Ölkəmizin turizm imkanları


Nazirlik tərəfindən pasportlaşdırılmış turizm



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix31.12.2021
ölçüsü0,94 Mb.
#81719
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
 

 

Nazirlik tərəfindən pasportlaşdırılmış turizm 



marşrutları 

 

Mədəniyyət  və  Turizm  Nazirliyi  Kollegiyasının  qərarı  ilə 

təsdiq  edilmiş  turizm  marşrutlarının  inkişaf  planı  da  ölkəmizin 

turizm imkanlarının tanıtımı baxımdan mühüm perspektivlər vəd 

edir. Ayrı-ayrı turizm marşrutlarının işləklik səviyyəsi mövsümə 

görə  də  dəyişir.  Qış  mövsümündə  dağ-xizək  və  ovçuluq 

istiqamətli turizm sahələri daha çox işlək olur. Sağlamlıqla bağlı 

turist səfərləri isə mövsümdən asılı olmayaraq həmişə aktualdır.



 

Nazirlik  tərəfindən  Bakı-Salyan-Masallı-Lənkəran-Astara 

rayonları  üzrə  Şirvan  Milli  Parkı  ərazisində  “quşları  müşahidə” 

(Bird  Watching),  Lənkəran  şəhərində  və  Masallı  rayonunda 




23 

 

“Cənubun  dadı”  adlı  kulinariya,  Salyan,  Masallı  və  Lənkəranda 



“Cənub  mirvarisi”  adlı  mədəni  və  ekoloji  turizm  marşrutları 

pasportlaşdırılıb.



 

İsmayıllı-Basqal-Lahıc  istiqaməti  üzrə  “Qırxotaq  əfsanələri” 

və  “Fit  qalası”  marşrutu,  Qobustan  Dövlət  Tarix-Bədii  Qoruğu, 

Şirvan  Milli  Parkı,  Hacıqabul  rayonu  və  Mahmudçala  gölü 

ərazisində  quşları  müşahidə,  Quba  rayonu  istiqaməti  üzrə 

“Kulinariya turu” pasportlaşdırılıb.



 

Qaradağ  rayon  ərazisində  Lökbatan-Daşgil-Qoturdağ  və 

Şamaxı rayon ərazisində Dəmirçi palçıq vulkanları, Quba-Şamaxı 

rayon  ərazisində  “Cip  Safari”,  Qəbələ-Şəki-Qax  istiqaməti  üzrə 

“Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Bakı-Şəmkir-Tovuz-

Ağsu-Qəbələ-Bakı  istiqaməti  üzrə  arxeoloji,  Bakı-Gəncə-Bərdə-

Qəbələ-Şamaxı-Bakı  istiqaməti  üzrə  “Beş  dövrün  beş  paytaxtı” 

turizm marşrutları pasportlaşdırılıb.



 

Bu  turizm  marşrutları  boyunca  müvafiq  infrastrukturun 

yaradılması  istiqamətində  də  işlər  davamlı  olaraq  aparılır. 

Marşrutlar  boyu  turizm  marşrutlarının  və  tarixi  abidələrin 

nişanlarının  quraşdırılması,  yol  qırağında  turistlər  üçün  müvafiq 

infrastrukturlu  dayanacaqların  yaradılması  (suvenir  satışı 

köşkləri,  restoran,  super-market,  uşaq  meydançaları)  təmin 

olunur.


 

Marşrutlar  üzrə  daha  çox  turist  axınını  təmin  etmək 

məqsədilə  nazirlik  tərəfindən  turizm  şirkətləri  və  media 

nümayəndələrinin iştirakı ilə infoturlar təşkil olunur.



 

 

 



 

 

 



 

 

 



 

 



24 

 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə