On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə28/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

 
55 
deyə buyurmuşdu. 
Müaviyə  dedi:–Allaha  and  olsun,  əgər  Əli  Süməyyənin  oğlu  Əmmarı 
mənim ixtiyarımda qoysa, onu Osmanın qulamı Nailin əvəzində öldürərəm! 
Şibs dedi:–Yerin-göyün Allahına and olsun ki, ədalətli yol seçməmisən! 
Tək  olan  Allaha  and  olsun  ki,  heç  vaxt  Süməyyənin  oğlunu  öldürə 
bilməzsən! Əgər bu işi görmək istəsən, onda gərək başlar bədəndən ayrılsın 
və yer özünün bu qədər genişliyi ilə sənə dar gəlsin. 
Müaviyə dedi:–Yer mənə dar gəlsə, sənə məndən də çox dar gələr! 
Bu  yerdə  danışıqlar  sona  çatdı  və  nümayəndələr  heç  bir  müsbət  nəticə 
əldə  edilmədən,  Müaviyənin  təfəkküründə  azacıq  belə  dəyişiklik  hasil 
olmadan  geri  qayıtdılar.  Müaviyə  Ziyad  ibni  Həfsəni  çağırdı  və  onun 
əqidəsinə  təsir  edə  biləcəyini  fikirləşdiyi  üçün  təklikdə  söhbət  etmək 
istədiyini bildirdi.  
Müaviyə  dedi:–Əli  qohumluq  əlaqələrini  kəsmiş,  bizim  imamımızı 
(Osmanı)  öldürmüş,  onun  qatillərini  gizlətmişdir.  Sən  gəl  öz  qəbilə  və 
qohum-əqrəbanla  birlikdə  bizə  kömək  et.  Söz  verirəm  ki,  qələbədən  sonra 
iki  böyük  şəhərin  (Kufə  və  Bəsrənin)  hansının  hakimliyini  istəsən  sənə 
verim. 
Ziyad  ibni  Həfsə  dedi:–Pərvərdigarım  tərəfindən  olan  dəlil  və  Onun 
mənə verdiyi nemətlərə görə heç vaxt cinayətkarlara arxa durmaram!
1
 
Bu  sözləri  deyib  Müaviyənin  yanından  çıxdı.  Əmr  As  da  bu 
müzakirələrdə  iştirak  edirdi.  Müaviyə  ona  dedi:  Biz  onların  hansı  biri  ilə 
danışırıqsa,  çox  yaxşı  cavab  verir.  Hamısının  ürəyi  bir  ürək  kimidir, 
məntiqləri də birdir.
2
 
MÜAVIYƏNIN  NÜMAYƏNDƏLƏRI  IMAM  (Ə)-IN 
HÜZURUNDA 
Nüfuzlu  şəxsiyyətləri  göndərməkdə  Imam  (ə)-ın  məqsədi  bu  idi  ki, 
Müaviyənin  tutduğu  mövqeyi  dəyişdirsin  və  bu  məsələ  müzakirə  yolu  ilə 
həll  edilsin.  Halbuki  Müaviyənin  bu  işdə  məqsədi  müharibənin  gedişini 
təxirə salmaqla Imam (ə)-ın qoşununda ixtilaf yaratmaq idi. O bilirdi ki, Əli 
(ə) onun kimilərin qarşısında tutduğu mövqeyi heç vaxt dəyişməz. Müaviyə 
Həbib, Şərhbil və Müəni Əli (ə)-ın hüzuruna göndərdi. Onların məntiqi elə 
Müaviyənin  məntiqi  idi.  Əslində  onlar  Müaviyənin  sözlərini  artırıb-
əskiltmədən təkrar edən carçılar idilər. 
Indi  onların  Imam  (ə)-la  apardıqları  müzakirəni  qeyd  edirik.  Həbib 
dedi:–Osman  hidayət  olunmuş  bir  xəlifə  idi,  siz  onun  haqqını  tapdalayaraq 
onu öldürdünüz. Onun qatillərini təhvil verin, onlardan qisas alaq. Əgər sən 
onu  öldürmədiyini  desən,  onda  hakimiyyətdən  geri  çəkil  və  onu  şuraya 
tapşır. Camaat hər kəsi seçsə, o da xəlifə olsun. 
Həbibin  sözləri  çox  süst  və  əsassız  idi.  Əvvəlcə  Imam  (ə)-ı  dəlilsiz-
                                              
1
  Burada  həmçinin  bir  Quran  ayəsinə  də  istind  olunmuşdur  ("Qəsəs"  surəsi, 
ayə:17) 
2
  "Vəqətu-Siffeyn",  səh.199;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.148;  "Tarixi-
Təbəri", 3-cü cild, səh.3; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-hədid), 4-cü cild, səh.2 


 
56 
sübutsuz olaraq xəlifənin qətlində günahlandırıb özünü xəlifənin müdafiəçisi 
hesab edir. Sonra isə Imam (ə)-ın bu işi görmədiyini qəbul edir və ona deyir 
ki,  xilafətdən  kənara  çəkilsin.  Sanki  onun  sözlərinin  hamısı  son  sözü  üçün 
bir müqəddimə imiş. Buna görə də Imam (ə) qətiyyətlə bildirdi:–Sus! Sənin 
hökumətə  aid  olan  işlərə  müdaxilə  etməyə,  bizim  işdən  götürülməyimizi 
tələb  etməyə  haqqın  yoxdur!  Sənin  belə  bir  səlahiyyətin  yoxdur  və  ona  da 
layiq deyilsən. 
Həbib  dedi:–Allaha  and  olsun  ki,  özünü  xoşlamadığın  bir  vəziyyətdə 
görəcəksən! 
Imam (ə) buyurdu:–Sən heç nəsən! Get öz süvari və piyadalarını bir yerə 
yığ! Sənin əlindən heç bir iş gəlməz! 
Şərhbil  dedi:–Mən  də  elə  Həbib  deyənləri  deyirəm.  Ona  verdiyin 
cavabdan başqa bir sözün də varmı? 
Imam  (ə)  buyurdu:–Bəli!  Sənə  və  sənin  dostuna  başqa  bir  cavab  da 
varımdır. Allah Öz Peyğəmbərini seçib onun vasitəsi ilə insanları zəlalətdən 
xilas etdi. Nəhayət, o öz risalətini yerinə yetirdikdən sonra Allah onu layiq 
bildiyi yerə (cənnətə) göndərdi. Sonra camaat Əbu Bəkri onun canişini kimi 
qəbul  etdilər.  Əbu  Bəkr  də  Öməri  özünə  canişin  seçdi...  Sonra  Osman 
hakimiyyəti  ələ  aldı.  Camaat  onun  gördüyü  (yaramaz)  işlərə  etiraz  edib, 
hücum  edərək  onu  öldürdülər.  Sonra  onların  işlərindən  kənarda  olduğum 
halda mənə pənah gətirdilər. Onlar çox israrla mənə beyət  etdilər. Əvvəlcə 
bunu  qəbul  etmədim,  yenə  də  israr  edərək  dedilər:  "Ümmət  səndən 
başqasının  xilafətinə  razı  deyildir.  Biz  bundan  qorxuruq  ki,  səninlə  beyət 
etməsək,  ikitirəlik  yarana  bilər."  Buna  görə  də  mən  onların  beyətini  qəbul 
etdim.  Təlhə  və  Zübeyr  də  mənimlə  beyət  etdilər,  lakin  sonradan  beyəti 
pozdular.  Sonra  Müaviyə  mənimlə  müxalifətə  qalxdı.  Onun  nə  dində  bir 
xidməti  var,  nə  də  islamda  yaxşı  bir  keçmişi.  O,  (Məkkənin  fəthində 
əsirlikdən)  azad  edilmişdir,  özü  də  azad  edilmişin  oğludur.  O,  əməvi 
hizbindəndir.  Onun  atası  həmişə  Allah  və  Onun  Peyğəmbəri  ilə  düşmən 
olmuşdur. Onların hamısı islamı məcburiyyət üzündən, çıxılmaz vəziyyətdə 
qaldığı üçün qəbul etmişlər. Sizin bu işinizə təəccüb edirik ki, nə üçün onun 
üçün  qüvvə  yığmısınız,  nə  üçün  ona  itaət  edir  və  Peyğəmbər  ailəsini  tərk 
edirsiniz.  Siz  nə  üçün  Peyğəmbərin  Əhli-beytini  qoyub  başqalarına 
qoşulmusunuz?!  Mən  sizi  Allahın  Kitabına,  Peyğəmbərin  sünnəsinə,  batili 
məhv edib din nişanələrini dirçəltməyə dəvət edirəm. Bunu deyir və hər bir 
mömin kişi və qadın üçün Allahdan bağışlanmaq istəyirəm.
1
 
Əgər  tamah  Təmim  qəbiləsinin  zahidi  Şərhbilə  qələbə  çalmasaydı  və 
onun islam tarixindən müəyyən qədər xəbəri olsaydı,  Imam (ə)-ın sözlərini 
qəbul  edərdi.  Lakin  o,  Imam  (ə)-ın  haqq  sözləri  qarşısında  aciz  qaldığına 
görə  sözü  dəyişib  dedi:  Osmanın  qətli  barəsində  nə  deyirsən?!  Onun 
məzlumcasına öldürülməsinə şəhadət verirsənmi? 
Bu  cür  suallar  bir  peyğam  gətirənin  vəzifəsi  deyildi.  Onun  məqsədi 
                                              
1
  "Vəqətu-Siffeyn",  səh.200-202;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.148;  "Tarixi-
Təbəri",  -ci  cild,  səh.4;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  4-cü  cild, 
səh.23-24 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə