Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix31.12.2021
ölçüsü0,94 Mb.
#81719
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
 

Şəki 

xan 

Sarayı

 



Bakıdan  305  km  məsafədə 

yerləşən  Şəki  şəhəri  təbiəti, 

tarixi memarlıq abidələri, eləcə 

də ləziz mətbəxi ilə qonaqlarda 

unudulmaz təəssüratlar yaradır. 

XVIII əsrə aid Şəki xan Sarayı 

Məhəmmədhəsən 

xan 


tərəfindən 

inşa 


etdirilib. 

Binanın memarı Zeynal  Abdulladır. Sarayın  memarlıq ansamblı, 




14 

 

şəbəkələri göz oxşayır. Şəbəkələrin hər bir kvadrat metrində orta 



hesabla  5000,  mürəkkəb  yerlərdə  isə  14000  ağac  və  şüşə 

şəbəkələrdən  istifadə  edilib.  Şəkidə  hələ  də  nəsildən-nəslə 

ötürülərək  yaşadılan  şəbəkə  sənətinin  əsas  xüsusiyyəti  burada 

özünü  bütün  mükəmməlliyi  ilə  büruzə  verir.  Belə  ki,  binada 

mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları 

bir-birinə  keçirilərək  bərkidilib.  Buradakı  ornamentlər,  müxtəlif 

naxışlar,  oymalar,  rənglərin  ahəngi  binanın  gözəlliyinə  xüsusi 

rəng  qatır.  Otaqların  divarları  ilə  yanaşı  tavanı  da  yaraşıqlı 

naxışlara qərq edilib.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə