On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə36/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

 
71 
Əli  (ə)-a  olan  imanının  mərtəbələrini  öz  əmioğlusuna  aydınlaşdırıb  dedi:–
"Tək  olan  Allaha  and  olsun!  Əgər  bacara  bilsəm,  əlimdəki  qılıncla  bu  ağ 
xeyməyə  (Müaviyənin  xeyməsinə  işarə  etdi)  o  qədər  vuraram  ki,  onun 
sahibindən heç bir əsər-əlamət qalmasın."
1
 
ŞIMR 
IBNI 
ZIL-CÖVŞƏN 
IMAM 
(Ə)-IN 
QOŞUNUNDADIR 
Dünyanın qəribəliklərindən biri də budur ki, Şimr Siffeyn müharibəsində 
Imam (ə)-a qarşı sədaqət və vəfadarlıq göstərirdi. O, Ədhəm adlı bir nəfərlə 
vuruşanda alnından ağır yaralandı və onun alın sümüyü sındı. O da əvəzini 
çıxmaq üçün şamlıya bir qılınc zərbəsi endirdi, lakin zərbə boşa çıxdı. Şimr 
dincəlmək  üçün  öz  xeyməsinə  qayıtdı,  su  içdikdən  sonra  bir  nizə  götürüb 
meydana  getdi  və  gördü  ki,  onun  şamlı  rəqibi  yerindəcə  dayanıb.  Ona 
möhlət  vermədi,  nizə  ilə  vurub  atdan  yerə  saldı.  Əgər  şamlılar  onun 
köməyinə  gəlməsəydilər,  Şimr  onu  öldürəcəkdi.  Bu  vaxt  Şimr  dedi:–"Bu 
nizə elə o qılınc zərbəsinin əvəzində!"
2
 
ŞƏHADƏTLƏ IFTIXAR ETMƏK 
Şəhadət iftixarı və Allahla görüşə eşq müqəddəs hədəf uğrunda döyüşən 
imanlı  və  axirətə  etiqadı  olan  insanlarda  bir  amaldır  və  bu,  başqa  xalqlar 
arasında  mövcud  deyildir.  Şəhadətə  olan  eşq-məhəbbət  cihadın  ən  böyük 
amilidir. Şəhid bu əqidə ilə müvəqqəti dünya həyatını əbədi həyatla dəyişir 
və bu yolda canından keçir. 
Siffeyn  müharibəsində  bir  gün  Bəni-Əsəd  qəbiləsindən  olan  güclü  bir 
pəhləvan  Şam  qoşunu  tərəfdən  meydana  girib  mübariz  istədi.  Iraqlılar  bu 
pəhləvanı  görüb  geri  çəkildilər.  Lakin  gözlənilmədən  Müqəttə  Amiri  adlı 
qoca  bir  kişi  ayağa  qalxıb  döyüşə  getmək  istədi.  Imam  (ə)  onu  meydana 
getməyə  qoymadı.  O  pəhləvanın  "Bir  kişi  varmı  qabağa  çıxsın?!"  -  deyə 
çəkdiyi nərə qulaqları cingildədir, hər dəfə də şəhadət aşiqi olan o qoca kişi 
onunla  döyüşmək  üçün  ayağa  qalxırdı.  Imam  (ə)  da  onun  getməsinə  mane 
olurdu.  Axırda  qoca  kişi  dedi:–"Ey  Imam,  icazə  verin,  bu  döyüşdə  iştirak 
edim,  ya  şəhid  olub  cənnətə  yola  düşüm,  ya  da  onu  öldürüb  şərini  sizdən 
uzaq edim." 
Bu  dəfə  Imam  (ə)  icazə  verdi  və  onun  barəsində  dua  etdi.  Bu  qocanın 
aşiqanə və rəşadətli hücumları şamlı pəhləvanın canına elə vəlvələ saldı ki, 
qaçmağa  başladı,  meydandan  uzaqlaşaraq  Müaviyənin  xeyməsinə  çatdı. 
Qoca kişi də onu ora qədər qovdu, amma ələ keçirə bilmədiyi üçün əvvəlki 
yerinə qayıtdı.  
Əli (ə) şəhadətə çatandan sonra camaat Müaviyə ilə beyət etdi. Bu zaman 
Müaviyə  Müqəttə  Amirini  çağırtdırdı.  O,  qocalıq  dövrünü  yaşadığı  halda, 
                                              
1
  "Nəhcül-bəlağənin  şərhi"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.213;  "Vəqətu-
Siffeyn", səh.268 
2
 "Nəhcül-bəlağənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.213; "Tarixi Təbəri", 
3-cü cild, səh.18 


 
72 
Müaviyənin  yanına  gəldi.  Müaviyə  ona  dedi:–Qardaş,  əgər  bu  vəziyyətdə 
bura gəlməsəydin, əlimdən qurtarmazdın. 
Amiri:–Səni  and  verirəm  Allaha,  məni  öldür  və  bu  zillətli  yaşayışdan 
qurtar! 
Müaviyə:–Səni heç vaxt öldürmərəm, çünki mənə lazımsan. 
Amiri:–Istəyin nədir? 
Müaviyə:–Səninlə qardaş olmaq istəyirəm. 
Amiri:–Mən keçmişdə Allah xatirinə səndən ayrılmışdım. Allah qiyamət 
günü  bizi  bir  yerə  yığıb  səninlə  mənim  aramda  qəzavət  edənə  qədər  elə  o 
fikirdə də qalacağam. 
Müaviyə:–Qızını mənə ver. 
Amiri:–Sənin bundan asan xahişini rədd etdimsə, bu xahişini sözsüz rədd 
edərəm. 
Müaviyə:–Məndən bir hədiyyə qəbul et. 
Amiri:–Sənin hədiyyənə ehtiyacım yoxdur.
1
 
HƏRBI TAKTIKA 
Onuncu  və  ondan  sonrakı  günlərdə  iraqlı  süvarilərlə  şamlı  süvarilər 
arasında  şiddətli  çarpışmalar  başlandı,  bu  zaman  Imam  (ə)-ın  ordusundan 
min nəfər şamlıların mühasirəsinə düşdü və onların mərkəzi qərargahla olan 
rabitələri kəsildi. Bu vaxt Imam (ə) uca səslə buyurdu: "Bir kəs yoxdurmu 
ki, Allahın razılığını alsın və axirətin müqabilində öz dünyasını satsın?!" 
Əbül-Əziz  adlı  bir  nəfər  Imam  (ə)-ın  yanına  gəlib  dedi:–"Hər  nə  əmr 
etsən,  yerinə  yetirməyə  hazıram."  O,  boz  ata  minmişdi,  bədəni  zirehli 
paltarda  qərq  olmuşdu,  gözlərindən  başqa  bir  yeri  görünmürdü.  Imam  (ə) 
onun  üçün  dua  edib  buyurdu:  "Şam  qoşununa  hücum  edib  özünü 
mühasirədəkilərə  çatdır.  Onlara  yaxınlaşdıqda  de  ki,  Əmirəl-möminin  sizə 
salam  göndərir  və  istəyir  ki,  siz  o  tərəfdən  təkbir  deyəsiniz,  biz  də  bu 
tərəfdən;  siz  o  tərəfdən  hücum  edin,  biz  isə  bu tərəfdən.  Sonra  mühasirəni 
yarıb, sizi azad edək." 
Imam (ə)-ın göndərdiyi adam şücaətlə Şam qoşununa hücum edib özünü 
mühasirədəkilərə  çatdırdı.  Onlar  Imam  (ə)-ın  göndərdiyi  xəbəri  eşidəndə 
sevindilər. Bu vaxt hər iki tərəfdən təkbir və "la ilahə illəllah" səsləri ucaldı, 
mühasirə  yarıldı  və  mühasirədəkilər  Imam  (ə)-ın  qoşununa  qoşuldular. 
Şamlılar  səkkiz  yüz  nəfər  tələfat  verməklə  geri  çəkildilər,  bununla  da 
müharibə müvəqqəti olaraq sakitləşdi.
2
 
MÜHARIBƏNIN 
QIZĞIN 
ÇAĞINDA 
SIYASI 
HƏRƏKƏTLƏRIN ARTMASI 
Hərbi  icmalçılar  Əli  (ə)-ın  qoşununun  hərtərəfli  hücumunun 
                                              
1
  "Vəqətu-Siffeyn",  səh.278;  "Nəhcül-bəlağənin  şərhi"  (Ibni  Əbil-Hədid),  5-ci 
cild, səh.223-224 
2
  "Vəqətu-Siffeyn",  səh.308;  "Nəhcül-bəlağənin  şərhi"  (Ibni  Əbil-Hədid),  5-ci 
cild, səh.243 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə