbüslərin 




 

həyata  keçirilməsi  üçün  indi  daha  çox  işlər  görmək  imkanı  əldə 



ediblər. 

Turizm  üzrə  rəqabət  qabiliyyətlilik  siyahısında  Azərbaycan 

148  ölkə  arasında  39-cu  yerdə  qərarlaşmışdır.  Turizm 

Azərbaycanda  iqtisadiyyatın  ayrıca  sektoru  kimi  mövcuddur. 

Ümumdünya  Səyahət  və  Turizm  Şurasının  hesabatına  əsasən 

Azərbaycan  2010-2016-cı  illərdə  turizmin  ən  sürətlə  inkişaf 

etdiyi 10 ölkə arasına daxil olmuşdur. 

Firidun  bəy  Köçərli  adına  Respublika  Uşaq  kitabxanasının 

Ölkəşünaslıq  və  milli  ədəbiyyat  şöbəsi  “Ölkəmizin  turizm 

imkanları” adlı tövsiyə biblioqrafiyası hazırlamışdır. 

Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan  göstərici  tövsiyə 

olunan  ədəbiyyatdan  ibarətdir.  Girişdə  mövzu  haqqında  ətraflı 

məlumat verilmişdir. 

Tövsiyə göstəricisində kitablarda, məcmuə və dövri mətbuat 

səhifələrində  dərc  edilmiş  materiallar  öz  əksini  tapmışdır. 

Vəsaitdə  ədəbiyyat  xronoloji  prinsip  əsasında,  daxildə  isə  əlifba 

sırasına uyğun olaraq qruplaşdırılmışdır. 

 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə